Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Binabəy
Binabəy — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Binəbəy Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Kəndin adının "bəyə məxsus binə, yurd, məskən" mənasında olduğu ehtimal olunur. Bu baxımdan oykonim Bəylik (Saatlı) oykoniminin sinonimidir. == Etimologiyası == Oykonimin tərkibindəki bina (binə) topoformantı yaşayış yeri və bəy sözlərinin birləşməsindən yaranmışdır (Bəybinə kəndi).
Cinayət
Cinayətin klassik formal tərifi Fransanın 1791-ci ildə və az sonra 1810-cu ildə qəbul edilən cinayət məcəllələrində verilmişdir. Bu tərif az dəyişiklə bu gün də cinayət qanununda saxlanılır. Varislik prinsipinin tələblərini qoruyaraq Fransanın 1992-ci il Cinayət Məcəlləsində də sosial təhlükəlilik dərəcəsinə görə və əməlin yetirdiyi ziyanın ağırlıq dərəcəsindən asılı olaraq cinayətlərin kriminal əməl, kriminal xəta və kriminal pozuntu kimi növləri fərqləndirilir. Kriminal əməl, barəsində rüsvayedici cəzalar tətbiq edilən əməl kimi, kriminal xəta barəsində islahedici cəza tətbiq edilən davranış kimi, kriminal pozuntu isə törədilməsinə görə cəza tətbiq edilən əməl kimi xarakterizə edilir. Belə tərif məhkəmə hakimiyyətinin fəaliyyətini qanuni çərçivəyə yönəltsə də cinayətin sosial tələbini açmadığına görə formal xarakterə malikdir. Çezare Bekkariya hələ 1764-cü ildə özünün "Cinayətlər və cəzalar" adlı məşhur əsərində yazırdı: "Cinayətlərin həqiqi ölçüsünü onun cəmiyyətə yetirdiyi ziyan müəyyən edir". Ç. Bekkariya əməlin ictimai təhlükəliliyinə hakim mövqedən qiymət verilməsini tənqid edirdi. Onun fikrincə silki (sinfi) mənsubiyyətə görə oğurluğa və qətlə görə təqiblərin müxtəlifliyi və tətbiq edilən cəzaların qeyri-bərabərliyi ədalətlilik və borc haqqında olan anlayışları dağıdır, əvəzində təsəvvürlərində hakim və məhkum təbəqə üçün eyni dərəcədə təhlükəli olan əməllər ətrafında belə "güclünün hüququ" kimi baxış yaradır. Beləliklə, cinayətin maddi tərifinin verilməsinə ilk cəhd Çezari Bekkariya tərəfindən edilmişdir. İnqilabdan sonra rus kriminalistləri arasında cinayətin qanunda veriləcək anlayışı ətrafında qızğın mübahisə olunmuşdur.
Xilafət
Xilafət (ərəb. خلافة‎ — yəni əvəzetmə, varislik) — müsəlmanlarda islamın dəyişməz prinsiplərinə əsaslanan teokratik dövlət-hüquq sistemi, habelə xəlifələrin (müavin, varis) başçılıq etdikləri müsəlman dövlətlərinin tarixi ədəbiyyatda adı.
Diabet
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
Cinayət filmi
Cinayət filmləri — cinayət təşkil edən hadisələrdən və ya cinayətkarların həyatlarından bəhs edən filmlərdir. Bu filmlərdə həm gerçək cinayətlərdən, həm də tamamilə yazıçı beyninin məhsulu olan cinayətlərdən söhbət gedə bilər. Bu filmlər çox vaxt döyüş filmləri və detektiv janrları ilə kəsişir.
