Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tatarlı
Kəndlər Tatarlı (Goranboy) — Goranboy rayonunda kənd. Tatarlı (Şəmkir) — Şəmkir rayonunda kənd.
Tatarlı (Goranboy)
Tatarlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Tatarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun faktiki mövcud olan Tatarlı kəndi dəqiqləşdirmə qaydasında Səfikürd kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Tatarlı kəndi Şəfikürd kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tatarlı kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha, Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə isə bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. Bu adda Şəmkir rayonunda da kənd qeyda alınmışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2046 nəfər əhali yaşayır.
Tatarlı (Şəmkir)
Tatarlı – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. XI əsrə aid Qız qalası kompleksi bu kənddə yerləşir.[mənbə göstərin] Kənd əhalisi 2675 nəfərdir ki, onunda 1355 nəfəri kişi, 1320 nəfəri isə qadınlar təşkil edir. Zəyəm və Bada çayları kəndin ərazisindən keçir.[mənbə göstərin] Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. Əkinçilikdə əsas yeri kartofçuluq tutur.
Tatarlı bələdiyyəsi
Tatarlı bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə. Tatarlı bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə.
Tatarlı bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tatarlı bələdiyyəsi (Şəmkir)
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Spassk-Tatarski
Bolqar (tatar. Bolğar, Болгар; rus. Болгар) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir. Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. (BSE 13. c. s. 570) Tarixin uzaq keçmişində Volqa çayınını yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi.
Miranda Tatari
Miranda Tatari (d. 20 sentyabr 1984; Koprivnisa, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. Miranda Tatari Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Tatarca
Таtar dili (tatar. татар теле / tatar tele, татарча / tatarça) — tatarların milli dili, Rusiya Federasiyasının Tatarıstan Respublikasının dövlət dili, yayılmasına görə Rusiyada rus dilindən sonra ən yayqın ikinci dil. Türk dillərinin qıpçaq qrupunun Volqaboyu-qıpçaq yarımqrupuna aiddir. Leksikasına görə daha çox başqırd, qazax, noqay və nisbətən qaraqalpaq, qaraçay-balkar, qumuq, özbək, azərbaycan və türk dillərinə yaxındır. Ахатов Г.Х.. Язык сибирских татар. Фонетические особенности (монография). Уфа, 1960. Ахатов Г.Х. Диалект западносибирских татар (монография). Уфа, 1963.
Tatar
Kəndlər Tatar (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Tatar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Tatar (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Digər Tatarlar — Tatarıstanda yaşayan türk xalqı. Tatar dili — tatarların milli dili, Rusiyada yayılmasına görə rus dilindən sonra ikinci dil. Krım tatarları - Kramda yaşayan türk xalqı. Kırımtatar dili — Kırım tatarlarının ana dili. Tatar (Kəbirli) — Qarabağ xanlığının Kəbirli mahalında oba.
Adil Tatarov
Azərbaycan Tatları
Tatlar — irandilli etnoslardan biri. Abşeron yarımadasında, Quba, Göyçay və Şamaxı rayonlarında məskunlaşmışlar. Yayılma ərazilərinə, etnik əlamətlərinə, dialekt xüsusiyyətlərinə görə Azərbaycan tatları müəyyən fərqli cəhətlərə malik olsalar da, əslində onlar vahid bir azsaylı etnos sayılırlar. Bəzi tədqiqatçıların fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim İrandilli xalqlardan biridir və onlar Şirvan ərazisinin ən qədim etnik təbəqələrindəndir. == Tarixi == Tarixi məlumata görə bu qədim xalq təqribən 1500 il bundan qabaq Sasani işğalları zamanı Azərbaycan ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olduğu güman olunan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. == Dil == Tat dilində danışırlar. == Din == Tatların əksəriyyəti İslam dininə etiqad edir. Yəhudi, Zərdüşt və Xristian tatlar da vardır. === Rəsmi statistika === == Tanınmış şəxsiyyətlər == == İstinadlar == == Mənbə == Qəmərşah Cavadov.
