Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Subatom zərrəciklər
Maddə və sahə zərrəcikləri aşağıdakılardır: Maddə və sahə zərrəcikləri - maddəni təşkil edən əsas zərrəciklər elektronlar, protonlar və neytronlardır. Elektron - təbiətdə ən kiçik sükunət kütləsinə (9,1·10-31kq) və mənfi elektrik yükünə malik zərrəcikdir. Elektronu 1897-ci ildə ingilis alimi C.Tomson kəşf etmişdir. Proton - müsbət yüklü zərrəcik olub (onun yükü mütləq qiymətcə elektron yükünə bərabərdir və 1,6·10-19Kl-dur) atom nüvəsini təşkil edən zərrəciklərdən biridir. Protonun sükunət kütləsi elektronun kütləsindən ≈1836 dəfə böyük olub 1,673·10-27kq-dır və 1919-cu ildə ingilis alimi E.Rezerford kəşf etmişdir. Neytron - elektrik cəhətdən neytral zərrəcik olub, kütləsi elektronun sükunət kütləsindən ≈1839 dəfə böyükdür(1,675·10-27kq)və nüvəni təşkil edən zərrəciklərdən biridir. Atom nüvəsi - güclü qarşılıqlı təsir hesabına protonlarla neytronlar arasında yaranan və atomun kütləsini əsasən özündə saxlayan əlaqəli sistemdir. Atom - müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət mürəkkəb əlaqəli sistemdir. İon - elektron itirmiş(və ya əlavə olaraq qazanmış)atomdur. Molekul - maddənin kimyəvi xassələrini özündə saxlayan ən kiçik hissəcik olub, iki və daha çox atomdan ibarət mürəkkəb əlaqəli sistemdir.
Sabaton
Sabaton ― İsveçli power metal qrupu. Mahnılarının çoxu müharibə və ya qəhrəmanlıq kimi movzulardadır. Qrup həmçinin oyun şirkətləri üçün də musiqilər hazırlamışdır.
Gábor Kubatov
Qabor Qubadov (d: 17 fevral, 1966) — Macarıstan siyasətçisi. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir. Macarıstan Futbol Liqasında fəaliyyət göstərən məşhur Ferençvaroş klubunun prezidentidir. Emma, Marsel və Oliviya adında 3 uşağı vardır. == Karyerası == Qabor Qubadov orta təhsilini Peşterjebetdə bitirmişdir. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetindən məzun olmuşdur. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışmışdır. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçmüşdür.2002-ci ildən bəri, Budapeştin XXIII rayonunda Fides partiyasının sədri vəzifəsində işləmişdir. Qubadov, 2008-ci ildə keçirilən referendumda və 2009-cu ildə keçirilən Macar Avropa parlamenti seçimlərində fəal iştirak etmişdir. Hal hazırda Ferençvaroş klubunun prezidentidir.
Hordeum jubatum
Hordeum jubatum (lat. Hordeum jubatum) — qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü.
Subatan (Göyçə)
Subatan – Göyçə mahalının Basarkeçər rayonunun keçmiş Çaxırlı sovetliyində kənd. == Tarixi == B.e.ə. IV əsrdə Albaniyanın kiçik yaşayış məntəqələrindən biri olub. Alban yaşayış məskənlərinin qalıqları Xudat bulağının ətrafında, qədim alban qəbir daşları isə indiki daş mədəninin ətrafında 1992-ci ilə qədər qalırdı. Bu daşların hündürlüyü 3–5 m arasında idi. İndi ermənilər həmin daşları qonşu Qızılvəng, Gödəkbulaq və Yarpızlı kəndlərinə aparıblar. Qədim alban tarixinin izləri bu ərazidə bir çox yerlərdə var. Çaxırlı kəndi ilə sərhəddə yerləşən Murad xaç abidəsi bunların ən qədimidir. Subatan kəndinin bünövrəsi XVII əsrin ortalarında (1850-1860) Mayıllılar tayfasının başçısı Kərbəlayı Şıxəli kişi Çaxırlı kəndindən qohumları olan 8 ailə ilə birlikdə çıxaraq indiki Subatan kəndini özləri üçün yaşayış yeri seçmişdir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına kimi iki dəfə dəyişdirilmişdir.
