Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stenkil sülaləsi
Stenkil sülaləsi — İsveçi idarə etmiş ikinci tarixi sülalədir. Sülalənin üzvləri əvvəllər Qərbi Qotlandiya qrafları idilər. Sülalənin üzvü olan Stenkil Münsö nəslindən olan son kral Emund'un qızı ilə evlənərək hakimiyyəti ələ aldı. Stenkil sülaləsinin hakimiyyətinin sona çatmasından sonra Erik sülaləsi və Sverker sülaləsi arasında hakimiyyət mübarizəsi başladı.
Stendal
Stendal (fr. Stendhal; 23 yanvar 1783 – 23 mart 1842) əsl adı Mari-Henri Beyle olan fransız yazıçı. Xarakterlərin daxili psixoloji vəziyyətini yaxşı aça bildiyi üçün realizm nümayəndələrindən biri sayılır. 1830-cu ildə yazılmış "Qırmızı və qara" və 1839-cu ildə yazılmış "Parmanın kartezian kilsəsi" romanları ilə tanınır. 1783-cü ildə Qrönoblda dünyaya gəlmişdir. Vəkil ailəsində doğulmuşdur. 7 yaşında ikən anasını itirən S. humanist və respublikaçı olan babasının himayəsində böyümüşdür. 1799-cu ildə həribi nazirlikdə qulluğa girmiş, I Napaleonun İtaliya səfərində (1800) iştirak etmişdir.1806–14 illərdə intendant kimi Napaleonunir sıra hərbi səfərlərində, o cümlədən Rusiyaya yürüşündə iştirak etmiş, Moskvanın yandırılmasının , Borodino düyüşünün fransız ordusunun Rusiyadan qaçmasının şahidi olmuşdur. Napaleonun süqutundan sonra İtalyaya getmiş, karbonarlar hərəkatının rəhbərləri ilə əlaqə saxlamış, italyan romantikləri ilə yaxınlaşmış, 1821-ci ildə Fransaya qayıtmış, ədəbi həyatda fəal iştirak etmişdir. 1814-cü ildə Milana köçmüşdür.
Stenli
Stenli (ing. Stanley, əvvəlki adı Port Stenli, ing. Port Stanley) — Atlantik okeanının cənub-qərbində, Cənubi Amerikanın sahillərindən 500 kilometr məsafədə yerləşən Böyük Britaniyaya məxsus Folklend adalarının inzibati mərkəzi və yeganə şəhəri. Şərqi Folklend adasında yerləşir. Əhalisi 2 115 nəfərdir 2006. Şəhərdən 5 kilometr şərqdə aeroport yerləşir. Şəhərdə ada qubernatorunun, hökumətin administrasiyası, anqlikan kilsəsi və ada muzeyi yerləşir. Adanın mərkəzi ilk əvvəl Port Luis idi və indiki Stenlidən şimalda yerləşirdi. 1843-cü ildə yeni inzibati mərkəz tikilməyə başlandı və 1845-ci ildə ora dövlət idarələri köçürüldü. Şəhər o dövrdə müstəmləkələr üzrə dövlət katibi olan Stenlinin şərəfinə adlandırılıb.
Barbara Stenvik
Barbara Stenvik (ing. Barbara Stanwyck; 16 iyul 1907 – 20 yanvar 1990) — Amerkia kinoaktrisası.
