Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səadəddin Köpək
Səadəddin Köpək (ərəb dilində: سعد الدين كوبك بن محمد təxmini olaraq 1238–1239-cu illərdə edam edilmişdir) Anadolu Səlcuqlu Dövlətinin dövlət xadimi, əmiri və baş memarı olmuşdur. Sultan I Əlaəddin Keyqubad və Qiyasəddin Keyxosrovun dövründə vəzifədə olmuş və dövlət idaəsində mühüm rol oynayaraq böyük söz sahibi olmuşdur. Səadəddin Köpəyin həyatının ilk illəri haqqında tarixi mənbələrdə kifayət qədər məlumat mövcud deyildir. Ancaq atasının və anasının Konyada hörmətli ailələrə mənsub insanlar olması və anasının adının Şahnaz xanım olduğu istiqamətində iddialar mövcuddur. Çox güman ki, özü də Konyada anadan olmuşdur. Əsl adı "Köpək ibn Məhəmməd"dir. Səadəddin ona verilmiş olan ləqəbdir. “Köpək” sözünün o dövrdə türkcədə geniş yayılmış olmasa da, bir ad kimi işlənildiyi, Artuqlularda da bir türk bəyinin bu adı daşıdığı və bu adın o dövrdə təhqir mənasında işlənilmədiyi, əksinə "sadiq" mənasında işlənildiyi məlumdur. O, I Əlaəddin Keyqubadın dövründə əmir vəzifəsində işləmiş və tarixçi İbn Bibi tərəfindən əmir-i şikâr, miniatürçü və memar kimi qeyd edilmişdir. 1226-cı ildə I Əlaəddin KeyqubadınHarput ətrafında Əyyubilərlə apardığı müharibə zamanı Səlcuq ordusunun sol qanadında yerləşmiş olan qüvvələrinə komandanlıq etmişdir.
Səadəttin Ərbil
Səadəttin Ərbil (türk. Saadettin Erbil; 6 mart 1925, Konstantinopol – 16 noyabr 1997, İstanbul) — Türkiyə film və səs aktyoru. Səadəttin Ərbil 6 mart 1925-ci ildə İstanbulda anadan olmuşdur. Babası Ərbildə anadan olmuşdur. Kabataş Oğlan Liseyində oxuyan zaman müəllimi Faruq Nafiz Çamlıbelin rəhbərliyi ilə aktyorluğa başlamışdır. Ağsaray Bulvar Teatrına daxil olmuşdur. Burada Kənan Büke, Asuman Korad, Əziz Basmacı kimi şəxslərlə işləmək imkanı qazanmışdır. Aktyor və şoumen Mehmet Əli Ərbilin atası olan Səadəttin Ərbil bir çox filmdə rol almışdır. 16 noyabr 1997-ci ildə İstanbulda beyin qanamasından vəfat etmiş və Zəncirliquyu qəbiristanlığında dəfn edilmişdir. Ərbil Yurdagül Gönenç və İffət Semerci ilə evli olmuş, 3 övladı var idi.
Səadəddin Əfəndi Müftizadə
Müftizadə Qazi Səadəddin Əfəndi Müfti Osman Əfəndi oğlu (1837-1916) - Osman Vəlizadənin oğlu. Səadəddin Əfəndi Molla Vəli Vidadinin nəvəsi, M.P.Vaqifin qız nəvəsidir. Atası Osman Əfəndi Qafqazın müftisi olmuşdur. Dini təhsilini Şamaxı mədrəsəsində almışdır. 1868-ci ildə Şuşa qəzasında sünnü qazi vəzifəsinə təyin olunmuşdur. 1878-ci ildə Qazax əhalisi cəyirtikə ilə mübarizəyə cəlb edə bildiyinə görə 1882-ci ildə lentli “Müqəddəs ana” gümüş medalı ilə təltif edilmişdir. 1894-cü ildən ömrünün sonuna kimi Qazağın qazisi olmuşdur. Səadəddin Əfəndi varlı adamlardan sayılmış I Şıxlı və Kəmərli kəndlərində mülkləri, torpaq sahələri, naxırı, sürüsü olmuşdur. 1916-cı ildə vəfat etmiş II Şıxlı qəbiristanlığında dəfn edilmiş, qəbri Müftü Osman əfəndinin oğlu Məhəmməd əfəndinin qəbrinin yanındadır. Qızı Güləndam xanım Alay bəy Şıxlinski ailə qurmuşdu.
Səadətli (Həştrud)
Səadətli (fars. سعادتلو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 648 nəfər yaşayır (120 ailə).