Cinayət hüququ
Cinayət hüququ — müstəqil hüquq sahəsi. O, hüququn ən geniş və fundamental sahələrindən biridir. == Cinayət hüququ anlayışı == Cinayət hüququnun iki əsas və başlıca anlayışı vardır: cinayət cəza Cinayət hüququnun toxunduğu bütün məsələlər də məhz bu iki anlayışla sıx surətdə və bilavastə əlaqədardır. Belə ki, ölkənin ictimai həyatı üçün təhlükəli olan əməllərin cinayət olması və cinayətə görə cəzanın verilməsi ilə bağlı münasibətlər yaranır. Bu münasibətlərin bir tərəfində cinayət törətmiş şəxs , digər tərəfində isə həmin şəxsi cəzalandırmağa səlahiyyətli olan dövlət durur. Göstərilən münasibətlər hüquq normaları ilə tənzimlənir. Bu normaların məcmusu cinayət hüququ adlanır. Cinayət hüququ dedikdə, cinayət və cəza ilə bağlı olaraq cinayət törətmiş şəxslə dövlət arasında yaranan münasibətlərin tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Cinayət hüququnun ibarət olduğu hüquq normaları müəyyən edir. hansı əməllərin cinayət sayılmasını və əməllərin cəzalandırılması; cinayət məsulliyyətinin əsaslarını; cinayət məsuliyyətinin prinsiplərini; cəzanın növlərini və həddini; cəzanın tətbiq olunma qaydası və şərtləri; cinayət məsuliyyətindən azad etmənin şərtlərini; cəzadan azad etmənin şərtlərini; == Cinayət hüququnun vəzifələri == Hər bir sahə kimi cinayət hüququnun da üzərinə müəyyən vəzifələr düşür.
Cinayət prosesi
Cinayət prosesi — cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusu. Hər bir dövlətin qanunvericiliyində cinayət prosesinin tənzimlənməsi fərqlənsə də, əsasən, ittihamın irəli sürülməsi ilə başlayır və cavabdeh barədə ittiham və ya bəraət hökmünün verilməsi ilə başa çatır.
Oğurluq (cinayət)
Raşidi Xilafət
Rəşidi Xilafəti - İslam tarixində ilk 4 xəlifə – "Doğru idarə edilən" və yaxud "Rəşid xəlifələr" dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistan yarımadası və Levantdan Qafqaza qədər, qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən böyük imperiyası idi. 632-ci ildə, Məhəmməd Peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğəmbərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Übeydə ibn əl-Cərrah Əbu-Bəkrə öz sədaqətlərini vəd etdilər. Beləliklə, Əbu-Bəkr əs-Siddiq ilk "Xəlifə-i Resul-il-Lah" — "Allahın Rəsulu"nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı. Əbu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi və nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onların seçilməsi və hökmranlığı bacarığa əsaslanırdı. Xüsusilə, sünnəyə əsasən, xəlifələrin dördü də evlilik vasitəsilə Məhəmməd peyğəmbərə bağlanmışdı.
Texasda cinayət
Bu məqalə ABŞ-də yerləşən ən böyük ştat olan Texasdaki cinayətkarlıqların vəziyyətini təsvir edir. 1,184-ü cinayət və 8,236-ı təcavüz olmaqla 2014-cü ildə Texasda 923.348 cinayət hadisəsi qeydə alınıb. 2008-ci ildə Texas 1913 dövlət və yerli hüquq-mühafizə orqanlarına malik idi. Bu orqanlarda ümumilikdə 96,116 işçi işləmişdir. Ümumi heyətin 59.219 nəfəri vəzifəli şəxslərdir (ümumi həbs qüvvələri olanlar kimi təyin olunur). 2008-ci ildə Texasda hər 100 min sakinə 244 polis əməkdaşı düşmüşdü. Federal ölüm cəzası nadir hallarda istifadə edilə bilər.
