Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Terabayt
Terabayt (TB) – (ing. Terabyte) 1000 giqabayta (GB) bərabər ölçü vahidi. Bir terabayt bir trilyon bayta bərabərdir. Tarixən terabaytın digər tərifi kimi 1 099 511 627 776 (240) bit və ya 1024 giqabayta bərabər informasiya ölçü vahidi qəbul olunsa da, hazırda bu kəmiyyət Tebibayt (TiB) adlanır. Müxtəlif elektron cihazların yaddaş tutumunu müəyyən etmək üçün istifadə olunur.
Meqabayt
Meqabayt (Mb) (ing. megabyte) — 1000 (103) kilobayta və ya 106 bayta bərabər ölçü vahidi. Meqabayt rəqəmsal məlumat üçün ölçü vahidi olub, 1000000 bayta bərabərdir. Onun tövsiyə olunan vahid simvolu MB-dir. Meqa vahid prefiksi Beynəlxalq Vahidlər Sistemində (SI) 1000000 (106) kimi təyin olunub. Deməli, bir meqabayt 8 milyon bit informasiyadır. Bununla belə, kompüter və informasiya texnologiyaları sahələrində tarixən rahatlıq səbəblərindən yaranan digər iki tərif istifadə olunub. Microsoft şirkətinin əməliyyat sistemləri bir meqabaytı 1048576 bayt (220 B) kimi təyin etmişdir ki, bu da rəqəmsal kompüter yaddaşının arxitekturasına xas olan ikilik say sistemini rahat ifadə edirdi. Lakin beynəlxalq standart olaraq 220 bayta bərabər ölçü vahidi Mebibayt (MiB) kimi təyin olunur. Burada "Mebi" prefiksi ikilik prefiks olub, 220 bildirir.
Petabayt
Petabayt (PB, PBayt) — 1015 bayta bərabər olan rəqəmsal informasiya ölçü vahidi. 1 PB = 1000000000000000B = 1015bayt = 1000terabayt. Peta- prefiksi 1000-in 5-ci dərəcəyə yüksəldilməsini ifadə edir və Beynəlxalq Vahidlər Sistemində 1015 şəklində yazılır. 1 petabayt, qısa şkalalı ölçü vahidində 1 kvadrilyon, uzun ölçülü şkalada isə 1 bilyard bayta bərabər götürülür.
Trabant
Trabant — Almaniya Demokratik Respublikasıda istehsal edilmiş avtomobil markası. Müharibədən çıxmış ADR-in hökuməti maya dəyəri ucuz olan bir avtomobil hazırlamaq niyyətinə düşür. Mühəndislər işə girişir və avtomobillə motosikletin qarışığı olan bir mikroavtomobil meydana çıxır. 4 nəfər sərnişin tutumu olan ilk "Trabant P50" 1959-da satışa çıxarılır. Qabaq intiqallı, müstəqil asqılı, mühərriki eninə yerləşdirilmiş bu avtomobil o dövr üçün texnoloji yenilik hesab olunurdu. 1964-cü ildə satışa çıxarılan "P601" isə tarixə "Trabi" kimi düşdü. Avtomobildə hər şey qənaətə hesablanıb. Müharibədən sonra qara metal qıtlığı yaşayan ölkədə avtomobilin karkası duroplast deyilən materialdan hazırlanır. Duroplast pambıq, İpək və hətta (bəzi vaxtlarda) kağız lifləri ilə möhkəmləndirilmiş təkrar emal məhsullarından alınan sərt rezindir. Bu material qəza zamanı sərnişinləri qorumur.
Nick Tarabay
Nick Emad Tarabay (d. 28 avqust, 1975. Beyrut, Livan) — Livan-Amerika aktyoru. O ən çox Starz TV-də yayımlanan Spartak seriyasındakı Aşur rolu ilə tanınır. Tarabay 1975-ci il,28 Avqustda Livanda Beyrutda dünyaya gəlib. O, orta məktəbi Livanda qurtarandan sonra Nyu-Yorka köçmüşdür.2004-cü ildə isə Los-Ancelesə köçmüşdür. Tarabay Sex and the City bir epizod əlavə kimi televiziya debüt etdi(2000). O, The Sopranosda da kiçik bir rol-Matuş-narkotik diler rolu oynadı(2001–2004). Habelə 2008-ci ildə Crashdan tez əsəbləşən polis leytenant rolu oynadı. Tarabay Starz TV-nin seriyası olan Spartacus: Blood and Sand VƏ Spartacus: Vengeancedə əsas rollardan olan Aşur xarakterini canlandırdı.
Saniyə başına meqabayt
Saniyə başına meqabayt (ing.MBps (megabytes per second), ru. мегабайт в секунду)- qurğular arasında verilənlərin ötürülmə sürətini təsvir etmək üçün istifadə olunan ölçü vahidi. Bir meqabayt 1048576 bayta bərabərdir. MBps qısaltmasını Mbps (saniyə başına meqabit) ilə dəyişik salmaq olmaz. Belə ki, Mbps ilə, adətən, kompüter şəbəkələrində verilənlərin ötürülmə sürətini ölçürlər. Şəbəkədə olmayan avadanlıqlar arasında verilənlərin ötürülmə sürətini isə bir saniyədə ötürülən baytların sayı ilə ifadə edirlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.