Stendal sindromu
Stendal sindromu — hiperkulturemiya və ya Florensiya sindromu incəsənətin insan üzərində təsiri nəticəsində, xüsusilə incəsənət əsəri fövqəladə gözəl olduqda və ya çoxsaylı incəsənət əsəri bir məkana toplanmış olduqda insanın ürək döyüntülərinin sürətlənməsi, başgicəllənməsi, ürəkgetməsi, hətta hallüsinasiyalara səbəb ola bilən psixosomatik xəstəlik vəziyyətidir. Bu termin həmçinin digər şəraitlərdəki (məsələn, təbiətdəki mənzərələr) gözəllik bolluğunu görməyə olan reaksiyanı əks etdirə bilər. Sindrom 19-cu əsrdə yaşamış məşhur fransız yazıçı Stendalın (Henri Mari Beyl) şərəfinə belə adlandırılıb. Belə ki, yazıçı 1817-ci ildə Florensiyaya səyahət edir və bu hadisə ilə qarşılaşır. Bu haqda "Neapol və Florensiya: Milandan Reccoya səyahət" kitabında bəhs edir. O, Nikkolo Makiavelli, Mikelancelo Buonarroti və Qalileo Qalileyin dəfn olunduğu Santa Kroçe Baziliyasına səfər edir və ilk dəfə Cottonun freskalarını görəndən sonra emosiyaların əsirinə çevrilir. O yazırdı: Florensiya incəsənətini görən bir çox adam bu başgicəllənmələri və ürəktutmaları yaşayıb, lakin bunun sindrom kimi qəbul olunması 1979-cu ilə təsadüf edir. Həmin ildə italyan psixiatrı Graziella Magherini Florensiyada səfərdə olan yüzdən çox turisti müşahidə etmiş və onların keçirdiyi hissləri təsvir etmişdi. Word Spy definition Graziella Magherini. La Sindrome di Stendhal Arxivləşdirilib 2009-05-05 at the Wayback Machine.
Stendli ardıcı
Stendli ardıcı (lat. Juniperus standleyi) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Stenli Bolduin
Stenli Boldvin (ing. Stanley Baldwin; 3 avqust 1867[…], Byudli[d], Vusterşir[d] – 14 dekabr 1947[…], Byudli[d], Vusterşir[d]) — ingilis dövlət xadimi, 1935-1937-ci illərdə Böyük Britaniyanın 59-cu baş naziri.
Stenli Boldvin
Stenli Boldvin (ing. Stanley Baldwin; 3 avqust 1867[…], Byudli[d], Vusterşir[d] – 14 dekabr 1947[…], Byudli[d], Vusterşir[d]) — ingilis dövlət xadimi, 1935-1937-ci illərdə Böyük Britaniyanın 59-cu baş naziri.
Stenli Brard
Stenli Brard — keçmiş futbolçu, hazırda “Qəbələ” Futbol Akademiyasının direktoru Stenli Brard 24 oktyabr 1958-ci ildə İndoneziyanın paytaxtı Cakarta şəhərində anadan olub. Futbol həyatına Hollandiyada start verən Brard peşəkar futbolçu karyerasına 1978-ci ildə “Feyenoord” klubunda başlayıb. 1986-cı ilə qədər – 8 mövsüm sözügedən komandada top qovan Brard daha sonra karyerasını RKC və “Zvart Vit” kollektivlərində davam etdirib. Hollandiyalı mütəxəssis məşqçi karyerasına 1994-cü ildə “Kapelle” (Hollandiya) klubunda başlayıb. 1996-2000-ci illərdə stenli Brard “Vitesse” (Hollandiya) komandasında məşqçi vəzifəsində çalışıb. 2000-ci ildə Brard “Den Haq” (Hollandiya) klubunun baş məşqçisi, 2001-ci ildə isə sözügedən kollektivin texniki direktoru vəzifəsinə təyinat alıb. 2002-2005-ci illərdə mütəxəssis karyerasını ölkə xaricində davam etdirib. Yaponiyaya yollanan Brard “Nagoya Grampus Eyt” Futbol Akademiyasının direktoru kimi fəaliyyət göstərib. UEFA-nın Pro Lisenziyasına sahib olan məşqçi 2005-ci ildə Hollandiyaya dönüb və “Feyenoord” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin edilib. Brard klubun aşağı yaş qrupları ilə bir çox titula və mükafatlara sahib çıxıb.
Stenli Eskudero
Stenli Eskudero (10 mart 1942 və ya 1942, Deytona-Biç[d], Florida) — ABŞ-nin Azərbaycandakı səfiri (1997–2000). Stenli Eskudero 1942-ci ildə Florida ştatında doğulub. 1971–1975-ci və 1978–1979-cu illərdə ABŞ-nin İrandakı səfirliyində çalışıb. Bir müddət Dövlət Departamentində müxtəlif vəzifələrdə işləyəndən sonra ABŞ-nin Pakistan və Hindistanda səfiri olub. 1992–1995-ci illərdə Tacikistanda, 1995–1997-ci illərdə isə Özbəkistanda səfir işləyib. 1997–2000-ci illərdə ABŞ-nin Azərbaycandakı səfiri olub. 2000-ci ildə təqaüdə göndərilib. Həmin ildən Azərbaycanda şəxsi biznesini qurub və hazırda Bakıda yaşayır.