Xanabert qalası
Xanabert qalası və ya Xoxanabert — Kəlbəcər rayonunun Vəngli kəndində, Gəncəsər monastırının cənub tərəfində yerləşən tarix-memarlıq abidəsi. Qala, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır. XIII əsrdə Həsən Cəlal Gəncəsər monastırının inşa edildiyi təpənin qarşısında yerləşən təpənin zirvəsini qala divarları ilə əhatə edərək güclü müdafiə sistemi yaratmışdır. Keçaris monastırının bərpa edilməsi münasibətilə XIII əsrdə yazılmış kitabədə Həsən Cəlal özünü "Xoxanabert qalasının hakimi" adlandırır. Xanabert qalasının hakimləri eyni zamanda ətraf ərazilərdəki Qaxaç, Çiləbörd və digər qalalara da sahib olurdular. Xoxanabert qalası hökmdar iqamətgahı hesab edildiyindən Xaçın knyazları da özlərini "Xoxanabert hakimi" adlandırırdılar. Gəncəsər monastırı ətrafında inşa edilmiş bu qalalar, monastır və ətraf ərazilər üçün təhlükə yarandığı halda güclü müdafiə qalxanı yaradırdılar. Kirakos Qandzaketsi məlumat verir ki, "… monqolların birinci yürüşü zamanı Həsən Cəlal bütün Xaçın əhalisini fars dilində Xoxanaberd adlandırılmış qalada gizlətmişdi. Monqollar onu mühasirəyə almaq üçün gəldikdə gördülər ki, bu qalaları almaq mümkün deyil, buna görə də dostluq müqaviləsi bağlamağı təklif etdilər." Yerli əhali qalanı Tarxan qalası adlandırır. Rəvayətə görə, qala Həsən Cəlalın qızı Ruzan xatunun yay iqamətgahı olmuşdur.
Yunanıstanda cinayət
Yunanıstanda cinayətlə mübarizə Yunanıstan Polisi və digər qurumlar tərəfindən aparılır. 20-ci əsrin çox hissəsi üçün təhlükəsizlik qüvvələri, əsl cinayətə diqqət etmək əvəzinə, solçu siyasi baxışları olan insanları təqib etmək üçün vaxtlarını sərf etdikləri üçün tənqid olunurdu. Yunanıstanda cinayət nisbəti tarixən Qərbi Avropada ən aşağı səviyyədə olmuş və davam etməkdədir. 1980-ci ildə, Yunanıstan Polis Rəisi Nikon Arkoudeas (Νίκων Αρκουδέας), mütəşəkkil cinayətkarlığa qarşı ciddi bir uğura imza atdı. 1990-cı illərin əvvəlindən etibarən bir çox qeyri-qanuni immiqrantlar Mərkəzi və Şərqi Avropa ölkələrindən, Asiya və Yaxın Şərqdən Yunanıstana gəldi. Onların qəfil axını 1990-cı və 2000-ci illər ərzində cinayət işlərinin artmasına səbəb olmuşdur. Yunanıstan Polisi bir neçə zəfər qazanmışdır. Belə ki, mafiya təşkilatlarını parçalamış, 17 noyabr terrorçu qrupunu həbs etmiş, 2004-cü il Olimpiya Oyunları üçün təhlükəsizliyi uğurla təşkil etmiş və 2016-cı ildə ölkədə 2000-dən çox soyğunçu olan böyük cinayət təşkilatı məsuliyyətə cəlb etmişdi. 2002-ci ildə Yunanıstan polisi tərəfindən həyata keçirilən cinayətkarlığa qarşı mübarizə əməliyyatı nəticəsində "İnqilabçı Təşkilat" ın sol qolu terrorçu qrupunun fəaliyyətini dayandırmağa müvəffəq oldu. 2011-ci ildə Yunanıstanda cəmi 184 cinayət törədilmişdi.
Zorakı cinayət
Zorakı cinayət və ya zorakılıq cinayətləri — cinayətkarın cinayətin qurbanına qarşı güc tətbiq etməsi və ya güc tətbiq etməklə hədələməsi ilə müşayiət olunan cinayət. Bu qrupa həm zorakılığın cinayəti başa çatdırmaq üçün bir vasitə kimi istifadə olunduğu, həm də zorakılığın cinayətin obyektiv cəhətini təşkil etdiyi cinayətlər, məsələn, qəsdən adamöldürmə və ya zorlama kimi cinayətlər daxildir. Zorakı cinayətlər silahla və ya silahsız törədilə bilər. Zorakı cinayətlərə, əsasən, hava gəmisini qaçırma, bank soyğunçuluğu, soyğunçuluq, ev oğurluğu, terrorizm, avtomobil oğurluğu, zorlama, adam oğurluğu, işgəncə, qəsdən adamöldürmə, banditizm, narkokartel və başqaları daxildir. Dövlətlər arasında zorakı cinayətlərin statistikasının müqayisəsi adətən problemli olur, çünki dövlətlər cinayətlərin fərqli təsnifatını aparırlar. Müqayisənin etibarlı olması üçün müxtəlif yurisdiksiyalardakı oxşar hüquq pozuntularının müqayisəsi aparılmalıdır. Lakin çox zaman bu, mümkün olmur. Yurisdiksiyadan asılı olaraq zorakı cinayətlərə aşağıdakılar aid ola bilər: adamöldürmə, qəsdən adamöldürmə, zorlama, adam oğurlama. Dövlətlər həmçinin cinayətlərin qeydə alınmasında da fərqli sistemlərdən istifadə edirlər. Avstraliyada cinayət qurbanları ilə bağlı ilk milli sorğu 2008-09-cu illərdə keçirilmişdir.
