Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaçura Taro
Taro Aso
Taro Aso (yap. 麻生 太郎 Asō Tarō) — Yaponiya siyasi xadimi. Yaponiyanın Maliyyə Naziri və Baş Nazirinin Müavvini (2012-günümüz). Yaponiyanın 92-ci Baş Naziri (2008-2009). Katolik olan Aso 1940-cı ilin sentyabrın 20-də Fukuoka prefekturasının İizuka şəhərində anadan olub. O, Qakuşuin Universitetinin Siyasət və İqtisadiyyat fakultəsini bitirib. Qakuşuini qurtarıb, Aso Stenford Universitetində oxumaq üçün ABŞ-a köçür, lakin bir müddət sonra ailəsi (özəlliklə babası, Şiqeru Yoşida) onu "həddən artıq Amerikanlaşdığına" görə geri çağırıb. O, ailəsi ilə insafa gəlmək çalışıb, lakin onlar Taronun pullarını kəsəndən sonra, o Yaponiyaya gedən gəmiyə minmək məcbur olub. Sonra Aso yenə xaricə, bu dəfə London Universitetinə oxumağa gedib. Londondan sonra, o Syerra Leone bir almaz mədənçiliknən məşqul olanşirkətdə işləyirdi.
Taro Kaqava
Taro Kaqava (9 avqust 1922 - 6 mart 1990) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Katsura Taro
Kaçura Taro (1848-1913) — Yaponiyanın İmperator ordusunun generalı, siyasi xadim, Yaponiyanın 11-ci baş naziri. == Həyatı == Samuray sinfinə mənsub olan K.Taro 1848-ci il yanvarın 4-də dünyaya gəlib. 1868-ci il çevrilişi zamanı imperatorun tərəfində durdu və Kiotoda onun sarayını müdafiə etdi. Sonra isə Yaponiyanın şimalında syoqunluğun tərəfdarları ilə müharibədə iştirak etdi. 1870-1873-cü illərdə Berlində hərbi məktəbdə təhsil alıb. 1875-1878-ci illərdə Yaponiyanın Berlində hərbi attaşesi vəzifəsini icra edib. 1894-1895-ci illər Yapon-Çin müharibəsində fərqlənib və 1898-ci ildə müdafiə naziri təyin edilir. 1900-cü ildə qraf İto Xirobuminin hökuməti təşkil olunan zaman K.Taro vəzifəsindən gedir. 1901-ci ildə İtonun istefasından sonra isə yeni hökumət qurdu. K.Taro 1913-cü il oktyabrın 10-da dünyasını dəyişib.
Taro Kida
Taro Kida (キダ・タロー, Kida Taro, 6 dekabr 1930, Takarazuka[d], Hyoqo prefekturası – 14 may 2024) – Yaponiya bəstəkarı. "Nanivanın Motsartı" ləqəbi ilə tanınmışdır. Taro Kida 1930-cu ildə Hyoqo prefekturasının Takarazuka şəhərində doğulmuşdur. Kvansey Qakuin liseyində oxuyarkən Takuya Fucioka ilə tanqo qrupu qurmuşdur. Kvansey Qakuin Universitetinə daxil olsa da, universiteti atmış, kabaredə pianoçu kimi işləməyə və mahnı bəstələməyə başlamışdır. İlk mahnısını 18–19 yaşlarında "Paramount" kabaresi üçün bəstələmişdir. Taro Kida karyerasının böyük hissəsini Osaka şəhərində keçirmiş və şəhərin Qərbi Yaponiyada tanınan keçmiş adı ilə "Nanivanın Motsartı" ləqəbini qazanmışdır. Bu ləqəb "Detective! Night Scoop" verilişinin prodüseri olmuş Osamu Matsumotonun mahnılarından birini Motsartın "Kiçik gecə seranadası" əsəri ilə müqayisə etməsindən sonra yaranmışdır. Osakada yerləşən "551 Horai" brendinin "Nissin Demae Iccho" ramenləri, "Kani Doraku" restoranlar şəbəkəsi, "Asahipen" brendinin televiziya reklamlarının mahnılarını bəstələmişdir.
TAROM
TAROM — Rumıniyada bir hava yolu şirkətidir və Rumıniyanın ilk milli havayoludur. Qərargahı Buxarestdədir. Ruminiyada ilk aviaşirkəti kimi 1920-ci ildə CFRNA adı ilə qurulmuş, 1954-cü ildə yenidən qurulanda TAROM adını almışdır. 26 ölkənin 54 nöqtəsinə reysləri var.