Stenli Fişer
Stenli Fişer (ivr. ‏סטנלי פישר‏‎; 15 oktyabr 1943) — 2014-2017-ci illərdə Federal Ehtiyat Sisteminin 20-ci sədr müavini vəzifəsində çalışmış İsrail əsilli amerikalı iqtisadçı. Fişer bundan əvvəl 2005-2013-cü illərdə İsrail Mərkəzi Bankının 8-ci sədri vəzifəsində çalışıb. Şimali Rodeziyada (indiki Zambiya) anadan olub, İsrail və ABŞ-də ikili vətəndaşlığa malikdir. O, əvvəllər Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun birinci müavini və Dünya Bankının baş iqtisadçısı vəzifələrində çalışıb. 10 yanvar 2014-cü ildə Prezident Barak Obama Fişeri ABŞ Federal Ehtiyat Sisteminin Rəhbərlər Şurasının sədr müavini vəzifəsinə irəli sürdü. O, Blackrock-da baş məsləhətçidir. 6 sentyabr 2017-ci ildə Stenli Fişer 74-cü doğum gününə az qalmış, 13 oktyabr 2017-ci il tarixindən etibarən şəxsi səbəblərə görə sədr müavini vəzifəsindən istefa verdiyini açıqladı.
Stenli Hollouey
Stanley Holloway (1 oktyabr 1890 - 30 yanvar 1982) İngiltərəli aktyor.
Stenli Kubrik
Stanley Kubrick (ing. Stanley Kubrick; 26 iyul 1928[…], Bronks, ABŞ – 7 mart 1999[…]) Amerikalı kinorejissor, ssenarist, prodüser, kinematoqraf, redaktor və fotoqrafçı olmuşdur. Yeni Hollivud dalğasının nümayəndəsi kimi tez-tez kino tarixinin ən böyük və nüfuzlu rejissorlarından biri hesab olunur. Onun filmləri, xüsusilə romanlar və ya qısa hekayələrdən filmə adaptasiya edilmiş bir çox janrı əhatə edən filmlərdir ki, öz realizminə, qara yumoruna, unikal kinematoqrafiyasına, geniş səhnə tərtibatına və yaddaşda canlanan musiqi istifadəsinə görə qeyd olunur. Stenli Kubrik 26 iyul 1928-ci ildə Nyu-Yorkda yəhudi ailəsində anadan olmuşdur. Kubrick Nyu-Yorkda Bronksda böyümüş, orta təhsilini 1941–1945 ci illərdə Vilyam Hovard Taft orta məktəbində alımışdır. Məktəbdə kafi qiymətlər almasına baxmayaraq, ədəbiyyata, fotoqrafçılığa və filmə kiçik yaşlardan olan dərin marağı film istehsalı və rejissorluğu sahəsində dərin biliklərə yiyələnməyinə səbəb olmuşdur. 1940-cı illərin sonu 50-ci illərin əvvəllərində Look jurnalı üçün fotoqraf işləyərkən artıq az büdcəli qısa filmlər çəkməyə başlamış, özünün ilk böyük Hollivud filmi olan The Killing`i (Qətl) 1956-cı ildə United Artists korporasiyası üçün çəkmişdir. Bunun ardınca, Kirk Duqlas ilə əməkdaşlıq nəticəsində müharibə mövzusunda Paths of Glory(Şöhrət Yolu) və tarixi epik janrda olan Spartacus(Spartak) filmi ortaya çıxır. Bir kinorejissor kimi Hollivudda nüfuzu artan Kubrik, Marlon Brando tərəfindən One-Eyed Jack (1961) filmi üçün təklif alsa da sonda Brando özü rejissor kreslosuna oturur.
