Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Selom
Selom — Selom , əksər heyvanlarda əsas bədən boşluğudur və həzm sistemini və digər orqanları əhatə etmək və saxlamaq üçün bədənin içərisindədir. Bəzi heyvanlarda mezoteli ilə örtülmüşdür. Molyusklar kimi digər heyvanlarda da fərqlənməmiş olaraq qalır. Selom termini, qədim yunan κοιλία (koilía) sözündən əmələ gəlib, 'boşluq' deməkdir . Hamısı bağırsaqla bədənin xarici divarı arasındakı mezodermal boşluqdur. Embrionun inkişafı zamanı selomun formalaşması qastrulyasiya mərhələsində başlayır. Embrionun inkişaf edən həzm borusu əmələ gətirir. Başlanğıcda arxenteron əmələ gəlir və mezoderma iki qata bölünür: birincisi bədən divarına və ya ektoderma yapışaraq parietal təbəqə əmələ gətirir, ikincisi endoderma əmələ gətirir. Parietal təbəqə ilə visseral təbəqə arasındakı boşluq bütün və ya bədən boşluğu olaraq bilinir. Selomun təkamül mənşəyi aydın deyil.
Sidni Şeldon
Sidni Şeldon (ing. Sidney Sheldon) — yəhudi əsilli ABŞ yazıçısıdır. Sidni ilk həyat yoldaşı Horhor Kartrayt Şeldonun 1985-ci ildə vəfat edənə kimi ailə həyatı qurmuş, 1989-cu ildə isə Aleksandre Kastoffla evlənmişdir. Onun Meri Şeldon adlı yeganə qız övladı vardır. Sidni Şeldon 90-a yaxın ölkələrdə olmuşdur. Bir dəfə Sidninin evində yanğın olmuşdur. Yanğın zamanı yanğın söndürənlər ona evdəki ən qiymətli əşyaları götürməyi təklif edir. Bu zaman Sidni evdən qələmi və bloknotu götürür..
Oliver Şeldon
Oliver Şeldon (ing. Oliver Sheldon; 1894 – 1951) — Britaniya sənayeçisi, şəhərsalmaçısı və yazıçısı. O, sənaye dizaynı və menecmenti sahəsində görkəmli bir şəxs olmuş, Britaniya sənaye dizaynı sisteminin inkişafında əsas aktor kimi çıxış etmişdir. Şeldon İngiltərənin York şəhərindəki "Rowntree's" şirkətinin direktoru olmuş, 1920-ci illərdə dövlət və biznes idarəçiliyi prinsipləri haqqında yazmışdır. Oliver Şeldon 13 iyul 1894-cü ildə anadan olmuşdur. O, Oksfordda Kral Kolleci Məktəbi və Merton-kollecdə təhsil almışdır. Birinci Dünya müharibəsində Kral Mühəndislər Korpusunda zabit kimi xidmət etmiş və adı göndərişlərdə xatırlanmışdır. O, 1919-cu ildə Bencamin Sibom Rauntrinin şəxsi köməkçisi kimi "Rowntree's" şirkətinə qoşulmuşdur. 1931-ci ildə "Rowntree's" şirkətinin Ümumi Direktorlar Şurasına təyin edilmişdir. Burada Şeldon Lindall Urvikin həmkarı idi və Urvik kimi Teylor Cəmiyyətinin fəal üzvü idi.
Seladon
Seladon — orta əsrlərdə Çində geniş istehsal olunan yaşılımtıl rəngli qablar. Varlı təbəqə tərəfindən dövrünün ən çox tələb olunan mallarından sayılırdı. Qabların özünəməxsus göstəricisi onda idi ki, içinə zəhərli yemək qoyularkən qırmızı və ya narıncı rəng alardı. Məhz bu özəlliyi sayəsində o zamanın xarici dövlət rəhbərləri tərəfindən göndərilən xüsusi sifariş siyahısında daimi yer almışdı.
