Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Escape-ardıcıllıq
Escape-ardıcıllıq – ESC idarəedici simvolu ilə (ASCII yığınında onluq kodu 27, onaltılıq isə 1Bh) başlayan və arxasında bir və ya bir neçə simvol olan simvollar ardıcıllığı; bu simvolların birləşməsi qurğuya və ya proqrama verilən göstəriş və ya komanda əmələ gətirir. Escape-ardıcıllıqlardan çox zaman printerə komanda (məsələn, növbəti simvolları yarımqalın şriftlə çap etmək) vermək üçün istifadə edilir.
Escape klavişi
Escape klavişi – IBM PC/XT klaviaturasının sol yuxarı küncündə və ya orijinal IBM AT klaviaturasının sol yuxarı küncündə yerləşən klaviş; tətbiqi proqramlar və əməliyyat sistemləri tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunur. Bir çox tətbiqi proqramlarda Escape klavişi istifadəçini menyu strikturunun öndəki daha yüksək səviyyəsinə qaytarır və ya proqramdan çıxışı həyata keçirir. Digər proqramlarda Escape klavişi menyunu çağıra, iş rejimini dəyişə və ya əməliyyatı ləğv edə bilər. Apple firmasının kompüterlərinin ADB və Extended klaviaturalarında IBM firmasının kompüterləri ilə uyğunlaşmaq üçün sol yuxarı küncündə Esc klavişi var; o, Apple Macintosh kompüteri meynfreymlərlə birləşmək üçün istifadə edildikdə və ya onda MS-DOS proqramları çalışdıqda gərəkli olur.
Shape of My Heart
Shape of My Heart — Britaniya müğənnisi Stinqin "Ten Summoner’s Tales" adlı dördüncü studiya albomundan olan mahnı. Orijinal CD nəşrində sıra sayına görə onuncu trek kimi təqdim olunub. Mahnı 1993-cü il istehsalı "Demolition Man" mini-albomuna və 2010-cu il istehsalı "Live in Berlin" konsert albomuna daxil edilib. Fransız rejissor Lük Besson özünün "Leon" filmində bu mahnıdan istifadə edib. Mahnının müəllifləri Stinq ilə Dominik Millerdi. Miller mahnıda ispan akustik gitarasında ifa edib. Mahnının qarmonika partiyasını ifa etmək üçün amerikalı cazmen Larri Adler dəvət edilib. Sinqlın Böyük Britaniya hit-paradında ən yüksək mövqeyi 57-ci yer olmuşdur.
Reyhanə Cabbari
Reyhanə Cabbari (5 noyabr 1987, Tehran – 25 oktyabr 2014, Qohardaşt həbsxanası[d]) — törətdiyi ölüm hadisəsinə görə dar ağacından asılmış İran qadını. Reyhanə məhkəmədə bildirirdi ki, öldürülən ona hücum edib və o özünü qoruyurdu. Vəkillərin səyinə, beynəlxalq ictimaiyyətin ciddi etirazına və hətta prokurorluğun dəstəyinə baxmayaraq R. Cabbari hökümdən 7 il sonra asıldı.. Edam edilən Reyhanə Cabbari ölməmişdən qabaq anasına yazdığı məktub yayımlandı. R. Cabbarinin anasına son məktubunda deyilir: "Sevgili Şölə! Bu gün öyrəndim ki, qisasla tanış olmaq növbəsi mənim imiş. Həyat kitabımın son səhifəsinə gəldiyimi səndən öyrənmədiyim üçün küsgünəm. Bilməyimi lazım görmədin? Nə qədər üzgün olduğumu bilirsən. Niyə sənin və atamın əlini öpmək imkanı vermədin mənə?
Reyhanə binti Zeyd
Reyhanə binti Zeyd (ərəb. ريحانة بنت زيد‎; güm. 590-cı illər, Hicaz – 631, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) həyat yoldaşlarından biri. O, yəhudi əsilli ərəb qadın idi. Şimali Ərəbistan yarımadasında yaşayan Bənu Qureyzadan olan gənc qadın olmuşdur. Tam adı:Reyhanə binti Şəmun ibn Yezid və ya Reyhanə binti Zeyd ibn Amr ibn Hənəfe bin Şəmun bin Yezid. Dəqiq doğum tarixi məlum deyildir. Reyhanə binti Zeyd yəhudi Qureyza qəbiləsindən idi. Onun birinci əri Bənu Qureyzadan olan Həkəm adlı birisi idi. O, Bənu-Qureyza döyüşündən sonra edam edilən ərinin ardından əsir düşmüş, sonra isə İslamı qəbul etmişdir, lakin onun müsəlman olması çox güman ki, məcburiyyətdən irəli gəlir.
Əshamə ibn Əbcər
Əshamə ibn Əbcər (ərəb. أصحمة بن أبجر‎) – Məhəmməd peyğəmbərin dövründə yaşamış Aksum şahı (nəcaşi). Nəcaşi xristian idi, lakin sonra İslamı qəbul etmişdir. Məkkəli müsəlmanlar müşriklər tərəfindən zülmə məruz qaldıqdan sonra Peyğəmbər onları Efiopiyaya göndərir və Nəcaşi müsəlman qaçqınları qəbul edərək öz mülklərində yerləşdirir. O, yanına gələn müsəlmanlara Məhəmmədin peyğəmbərliyi və dinlərinin əsasları haqqında suallar verir. Onların cavablarından sonra İslamın qəbulu ilə bağlı şəhadət verir. Bunun xəbəri Məkkə müsəlmanlarına da gəlib çatanda onlar sevinir. Məhəmməd peyğəmbər onun vəfatından xəbər tutanda Mədinədə olarkən onun üçün cənazə namazı qılır.