Bonazi tetrası
Bonazi tetrası (lat. Bonasa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Krım Tatarcası
Krım-tatar dili (Qırımtatar tili, Къырымтатар тили) və ya krım dili (Qırım tili, Къырым тили) — Krım tatarlarının danışdıqları doğma dil. Türk şivələrinin qıpçaq ləhcəsinə daxildir, tarix boyunca oğuz dillərinin təsirinə məruz qalıb. Krım-tatar dilində danışan biri azərbaycanca danışa bilməsi mümkündür. Krımtatar dili latın və kiril əlifbası ilə yazılır.
Qafqaz tetrası
Qafqaz tetrası (lat. Lyrurus mlokosiewiczi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tetra cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Erkəyi qara məxməri rəngdədir. Başı, döşü və bel hissəsi yaşılıltılı rəngə çalır. Qanadaltı lələkləri ağdır. Erkək fərdinin quyruğu uzun, ucları yanlara və aşağı əyilmişdir. Gözünün üstündə qırmızı ”qaşı” vardır. Dişiləri bozəhvəyi rəngdədir, üzəri iri köndələn naxışlı qaradır. Ayaqları qonur, dimdiyi qısa və ucu az əyridir.
Tatarca Vikipediya
Tatarca Vikipediya (tatar. Татар Википедиясе)— Vikipediyanın tatar dilində olan bölməsidir. 2003-cü ilin sentyabrın 15-də açılıb və o vaxt orada ancaq latın əlifbadası işlənilirdi. İndi isə orada iki əlifbada istifadə edilir: latın və kiril. 15 iyun 2009–4000 məqalə. 28 dekabr 2009–5000 məqalə. 14 aprel 2010–6000 məqalə. 24 dekabr 2010–8000 məqalə. 8 iyul 2011–10 000 məqalə. 28 iyul 2011–50 000 məqalə.
Xorasan tatları
Xorasan tatları — İranın Şimali Xorasan və Rəzəvi Xorasan ostanlarında yaşayan tatlar. Xorasan tatlarının dilləri ehtimalən tacik, kurmanc (kürd) və Xorasan-türk dillərinin qarışıqından əmələ gələn dildir.
İran tatları
İran Tatiləri — İranda yaşayan tati dilində (qafqazdakı tat dilindən tamamilə fərqlənən müstəqil dil) danışan etnik qrup .
Avtomobil qatarı
Elektrik qatarı
Elektrik qatarı — şəhərlərdə yol üstündə döşənmiş xüsusi relslərdə hərəkət edən sərnişin nəqliyyat vasitəsidir.
Samoa talası
Samoa talası — Samoanın pul vahidi.
Sürət qatarı
Sürət qatarı — köhnə sistemli relslərdə sürət həddi 200-250 km/s (bəzı Avropa ölkələrində 190-250 km/s), təzə sistemli relslərdə isə 250 km/s və daha yüksək olan qatar. Bakı-Sumqayıt qatarına bilet neçəyə olacaq?
Urus talası
Urus talası — Yuxari Qarabağda Tərtər rayonunda orta əsrlərdə maldar ellər üçün yaylaq yerlərindən birinin adı. XIX əsrdə Tiflis quberniyasının Tioneti qəzasında Urosxevi ("Urus dərəsi"), Azərbaycanda Arus (Yardımlı rayonu), Dağıstanda Urus-Koşlar ( koş "köç" müvəqqəti yaşayış yeri"), Şimali Qafqazda Uruzgöl toponimləri ilə mənşəcə eynidir. Şimali Qafqazda karaçaylarda və bolqarlarda Uruspili (Urusbəyli) tayfası vardı. Qıpçaqların Urus tayfasının adından ibarətdir. Özbəklərdə, kazaxlarada və qaraqalpaqlarda Urus tayfası var.
