Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tumblr
Tumblr ― ABŞ mərkəzli bir sosial şəbəkə və bloq veb saytıdır. 2007-ci ilin fevral ayında David Karp və Marko Arment tərəfindən qurulmuşdur. Yarandığı gündən iki həftə ərzində 75 000 istifadəçiyə çatan saytın təkcə ABŞ-də 13,4 milyon istifadəçisi var. Tumblr-ın digər oxşar saytlardan fərqi, populyar sosial şəbəkə saytları ilə tam harmoniyada işləməsidir. Beş il müddətində reklamsız Tumblr-un əsas gəlir mənbəyi, xüsusi mövzular satışından əldə olunan paylar və yazılarını vurğulamaq istəyən istifadəçilər tərəfindən ödənilən bir dollar haqqı idi. Sayt ilk böyük reklam kampaniyasına imza atdığı Adidas idman geyim şirkəti ilə başladı. Tumblr 20 May 2013-cü il tarixində Yahoo! Şirkət tərəfindən təxminən 1,1 milyard dollara satın alındı. Xidmət istifadəçilərə multimediya və digər məzmunu qısa formalı bloqda yerləşdirməyə imkan verir. İstifadəçilər digər istifadəçilərin bloglarını izləyə bilərlər.
Tumbul
Tumbul — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kəndi Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Tumbul kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Tumbul kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. Naxçıvan Şəhər ərazi darəsində eyniadlı i.ə.v də kənd.Düzənlikdədir.Bəzi tədqiqatçılara görə oykonim dumbuli adlı türk tayfasının adını əks etdirir. Bu tayfa Qaraqoyunlu hökümdarı Qara Yusifin dövründə Suriyadan Azərbaycana köçürülmüş və sonra Qızılbaşlara xidmət etmişdir. Hazırda İranda bu tayfanın qalıqları İsabəyli adı ilə tanınır.Səfəvilər dövründə dumbulilərin bir hissəsi Azərbaycanın şimalına köçmüşdür. Əhalisi 1622 nəfərdir.
Tumulus
Tumulus latınca sözü olub, içində qəbir və ya qəbiristanlıq olan və torpaq yığını ilə əmələ gələn kurqanlara verilən addır. Höyük və ya kurqan (Mərkəzi Asiyada) adlandırılan tumulus hazırlamaq ənənəsi olan xalqlar çox deyildirlər. Onlara daha çox Anadolu, Trakya, Mərkəzi Asiya, Rusiya və Meksikada rast gəlinir.
Rumul
Rumul (fr. Roumoules, oks. Romolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Rye kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04172. 2008-ci ildə əhalinin sayı 722 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Turut
Turut düzü — Şəki rayonu ərazisində düz. Turut (İran) — İranda kənd.
Qumul
Qumul (şəhər) (uyğurca:uyğ. قۇمۇل , Qumul, K̡umul, çincə:çin. sadə. 哈密市 ; pinyin: Hāmì shì) Sincan-Uyğur Xalq Muxtar Rayonunun cənubunda İpək Yolunun Təkləməkan şimal-şərq marşrutu üzərində yerləşən tarixi vahə şəhəridir. Qumul Çində məşhur Hami qovunları ilə tanınır.> Şəhərə verilmiş digər adlar bunlardır: Ha-mi-hsien, Komul, Chamil, Ha-mi-cheng-chen, Kamil, Ha-mi-chen, Qomul, Kumul, Khamil, Koumoul, Ha-mi-shih, Qumul və Kha - mil. Portuqaliyalı Yezit Benedikt Qoes və italyan Matteo Ricci 1615-ci ildə səyahətləri zamanıbu şəhərin adını öz qeydlərində Camul olaraq qeyd etmişlər. Ən qədim təsdiqlənmiş Çincə adı Kūnmò (昆莫)-dir. Şəhər Han sülaləsi dövrünə aid qeydlərdə Yīwú (伊吾) və ya Yīwúlú (伊吾卢); Tan sülaləsi dövründə Yīzhōu (伊州); Yuan sülaləsi dövründə monqolca Qamil, Çin transliterasiyasında Hāmìlì (哈密力), Min sülaləsi dövründə Qumul, Hāmì (哈密) kimi tanınırdı. Burada Tunc dövrünə və ya erkən Dəmir dövrünə aid Yanbulaq mədəniyyətinə (焉不拉克古墓群; Yanbulake gumuqun və ya 焉不拉克墓地; Yanbulake mudi) aid Yanbulaq qəbirləri var. Həmçinin, qədim Buddist məbədinin xarabalıqları Baiyang He çayının qərb sahilində, Baiyanqou cun kəndində yerləşir.