Xilafət Dövləti
Xilafət Dövləti ( türk. Hilâfet Devleti, alm. Kalifatstaat‎) —mərkəzi Almaniyanın Köln şəhərində yerləşən türk islamçı qrup.
Cinayət tərkibi
Cinayət tərkibi cinayət hüququnda təsbit edilmiş obyektiv və subyektiv əlamətlər məcmusu olub bu və ya digər ictimai təhlükəli əməli cinayət kimi müəyyən edir. Cinayət tərkibinin əlamətləri cinayət hüququnun ümumi və xüsusi hissələrinin normalarında təsbit edilmişdir. Onları dörd alt sistemə bölmək olar: obyekt və subyekt əlamətləri, cinayətin obyektiv və subyektiv tərəfi. Hər hansısa bir əməldə cinayət tərkibinin bütün əlamətlərinin olması onun cinayət kimi tanınması və onu törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır; cinayət tərkibi əlamətlərindən ən azı birinin olmaması isə əməlin cinayət olmadığını bildirir. == Cinayət tərkibinin əlamətləri və elementləri == Cinayət tərkibi əlamətlərdən və elementlərdən ibarətdir. Cinayətin elementi, əməlin cinayət kimi tanınması üçün zəruri olan minimal konkret hüquqi əhəmiyyətli əmlakdır. Əgər əməldə cinayət tərkibinin ən azı bir zəruri elementi yoxdursa, əməl bütövlükdə cinayət sayılmır. Tərkib əlamətinin şifahi təsviri cinayət hüququ normasının dispozisiyasında öz əksini tapmışdır. Cinayətin əlamətləri Cinayət Qanununun həm Ümumi, həm də Xüsusi hissələrinin normalarında təsbit edilə bilər: Ümumi hissədə bütün cinayətlərə xas olan əlamətlər, Xüsusi hissədə isə konkret cinayətlərə xas olan əlamətlər (əsasən bunlar obyektin əlamətləri və cinayətin obyektiv tərəfi). Kompozisiya elementi aşağıdakı tələblərə cavab verməlidir: o, digər əlamətlərlə birlikdə əməli ictimai təhlükəli və qanunsuz kimi xarakterizə etməli, onu digər oxşar cinayətlərdən fərqləndirməli, qanunda bilavasitə göstərilməli və ya hüquq normalarının mətnindən birbaşa irəli gəlməlidir.
Xirbet-Kerak
Xirbet-Kerak (ərəb. خربة الكرك‎ Khirbet al-Karak "qalanın xarabalıqları") və ya Bet-Yerax (ivr. ‏בית ירח‏‎ "Ayın (tanrı) evi") — İsraildə, Təbəriyyə gölünün cənub sahilində yerləşən arxeoloji kurqanlar. Levandın ən böyüklərindən biri olan 50 hektarlıq bir əraziyə yayılan bu ərazi, Erkən tunc dövründ'n (e.ə 3000-2000) və Əhəməni dövründən (təxminən e.ə. 450) Erkən İslam dönəminə (təxminən e.ə 1000) qədər uzanan qalıntıları ehtiva edir. Kirbet-Kerak Təbəriyyə gölünün İordan çayına töküldüyü yerdə yerləşir və ərazi gölün səviyyəsindən təxminən 15 metr yüksəklikdədir. Ərazi üçbucaq formasındadır və təxminən 1,2 km 380 m (ən geniş yerdə), 60-75 hektar ərazini əhatə edir. İordan çayı əvvəllər (ən azı orta əsrlərə qədər) şimal və qərbdən axmasına baxmayaraq, cənuba doğru axır. Kirbet-Kerak müəyyən vaxtlarda iki əkiz şəhərin, Bet-Yeraxın və Sinnabrisin məkanı olmuşdur.