Çaqqallı talası
Güllüqoruq (Çaqqallı) — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri. Qəbələ şəhər xarabalığından 3–4 km şərqdə yerləşir. Onun şimal tərəfini indiki Tövlə kəndi ilə qoruq arasındakı meşəlik, cənub tərəfini isə süni torpaq sədd və böyük bir əkin sahəsi, qərb tərəfini Covurluçay, şərq tərəfini Qocalançay sərhədləndirir. Covurluçay Güllüqoruq ilə Qəbələ şəhər xarabalığı arasında təxminən 2 km enində eyni adlı dərədən axır. İndiki zamanda Güllüqoruq 50 hektaradək sahəsi olan əkin yeridir. Əkin sahəsinə çevrilməzdən əvvəl burada yastı təpələr, qədim qəbristanlıq, pir yerləri və həddindən artıq cırlaşmış qızılgül kolları olmuşdur. Məhz qızılgül kollarına görə yerli əhali buranın bir hissəsini Güllü qoruq adlandırmışdır. Bu qoruq yararlı əkin sahəsinə çevrildikdən sonra kəsəyənlə qidalanmaq üçün bura çoxlu çaqqal gəldiyinə görə yerli əhali buranı eyni zamanda Çaqqallı tala da adlandırmağa başlamışdı. 1959-u ildə Güllü qoruqda təsərrüfat işləri zamanı buradakı yastı təpələrdən biri dağıdılmışdır. Təpəliyin altından üzə çıxan çoxlu miqdarda kirəmit qırıqlar və daş sütun altlıqları diqqəti cəlb etmişdir.
Sursat qatarı
Sursat qatarı — XIX və XX əsr müharibələrində orduların elementi. Onlar hər bir diviziyanın artilleriya və piyada döyüş sursatlarının sursat doldurma məntəqəsindən döyüş sahəsinə daşınmasına cavabdeh idilər. Qatar burada hərfi mənada qatar ola bilərdi, lakin əksər hallarda deyildi və "karvan" mənasında işlədilirdi. Dövrdən asılı olaraq, onun daşınması atlı vaqon və ya motorlu nəqliyyat vasitələri olmuş, və rolları yerinə yetirmək üçün lazımi işçi heyəti və avadanlıqlar təyin edilmişdir. Onların ənənəvi qabiliyyəti müasir döyüşlərdə böyük ölçüdə əvəz edilmişdir. Birləşmiş Ştatlar Hərbi Qüvvələrində hər bir döyüş diviziyasının öz sahə artilleriya briqadasına təyin edilmiş sursat qatarı olmalı idi.
Katarsis
Katarsis - yunancadan gəlmə olan katarsis, təmizlənmə kimi mənalandırıla bilər. Termin kimi yaranma səbəbi pyeslərdə, ən çox da faciələrdə əsərin sonluğunun tamaşaçı, izləyicilərdə məzmununa görə bir saatlıq, yaxud bir neçə günlük yaratdığı təsirlə təmizlənmə, xeyirxahlıq, peşimançılıq, öz-özünə pak insan olma, günahlardan arınma sözü verilməsi kimi izah olunur. Faciə janrı ilə daha yaxından əlaqədar olması, bu janrda baş qəhrəman(lar)ın ölümü, əbədi yox oluşu, bir daha geri qaıtmaması fikrinin ən itkin şüurlara belə təsir etməsidir.
Tamarisi
Tamarisi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Bolnisi rayonunda qəsəbə. Bolnisi şəhərindən 19 km şərqdə, dəniz səviyyəsindən 361 metr hündürlükdə yerləşir. 1982-ci ilin əvvəlində kənddə quşçuluq fabrikinin inşası başa çatdıqdan sonra 31 mart 1982-ci ildə Tamarisi qəsəbəsi təşkil edildi. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tamarisi qəsəbəsində 434 nəfər yaşamaqdadır və onların 304 nəfərini gürcülər, 130 nəfərini isə azərbaycanlılar təşkil edir. 2014-cü ildə həyata keçirilmiş rəsmi siyahıyaalmaya əsasən qəsəbə sakinlərinin sayı artaraq 510 nəfərə çatmışdır.
Hatari
Hatari (azərb. "Qənim"‎) — İslandiyanın Reykyavik şəhərində qurulmuş satirik texno və pank rok qrupu. Qrup Klemens Hanniqan, Mattias Haraldsson və Eynar Stefanssondan təşkil olunmuşdur. 2015-ci ildən fəaliyyətdə olan qrupun indiyədək bir mini-albomu və bir neçə sinqlları buraxılmışdır. Hatari canlı ifalarına və BDSM üslubunda geyimlərinə görə tanınır. Qrupun üzvləri Hatarini "anti-kapitalist BDSM texno incəsənət qrupu" kimi təsvir edir və qrupun əsas hədəfinin kapitalizmi məhv etmək olduğunu iddia edirlər. Hatari qrupu "Hatrið mun sigra" (azərb. Nifrət qalib gələcək‎) mahnısı ilə İslandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 10-cu yeri qazanmışdır. == Tarixi == Hatari qrupu Klemens Hanniqan və Mattias Haraldsson tərəfindən 2015-ci ildə qurulmuş, daha sonra isə qrupa Eynar Stefansson da qoşulmuşdur. İslandiyalılar ilk dəfə Hatari ilə 2016-cı ildə İslandiya Hava Yolları festivalında tanış olmuşdur.