Selloa
Selloa (lat. Selloa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Selloa breviligulata Longpre Selloa ligulata (Cuatrec.) H.Rob. Selloa linearis DC. Selloa macdonaldii (B.L.Turner) H.Rob.
Taldom
Taldom — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Saldo
Saldo (it. saldo - hesablaşma, əvəzini çıxma) — müəyyən dövrdə pul daxilolmaları (gəlirləri) ilə xərcləri arasında fərqdir. Mühasibat Uçotunda - mühasibat hesabları (sintetik və analitik) üzrə hər ayın sonunda müəyyən edilən debet dövriyyəsi ilə kredit dövriyyəsi arasındakı fərqdir. Tədiyə Balansında - müəyyən ölkənin rezidentlərinin ixracının və İdxalının dəyər qiymətləndirilməsi (ticarət balansının saldosu) və ya onların xarici tədiyələri ilə daxilolmalan arasında fərqdir (tədiyə balansı saldosu). Demoqrafiyada miqrasiya saldosu - müəyyən dövr ərzində ölkənin ərazisinə gələn (yerləşən) və ölkənin ərazisindən gedən insanların sayı arasında fərqdir. Milli hesablar statistikasında - yenidən bölgü saldosu hər hansı bir şəxs (iqtisadiyyatın sahə və ya sferası) üçün milli gəlirin yenidən bölgüsünün nəticəsi, bu prosesin gedişində onların əldə etdiyi gəlirlərlə sərf olunmuş xərclər arasında fərqdir.
Sedum
Sedum (lat. Sedum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin dovşankələmikimilər fəsiləsinə aid bitki cinsi.
SEDOL
SEDOL (ing. Stock Exchange Daily Official List) — Böyük Britaniya və İrlandiyada istifadə edilən təhlükəsizlik identifikasiya kodlarının siyahısı. Yeddi rəqəmli SEDOL kodları qiymətli kağızın emitentinin müraciəti əsasında London Fond Birjası tərəfindən təyin edilir. Kodlar SEDOL Böyük Britaniyada buraxılmış bütün qiymətli kağızlar üçün Milli İdentifikasiya Nömrəsi (NSIN) kimi xidmət edir və buna görə də onların ISIN kodunun bir hissəsini təşkil edir. SEDOL kataloqu (SEDOL Masterfile, SMF) həmçinin milyonlarla qlobal investisiya alətləri üçün identifikatorları ehtiva edir, onların hər biri öz bazarında unikal identifikatora malikdir. Xüsusilə, CUSIP kodu olmayan qeyri-ABŞ alətləri üçün çoxlu SEDOL kod identifikatorları mövcuddur. ISIN və SEDOL identifikatorları arasındakı fərq ondan ibarətdir ki, ISIN alət üçün unikal koddur, SEDOL isə müxtəlif platformalarda eyni alət ticarəti üçün bir neçə koda malik ola bilər. Məsələn, Fransa Birjasında və DAX-da satılan Total səhmləri eyni ISIN və fərqli SEDOL kodlarına malikdir. Bu kodlara əlavə olaraq, Reuters simvolik identifikatorları tez-tez istifadə olunur - Reuters Instrument Code (RIC) və bir çox başqaları. Yeddi rəqəmli SEDOL kodu iki hissədən ibarətdir: altı rəqəmli simvol-rəqəm kodu və doğrulama rəqəmi.
Eupatorium selloi
Mark Ueldon
Met Selmon
Met Selmon Matthew James "Matt" Salmon (d. 21 yanvar 1958-ci il) — ABŞ Konqresində Arizona ştatından 5-ci rayondan seçilmiş konqresmen. 1995 - 2001-ci illərdə ştatın 1-ci rayonunu təmsil edirdi. 2002-ci il seçkilərində uduzub. 2012-ci il seçkilərində yenidən Konqresə üzv seçilib. Respublikaçılar Partiyasını təmsil edir. 29 yanvar 2014-cü ildə ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi qrupuna üzv olub. Bununla da İşçi qrupundakı konqresmenlərin sayı 60-a çatıb.