İnayət Xan
Həzrət İnayət Xan (5 iyul 1882 – 5 fevral 1927, Yeni Dehli) — hind musiqiçi və filosof. Qərbdə sufiliyi tanıtması ilə məşhurdur, kitabları bir çox dillərə tərcümə edilmişdir. Ulu babası, babası və atası musiqiçi olan İnayət Xan Hindistanın Baroda şəhərində anadan olub. Uşaq yaşlarından musiqi və poeziya mühitində böyüyən İnayət Xan, daha sonra fəlsəfə və dinlə maraqlanıb. Hindistan boyu səfərlər etdiyi zaman sufilər, buddistlər və s. dərviş mistiklərlə görüşmüşdür. Onu ən çox sufilik maraqlandırmışdır. Daha sonra Heydərobadda şeyx Mədəninin müridi olmuşdur. Sufilik yolunda uğurlu addımlar atan İnayət Xan, Çişti, Sühreverdi, Nəqşbəndi kimi təriqətlərdə olmuşdur. Bir müddət sonra şeyx Mədəni İnayət Xana "Sufi çağırışını" Qərbdə yaymağı tapşırır.
Şəkərli diabet
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
İnayət Gəray
İnayət Gəray (1597 – 1 iyul 1637) — XX Krım xanı. Krım xanı II Qazi Gərayın oğludur. Atasının ölümünün ardından qardaşı Toxtamış Gəray taxta çıxmış, ancaq Osmanlı sultanı tərəfindən səltənəti tanınmamışdır. Əmisi Səlamət Gərayın hakimiyyətə gəlişi və qardaşları Toxtamış Gərayla Səfər Gərayın qətlə yetirilməsinin ardından İnayət Gəray kiçik qardaşları Hüsam, Səadət və Eyvazla birlikdə İstanbula girov olaraq göndərildi. Canıbəy Gərayın İrəvan səfərinə qatılmaqdan imtina etməsi ilə İstanbulda olan İnayət Gəray xan elan edildi. Vəzifədən alınan Canıbəy Gəray isə Rodosa sürgün olundu. Vəzifəyə gəldikdən sonra qardaşları Hüsam və Səadət Gərayı varisi elan etdi. Bundan başqa Osmanlı ordusuna dəstək verməkdən imtina edən İnayət Gəray muzdlu kazak dəstələri toplayaraq Kəfədən Osmanlı birliklərini çıxardı. Osmanlı ordusunun İrəvan səfərini tamamlamasının ardından donanma 13 iyun 1637-ci ildə Kəfəyə yollandı. Burada əmisi oğlu Bahadur Gəray xan təyin edildi.
Şəkərsiz diabet
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü). İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər. Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir. Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər. Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–25 yaş). Həmçinin 1 yaşa qədər olan uşaqlarda xəstəliyin məlum halları olub. Dörd növ şəkərsiz diabet vardır: Mərkəzi şəkərsiz diabet. Vazopressin (antidiuretik hormon) istehsalının olmaması ilə əlaqədardır.[1] Bu, hipotalamusun və ya hipofiz vəzinin zədələnməsi və ya genetika ilə bağlı ola bilər.
Bürünc diabet
Hemoxromotoz (ing. haemochromatosis), bürünc diabet (ing. bronze diabetes), siderofiliya (ing. iron-storage disease) – Anadangəlmə olub, dəmirin toxumalara artıq toplanması, hepatomeqaliya, artropatiya (II və III əl darağı falanqa oynaqlarının zədələnməsi), qəhvəyi rəngli dəri, hipoqonodizm, şəkərli diabet, durğunluq ürək çatışmazlığı ilə xarakterizə olunur. Yatrogen səbəbdən 2-cili hemoxromatoz yarana bilər.