Takaşi
Takaşi — ad.
Tamarisi (Sarvan)
Tamarisi (18 fevral 1944-cü ildən: gür.: g.ə. თამარისი, l.ə. tamarisi) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. 1908-ci ildə alman koloniyası olan Yelizavettal kəndindən (hazırda Ağbulaq bələdiyyəsində Asureti kəndi) bura köçüb yerləşmiş alman əsilli əhali tərəfindən salınmış və Traubenberq kəndi adlandırılmışdır. 15-30 oktyabr 1941-ci ildə burada məskunlaşmış alman əsilli əhali məcburi şəkildə Qazaxıstana deportasiya olundu. Almanların sürgün edilməsindən bir müddət sonra 18 fevral 1944-cü ildə Traubenberq kəndinin adı gürcüləşdirilərək Tamarisi kəndi adlandırıldı. 17 dekabr 1926-cı il siyahıyaalınması zamanı Gürcüstan SSR Borçalı qəzasının Traubenberq kəndində 99 evdə 420 nəfər əhali qeydə alınmışdı. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 88%-i gürcülərdən ibarət 1.690 nəfər (817 nəfəri kişilər, 873 nəfəri qadınlar) əhali yaşayır. Və onlardan təxminən 100 nəfərini azərbaycanlılar təşkil edir.
Taqarski adası
Taqarski adası — Yenisey çayında yerləşən iri adalardan biri. Ada Minusinskaya vadisində yerləşir. Abakan çayının Yeniseyə töküldüyü yerdə yerləşir. Yeniseyin orta axarlarında yerləşən ən iri adalarından biridir. Adanın adı Qədim Sibir arxeoloji mədəniyyətinə verilmişdir. Taqar mədəniyyəti kimi tanınır. Tunc və Dəmir dövrünə aid mədəniyyətdir. Altayda Yeniseyin orta axarı boyu yayılmış və yeddi əsrə qədər davam etmişdir. Onun xarakterik cəhəti kurqanların tikintisi və “skif heyvan üslubu”dur. Tapıntılar Xakas-Minusinsk depressiyası (Xakasiya Respublikası və Krasnoyarsk ərazisinin cənub bölgələri) ərazisində və Kemerovo rayonunun şimal-şərq hissəsində, yəni Orta Yenisey hövzəsində və onun kolları olan aşkar edilmişdir.
Tomoya Takaişi
Tomoya Takaişi (高石 ともや, Takaişi Tomoya, 9 dekabr 1941 – 17 avqust 2024) və ya doğum adı ilə Tomoya Şiriişi (高石 友也) – Yaponiya xalq müğənnisi. == Həyatı == 1941-ci ildə Yaponiyanın Hokkaydo prefekturasında doğulmuşdur. Tokioda yerləşən Rikkyo Universitetində təhsil alarkən 1966-cı ildə Kansay regionuna səfər etmiş və Osaka işçilərinin musiqi şurası konsertində ifa etmişdir. O, Yaponiyanı səyahət edərək tələbə və işçi aksiyalarında oxumuşdur. Vyetnam müharibəsinə qarşı olan "Beheyren" təşkilatının əsas üzvləri Makoto Oda və Şunsuke Tsurumi, eləcə də, yazıçı Takeşi Kayko ilə dost olmuşdur. Takaişi 1968-ci ildə "Jukensei Blues" sinqlını buraxmışdır. Mahnı böyük uğur qazanmış və 900.000-dən çox nüsxəsi satılmışdır. O, 1971-ci ildə Cunci Şirota və digərləri ilə "The Natarsher Seven" qrupunu qurmuşdur. Kansay regionunun aparıcı xalq müğənnilərindən olan Takaişi 1973-cü ildə Rokusuke Ey və digərləri ilə birlikdə Kiotoda Yoyyoiyama konserti ənənəvi tədbirinin əsasını qoymuşdur. Tədbir 2011-ci ilə qədər davam etmişdir.