Tarot
Tarot — orta əsrlərdə yaranan 78 kartdan ibarət oyun dəstəsidir. Psixoloji dəstək məqsədləri üçün istifadə olunmağa başlansa da, kəhanət və falçılıqla bu günə qədər gəlib çatmışdır. Ənənəvi olaraq Tarot 22 böyük arkana və 56 kiçik arkana kartlarından ibarətdir.Kiçik arkana kartları klassik iskambil kartlarının (oyun kartları) ilkin variantıdır. Tarot sözü ilk dəfə 1500-cü illərdə italyan dilində "tarocchi" və fransızca "taraux" olaraq rastlanılıb. Sözün mənşəyinin ərəbcə "tarh" (toplama, qoymaq, getmək) sözünə dayandığına inanılır.İlk zamanlarda bu kartlar Tarocchini kimi kart oyunları oynamaq üçün istifadə edilən oyun kartları idi. İtalyan köklərindən Tarot kartları Avropanın çox hissəsinə yayıldı və Alman Grosstarok,Fransız tarot, Avstriya Königrufen kimi modern oyunlar ailəsinə çevrildi .18-ci əsrin sonlarında fransız okkultistləri öz tarixləri və mənaları ilə bağlı mürəkkəb lakin əsassız iddialar irəli sürdülər ki bu da tarot kartlarının oxunması yolu ilə kəhanəttə istifadə üçün oraya çıxmasına yol açdı.
Taron Egerton
Taron David Egerton (10 noyabr 1989, Berkenhed[d], İngiltərə) — britaniyalı aktyor.
Berberis taronensis
Berberis taronensis (lat. Berberis taronensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Euphorbia tarokoensis
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Galarhoeus tarokoensis
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Senecio tarokoensis
Senecio tarokoensis (lat. Senecio tarokoensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Taronikyanlar
Taronitlər (yun. Ταρωνίτης), Torniklər (gürc. თორნიკე) və ya Taronikyanlar (erm. Թոռնիկյանների ) — gürcü və erməni əsilli Bizans zadəgan ailəsi. Ailənin əsası Taron çarlığının knyazları olan Qreqori və Baqrat qardaşları tərəfindən qoyulmuşdur. Onlar 968-ci ildə çarlığın ərazilərini mülk və yüksək vəzifə əvəzində Bizans imperiyasına verir. Feodor Monomaxın həyat yoldaşı və IX Konstantinin anası Tornik ailəsindən idi. Ailə X əsrin axırları və XI əsrin əvvəllərində hərbi aristokratiyada əhəmiyyətli yer tutmuşdur. Ailə XII əsrdə mülki bürokratlar olmuş və Konstantinopol şəhərində yüksək dövlət vəzifələrini tutmuşdur. Ailə Dördüncü Səlib yürüşü zamanı, 1204-cü ildə Konstantinopol şəhərinin yağmalanmasından sonra təsirini sonra itirmişdir.
Taronitlər
Taronitlər (yun. Ταρωνίτης), Torniklər (gürc. თორნიკე) və ya Taronikyanlar (erm. Թոռնիկյանների ) — gürcü və erməni əsilli Bizans zadəgan ailəsi. Ailənin əsası Taron çarlığının knyazları olan Qreqori və Baqrat qardaşları tərəfindən qoyulmuşdur. Onlar 968-ci ildə çarlığın ərazilərini mülk və yüksək vəzifə əvəzində Bizans imperiyasına verir. Feodor Monomaxın həyat yoldaşı və IX Konstantinin anası Tornik ailəsindən idi. Ailə X əsrin axırları və XI əsrin əvvəllərində hərbi aristokratiyada əhəmiyyətli yer tutmuşdur. Ailə XII əsrdə mülki bürokratlar olmuş və Konstantinopol şəhərində yüksək dövlət vəzifələrini tutmuşdur. Ailə Dördüncü Səlib yürüşü zamanı, 1204-cü ildə Konstantinopol şəhərinin yağmalanmasından sonra təsirini sonra itirmişdir.
Tarovlu
Tarovlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Tarovlu kəndi dağətəyi ərazidədir. Əsl adı Taroğludur. Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə həmin rayondakı Teymur Müskanlı kəndindən köçüb gəlmiş türklər: Tanrı verdi (Tarverdi, yaxud qısaldılmış formada Tar) və Allahverdi (Alo) adlı iki qardaş salmışdır. Kəndin ərazisində Tarverdi dərəsi də qeydə alınmışdır. Hazırda Cənubi Azərbaycanda Taroğlu adlı kənd mövcuddur. Çox güman ki, yaşayış məntəqəsi kəndin əsasını qoymuş böyük qardaşın adı ilə (təhrif olunaraq) belə adlanmışdır. Edil Eyvazov — fizik.
