Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Two Feet
Zakari Vilyam "Bill" Dess (20 iyun 1993, Manhetten, Nyu-York ştatı) — Two Feet təxəllüsü ilə tanınan amerikalı müğənni, bəstəkar və prodüser. Nyu-Cersi ştatının Tenaflay şəhərindəki Tenaflay Liseyində oxuyub. Dess Two Feet-i yaratmazdan əvvəl caz və blüz ansambllarında ifa edirdi. "Go Fuck Yourself" adlı sinqlı SoundCloud-da viral hitə çevrildikdən sonra o, Republic Records ilə müqavilə imzaladı. Sinql ABŞ-nin Hot Rock Songs hit paradında 36-cı yerə çıxdı. Onun növbəti sinqlı "I Feel Like I'm Drowning" 2018-ci ildə ABŞ Alternativ Mahnılar hit paradında bir nömrəyə yüksəldi. 5 oktyabr 2018-ci ildə Two Feet, "I Fell Like I'm Drowning" "Hurt People" sinqllarını əks etdirən A 20 Something Fuck adlı albomunu buraxdı. 13 mart 2020-ci ildə Pink adlı ikinci albomunu və 16 aprel 2021-ci ildə üçüncü albomu Max Maco Is Dead Right?-ı çıxartdı. Onun dördüncü albomu Shape & Form 13 may 2022-ci ildə yayımlandı. A 20 Something Fuck (2018) Pink (2020) Max Maco Is Dead Right?
Tennis for Two
Tennis for Two — 1958-ci ildə Analoq Kompüterdə Amerikalı fizik Uilyam Hiqinbotam tərəfindən hazırlanan ilk qrafik obyektlər təşkil edən videooyun. Higinbotham Tennis for Two oyununu işlədiyi yer olan Brookhaven Laboratoriyasında yorulan işçilər üçün yazmışdı. Higinbotham, laboratoriya kompüterlərinin mərmi yollarını hesablaya bildiyini öyrənmişdi və kompüterin bu bacarığından oyununda istifadə etdi.
Two Tribes (şirkət)
"Two Tribes B.V." — müstəqil Niderland videooyun istehsalçısı. 2001-ci ildə Martin Reuvers və Kollin van Ginkel tərəfindən Harderveyk şəhərində təsis edilmiş şirkət franşizalar üçün öz əqli mülkiyyət və videooyunlarını istehsal edir. etdirir. "Two Tribes" əvvəlcə portativ oyunlarda ixtisaslaşmışdır. Bundan sonra studiya "Wii" və "Xbox 360"ın populyarlığına görə konsollar üçün oyunlar istehsal etməyə başlamışdır. "Two Tribes" onlayn yayım da daxil olmaqla "Windows" və "Macintosh" üçün oyunların istehsalına diqqət yetirmişdir. Şirkət öz "Toki Tori" və "RUSH" franşizalarını "Steam" və "Mac App Store" vasitəsilə "Windows" və "Mac OS" platformalarına köçürmüşdür. "Two Tribes" studiyası "Capcom", "Nokia, "Team17" və "THQ" daxil olmaqla daha böyük videooyun şirkətləri ilə əməkdaşlıq etmişdir. "Two Tribes" 2014-cü ilin yanvar ayında əsasən "Toki Tori 2"nin gözləntiləri qarşılamayan satışlarına görə müslis olduğunu elan etmişdir. Bununla belə, bütün "Two Tribes" oyunlarının mülkiyyətinə sahib olan və onları yayımlayan, bütün müqavilələri idarə edən "Two Tribes Publishing B.V." bunlardan əziyyət çəkməmişdir.
Two Tribes B.V.