Stenli Milqram
Stenli Milqrem (15 avqust, 1933, Nyu-York – 20 dekabr, 1984, Nyu-York) Amerika sosial psixoloqu idi. O apardığı bir çox geniş təsirə malik olmuş təcrübələri ilə – Avtoritetə tabe olma (Milgram eksperimenti), Kiçik dünya fenomeni, şəhərlərin psixoloji xəritələri, metro eksperimenti – ilə tanınır. S.Milgram əslən Şərqi Avropadan olan yəhudi ailəsində dünyaya gəlmişdi. O hələ kiçik yaşlarından yüksək intellekt və müxtəlif sahələrə maraq nümayiş etdirirdi. Məktəbi bitirdikdən sonra o, Queens Kollecdə, siyasi elmlər (politologiya) sahəsində təhsilini davam etdirmişdir. Kolleci bitirdikdən (1954) sonra o, universitetlərdən birində, Xarici İşlər Məktəbinə daxil olmağa hazırlaşırdı. Lakin Kollecin dekanı ona Harvard Universitetinin Sosial münasibətlər fakültəsinə daxil olmağı məsləhət gördü. Milgram fakültənin proqramı ilə tanış oldu və sosial psixologiya, sosiologiya, antropologiya fənnləri onda maraq oyatdı. O, sənədlərini həmin fakültənin doktoranturasına verdi və qəbul olunmadı. Çünki, o, psixologiya kursları keçməmişdi.
Stenli Milqrem
Stenli Milqrem (15 avqust, 1933, Nyu-York – 20 dekabr, 1984, Nyu-York) Amerika sosial psixoloqu idi. O apardığı bir çox geniş təsirə malik olmuş təcrübələri ilə – Avtoritetə tabe olma (Milgram eksperimenti), Kiçik dünya fenomeni, şəhərlərin psixoloji xəritələri, metro eksperimenti – ilə tanınır. S.Milgram əslən Şərqi Avropadan olan yəhudi ailəsində dünyaya gəlmişdi. O hələ kiçik yaşlarından yüksək intellekt və müxtəlif sahələrə maraq nümayiş etdirirdi. Məktəbi bitirdikdən sonra o, Queens Kollecdə, siyasi elmlər (politologiya) sahəsində təhsilini davam etdirmişdir. Kolleci bitirdikdən (1954) sonra o, universitetlərdən birində, Xarici İşlər Məktəbinə daxil olmağa hazırlaşırdı. Lakin Kollecin dekanı ona Harvard Universitetinin Sosial münasibətlər fakültəsinə daxil olmağı məsləhət gördü. Milgram fakültənin proqramı ilə tanış oldu və sosial psixologiya, sosiologiya, antropologiya fənnləri onda maraq oyatdı. O, sənədlərini həmin fakültənin doktoranturasına verdi və qəbul olunmadı. Çünki, o, psixologiya kursları keçməmişdi.
Stenli Pruziner
Stenli Pruziner (28 may 1942[…], De-moyn, Ayova) — amerikan alimi, 1997-ci ildə prionların kəşfinə görə Nobel mükafatına layiq görülüb. 1964 — Pensilvaniya Universitetinin kollecini bitirir 1968 — Pensilvaniya Universitetinin Tibb fakültəsini bitirir 1968–69 — Kaliforniya Universitetində internatura 1972–74 — Kaliforniya Universitetində (San Fransisko) nevrologiya üzrə rezidentura 1974–80 — Kaliforniya Universitetində (San Fransisko) nevrologiya üzrə yardımcı dosent (assistant professor in residence) 1976–88 — Kaliforniya Universitetinin (San Fransisko) biokimya və biofizika kafedrasında mühazirə müəllimi 1979–83 — Kaliforniya Universitetinin (Berkli) virologiya üzrə yardımcı dosent (assistant professor) 1980–84 — Kaliforniya Universitetinin (San Fransisko) nevrologiya üzrə dosent (associate professor) 1983–84 — Kaliforniya Universitetinin (Berkli) virologiya üzrə dosenti (associate professor in residence) 1984 — Kaliforniya Universitetində (San Fransisko) nevrologiya üzrə professoru 1984 — Kaliforniya Universitetinin (Berkli) virologiya üzrə professoru (professor in residence) 1984 — Kaliforniya Universitetinin (San Fransisko) biokimya və biofizika professoru.