Tithymalus tarokoensis
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Stepanos Taronetsi
Stepanos Taronetsi, həmçinin Stefan Taronlu və ya Stepanos Asoğik (erm. Ստեփանոս Տարոնացի (Ասողիկ)) — X–XI əsrlərdə yaşamış erməni tarixçisi. Asoğik ləqəbi "danışqan" deməkdir. 1004-cü ilə qədərki hadisələri əhatə edən "Ümumi tarix" əsərinin müəllifidir. Samuel Kamrcadzoretsinin tələbəsi idi. Onun "Ümumi tarix" əsəri mötəbər və yaxşı ifadə olunmuş əsər hesab edilir. 1004-cü ildə və ya 1005-ci ilin ilk aylarında tamamlamışdır. Onun əsərinin ilk iki hissəsi əsərin əvvəlində adlarını sadaladığı əvvəlki tarixçilərin əsərlərinin məcmuəsindən ibarətdir, üçüncü hissə isə Pakraduni sülaləsinə həsr olunmuşdur və Ermənistanın 118 illik tarixini əks etdirir. Tarixin son hissəsi Stepanos tərəfindən şahid kimi işıqlandırılır. Stepanos Taronetsi güclü kral hakimiyyətinin və ölkənin birləşməsinin tərəfdarı olmuşdur.
Tako
Tako (isp. taco, astek tlacopan)- ənənəvi Meksika yeməyidir ki,qarğıdalı və ya buğda tortiliya çörəyi bir doldurma ətrafında qatlanmış və ya lülələnmişdir.Tako müxtəlif doldurmalar o cümlədən mal əti, toyuq əti, dəniz məhsulları, tərəvəzlər və pendir ilə hazırlana bilər.Tako ümumiyyətlə əl ilə yeyilir və salsa sousu, avokado və ya quakamole, silantro, pomidorlar, qiymə ət, soğan və kahı ilə müşayiət olunur. Tako, Meksikada Avropalıların gəlişindən əvvəl istehlak edilməyə başlanmışdır.
Tart
Тart (fr. tarte) -Adi şəkər tozlu xəmirdən hazırlanmış tipik Fransız şirniyyatı. Duz və şəkər tozu əlavə edilmir. Əsas yemək və ya desert kimi təqdim edilə bilər. Pizza kimi və kənarı düz ola bilsin də çıxıntılı qablarda bişirilə bilər. İçlik kimi müxtəlif şeylərdən istifadə edirlər. Belə ki, ət, tərəvəzlər, balıq və s. Şirin tartlardan isə almalı, moruqlu, albalılar daha çox yayılmışdır.Tartlar tartaletka adalanan kiçik ölçülü qablarda da hazırlanır.
Tara
Tara (lat. Tara) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
ARO
ARO (Auto Romania üçün qısa) — off-road avtomobil istehsalı üçün Rumıniya zavodudur. İlk avtomobil - IMS-57 - 1957-ci ildə buraxıldı. Avtomobil QAZ-69 əsasında qurulmuşdur. 2006-cı ildə iflas oldu. == Şirkətin tarixi == ARO zavodunun tarixi 1885-ci ildə zavod qurulduqdan sonra başladı, lakin 1899-cu ildə işə son verildi. 1941-1944-cü illər dövründə anbar kimi istifadə edilmişdir. 1945-ci ildən 1950-ci ilə qədər Rumıniya və Sovet qoşunlarının avtomobillərini təmir etmək üçün istifadə edilmişdir. 1953-cü ildə onlar IMS-53 motosikletinin istehsalını qurmağa çalışdılar, amma cəmi 12 ədəd istehsal edildi. 1957-ci ildən etibarən zavod avtomobil hissələri - mühərrikləri və dişli qutuları istehsal etməyə başlayıb, eyni ildən etibarən IMS 57, M 59, ARO M 461 avtomobillərinin istehsalı başlayıb. Zavodun bütün həyatı boyu təxminən 380 min avtomobil istehsal etmişdir.
Tar
Fars dilində tar (تار) "sim" deməkdir və mənsub olduğu musiqi aləti üçün dartılmış nazik "kəndir"-dir. Əsasən Abşeron zonasında işlənən "Tarım, tarum" (fel: taridən) sözü qədim Hind-avropa dilində tharagho – "dartmaq" sözündəndir. Həmçinin ilk hecasında olan uzanan saitə görə türk sözü deyil. Latın dilində də trahere – "dartmaq" feli olmuşdur və müasir dillərdə özünü italyan (tirare), fransız (tirer) və ispan (tirar) dillərində göstərir. Həmçinin altaist Sergey Starostin "Babil qülləsi" adlı etimologiya toplusunda "taram-/tera-" kökünün (saç, yun, yundan hazırlanmış sap) türk və altay dillərində, qırğız, qazax, noğay, başqırd və qaraqalpaq dillərində "taramış"; özbək, uyğur, şor və oyrat dillərində isə "taram" kimi mövcud olduğunu göstərib. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib, necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib. Mənasından belə bir nəticə çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir.