"Two Tribes B.V." — müstəqil Niderland videooyun istehsalçısı. 2001-ci ildə Martin Reuvers və Kollin van Ginkel tərəfindən Harderveyk şəhərində təsis edilmiş şirkət franşizalar üçün öz əqli mülkiyyət və videooyunlarını istehsal edir. etdirir. "Two Tribes" əvvəlcə portativ oyunlarda ixtisaslaşmışdır. Bundan sonra studiya "Wii" və "Xbox 360"ın populyarlığına görə konsollar üçün oyunlar istehsal etməyə başlamışdır. "Two Tribes" onlayn yayım da daxil olmaqla "Windows" və "Macintosh" üçün oyunların istehsalına diqqət yetirmişdir. Şirkət öz "Toki Tori" və "RUSH" franşizalarını "Steam" və "Mac App Store" vasitəsilə "Windows" və "Mac OS" platformalarına köçürmüşdür. "Two Tribes" studiyası "Capcom", "Nokia, "Team17" və "THQ" daxil olmaqla daha böyük videooyun şirkətləri ilə əməkdaşlıq etmişdir. "Two Tribes" 2014-cü ilin yanvar ayında əsasən "Toki Tori 2"nin gözləntiləri qarşılamayan satışlarına görə müslis olduğunu elan etmişdir. Bununla belə, bütün "Two Tribes" oyunlarının mülkiyyətinə sahib olan və onları yayımlayan, bütün müqavilələri idarə edən "Two Tribes Publishing B.V." bunlardan əziyyət çəkməmişdir.
Prince of Persia: The Two Thrones
Prince of Persia: The Two Thrones — Ubisoft şirkətinin yaratdığı Prince of Persia trilogiyasının üçüncü oyunudur. Trilogiyadakı ilk iki oyun — Sands of Time və Warrior Within oyunlarıdır. İlk Prince of Persia oyunu 1989-cu ildə Cordan Mexner tərəfindən yaradılmışdır. İlk oyundan sonra çıxan POP2 və POP3D oyunlarından sonra "Ubisoft" şirkəti Prince of Persia oyununun müəllif hüquqlarını alaraq onu inkişaf etdirmişdir. Ubisoftun yaratdığı POP oyunlarında Mexner məsləhətçi olaraq vəzifə almışdır. 2007-ci ildən etibarən PlayStation Portable və Wii platformaları üçün "Prince of Persia: Rival Swords" adı ilə satışa çıxarılmışdır. Warrior Withinin sonunda zaman qumlarının yaradıldığı adadan Kaylinanı özü ilə götürüb ayrılan şahzadə ölümcül bir səhvə yol verir. Şahzadə Kalienanı öz zamanına gətirərək zaman qumlarının qum saatında yaranmasına mane olmuş olur və bütün tarix dəyişir. Bir zamanlar öz kralına xəyanət edən və zaman xəncərinə sahib olmaq istəyən vəziri şahzadə heç bir zaman öldürməmişdir. Şahzadə və atası kral Şaramanın ordusu ilə Hindistanı heç bir zaman işğal etməmişlər.
Teo
Teo (belar. Юрый Вашчук) — 24 yanvar 1983-də anadan olan Belaruslu müğənni. Teo Cheesecake mahnısı ilə Belarusu 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Face The Wall
Face The Wall — ABŞ musiqiçisi Cordananın üçüncü studiya albomu. 20 may 2022-ci ildə Grand Jury Music tərəfindən buraxılıb.
Too hot to handle (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Teo Ceyms
Teo Ceyms (ing. Theo James; doğum adı: Teodor Peter Ceym Kinnaird Taptiklis (ing. Theodore Peter James Kinnaird Taptiklis); 16 dekabr 1984, Oksford) — ingilis kino və televiziya aktyoru. Teo Ceyms 16 dekabr 1984-cü ildə Oksfordda Philip Taptiklis və Jane Martinin ailəsində anadan olub. Onun ata tərəfdən babası yunandır; Peloponnesdən Yeni Zelandiyaya köçüb. O, həmçinin anası tərəfdən Şotland və İngilis mənşəlidir. Ceyms ailənin ən kiçik uşağıdır - onun iki böyük qardaşı və iki bacısı var. Nottingem Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Bristol Old Vic Teatr Məktəbində aktyorluq təhsili alıb. Ceyms 2016-cı ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə Yunanıstana getmiş və burada suriyalı qaçqınlarla görüşmüş və onların vəziyyəti haqqında məlumat almışdır.