Mikania selloi
Mikania selloi (lat. Mikania selloi) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Selloa linearis
Acmella decumbens (lat. Acmella decumbens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. Acmella decumbens var. decumbens Ceratocephalus decumbens (Sm.) Kuntze Ceratocephalus decumbens var. decumbens Ceratocephalus decumbens var. macropodus (DC.) Kuntze Ceratocephalus macropodus Kuntze Feaea linearis Spreng. Rudbeckia decumbens Sm. Selloa linearis (Spreng.) DeCandolle Spilanthes americana var. stolonifera (DC.) A.H.Moore Spilanthes arnicoides var. macropoda (DC.) Baker Spilanthes decumbens (Sm.) A.H.Moore Spilanthes decumbens var.
Sellov feyxoası
Senecio selloi
Senecio selloi (lat. Senecio selloi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Serdon (En)
Serdon (fr. Cerdon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Ponsen kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01068. Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 23 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 741 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 425 nəfər (15-64 yaş) arasında 345 nəfər iqtisadi cəhətdən fəal, 80 nəfər hərəkətsiz (fəaliyyət göstərici 81,2%, 1999-cu ildə 70.1%) olmuşdur. 345 fəal sakindən 306 nəfər (172 kişi və 134 qadın) işləyir, 39 nəfər işsizdir (15 kişi və 24 qadın).
Sevdim (albom)
Sevdim – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur. Alboma Azərbaycan bəstəkarları Eldar Mansurov, Vaqif Gərayzadənin əsərləri daxildir. Aygün Kazımova albomdakı "Sevdim", "Qəlbimin şəklini çək", "Tez gəl", "Uyma" mahnılarına klip çəkmişdir. "Sevdim" — albomdan yayımlanan ilk sinqldır. Klip çox böyük marağa səbəb olmuşdur. Azneft dairəsində aparılan çəkilişlər zamanı 10 dəqiqə ərzində yüzlərlə insan kadr arxasına toplanması ilə proses sürətləndirilmişdir. "Şəklimi çək" — adı çəkilən sinqlı ilk dəfə "Sevdim" klipinin təqdimat gecəsində Aygün Kazımova ifa etmişdir. Klip bir şantajçı qadın və sevgilisinin həyatından bəhs edir. Klipin rejissoru Ülviyyə Könüldür. Klip Azərbaycan tarixinin ən möhtəşəm kliplərindən biri hesab olunur.
Sevdim (mahnı)
Calliandra selloi
Calliandra selloi (lat. Calliandra selloi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin kalliandra cinsinə aid bitki növü.
Baccharis selloi
Baccharis selloi (lat. Baccharis selloi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Əlirza Seidov
Əlirza Seidov (15 yanvar 1932 – 1978) — Ləzgi şairi, şeirlər və balladalar müəllifi. "Samur melodiyaları" (1959), "Parlaq ulduzum" (1964), "Gümüş tellər" (1973), "On ikinci kitab" (1975), "Qızıl vadi" (1979) və s. şeirlər toplusunu yazmışdır. Əlirza Uzairoviç Səidov 1932-ci il yanvarın 15 -də Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Axtı rayonunun Qdınk kəndində anadan olmuşdur. 1959-cu ildə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. Əlirza Uzairoviç Saidov "Znamya Sosializm" qəzetinin ədəbi işçisi, "Dağıstan qadını" jurnalının məsul katibi və respublika "Kommunist" qəzetinin mədəniyyət şöbəsinin müdiri işləmişdir. 1970-ci ildən şeir məsləhətçisi və Dağıstan Yazıçılar Birliyi İdarə Heyətinin katibidir. 1959-cu ildə Əlirza Səidovun şeirləri ilk dəfə "Znamya Sosializm" qəzetinin səhifələrində çap olunur. Elə həmin il "Molodaya Qvardiya" nəşriyyatı rus dilinə tərcümə edilmiş "Səninlə, Samur", Dağıstan kitab nəşriyyatı isə "Samur melodiyaları" şeirlər toplusunu ləzgi dilində ilk şeirlər toplusunu nəşr ediri. Səidovun şeirləri tez-tez mərkəzi və respublika mətbuatının səhifələrində dərc edilir.