Karo Alabyan
Karo Semyonoviç Alabyan (rus. Каро́ Семёнович Алабя́н, erm. Կարո Սիմոնի Հալաբյան; 14 (26) iyul 1897, Yelizavetpol – 5 yanvar 1959, Moskva) — erməni əsilli sovet memarı. O, Ümumittifaq Rusiya Proletar Memarlıq Cəmiyyətinin yaradıcısıdır. == Erkən illəri == Karo Semyonoviç Alabyan 26 iyul 1897-ci il tarixində, Rusiya imperiyasının Yelizavetpol şəhərində (indiki Azərbaycanın Gəncə şəhəri) anadan olmuşdur. O, 1917-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Alabyan 1929-cu ildə Moskva Ali Bədii-Texniki İnstitutunu bitirmişdir. O, 1932–1950-ci illərdə Sovet Memarları İttifaqının məsul katibi, 1949–1953-cü illərdə SSRİ Memarlıq Akademiyasının vitse-prezidenti olmuşdur. == Fəaliyyəti == Karo Alabyanın əsas işləri 1934–1940-cı illərdə Moskvada Sovet Ordusu teatrının binası, Moskvada 1939-cu və 1954-cü il Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində Ermənistan SSR pavilyonun, 1945-ci ildə N. X. Polkakov və başqaları ilə Volqoqradın yenidən qurulmasının baş planı və s. O, 1939-cu ildə ABŞ-nin Nyu-York şəhərində keçirilən ümumdünya sərgisindəki SSRİ pavilyonunun yaradılmasında Boris İofan ilə iştirak etmişdir.
Karo Kahkecyan
Karapet (Karo) Kahkecyan (erm. Կարապետ (Կարո) Քահքեջյան; 24 mart 1962, Hələb – 26 iyun 1993, Çardaqlı, Tərtər rayonu) — Qarabağ müharibəsində iştirak etmiş erməni terrorçu. Karo Qarabağ müharibəsi zamanı əsasən diaspor üzvlərindən təşkil edilmiş Xaçlılar (erm. Խաչակիրներ) adlı könüllü hərbi birləşmənin rəhbəri və qurucusu olmuşdur. Hərbi əməliyyatlarda fəal iştirak etməsi səbəbindən qısa müddətdə tanınmış və böyük nüfuz qazanmışdır. Karo Kəlbəcərin işğalı zamanı 1993-cü ilin 26 iyun tarixində Azərbaycan ordusunun snayperi tərəfindən vurularaq öldürülmüşdür. == Həyatı == Kahkecyan 1962-ci ildə Suriyanın ən böyük ikinci şəhəri olan Hələb şəhərində dünyaya gəlmişdir. Ailəsi Suriya ermənilərindəm olan Karo uşaqlıq yaşlarından türklərə qarşı böyük nifrət hissi ilə tərbiyə edildi. Ali təhsil almaq üçün Almaniyanın Frankfurt şəhərinə yollanmış və burada memarlıq sahəsi üzrə təhsil almışdır. Daha sonra Almaniyada olan təhsilini mexanika mühəndisliyi üzrə davam etdirmişdir.
Karo Kult
Caro Cult (27 iyun 1994, Hannover) — alman aktrisa.