Teo Hernandez
Kakşaal-Too
Kakşaal-Too və ya Kakşaltau (qırğ. Какшаал-Тоо) — Mərkəzi Tyanşan dağ sistemində, Qırğızıstan və Çin sərhədində dağ silsiləsi. Silsilənin uzunluğu təxminən 400 km, ən yüksək nöqtəsi Pobeda zirvəsidir (7,439 m). Ümumi buzlaşma sahəsi 983 km2 olan Alp relyefi üstünlük təşkil edir. Şimal yamacında çöllər, cənub yamacında çəmənliklər və alp çəmənləri var. == Tədqiqat tarixi == Rusiyanın Mərkəzi Asiyaya marağının artması ilə əlaqədar 1856-cı ildən başlayaraq oraya ekspedisiyalar getməyə başlamışdır. İlk ekspedisiyalara Pyotr Semyonov rəhbərlik etmişdir. Qərbi Kakşaal-Too regionu ilk dəfə 1869-cu ildə Narın çayının cənubundakı dağlıq regionu tədqiq edən ekspedisiyaya rəhbərlik edən Rusiya coğrafiyaçısı Aleksandr Kaulbars tərəfindən təsvir edilmişdir.
Teo Ernandes
Teo Bernard François Hernandez (6 oktyabr 1997, Marsel, Fransa) — Fransalı peşəkar futbolçu. İtaliyanın Milan klubunun və Fransa milli futbol komandasının sol cinah müdafiəçisi. Hernandez Marseldə anadan olmuşdur. Teo 2008-ci ildə on yaşı olarkən Atletiko Madridin gənclər akademiyasına daxil olmuşdur. Gənclər yığmalarında çıxış etdikdən sonra o, 2015-ci ilin yayında reserv komandası ilə Terkera Diviziyasında iştirak etdi. Teo peşəkar karyerasında debütünü 30 avqust 2015-ci ildə Puerta Bonita klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Sequnda B görüşündə Atletiko Madrid rəqibinə 4–3 hesabı ilə qalib gəlmişdir. Həmin ilin fevralında Teo klub ilə yeni müqavilə imzalamışdır. İki gündən sonra o, zədəli oyunçular səbəbi ilə Eybar klubuna qarşı La Liqa görüşü üçün əsas heyətə çağırılmışdır.
Tao Okamoto
Tao Okamoto (岡本 多緒, 22 may 1985, Çiba) və ya sadəcə Tao – Yaponiya aktrisası və modeli. 2009-cu ildə "Ralph Lauren" brendinin siması olmuşdur. 2013-cü ildə çəkilən "Şimal porsuğu: Ölməzlik" filmində Mariko Yaşida personajını canlandıraraq aktrisa kimi debüt etmişdir. 2016-cı ildə "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində Mersi Qreyvz rolunda çıxış etmişdir. "Hannibal", "Hündür qəsrdəki adam" və "Vest dünyası" seriallarında yan rollarda oynamışdır. Tao 22 may 1985-ci ildə Yaponiyanın Çiba prefekturasının eyniadlı şəhərində doğulmuşdur. Model karyerasına 14 yaşında başlamışdır. 2006-cı ildə Parisə köçərək beynəlxalq səviyyədə model olmağa qərar vermişdir. Qısa müddət ərzində Avropa podiumlarında model kimi çıxış etmiş, tanınmış Asiya modellərindən birinə çevrilmişdir. 2009-cu ildə Nyu-Yorka köçmüşdür.
Teaoni Teo
Teaonui Tehau (1 sentyabr 1992-ci ildə anadan olub) — Taiti Birinci Diviziyasında mübarizə aparan Pirae FK klubunda yarımmüdafiəçi və hücumçu kimi çıxış edən Taiti futbolçusudur. Onun qardaşları və əmisi oğulları Alvin Tehau, Lorenzo Tehau və Conatan Tehau da Taiti milli futbol komandasında iştirak edir. Teaonui Taiti milli futbol komandasının həm aşağı yaş qruplarında, həm də əsas yığmasında iştirak etmişdir. O, 2012-ci ildə OFK Millətlər Kubokunu qazanan komandanın tərkibində də yer almışdır. 28 May 2016-cı il məlumatlarına əsasən. Nəticələr və qollar Taiti hesablamasının birinci siyahısındadır.