Stenli Rouz
Stenli Rouz (25 aprel 1895, Uotford – 18 iyul 1986, London) — 1961–1974-cü illərdə FİFA prezidenti Rouz UEFA Kubokunun yaradıcılarındandır. Əvvəllər, referi olan Stenli futbolun qaydalarında bəzi dəyişikliklər edir. Stenlinin ən böyük səhvi inkişaf etməkdə olan ölkələrdə futbolun inkişafına qayğı göstərməməsi idi. Məhz bu amil onu FİFA prezidenti postunda çox saxlamadı.
Paul Karpenter Stendli
Paul Karpenter Stendli (ing. Paul Carpenter Standley, 21 mart 1884 – 2 iyun 1963, Tequsiqalpa) — Amerika botaniki. «Flora of New Mexico». Wooton, Elmer Ottis. — Lehre: Cramer, 1972, [Nachdr. d. Ausg.] Вашингтон, 1915. «Flora of Glacier National Park Montana». Стэндли, Пол К. — Lehre: Cramer, 1969, Author. repr.
Steni Hoyər
Steni Hamilton Hoyər (14 iyun 1939, Nyu-York, ABŞ) — Amerikalı siyasətçi və təqaüdçü vəkil. Merilend ştatının 5-ci konqres dairəsi üzrə ABŞ nümayəndəsi (1981-ci ildən). DC Hoyer Merilend konqres nümayəndə heyətinin dekanı. Nümayəndələr Palatasının ən yüksək səviyyəli Demokratı. ABŞ Nümayəndələr Palatasının partiya lideri (2007–2011 və 2019–2023-cü illərdə).
Məncil
Məncil — İranın Gilan ostanında yerləşən şəhər. Məncil şəhəri İranda öz külək turbinləri ilə məşhurdur. Bu şəhər tarixən Tarım vilayətinə daxil olaraq bir zamanlar bu bölgənin mərkəzi olubdur. Sonrakı dönəmlərdə qədim türk torpağı olan tarixi Tarım vilayəti bölünərək; Məncil şəhəri isə Gilan ostanına daxil edilibdir. Məncil Tehrandan 210 kilometr şimal-qərbdə, dəniz səviyyəsindən 314 metr yüksəklikdə və Ammarlı dağının qərbi ətəyində yerləşir.Ortalama illik yağıntı miqdarı burada 477 milimetr dir. Məncil Qızılüzən çayının şərq sahilindəki dağlıq ərazidədir. Burası çox küləkli bir bölgə olaraq, son illərdə Məncildə bölgənin küləklərindən elektrik enerjisi istehsal etmək üçün bir neçə külək stansiyası quraşdırılmışdır.Məncil küləyi bu şəhərin şöhrət amillərindən biridir ki, yazda və yayda tez-tez daha çox, payızda və qışda daha az kəskinləşir. Bu külək çoxdan yerlilər arasında Məncilin Yeddi Küləkləri olaraq bilinir və elə güclüdür ki, burada bol əkilən zeytun ağaclarını tez-tez bir yana əyir.Məncilə gəldikdə, şübhəsiz ki, hamımız yel və onun külək turbinlərini xatırlayırıq. Bu turbinlər yalnız təmiz enerji istehsalının ən böyük qaynaqlarından biri deyil, eləcə də bu şəhərə xüsusi bir şöhrət və gözəllik verir. Bu turbinlərin və Sefidrud suanbarının mövcüdluğu səbəbindən bu şəhər bölgənin alış-veriş mərkəzi kimi tanınır.
Stenli Enn Danhem
Stenli Enn Danhem (29 noyabr 1942, Viçita[d], Kanzas – 7 noyabr 1995, Honolulu) – ABŞ-nin 44-cü prezidenti Barak Obamanın anası. İqtisadi antropologiya və kənd təsərrüfatının inkişafı üzrə ixtisaslaşmışdı. Anna deyə çağrılırdı. Sonradan Doktor Stenli Enn Danhem Soetro kimi tanındı. Kanzas ştatının Viçita şəhərində anadan olub. Uşaqlıq illərini Kaliforniya, Oklahoma, Texas və Kanzasda keçirib. Yeniyetməlik illərini Vaşinqtonda, dolğun illərini isə Havayda və İndoneziyada keçirib. Danhem Honoluluda, Havay Universitetində təhsil alıb və antropologiya və ya riyaziyyat üzrə bakalavr təhsili alıb. Qadınların kustar sənayesində rolunu araşdıraraq İndoneziyada, Yava adasında qadınların rolunu öyrənir. O ABŞ Beynəlxalq İnkişaf Agentliyinin məsləhətçisi kimi kənd yerlərində kasıblığın qarşısını almaq üçün mikrokredit proqramını təşkil edir.
