Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mikael Tarıverdiyev
Mikael Tariverdiyev (erm. Միքայել Լեոնի Թարիվերդիև; 15 avqust 1931[…], Tiflis – 25 iyul 1996, Soçi, Krasnodar diyarı) — erməni əsilli sovet bəstəkarı. RSFSR xalq artisti (1986).
Mikayıl Tarıverdiyev
Mikael Tariverdiyev (erm. Միքայել Լեոնի Թարիվերդիև; 15 avqust 1931[…], Tiflis – 25 iyul 1996, Soçi, Krasnodar diyarı) — erməni əsilli sovet bəstəkarı. RSFSR xalq artisti (1986).
Nicat Tarıverdiyev
Tanrıverdi Göyüşov
Tanrıverdi Mustafayev
Tanrıverdi Qiyas oğlu Mustafayev (4 yanvar 1962, Gölkənd, Krasnoselsk rayonu) — "Bakı Elektrikşəbəkə ASC"nin Mətbuat xidmətinin rəhbəri, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi, biologiya elmləri namizədi. Tanrıverdi Mustafayev 1962-cı il yanvarın 4-də Qərbi Azərbaycanın, Çəmbərək rayonunun Gölkənd kəndində kolxozçu ailəsində anadan olub. 1969-ci ildə doğma kəndlərindəki orta məktəbin birinci sinfinə gedib. 1979-ci ildə orta məktəbi başa vuraraq, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) Avtomatika və Hesablama Texnikası fakültəsinin Sənaye elektronikası ixtisasına qəbul olub. 1984-cü ildə ali təhsilini uğurla başa vurub, təyinatla Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Təhqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayıb. 1985-cil ilin aprelindən 1987-ci ilin aprelinə qədər göndərişlə Moldova EA-nın Ekoloji Genetika İnstitutunun İxtisasartırma və İxtisasdəyişmə Fakültəsində təhsilini davam etdirib. 1987-ci ilin oktyabrında Moldova EA-nın Ekoloji Genetika İnstitutunun aspiranturasına daxil olub. 1991-ci ildə aspiranturanı bitirib və biologiya elmləri namizədi elmi dərəcəsi alıb. Hələ Sovet dövründə Moldova ilə Azərbaycan arasında elmi, mədəni əlaqələri saxlamaq və daha da inkişaf etdirmək üçün Moldova Azərbaycanları adət-ənənələri mərkəzi - “Araz” cəmiyyəti yaradıb. Moldovanın Nazirlər Soveti yanında Milli Münasibətlər üzrə Dövlət Departamentinə (MMDD) işə dəvət olunub.
İbrahim Tanrıverdi
Əzizxan Tanrıverdi
Əzizxan Tanrıverdi (1 yanvar 1959, Aşağı Qarabulaq, Dmanisi rayonu – 18 iyul 2018, Bakı) — Azərbaycan dilçisi, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru. Əzizxan Vəli oğlu Tanrıverdiyev 1959-cu il yanvarın 1-də Gürcüstan Respublikasının Başkeçid rayonunun Aşağı Qarabulaq kəndində anadan olub. 1973-cü ildə Aşağı Qarabulaq kənd səkkizillik, 1975-ci ildə isə Kirovisi kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1977-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) filologiya fakültəsinə qəbul olunub, tələbəlik illərində "C.Cabbarlı" adına təqaüdlə oxuyub, 1981-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1985-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) əyani aspiranturasına (Azərbaycan dilçiliyi kafedrası üzrə) qəbul olunub. 1987-ci ildə aspiranturanı vaxtından 1 il 6 ay əvvəl qurtararaq "XVII-XIX əsr Azərbaycan antroponimləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. "Türk mənşəli Azərbaycan antroponimlərinin tarixi-linqvistik tədqiqi" adlı doktorluq dissertasiyasını isə 1998-ci ildə müdafiə etmişdir. ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında laborant (1987), baş laborant (1988), müəllim (1990), baş müəllim (1992), dosent (1994), professor (1999…) vəzifələrində işləyib. 30 sentyabr 2011-ci ildə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına müdir təyin olunub və dünyasını dəyişənədək həmin vəzifədə çalışıb. 31 kitab, 8 proqram, 250-dan artıq tezis və məqalənin müəllifidir.
İbn Tağrıberdi
Əbül-Mühsin ibn Tağrıberdi və ya (İbn Tanqri) (d. 813/1411 – ö. 874/1469) — Əl-Məgrizidən sonra məmlük dövrünün ikinci ən sanballı tarixçisi hesab olunur. Həyatı barədə, onun özü barədə əsərlərində dedikləri azsaylı məlumatlardan məlumdur.