Tuğut
Tuğut, Teğut — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Erməni mənbələrində kəndin adı Teğut formasında qeyd edilir. Toponim qıpçaq türk tayfasından olan tuq etnoniminə qədim türk dilində cəmlik bildirən -ut şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. "Tuğlara, yəni tuğ tayfasına mənsub kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Tuğut rayon mərkəzindən 11–13 km şimal-şərqdə, Araz çayının sol sahilində yerləşirdi. Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 294 nəfər, 1914-cü ildə 513 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir.
Tumbul bələdiyyəsi
Naxçıvan bələdiyyələri — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tumbul rayonu
Tumbul rayonu — 1920–1921-ci illərdə Naxçıvan SSR-in (Azərbaycan) inzibati-ərazisinə daxil olmuş rayonlardan biri. 16 mart 1921-cü il tarixli bir sənədə görə Naxçıvan SSR-in Naxçıvan qəzasının tərkibinə daxil olan 3 rayondan biri olmuşdur. 39 yaşayış məntəqəsini birləşdirən Tumbul rayonunun mərkəzi Tumbul kəndi idi. Bu rayona 4 qəsəbə 35 kənd daxil olmuşdur. Rayon ərazisində adı çəkilən Qaracakənd, Xaçaparaq, Qızıl-burun, Dərəşam, Baş-Başı, Volmuninskiy yaşayış məntəqələrinin bəziləri dağılmış, bəzilərinin əhalisi şəhər mərkəzlərinə və digər kəndlərə köçmüş, bəzilərinin isə adları dəyişdirilmişdir. Tədiqatlar göstərir ki, ruslar tərəfindən "Baş-başı" kimi qeydə alınmış ərazi Naxçıvanın yerli əhalisi tərəfindən Boz-başlı adlandırılmışdır. 1921-ci ildə Tumbul rayonunun ərazisində iki Təzəkənd adlı kənd qeydə alınmışdır. Müəyyən edilmişdir ki, bu kəndlərdən biri indiki Babək rayonunun Babək qəsəbəsidir. İkinci Təzəkənd isə Naxçıvan Muxtar Respublikası ərazisində XX əsrin 70-ci illərinə qədər mövcud olmuşdur. Bu kənd Yamxana kəndi ilə Abbasabad qalasının arasında yerləşmişdir.
Kumul xanlığı
Kumul xanlığı — (uyğ. قۇمۇل خانلىقى) Hamian çökəkliyində yerləşən feodal türk dövləti (Monqolustanın Xoşun ərazisi daxil). Kumul xanları Çağatay ulusu xanlarının birbaşa nəslindən idilər. 1696-cı ildə Sin dövlətinin asıllığını qəbul etmişdilər. 1930-cu ildə Çin Respublikasının Sintszyan vilayətinin qubernatoru Tsin Şujen tərəfindən ləğv edilmişdir. Müsir dövrdə xanlıq indiki Sincanın Hami vilayətinin ərazisini əhatə edirdi. == Tarixi == === Yaranması === Min İmparatorluğu turfanlar və Min arasındakı qarşıdurmada böyük rol oynayan Kumul Xanlığı ilə (başqa adı Kara-Del) xərac vernə səviyyəsində münasibətlər qurmuşdu. Xanlıq Minə xərac verirdi. Səid Babanın xan olduğu vaxt Kumul Xanlığı 1646-cı ildə Sin sülaləsinin Min sülaləsinə qarşı üsyanı zamanı Min sülaləsi dəstəkləyən çinli müsəlmanlara kömək göstərirdi. Min tərəfdarlarının məğlubiyyətindən və Kumul şahzadəsi Turumtainin döyüşlərdə Sin qoşunu tərəfindən öldürüldüyündən sonra Kumul xanlığı Sin sülaləsinin hakimiyyətini qəbul etdi.
Kumul üsyanı
Kumul üsyanı — 1931-1934-cü illəri əhatə edən və Haminin uyğur əhalisinin çıxışları ilə başlayan Çin Respublikasının Sincan əyalətindəki müsəlman xalqların milli azadlıq hərəkatı. Üsyanın əsas hərəkətverici qüvvəsi uyğurların milli və islami birlikləri olsa da, onun tərkibi çoxmillətli idi. Əsasən Şərqi Türkistanda yaşayan müsəlman xalqlar: qazaxlar, qırğızlar və hueylər üsyanda iştirak edirdi. Sincan əyalətinin valisi Sin Şurenin Şərqi Türkistandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi və mürtəce siyasət yürütməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmud Muhitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd Əmin Buğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türkistanın digər bölgələrini də: Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Huey hərbi birliklərinin komandiri general Ma Çonq Sincan valisi Sin Şureni devirmək istəyirdi. Homindan isə Sovet İttifaqı ilə əlaqələri səbəbiylə Şurenin dəyişməsini istəyirdi və buna görə də Sini qubernator kimi tanıdığını göstərərək, üsyana ilk vaxtlarda müdaxilə etmədi. Üsyan genişləndikcə uyğur üsyançıları qırğız üsyançıları ilə birlikdə ayrı-ayrılıqda müstəqillik mübarizəsinə başladıqda genişmiqyaslı döyüşlərə çevrildi.