Teo Siabo
Terens Tao
Тerens Çi Şеn Тао (Çin əsilli|陶哲軒|陶哲轩|Táo Zhéxuān|Тао Zexuan, 17 iyul 1975[…], Adelaida) — avstraliya riyaziyyatçısı,əsasən riyyaziyyatın "harmonik analiz","xüsusi törəməli differensial tənliklər","kombinatorika","ədədlər nəzriyyəsi" və "nümayəndələr nəzəriyyəsi" (en:Representation theory).Ən çox tanınmış işi britaniya riyaziyyatçısı Benom Qrin ilə birgə isbat etdiyi qeyri-məhdud "sadə ədədlər"in hesabi silsiləsinin varlığıdır (Qrin — Тао teoremi).Tao hazırda Los-Ancelesdə Kaliforniya Universitetində riyaziyyat üzrə professordur.Terens Tao 2006-cı ildə 31 yaşında Filds medalı ilə təltif olunmuşdur. Tao istedadlı uşaq idi.O 24 yaşında Los-Ancelesdə Kaliforniya Universitetinin professoru olur və bu hələki bu adı alan ən gənc alim olaraq qalır.Onun valideynləri Honkonqdan Avstraliyaya ilk mühacir etmiş ailələrdən olmuşdur.Onun atası Uilyam Rendolf Tao (Syanqo çin. 陶象國) pediator işliyir,anası isə Honkonqda fizika-riyaziyyat ixtisasını bitirmiş və bir müddət orta məktəbdə müəllimə olaraq çalışmışdır. Tonun atası mətbuata demişdiki,iki yaşında olarkan Tao bir dəfə ailə yığıncağında 5 yaşlı uşağa riyaziyyat və ingilis dilini öyrətməyə çalışırdı.Smitson online-jurnalına görə Tao hesabdan baza biliklərini iki yaşında öyrənmişdi.Atası ondan rəqəmləri və hərfləri hardan bildiyini soruşduqda Toa ona buları "Sezam küçəsi"(uşaqlar üçün öyrədici əyləncəli proqram) teleproqramdan öyrəndiyini demişdi. Taonun iki qardaşı var,hər ikisi Avstraliyada yaşayır və hər ikisi bu ölkəni Beynəlxalq Riyaziyyat olimpiadasında təmsil etmişlər. Naydcel Taonun (ing. Nigel Tao) İQ-su 180-di,o "Google Wave"-i yaradan Avstraliyadan olan komandanın iştrakçısı olmuşdur. Trevor Tao (ing. Trevor Tao) həm riyaziyyat həm də musiqi sahəsində iki qat alimlik dərəcəsinə malikdir.Onun haqqında Savant sindromu kitabında danışılacaq. Terens həyat yoldaşı və oğlu ilə Kaliforniyada Los Anceldə yaşıyır.
Too Shy
Too Shy — Kajagoogoo qrupunun 1983-cü ildə White Feathers albomundan çıxrdığı sinql.
Van Tao
Vanq Tao (13 dekabr 1967) — Çini təmsil edən stolüstü tennisçi. Vanq Tao Çini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Vanq Tao Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş medalın, cüt turnirdə isə gümüş medalın sahibi olub.
Çou Tao
Çou Tao (d. 30 mart 1988) — Çini təmsil edən bədii gimnast. Çou Tao, 2008-ci ildə Çini XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. Çou Tao, 2008-ci ildə Çin bayrağı altında elə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Çai Tonqtonq, Lü Yuanyanq, Sui Jianşuanq, Sun Dan və Janq Şuo ilə birgə finalda 35.225 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
.to
.to — Tonqa krallığı üçün təyin olunmuş coğrafi domen. == Xarici keçidlər == Registration of .
.tw
.tw — Tayvanın internet kodu. == Xarici keçidlər == . TW Whois Service IANA .tw whois information List of registrars accredited by TWNIC Arxivləşdirilib 2005-12-26 at the Wayback Machine List of registrars accredited by Neulevel Arxivləşdirilib 2005-12-14 at the Wayback Machine How to Register .