Lusia Haro
Lusia Haro (d. 22 avqust 1986; Kordoba, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Lusia Haro Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Mohenco-Daro
Mohenco-Daro (Urdu: موئن جودڑو, Sindhi: موئن جو دڙو), Pakistanın Sind əyaləti sərhədləri içində, Hind çayı sahilində mədəniyyət ocağı. Mohenco-Daro sindhi dilində «Ölülər şəhəri» deməkdir. Bu qədim şəhərin yerləşdiyi ərazi Pakistan dövləti yarandıqdan sonra onun payına düşmüş və hazırda Karaçi şəhərindən 400 km şimaldadır. Əsrlərlə torpaq altında qalmış Mohenco-Daronun tapılması XX əsrin ən böyük arxeoloji kəşflərindən biri kimi qiymətləndirilmişdir. Onun tapılması ilə bəşər tarixində ən qədim sivilizasiyalarından birinin mərkəzi – planlı gələcək şəhərlərin rüşeymini özündə saxlayan, şəhərsalma sənətinin ən qədim və kamil nümunəsi üzə çıxarılmışdır. Arxeoloqlar onun simasmda müasir Manxettin daşlaşmış embrionunu görmüş, onu tunc dövrünün Manxettisi adlandırmışlar. Mohenco-Daronun xarabalıqlarında ilk əsaslı qazıntı işləri- 1922-ci ildə başlanmış və bu qazıntılara hind arxeoloqu R.D.Banerci başçılıq etmişdi. Az sonra qazıntılara məşhur ingilis arxeoloqları Con Marşal və E.Makkey də dəvət olunmuş və qısa vaxt içərisində qədim şəhərin 260 hektara yaxın sahəsi qalın torpaq qatlarmdan təmizbnmişdi. İlk qazıntılarla burada uzun küçə və məhəllələr, bişmiş kərpicbrdən tikilmiş ictimai binalar, iki-üç mərtəbəli yaşayış evbri, ərzaq anbarları, yeraltı kanalizasiya sistemi və geniş su şəbəkəsi aşkar edilmiş, şəhər sakinlərinin məişəti və təsərrüfatı, mədəniyyəti, adət-ənənəbri, dini görüşləri və s. bağlı nadir maddi-mədəniyyət nümunələri tapılmışdır.
Naro-Fominsk
Naro-Fominsk — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Paro Taktsanq
Paro Taktsanq — Butanın Paro vilayətində yerləşən buddist məbədi “Taxsanq Lakxanq” Paro şəhərinin Şimalında, hündürlüyü 3120 m olan bir uçurumun üstündə yerləşir. Məbədin bir çox adı var:Taksanq-lakxanq, Paro Taksanq və Taxsanq-dzonq. Adı “Pələng yuvası” kimi tərcümə olunur. Məbədin tikildiyi qayanın yamacları demək olar ki, dikdir və məbəd binalarının xarici divarları uçurumun ən kənarında, sanki qayaya "gömülmüş" kimi inşa edilmişdir. İlk baxışda məbədə giriş əlçatmaz görünür, lakin əslində Taxsanq Lakxanq məbədinə çatmağın bir neçə yolu var: şimal-qərbdən və ya cənubdan (zəvvarlar adətən bu yolla gedirlər) və ya şimaldan "Yüz min Pəri" və ya “Bumda” adlanan qayalı bir yayladan. Daha sonra şam meşəsindən keçən qatır yolu var. Bu yol mamır çələngləri və rəngli bayraqlar ilə bəzədilib. Məbəd 1692-ci ildə inşa edilib. İlk vaxtlar meditasiya üçün istifadə edilib. Məbədlə bağlı çoxsaylı əfsanələr gəzir.
Puerto Toro
Puerto-Тоrо — kiçik Çili kəndi olaraq Odlu Torpaq arxipelaqına daxil olan Navarino adasındadır. Kənd Biql boğazı sahilində yerləşir. Kəndə 36 nəfər yaşayır. Balıqçılar və onların ailə üzvlərindən ibarətdir. Qütb stansiyalarını çıxmaq şərti ilə Puerto Toro Cənub qütbünə ən yaxın və Cənub yarımkürrəsinin ən cənubda yerləşən yaşayış məntəqəsidir. Bəzən isə bu göstəriçidə Puerto-Vilyam qəsəbəsi və ya Uşuya şəhəri gösdərilir. XIX əsrdə kənd qızıl hərisliyi zamanı kiçik şəhərə çevrilir. Puerto Toro təkcə balıq ovu seçilmir. Burada həmcinin cənub dəniz krabı ovlanılır. Kənd bütünllüklə Magellan meşələri içərisində yerləşir.
SARO Çay
Tabo Mbeki
Tabo Mvuyelva Mbeki (18 iyun 1942) — Cənubi Afrikalı siyasətçi və bu ölkənin aparteid sonrası 2-ci prezidenti.
Tara spinosa
Tara spinosa (lat. Tara spinosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin tara cinsinə aid bitki növü.
Tara Babulfat
Tara Babulfat (3 yanvar 2006) — İsveçi təmsil edən cüdoçu. == Karyerası == 2024-cü ildə Əbu-Dabi şəhərində (BƏƏ) Dünya Çempionatının bürünc medalına sahib olub. 2024-cü ildə İsveçi Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. Bürünc medal uğrunda görüşdə Qazaxıstan nümayəndəsi Abiba Abucaqınova üzərində qələbə qazanaraq olimpiadanı bürünc medalla başa vurub.