Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suaşıran
Suaşıran — axının məcrasında yerləşən və üzərindən su axıb tökülən maneə (astana). Yalında (qurğunun yuxarı kənarında) xüsusi düzəldilmiş basqısız deşik və ya gözdən su axıb tökülən divar da suaşıran adlanır. Meliorasiya və hidrotexnikada külli miqdarda su buraxmaq, hidrometriyada isə kiçik su sərflərini ölçmək üçün tətbiq olunur. Divarın uzununa profilinin görünüşünə görə nazik divarlı, praktiki (təcrübi profilli və enli astanalı, məcrada yerləşməsinə və yalının planda görünüşünə müvafiq olaraq düz, çəp, əyrixətli və s. suaşıranlar var. Suyun axıb tökülmə şəraitinə görə suaşıranlar vakuumlu, vakuumsuz, yandan sıxılan, yandan sıxılmayan, suya batmış və batmamış olur.
II Hayiran
II Hairan (ərəb. هيران إي‎) — Palmira şahzadəsi və kral Odenatın oğlu. == RTP 736 adlı möhür == Hairanın varlığının sübutu RTP 736 adlı bir qurğuşun möhürlə tapılmışdır. Möhürdə iki keşiş təsvir edilmişdir. Bir tərəfdə Odenatın oğlu və xələfi Vaballatın adı, digər tərəfdə isə Hairanın adı oyulmuşdur. Odenatın adı hər iki tərəfə də həkk olunmuşdur. Ana adı və tarixi haqda heç bir məlumat yoxdur. == Kral Herodian və II Hairan == Odenatın 251-ci ildən daha irəli vaxtlara aid bir çox kitabələrdə görünən II Hairan adlı başqa bir oğlu var idi. Qurğuşun möhürdə, krallar kralı Septim Herodianın adı görünür. Alimlər Septimius Herodianın I Hairan ya da II Hairan olduğu haqda mübahisə edirlər.