To
Թ, թ — (Səslənməsi: to, erm. թո) — erməni əlifbasının doqquzuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
Gone Too Soon
Gone Too Soon — Maykl Ceksonun bir mahnısı.
In Too Deep
In Too Deep (azərb. Çox dərində‎) — Serbiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Tiyana Boqiçeviç "In Too Deep" mahnısı ilə Serbiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı Borislav Milanov, Yoakim Persson, Yohan Alkenas və Lisa Dezmond tərəfindən bəstələnmişdir.
Me Too hərəkatı
"Me Too" hərəkatı müxtəlif yerli və beynəlxalq fiqurlarla ortaya çıxan cinsi təcavüz qarşı hərəkatdır. Hərəkat 2017-ci ilin oktyabrında sosial mediada yayılmağa başlayıb, cinsi təcavüz və təcavüzün xüsusilə iş yerlərində yaygın olduğunu göstərmək üçün. Prodüser Harvi Vaynşteynə qarşı cinsi qısnama iddiaları ilə davam edib. Amerikalı ictimai fəal Tarana Burke 2006-cı ilin əvvəlində "Me Too" həştəqindən istifadə etməyə başladı və bu ifadə daha sonra 2017-ci ildə amerikalı aktrisa Alyssa Milano tərəfindən Twitter-də populyarlaşdı. Milano cinsi qısnama qurbanlarını 'Mən də' (#MeToo) başlığı altında cinsi təcavüz və zorakılıq təcrübələri haqqında tweet atmağa təşviq etdi. Daha sonra hərəkata amerikalı məşhurlar Qvinet Peltrou, Eşli Cadd, Cennifer Lourens, Nikol Kidman və Uma Turman dəstək verib. == Tarixi == Tarana Burke 2006-cı ildə "mən də" hərəkatını yaratdı. Yarandığı ilk illərdə cinsi zorakılığın baş verdiyi yerdə sona çatmağa həsr olunmuş çempionlar şəbəkəsi yaratmağa başladı. Metoo həştəqi 2017-ci ildə viral oldu və dünyanı cinsi zorakılığın ciddiliyi barədə xəbərdar etdi. Kiçik miqyaslı kütləvi səy kimi başlayan şey tezliklə qlobal hərəkata çevrildi.
Olcay Kartari Raçed
Olcay Kartari Raçed (tam adı: Olcay Kartari Raçed, ing. Olcay Kartari Rached; 30 noyabr 1950, Qars, Türkiyə) — Azərbaycan əsilli, "Sirr qadın" kimi tanınan, ABŞ prezidentlərinin türk dili üzrə sinxron tərcüməçisi. Olcay Kartari 1950-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gəlib. Babaları Marneulidəndir – azərbaycanlıdır. Belə ki, Kartarinin babaları XX əsrin əvvəllərində Borçalıdan Qars şəhərinə köçmüşdür. Atası Həsən Kartari uzun illər Qarsda yerli təhsil şöbəsinin müdiri, eyni zamanda TRT Qars radiosunun solisti olmuşdur. Kartari ailəsində 5 övladdan ən böyüyüdür. Onun Əsgər, Çingiz, Yavuz və Həmid adlı 4 qardaşı var. İkinci qardaşı professor Əsgər Kartari Hacettepe Universitetində İnformasiya və kommunikasiya fakültəsinin dekanı olub. Olcay Kartari vaxtilə TRT Qars radiosunda xorda xalq musiqisi sənətçisi kimi çalışıb.