Stenli Tatçer Bleyk
Stenli Tatçer Bleyk (ing. Stanley Thatcher Blake; 1910 – 24 fevral 1973) - Avstraliya botaniki. The honey flora of South-Eastern Queensland (avec C. Roff), Queensland Department of Agriculture and Stock, 1958, 199 p., 175 pl. A Revision of Melaleuca leucadendron and its Allies (Myrtaceae), Contributions from the Queensland Herbarium, N°1, 1969, 114 p. A revision of Carpobrotus and Sarcozona in Australia, genera allied to Mesembryanthemum (Aizoaceae), Brisbane, 1969, Contributions from the Queensland Herbarium, N°7, 65 p., 11 plates. Studies in Cyperaceae, Brisbane, 1969, Contributions from the Queensland Herbarium, N°8, 48 p. A revision of Plectranthus (Labiatae) in Australia, Brisbane, 1971, Contributions from the Queensland Herbarium, N°9, 120 p. Idiospermum (Idiospermaceae), a new genus and family for Calycanthus australiensis, Brisbane, 1972, Contributions from the Queensland Herbarium, N°12, 37 p. Neurachne and its allies (Gramineae), Brisbane, 1972, Contributions from the Queensland Herbarium, N°13, 53 p. Plinthanthesis and Danthonia and a review of the Australian species of Leptochloa (Gramineae), Brisbane, 1972, Contributions from the Queensland Herbarium, N°14, 19 p.
Uilyam Stenli Cevons
Vilyam Stenli Cevons (1 sentyabr 1835[…], Liverpul – 13 avqust 1882[…]) — ingilis iqtisadçısı, marjinalizmin nümayəndəsi Vilyam Stenli Cevons 1835-ci ildə Liverpul şəhərində anadan olmuşdur. O, İngiltərədə faydalılıq həddi nəzəriyyəsinin banisi olmuşdur. Qossen və Avstriya məktəbinin nümayəndələrindən fərqli olaraq Cevons hesab edirdi ki, subyektiv faydalılığın kəmiyyətcə müəyyən olunması və qiymətləndirilməsi yalnız əmtəə, xidmət və istehsal vasitələrinin bazar qiymətində təzahür edə bilməsidir. O, "fərqsizlik qanununu" yaradır. Bu qanuna görə "eyni bir bazarda, eyni bir vaxtda, eyni bir məhsula iki müxtəlif qiymət ola bilməz". Cevons 13 Avqust 1882-ci ildə vəfat etmişdir.
Vilyam Stenli Cevons
Vilyam Stenli Cevons (1 sentyabr 1835[…], Liverpul – 13 avqust 1882[…]) — ingilis iqtisadçısı, marjinalizmin nümayəndəsi Vilyam Stenli Cevons 1835-ci ildə Liverpul şəhərində anadan olmuşdur. O, İngiltərədə faydalılıq həddi nəzəriyyəsinin banisi olmuşdur. Qossen və Avstriya məktəbinin nümayəndələrindən fərqli olaraq Cevons hesab edirdi ki, subyektiv faydalılığın kəmiyyətcə müəyyən olunması və qiymətləndirilməsi yalnız əmtəə, xidmət və istehsal vasitələrinin bazar qiymətində təzahür edə bilməsidir. O, "fərqsizlik qanununu" yaradır. Bu qanuna görə "eyni bir bazarda, eyni bir vaxtda, eyni bir məhsula iki müxtəlif qiymət ola bilməz". Cevons 13 Avqust 1882-ci ildə vəfat etmişdir.