Eldor Şomurodov
Eldor Azamat oğlu Şomurodov (özb. Eldor Azamat Öğli Shomurodov; 29 iyun 1995, Carqurğan, Surxandərya vilayəti) — Rostov FK və Özbəkistan milli futbol komandasının hücumçusudur. == Karyerası == Karyerasına 2011-ci ildə "Məşəl Mübarək" də başlamış, klubun gənc komandasında çıxış etmişdir. 2011–2014-cü illərdə "Məşəl" də oynayıb. Şomurodov 12 aprel 2014-cü ildə səfərdə Olmaliq ilə qarşılaşmada Özbək Liqasında əsas heyət üçün rəsmi debütünü etdi. Ümumilikdə 2014 mövsümündə klub üçün 9 qol vurdu. 2015-ci ildə "Bunyodkor" ilə müqavilə bağladı. Liqada 19 oyun keçirdi və 7 qol vurdu (1 oktyabr 2015-ci il tarixinə). 15 iyul 2017-ci ildə "Bunyodkor" Şomurodovun Rusiya Premyer Liqa klubu "Rostov" a keçdiyini elan etdi. == Beynəlxalq karyerası == Özbəkistan U19 yığmasında 2014-cü ildə 19 yaşadək AFC çempionatında oynamış və 2015 FIFA U-20 Dünya Kubokuna vəsiqə qazanmışdır.
Elizabet Salom
Elizabet Salom (d. 23 yanvar 1989) — İspaniyanı təmsil edən bədii gimnast. Elizabet Salom, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Elizabet Salom, 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, Ana Pelaz, Veronika Ruiz və İsabel Paqan ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Georgi Sedov
Gеorgi Yakovloviç Sedov (23 aprel (5 may) 1877, Sedovo[d], Don Voysko vilayəti[d] – 20 fevral (5 mart) 1914, Rudolf adası) — Rus səyyahı, tədqiqatçısı. == Həyatı == Azov dənizi sahillərində Krivaya Kosa, indiki Sedov kəndində balıqçı ailəsində anadan olmuşdur. О, coğrafiya tarixinə məşhur Arktika tədqiqatçısı kimi daxil olmuşdur. Sedov dənizçilik məktəbini bitirdikdən sonra, Qara və Xəzər dənizlərində üzməyə başlamış, bir müddətdən sonra isə Şimal Buzlu okeanda xidmət etməyə göndərilmişdir. Elə burada Sedov qütbü fəth etmək fikrinə düşür. Sibirin şimal sahillrini, Kolıma çayını, Novaya Zemlya (Yeni torpaq) adasının qərb sahillərini tədqiq etməklə Qütbə ekspedisiyanın layihəsini hazırlayır. La yihə 1912-ci ildə çar hökumətinə təqdim edilməsinə baxmayaraq ekspedisiya məqsədəuyğun sayılmır. Bundan sonra çarəsiz qalan Sedov "Novoe Vremya" (Yeni Zaman) qəzetinin xidmətinə müraciət etməyə məcbur olur. Qəzet vasitəsi ilə ekspedisiyanı maliyyə cəhətdən təmin etmək üçün könüllülərə müraciət etməklə ekspedisiyanı təmin etməyə müvəffəq olur və 27 avqust 1912-ci ildə "Müqəddəs Foka" gəmisində yola düşür. Arxanqelsk limanından gəmi çıxmaqla Ağ dəniz vasitəsilə şimala kurs götürür.