Tumlu psoralea
Cullen drupaceum (lat. Cullen drupaceum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin cullen cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı olub, hündürlüyü 40-150 sm, yuxarı hissəsi budaqlanan, azca qabırğalı, sadə, sıx tükcüklü və metalabənzər nöqtələr şəklində olan tükcüklərdən ibarətdir. Yarpaqları sadə və ya üç hissədən ibarət qovuşuq, yarpaq lövhələri demək olar ki, dairəvi, kənarları irioyuqlu dişli, əsası isə bütövkənarlı olub, uzunluğu 1,5-5 sm, eni isə 2-5 sm, aşağı hissəsi isə sıx tükcüklüdür. Saplağı 0,5-1(4) sm-dir. Yalançı zoğları xətti-neştərşəkilli, itiuclu və tükcüklüdür. Çiçəyin uzunluğu 4-7 sm, çoxçiçəkli olmaqla, sünbül çiçək qrupunda cəmlənmişdir. Çiçək altlığının uzunluğu 2,5-3 mm, metalabənzər tükcüklü, yumurtavari və itiucludur. Kasacığı zəngşəkilli və 5-yarpaqlıdır.
Tumua Anae
Tumua Anae (d. 16 sentyabr 1988) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Tumua Anae, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Xara-Tumus yarımadası
Xara-Tumus yarımadası (rus. Полуостров Хара-Тумус) — Krasnoyarsk diyarı şimal-şərqində, Xatanqa körfəzi suları ilə əhatələnən yarımada. Cənub-şərqdən Saxanın Anabarski ulusu ilə sərhədlənir. Şərqində Nordvik buxtası yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxil olsa da onunla quru əlaqəsi yoxdur.
Halil Umut Meler hücumu
11 dekabr 2023-cü il tarixində keçirilən MKE Ankaragücü — Çaykur Rizespor matçında MKE Ankaragücü prezidenti Faruk Koca sahəyə enərək matçın baş hakimi Halil Umut Melərə fiziki hücum etdi. Hadisədən sonra 'dki bütün liqalar TFF tərəfindən qeyri-müəyyən müddətə təxirə salındı. 11 dekabr 2023-cü ildə keçirilmiş qarşılaşma 1–1 hesabı ilə başa çatıb. Qarşılaşmanın baş hakimi Halil Umut Melərin final fitini çalmasından sonra meydanda qarışıqlıq yaranıb və MKE Ankaragücü prezidenti Faruk Koca meydana enərək hakim Melere yumruq zərbəsi endirib. Yumruqdan sonra yerə yıxılan Meler Faruk Koca və adı açıqlanmayan iki şübhəli tərəfindən üzünə təpiklə zərbələr endirib. Üzünə aldığı zərbələr nəticəsində Halil Umut Melerin gözünün altında şişlik yaranıb və ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Hadisələrdən sonra TFF fövqəladə yığıncaq keçirilməsinə qərar verib və Ankara Qərb Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb və Faruk Koca haqqında həbs qərarı çıxarıb. Nəzarətə alındıqdan sonra Faruk Koca və digər iki şübhəli həbs olunaraq Ankara Sincan Həbsxanasına göndərildi.O, 27 dekabr 2023-cü ildə məhkəməyə qədər azadlığa buraxılıb.
Payız tumu yüksək məhsulun əsasıdır (film, 1952)
Elmi-kütləvi filmdir. Kinolent əmək məhsuldarlığının artırılmasında şum dövründə aqrotexnika qaydalarına düzgün riayət olunmasından danışır.
İsmail Türüt
İsmail Türüt (8 iyun 1965) — Türkiyə xalq musiqisi sənətçisidir. 30-dan çox albomu yayınlanmışdır. İsmail Türüt 8 iyun 1965-ci ildə Rizənin Ambarlıq kəndində dörd uşaqlı — üç oğlan, bir qız — ailənin ikinci uşağı olaraq dünyaya gəlmişdir. İbtidai məktəbi Ambarlıqda bitirmişdir. Ayşə Türüt ilə evlidir və dörd uşaq atasıdır. Laz Uşağı adlı ilk albomunu 1982-də çıxartmışdır. Kanal 7, TGRT, Flash TV və Vizyon Türk TV-də "Türüt Show", Kanal 7 və Flash TV-də Fıkralarla Türkiye, və Meltem TV-də isə "Türütten Türküler" proqramlarını aparmışdır.