FADEC
Elektron-rəqəmsal mühərrik idarəetmə sistemi (EMİS) (ing. full authority digital engine control system, FADEC) — minimal yanacaq sərfiyyatı ilə təyyarə mühərrikinin optimal göstəricilərini saxlamaq üçün yanacağın, havanın və alovlanma parametrlərinin avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemidir . == Tarixi == Hər hansı bir mühərrik idarəetmə sisteminin məqsədi, mühərrikin müəyyən bir vəziyyət üçün maksimum səmərəliliyi ilə işləməsinə imkan verməkdir. Əvvəlcə mühərrik idarəetmə sistemləri mühərriyə mexaniki bağlantılar vasitəsi ilə əaqəli idi. Bu bağlantıları hərəkət etdirərək pilot və ya uçuş mühəndisi yanacaq axını, çıxış gücünü və bir çox digər mühərrik parametrlərini idarə edə bilər. İkinci Dünya müharibəsi zamanı aviasiyada mühərrikində istifadə olunu piston-radial idarəetmə sistemi tədricən əvəz olundu. Əvvəl analoq elektron motor nəzarət etmə sisteminə, sonra isə rəqəmsal motor nəzarət etmə sisteminə dəyişdirildi. == Funksiyaları == FADEC (EİB)-in ikikanallı elektron idarəetmə modulundan , (hidromexaniki moduldan (HMU)) və sensorlardan ibarətdir. FADEC rotorunun fırlanma tezliyini, mühərrik içərisində təzyiq və temperatur siqnallarını qəbul edir. Bu siqnallar, mühərrikin idarəetmə sistemindən gələn siqnallarla yanaşı, mühərrik üzərində quraşdırılmış mexanizmlər üçün nəzarət siqnallarını izləmək və istehsal etmək üçün istifadə olunur və və aşağıda qeyd olunan funksiyaların nəzarətini təmin edir: Dartma avtomatının işləməsi və mühərrikin dartma gücünə nəzarət.
Faciə
Faciə — əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; tragediya. Attika faciəsi - (hərfi "keçilərin mahnısı"). Yunanıstanda lirika özünü arxaika dövründə ifadə etdiyi kimi, e.ə V əsr Afina ədəbi, bədii yaradıcılığın mərkəzi olanda, faciə(traqediya) və məsxərə(komediya) dili ilə danışdı. Faciə xorla,keçi dərisi geyinmiş və Dionisin daimi yoldaşlarını təsvir edən "satir"lar tərəfindən oxunan mahnılardan, difiramlardan yaranmışdı. Satirlərin yaxud "keçilərin" belə xorları, artıq e.ə VII əsrdə, bütün Yunanıstanda mövcud idi. Pisistratın, ümumdövlət Böyük Dionisilər bayramını təsis etməsinin sayəsində, xalqın Dionisi kultu indi artıq rəsmi hökumətin dəstəyinə arxalanmağa başladı.[1] Ən tanınmış faciə yazıçıları: Şekspir, Esxil, Sofokl, Evripid, Jan Rasin. Azərbaycan ədəbiyyatında faciə janrının banisi Nəcəf bəy Vəzirov olmuşdur. Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında yazdığı faciələri ilə dərin iz qoymuşdur. == Ədəbiyyat == История культуры Древней Греции и Рима. Москва "Высшая школа" 1990 səh.
Faker
Li San Hyok (kor. 이상혁; 7 may 1996, Seul) və ya daha çox tanınan adı ilə Faker (kor. 페이커) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Əvvəlcə Koreya serverində GoJeonPa adı ilə çıxış edən Faker 2013-cü ildə "T1" klubuna cəlb edilmişdir və o vaxtdan komandanın orta koridor oyunçusudur. Bütün dövrlərin ən yaxşı League of Legends oyunçusu hesab olunur. Faker yüksək mexaniki bacarıqları və çoxistiqamətli çempion hovuzuna görə tanınır. Leblank, Zed, Sindra, Azir, Ahri və Rayz ilə performansları məşhurdur. Koreya çempionatında 1000 və 2000 öldürmə sərhədlərinə çatan ilk oyunçu, 500 oyun keçirən ikinci oyunu, 600 oyun keçirən isə ilk oyunçudur. Faker League of Legends Dünya Çempionatını 4 dəfə qazanan yeganə oyunçudur (2013, 2015, 2016, 2023). Dünya çempionatından əlavə 2014-cü ildə All-Star Paris, 2016 və 2017-ci illərdə Mövsümarası Dəvəti, 2016-cı ildə isə IEM turnirini qazanmışdır.