Subatan qətliamı
Subatan soyqırımı - Türkiyənin Qars və Sarıqamış bölgələrində erməni quldurları tərəfindən türklərə qarşı törədilmiş soyqırım. Qars və Sarıqamışdan çəkilən Daşnak-Erməni quldur birləşmələri o zamanlar Türk, Erməni və Rumların yaşadıqları Subatan kəndinə hücum etdilər. Müxtəlif istiqamətlərdə dağıntılar törədən dəstələr əllərinə keçirdikləri kəndliləri də rast gəldikləri yerdə amansızcasına öldürürdülər. Arxiv mənbələrindən əldə edilən rəsmlərə və sənədlərə əsasən başlarına baltalarla vurulmuş, qarınlarına süngülər soxulmuş kişi, qadın və uşaqlar küçələrə atılmışlar. Arxiv məlumatlarına əsasən Subatan kəndində ümumilikdə 805 adam öldürülmüşdür. Erməni dəstələrinin geri çəkilmısindən sonra ərazi yenidən Türk əsgərlərin nəzarətinə keçmişdir. Amansızcasına kütləvi qətledilmədən sonra küçələrə səpələnmiş və küçə itlərinin yeminə çevrilmiş insan cəsədlərinin çoxluğu səbəbindən ərazinin müxtəlif yerlərində kütləvi məzarlıqlar salınmışdır. Məlumatlara əsasən Köşəoğulları məhəlləsində 180, Tıptıp küçəsində 275, Göy Məsçidin güneyində 350 şəhidin basdırıldığı bildirilir.
Subatan soyqırımı

Subatan yaylağı
Subatan yaylağı (az.-əbcəd سوباتان، سوباتان یایلاغی‎)— Güney Azərbaycanın Talış dağlarında yerləşən ən tanınmış və gözəl yaylaqlarından biri.. Subatan yaylaqları Ərdəbil ostanının Hir bölümündəki, Nour gölündən 17 kilometr aralı, dəniz səviyyəsindən isə 1900-1970 metr yüksəklikdə yerləşir. == Etimologiya == Subatan sözü iki türk (azərbaycan) sözündən ibarətdir Su+Batan. Subatan yaylaqlarında çoxlu bulaqlar olaraq, bu bulaqlar yer üzündə axdıqdan sonra yer içinə batırlar, elə buna görə də bura belə adlandırılmışdır. == Görməli yerlər == Batmanbulaq Gəncxana mağarası Varazan kəndindəki Varazan şəlaləsi Haçadaş Sarıdaş Məcmədaş Alçalıq ormanı və parkı Mahar kəndindəki Mahar şəlaləsi Subatan bazarı Sarıbulaq yurdundakı Dovşandaşı Subatan Köçəri Antropologiya Muzeyi Dovşandaşının yaxınlığındakı daş çuxurlar Köçərilərin qara çadırları Subatan qalası Qurudərə qəbristanlığı == Əhalisi == Subatanın əhalisi Azərbaycan türkləridir və Azərbaycan türkcəsində danışırlar. Əhalinin çoxu köçəridir. === Subatanın məhəllələri === Qalabin yurdu: Burada təxminən 70 ailə yaşamaqdadır. Meylə bulağı: Bu məhəllədə daimi olaraq 50 ailə yaşasa da, onların sayı isə yayda çoxalır. Bazar: Bazar yurdu Subatanın ən çox əhalisi olan məhəlləsi olaraq, onda 300 ailədən çox insan yaşayır. Kələmər: Kələmər, Qalabin yurdunun aşağısında yerləşən bir kənddir ki onda 20 ailə yaşayır.