Mehmed Sadəddin Əfəndi
Mehmed Sadəddin Əfəndi (1798, Konstantinopol – 6 avqust 1866, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1798-ci ildə İstanbulda dünyaya gəldi. XVI əsrin tanınmış tarixçisi və şeyxülislamı Hoca Sadəddin Əfəndinin nəslinin nümayəndəsidir. Atası müdərris Əbdülhəmid Əfəndidir. Atasından və dövrün mühüm alimlərindən təhsilini tamamladıqdan sonra qazı oldu və Anadolunun bir çox vilayətlərində xidmət etdi. Aydındakı xidmət illərində yerli əyanlarla yaşadığı münaqişə səbəbilə bir müddət Kütahyaya sürgün edildi. Ancaq çox keçmədən bağışlandı və Manisaya təyin edilərək uzun müddət burada xidmət etdi. 1841-ci ildə dövlətin daxilində aparılan struktur dəyişikliyi əsnasında vəzifədən alındı və İstanbula qayıtdı. Bir müddət sonra Maliyyə nazirliyində katib vəzifəsinə təyin edildi. Uzun illər müxtəlif nazirliklərin nəznində xidmət etdikdən sonra 1856-cı ildə Anadolu qazəsgərliyinə namizəd seçildi.
Sadəddin Məmmədov (gizir)
Sadəddin Əbulqasim Təbrizi
Sadəddin Mahmud Əbülqasım oğlu Təbrizi — Azərbaycan da doğulmuş məşhur sufi,övliya XI əsr yazılı abidəsi olan «Qabusnamə»də gənc əxi cavanmərdlərin və sufilərin davranışlarına ayrıca fəsil həsr olunmuşdu. XII əsrdə mütəfəkkir, «kəmala çatmış arif, təriqət mürşidi və gerçəklik rəhbəri» olan Sadəddin Mahmud Əbülqasım oğlu Təbrizi də əxi idi.
Xoca Sadəttin Əfəndi
Xoca Sadəttin Əfəndi (1536[…], Konstantinopol – 1599[…], Konstantinopol) — Osmanlı tarixçisi, müdərrisi və şeyxülislamı. 1536-cı ildə İstanbulda dünyaya gəlmişdir. Babası Şah İsmayılın müridlərindən olan, ancaq Çaldıran döyüşündən sonra Sultan Səlim tərəfindən İstanbula aparılan İsfahanlı Hafiz Məhəmməd, atası isə Sultan Səlimin ən yaxın adamlarından Həsən Can Çələbidir. Atasının saraya yaxınlığı səbəbilə kiçik yaşlarında mükəmməl saray təhsili aldı. Sahn-ı səman müdərrisi Qaramani Mehmed Əfəndidən və dövrün digər məşhur alimlərindən dərslər aldı. Daha sonra şeyxülislam Əbussuud Əfəndi tərəfindən məzun oldu və 1556-cı ildə İstanbuldakı Murad Paşa mədrəsəsinə müdərris təyin edildi. 1564-cü ilin mayında Bursadakı İldırım Bəyazid mədrəsəsinə, 1571-ci ildə isə Sahn-ı səman mədrəsəsinə nəql edilmişdir. 1573-cü ilin mayında Şahzadə Muradın müəllimi İbrahim Əfəndinin vəfatı ilə şahzadə müəllimi təyin edildi və Manisaya göndərildi. Bu vəzifə Sadəttin Əfəndinin həyatında dönüm nöqtəsi oldu və elm sahəsində olduğu qədər dövlət idarəsində nüfuzu artdı. Bundan sonra Xoca və ya Xoca Əfəndi olaraq məşhurlaşdı.
Uşaq səadəti bayramı (film, 1980)
Kinolent Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə mərkəzi republika stadionunda keçirilən ümumrespublika uşaq bayramına həsr olunmuşdur. Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Əli Şərafətdin
Əli Şərafətdin — məşhur azərbaycanlı jurnalist və rejissor. Əli Şərafətdin 1969-cu ilin iyunun 1-də Bakıda anadan olub. 1990-cı ilin ortalarında "Mir" Beynəlxalq Teleradio Şirkətinin Azərbaycandakı milli nümayəndəliyində çalışıb. Həmin illərin tamaşaçıları Əlinin cəmiyyətmiz və MDB ölkələrindəki müxtəlif sosial problemlərin həllinə həsr etdiyi "dəyirmi masa"ları yaxşı xatırlayırlar. Ə.Şərafətdin Rusiyanın Birinci Kanalının aparıcısı kimi də çalışmışdı. O, "Xəzərdəki adalar", "Gəncə", "Nəsimi" və s. kimi filmlərin, habelə çoxsaylı telelayihələrin müəllifi idi. Ə.Şərafətdin 2004-cü ildə Moskvadakı 7-ci Avrasiya Teleforumunun baş rejissoru, 2006-cı ildə Xəzəryanı bölgə ölkələrinin Bakıda keçirilmiş beynəlxalq "Xəzər çoxqütblü dünyanın mərkəzidir" forumunun baş prodüseri idi. Son illərdə o, Rusiyanın müxtəlif teleşirkətləri üçün materiallar hazırlayırdı. Ə.Şərafətdin Avrasiya Televiziya və Radio Akademiyvasının icraçı prodüseri idi.