Təcil
Təcil — sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fəsiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyət . Cismin təcillənməsi Nyutonun ikinci qanununda göstərildiyi kimi cismə təsir edən qüvvələrin əvəzləyicisinin hesabına baş verir. Beynəlxalq vahidlər sistemində (BS) təcilin vahidi metr bölünsün saniyə kvadratıdır ( m s a n 2 {\displaystyle m \over san^{2}} ). Təcil vektorial kəmiyyətdir (yəni həm qiyməti həm də istiqaməti ilə müəyyən olunur) və paraleloqram qanununa görə cəmlənir. Bir vektor kimi hesablanan əvəzləyici qüvvə cismin kütləsi (skalyar kəmiyyətdir) ilə onun təcilinin hasilinə bərabərdir. Misal üçün bir avtomobil hərəkətsiz haldan (başlanğıc sürəti 0 olan haldan) düz xətt boyunca sürətini artıraraq hərəkət edərkən, təcilin istiqaməti hərəkət istiqamətində yönəlir. Əgər avtomobil dönərsə, təcil istiqamətini dəyişərək yeni istiqamət alır. Bu misalda avtomobildəki sərnişinlərin müşahidə etdiyi onları oturacağa doğru itələyən və ya basan qüvvəni maşının təcili və ya xətti təcil adlanır. Avtomobil istiqamətini dəyişərkən avtomobildəki sərnişinlər onları yan tərəfə doğru itələyən qüvvələrin yarandığını müşahidə edəcəklər belə təcil qeyri xətti təcil adlanır. Əgər avtomobil sürətini azaldarsa, bu zaman təcil avtomobilin hərəkət istiqamətinin əksinə yönəlir və buna bəzən yavaşıma deyilir.Yavaşıma zamanı sərnişinlər onları önə doğru itələyən qüvvənin meydana gəldiyini müşahidə edirlər.Riyazi olaraq yavaşımanın ayrıca bir düsturu yoxdur,hər ikisidə surət dəyişməsidir.
Əncil
Əncir (lat. Ficus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi. == Əncirin orqanizmə təsiri == Azərbaycanın bir çox yerlərində yetişdirilir. Orta əsr Azərbaycan müəllifləri bu bitkinin meyvələrinin müalicəvi əhəmiyyətindən ətraflı məlumat verirlər. Məhəmməd Mömin yazır ki, əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır. Bununla belə, əncir ödqovucu və qara ciyəri möhkəmlətmək təsirinə malikdir. Əncir ağacıO, həmçinin, sidiyin tutulmasına, şiddətli ürəkdöyüntüsünə qarşı xeyirlidir. Ənciri astma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. . Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həm də yarpaqlarından da istifadə edirlər. Onun tərkibində qətranlı maddələr, furokominlər, P, C vitaminləri və üzvü turşular mövcuddur.
Sadıq Şəndil
Sadıq Şəndil (d. 1913, İstanbul - ö. 28 İyul 1986, İstanbul) — Türkiyə yazıçısı və ssenaristi. Peşəkar sənət həyatına 1953-cü ildə ssenari yazmaqla başlayan Sadiq Şendil, Türk kinosuna 200 yaxın filmi ssenarisi yazaraq böyük bir iştirak etmişdir. Türk teatr və kino tarixinin əhəmiyyətli əsərlərini çıxaran Şendil, 8 əsər yazmış, məşhur serial-film ssenarilərinə da imza atmışdır. Sənətçi, xüsusilə Kamal Sunal filmləri və Hababam Sınıfı ardıcıllığıyla tanınır. Sadiq Şendil, bir dövr Müjdat Gezen'le birlikdə "Güldürü İstehsal Mərkəzi" 'ndə çalışdı. Məşhur İldə Bir Gün mahnısının sözlərini yazan Şendil `ssenariləri, ağırlıqlı olaraq Ertem Eğilmez və Sırrı Gültekin tərəfindən filmə alındı​​. 7. Antalya Film Şənliyi, 1970, Ən Yaxşı Ssenari, Ürəyimin Əfəndisi 7.
Sənci (Salmas)
Sənci (fars. سنجي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 521 nəfər. yaşayır (99 ailə).
Sənci (Urmiya)
Sənci (fars. سنجي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 801 nəfər yaşayır (125 ailə).