Səddam
Səddam — ad. Səddam Hüseyn — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti. Səddam Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Şalom
Şalom (ivrit. שָׁלוֹם, Sülh) – İstanbulda yayımlanan həftəlik ictimai-siyasi qəzet. 29 oktyabr 1947-ci ildə yəhudi əsilli jurnalist Avram Leyon tərəfindən yaradılan qəzet Türkiyə yəhudilərinin yayım orqanıdır. Qəzet sefard dilində olan bir səhifəsi istisna olmaqla türk dilində çıxır. 2005-ci ildə orta hesabla gündə 5 000 ədəd tirajla çap edilmişdir. Qəzet hər həftənin çərşənbə günləri dərc olunur. Qəzetin baş redaktoru İvo Molinas, redaktoru Yakup Barokasdır. Qəzetin sahibi "Gözlem Gazetecilik Basın ve Yayın A.Ş." şirkətidir.
Harun Səidov
Harun Səidov (8 may 1891, Dağıstan vilayəti – 13 avqust 1919) — inqilabçı, Vətəndaş müharibəsi iştirakçısı, lak yazıçısı, publisist. == Bioqrafiyası == Harun Səidov 1894-cü ildə Vaçi kəndində (indiki Dağıstanın Kuli rayonu) rayon məhkəməsinin katibi Səid Səidovun ailəsində anadan olmuşdur. Temir-Xan-Şurdakı realnı məktəbini bitirmişdir. 1912-1915-ci illərdə kadet məktəbində təhsil alır. 1915-ci ildə Moskva Ticarət İnstitutuna daxil olur. 1917-ci ildə Dağıstana qayıdır, burada Ulibiy Buynakski ilə birlikdə Dağıstanın təhsil və təşviqat bürosunu qurur. "İlçi" qəzetinin, 1918-ci ildən isə "İnqilabci dağlı" qəzetinin redaktoru olur. Burjua partiyasının siyasətini ifşa edən inqilabçı, qanlı imperialist savaşın davam etməsinə qarşı çıxır. Vətəndaş müharibəsi illərində "Qırmızılar"-ın tərəfini tutur. Dağıstanda əks-inqilab qüvvələrinə qarşı may qiyamının təşkilatçılarından biri olur.
Fayzəli Səidov
Fayzəli Səidov (tac. Файзали Саидов) — Tacikistan hərbçisi. O, Tacikistanda vətəndaş müharibəsi zamanı Tacikistan Xalq Cəbhəsinin qüvvələrinə rəhbərlik etmişdir. == Həyatı == Atası özbək, anası kulabi idi. 1964-cü ildə anadan olmuşdur. 1992-ci ilin sentyabrında Rusiyanın 201-ci motoatıcı diviziyasının 191-ci motoatıcı alayının zabitləri islamçı dəstələr tərəfindən Kurqantəpə şəhərinin ələ keçirilməsinin qarşısını almaq üçün Səidova təhvil veriləcək tankları ələ keçirmişdilər. O, Müharibə illərində Kalininabad şəhərindən kənarda yerləşən Müdafiə Nazirliyinin 11-ci Müstəqil Xüsusi Təyinatlı Briqadasına rəhbərlik etmişdir. Səidovun 65 yaşlı atası onun Səidov tərəfindən azad edilmiş hərbi əsirlərlə dəyişdirilməsi ilə bağlı razılaşmanın pozulması ilə müxalifət qüvvələri tərəfindən işgəncə edilərək və yandırılaraq öldürülmüşdür. Səidov nəticədə müxalifətə qarşı repressiyaya başlamışdır. Cəbhə Düşənbəni ələ keçirdikdən sonra Səidov ona "bir iş" verilməsi tələbi ilə Daxili İşlər Nazirliyinin qərargahını mühasirəyə almışdır.
Səddam (ad)
Səddam — ad. Səddam Hüseyn — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti. Səddam Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.