Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trapez
Trapez — dənizçinin qayığı tarazlaşdırmaq üçün etdiyi bədənin çölə doğru uzanma hərəkəti. Dənizçi ayaqlarını trapez qayışlarına bağlayır, sükanı tutan şəxs əsas yelkənin şkotunu, kliverçi də kliverin şkotunu dartaraq qayığın kənarına doğru sallandırır. Külək sörfündə də istifadə edilən trapez, beli tutan qancanın çəngəl bumbanın üzərindəki trapez iplərinə asılması yolu ilə yelkəndəki qüvvəni tarazlaşdırmağa yarayar. Sərt hava şəraitində sörf taxtasının arxasındakı ayaq dayaqlarından alınan dəstəklə birlikdə istifadə edilir.
Tranze adaları
Tranze adaları — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Kara dənizinin ərazisində, Vilkiç boğazının cənubunda, Bolşevik adasıdan 500 m cənubda qərarlaşır. Adalardan şimalda Solneçnaya buxtası vardır. Adalar arasında məsafə 500 m təşkil edir. Adalar qrupu iki adadan ibarətdir. Onların uzunluğu 1 kilometrdən çoxdur. Şimal adası cənubdan şimala doğru uzanır. Cənub adası isə hamar olub, bürünlüklə qumla örtülüdür. Adalarda yüksəşlik yoxdur.
Treze-de-Mayo
Treze-de-Mayo (port. Treze de Maio) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 7097 nəfərdir. Ərazisi 161,081 кm²-dir. Əhalinin sıxlığı 44,1 nəfər/кm²-dir. Bələdiyyə 31 dekabr 1911-ci ildə yaradılmışdır.