Fales
Fasad
Fasad (fr. façade — üz, sifət) — bina və ya tikilinin ön, xarici tərəfi. Fasad metal çərçivədən və üzərinə çəkilmiş banner torundan ibarət irimiqyaslı konstruksiyadır. Baş fasad, yan fasadlar, küçə fasadları, həyət fasadı və s. fasadlar var. Fasadların mütənasibliyi, detalları və bəzəkləri adətən binanın təyinatı, üslub, fəza və konstruktiv həlli ilə şərtlənir. Müasir memarlıqda, xüsusilə kütləvi sənaye tikilisində geniş fəza ilə əhatə olunan binaların bütün fasadları eyni dərəcədə əhəmiyyətlidir. Fasadlar estetik göz oxşaması ilə yanaşı binanın təyinatını da diktə etməlidir.
Fateh
Fateh — İstanbul ilinin ilçəsi. Qurulduğu tarixi yarımada adlanan bölgəni tamamilə əhatə edən və bu gün İstanbulun mərkəzi hesab olunan ilçə. İlçə cənub-qərbdən Zeytunburnu, şimal-qərbdən Əyyubsultan ilçələri ilə, şimaldan Haliç, şərqdən İstanbul boğazı və cənubdan Mərmərə dənizi ilə əhatə olunmuşdur. 1928-ci ildən 2008-ci ilədək Əminönü ilçəsi ilə birlikdə İstanbulun tarixi yarımadadakı iki ilçəsindən biri olmuşdur. 2008-ci ildə Əminönü ilçəsinin ləğv edilərək Fateh ilçəsinə birləşdiriləsi ilə, yenidən bütün tarixi yarımadanı özündə birləşdirdi. 1562 ha sahəsi olan Fateh ilçəsi 57 məhəllədən ibarətdir. == Adı == 1463-cü ildə Konstantinopolun fəthinin onuncu ili münasibətilə Fateh Sultan Mehmed öz adını daşıyan bir külliyə inşa etdirmişdir. Çox keçmədən Fateh külliyəsinin ətrafında müsəlman məhəlləsi formalaşmağa başladı. Külliyənin adıyla anılmağa başlanan məhəllə sonralar böyüyərək ilçəyə çevrilmişdir. Fateh ilçəsi şimal-qərbdən Əyyubsultan ilçəsi, şimaldan Haliç, cənubdan Mərmərə dənizi, cənub-qərbdən isə Zeytunburnu ilçələri ilə qonşudur.
Fatej
Fatej — Rusiya Federasiyasında yerləşən şəhər. Kursk vilayətinə daxildir.
Jacea
Jacea Mill. — Centaurea bitki cinsinin sinonimi. Jacea Opiz — Viola bitki cinsinin sinonimi.
Hacər
Hacər — İbrahim peyğəmbərin zövcəsi. == Tövratda Həcər == İbranicə Hagər olaraq adlandırılan bu sözün mənası “qaçmaq, qaçış” deməkdir. Həcər isə “getmək, hicrət etmək, şirkdən uzaq olmaq, yaşıdlarından üstün olmaq mənasını verən hecr kökünə aid ola bilər və Cənubi Ərəbistanda məskunlaşma mərkəzi olan Hecerlə əlaqəli olduğu güman edilir. Tövrata görə, Quranda adı çəkilməyən Həcər Misirli cariyədir. Tövratda açıq şəkildə bildirilməsə də, Həcər də Hz.İbrahimə verilən cariyələr arasında olmalıdır. Tövrata görə, uzun müddət övladı olmayan Sara dövrün qaydalarına uyğun olaraq Həcəri ərinə ikinci arvad kimi təqdim edir. Həcər hamilə qalanda Saraya münasibəti dəyişir; Sara onunla pis davranır və onu qaçmağa məcbur edir. == İslama görə == İslami mənbələrdə Həcərin Misir və Kıpt padşahlarından birinin qızı olduğu bildirilir. Atasının Menfis əhlindən olduğu və oranın şahı olduğu bildirildiyi kimi Həcərin Hz. İbrahimin Misirə gəldiyi zaman işdə olan fironun cariyələrindən olduğu da bildirilir.