Tural Qubatov
Tural Firəddin oğlu Qubatov (4 iyul 1998, Böyük Bəhmənli, Füzuli, Azərbaycan — 28 sentyabr 2020;, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Qubatov 4 iyul 1998-ci ildə Füzuli rayonu Böyük Bəhmənli kəndində anadan olub. Şəhid Ehtiram Piriyev adına 1 saylı Böyük Bəhmənli kənd orta məktəbində orta təhsili bitirdikdən sonra 2016–2018-ci illərdə müddətli hərbi xidmətə başlayıb. Daha sonra Ordu sıralarında qalaraq Həmlə taborunda fəaliyyətinə davam edib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tural Qubatov Füzuli və Cəbrayılın azad edilməsində savaşıb. 28 sentyabr 2020-ci ildə Cəbrayıl istiqamətində şəhidlik zirvəsinə ucalıb. Tural Qubatov Fizuli kənd qəbiristanlığında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Yuvelian Sumbatov-Topuridze
Yuvelian Davıdoviç Sumbatov-Topuridze (rus. Ювелья́н Дави́дович Сумба́тов-Топури́дзе; 1889, Senaki qəzası[d], Kutaisi quberniyası – 29 avqust 1960, SSRİ) — Azərbaycan SSR xalq daxili işlər komissarı. == Həyatı == Yuvelian Sumbatov-Topuridze 1889-cu ildə sentyabr ayında Kutaisi vilayətinin (indiki Gürcüstan Respublikası) Senak qəzasının Abaşsk rayonunun Kapana kəndində anadan olmuşdur. 1920-ci ildən Azərbaycan SSR Fövqəladə Komissiyasında işə qəbul olmuş və 1927-ci ilə qədər bu orqanda çalışmışdır. 1927–1929-cu illərdə Bakı və Batumi gömrüyündə işləmişdir. 1929-cu ildən yenidən təhlükəsizlik orqanlarında fəaliyyətini davam etdirmiş, 1947-ci ilə qədər DSİ, XDİK, DİN sistemlərində işləmişdir. 1933-cü ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə rəis müavini təyin edilmiş, 1934-cü il mart ayının 31-dən 1938-ci il yanvar ayının 7-nə qədər isə Azərbaycan SSR xalq daxili işlər komissarı vəzifəsində çalışmışdır. 1938–1947-ci illərdə Moskvada DİN orqanlarında fəaliyyət göstərmişdir. Təhlükəsizlik orqanlarından ayrıldıqdan sonra 1947–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir. Azərbaycan KP MK-nin və Bakı şəhər Komitəsinin 18 iyul 1953-cü il tarixli birgə plenumunun iclasında Azərbaycan KP MK-nin üzvlüyündən və Kommunist Partiyası sıralarından xaric edilmiş, Nazirlər Soveti sədrinin müavinliyindən çıxarılmışdır.
Yuvelyan Sumbatov-Topuridze

Şubat (serial)
Şubat — 2012-2013-cü illərdə EfLAtunfilmin hazırladığı və TRT 1-də yayımlanan 32 seriyalı Türkiyə serialı. Serialın baş rollarda Əlican Yücəsoy, Melisa Sözən və Musa Uzunlar sənətkarlar var. == Məzmunu == Şubat uşaqlığında anası tərəfindən Çanqaya klinikasına aparılır. Burada onu çətin günlər gözləyir. Onun üzərində əməliyyatlar aparılır, iynələr vurulur. Bir gün klinikada yanğın olanda bir çox uşaq ölür. Xilas olunanlar arasında olan Şubat, klinikanın yaxınlığındakı quyuya düşür. Yaxınlıqdan keçən ortayaşlı kişi (Əziz) quyunu açarkən onu görür. O gündən Əziz, Şubata atalıq edir. İllər sonra Şubat ticarət mərkəzində televizora baxarkən Yağmur Çanqayanı görür və ona aşiq olur.
Şubat (teleserial)

Şubat (teleserial, 2012)