Qacet
Qacet (ing. gadget — uyğun gələn, əlavə) və ya mini-proqramlar — əldə gəzdirilə bilən orijinal, qeyri-standart texniki qurğu. Qacet kimi əl fənəri, mobil telefonu, fləş götürülə bilər. Portativliyi! O az çəkidə olmalı və cibdə yerləşə bilinməlidir. Funksiyalı . Müxtəlif funksiyaları yerinə yetirə bilməlidir. Məsələn, saat göstərməli, radioqəbuledicisi olmalı, pleyer kimi istifadə ediə bilməli, informasiya daşıyıcısı kimi istifadə edilə bilinməlidir. Məhdud imkanlı. Onun özü sərəbəst funksiya yerinə yetirən olmamalıdır.
Safed
Safed (ivr. ‏צְפַת‏‎) — İsraildə, şimal bölgəsində olan bir şəhər. Yəhudiliyin dörd müqəddəs şəhərindən biri və Kabbala təriqətinin mərkəzidir. Bundan başqa 900 metrin üzərindəki rakımı sayəsində, mülayim yayları və qarlı qışları ilə məşhur bir tətil məkanıdır. 2003-cü ilə olan əhalisi 26.600-dür.
Əbcəd
Əbcəd hesabı – Türk, ərəb və fars ədəbiyyatında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır. Biz orta əsrlərdə müsəlman səyyahların coğrafi kordinatları Əbcəd hesabı ilə verdiyinin şahidi oluruq. Məsələn: Hacı Zeynalabdin Şirvani özünün Riyaz əs-siyahət əsərində Səmərqənd, Konya, Qeysəriyyə və s. şəhərlərin coğrafi kordinatlarını verərkən Əbcəd hesabından istifadə etmişdir.
Fasces
Fasces (latınca "bağlama" mənasını verən fascis sözündən götürülmüşdür) sadəcə olaraq gücü və yurisdiksiyanı və/və ya "birlikdə güc vardır" deyimini simvollaşdırır. Ənənəvi bir Roma fascesi silindrik formada olan tüklü ağcaqayın çubuqlarından hazırlanmış olan silindr formalı dəyənəyin və adətən bürünc baltanın iti tərəfi çölə baxan formada bağlamanın içərisinə yerləşdirilmiş və qırmızı dəri zolaqla möhkəm bağlanması ilə hazırlanırdı. Roma Respublikasında təntənəli paradlar da daxil olmaqla bir çox vəziyyətlərdə müasir bayraqlara oxşayan bir simvol kimi istifadə edilmişdir. == Simvolizm == Bir çox hökumətlər və hakimiyyət nümayəndələri Roma İmperiyasının dağılmasından müasir dövrə qədər "güc"ün simvolu olaraq fasces istifadə etməyə davam etmişdirlər. Hətta özünü Roma Respublikası ilə eyniləşdirən və onun ideallarına tabe olanlar tərəfindən istifadə olunmağa davam belə etdirilmişdir. Adını fascesdən götürmüş olan italyan faşizmi XX əsrin uzun bir dövründə bu simvoldan istifadə etməyə davam etmişdir. == Birinci dövr == “Liktorlar bağlaması” kimi tanınan Fasces lictoriae Qədim Romada güc və hakimiyyəti (imperium) simvolizə etmişdir. Lictors kimi tanınan aşağı səviyyəli məmurlar magistratların qarşısında hərəkət edir və onlar daşıdıqları fasceslərin sayına görə Roma Dövləti strukturundakı statuslarını nümayiş etdirirdilər. Fasces daşıyan Liktorlar tərəfindən müşayiət olunmaq hüququna malik yüksək rütbəli məmurlar arasında Praetorlar, Propraetors, Konsullar, Prokonsullar, Magister Equitum, Diktatorlar və Sezarlar var idi. Bəzi hallarda hərbi qələbələrdən sonra keçirilmiş olan paradlar zamanı; Yaralı və qəhrəman əsgərlərə fascesləri daşımağa icazə verilirdi.