Diabet (dəqiqləşdirmə)
== Xəstəlik ==
Azərbaycan Cinayət Məcəlləsi
Azərbaycanın cinayət hüququ — Azərbaycanda cinayət və cinayət məsuliyyətinin əsaslarını, cinayət hüququ sistemini, eyni zamanda cinayət məsuliyyətindən azad olunmanın qayda və şərtlərini müəyyən edən hüquq normalarının məcmusunu əks etdirir. Onun əsas vəzifəsi ictimai münasibətlərin müdafiəsi və cinayətlərin qarşısının alınmasıdır. Lakin Azərbaycanın cinayət qanunvericiliyi eyni zamanda bəzi spesifik xüsusiyyətlərə malik idi. Hələ Sovet dövründə mövcud olan bir sıra cinayət tərkibləri patriarxal və feodal adətlərin qalığı idi. Məsələn, 1927-ci ildə erkən yaşda nikaha daxil olmağa; qadınların məktəbə, kluba və digər mədəni-maarif müəssələrinə getmələrinə mane olmağa görə cinayət məsuliyyəti müəyyən olunmuşdu. 1929-cu ildə gəlinə görə başlıq pulunun alınıb–verilməsinə və boşanmış ər-arvadın yenidən nikaha daxil olmalarına mane olmağa görə məsuliyyət müəyyən olunmuşdu. Digər ittifaq respublikalarında olduğu kimi, 60-cı illərdə Azərbaycanın da hüquq sistemində ikinci məcəllələşdirmə aparılır. Bu islahat nəticəsində RSFSR-in müvafiq məcəllələrindən fərqlənməyən yeni CM, CPM, MM, MPM və bəzi digər məcəllələr qəbul olundu. Bu məcəllələr demək olar ki, bir sıra əlavə və dəyişikliklərlə müstəqil Azərbaycanda yeni məcəllələşmiş aktlar qəbul olunana qədər qüvvədə idi. 1960-cı il Azərbaycan SSR-nin CM-də cinayət –cinayət qanunu ilə nəzərdə tutulan, həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilən ictimai təhlükəli əməl kimi nəzərdə tutulurdu.
Əlcəzairdə xilafət əsgərləri
İslam Dövləti – Əlcəzair vilayəti (İD-ƏV; ərəb. الدولة الإسلامية – ولاية الجزائر‎, ad-Dawlah al-Islāmiyah – Wilayah al-Jazā’ir) — silahlı İslam Dövləti (İD) qruplaşmasının Əlcəzairdə fəaliyyət göstərən qolu. Qrup əvvəllər "Cund əl-Xilafa fi Ərd əl-Cəzair" (ərəb. جند الخلافة في أرض الجزائر‎; mənası – "Əlcəzairdə xilafət əsgərləri") kimi tanınırdı. 2014-cü ildə onlar 55 yaşlı fransız alpinist Erve Qurdeli qaçırmışdılar. Qrup 22 sentyabr 2014-cü il tarixli videoda qeyd etmişdir ki, onlar bunu İD sözçüsü Ədnaninin ABŞ ilə birlikdə İD-yə qarşı döyüşən ölkələrin vətəndaşlarına hücum etmək əmrinin bir hissəsidir. 24 sentyabr 2014-cü ildə "Əlcəzair vilayəti" Erve Qurdelin başını kəsdiyini iddia etmişdir.
İnsanlıq əleyhinə cinayət
İnsanlıq əleyhinə cinayətlər — qəsdən öldürmə, qəsdən xəsarət yetirmə, işgəncə, əzab və ya əsarət, şəxs azadlığından məhrum etmə, elmi təcrübələrə məruz qalma, cinsi təcavüz, uşaqlara qarşı cinsi istismar, məcburi hamiləlik, məcburi fahişəlik. Bu, cəmiyyətin bir hissəsinə qarşı bir plana uyğun olaraq siyasi, fəlsəfi, irqi və ya dini motivlərin sistematik şəkildə işlənməsidir. Bu konsepsiya İkinci Dünya Müharibəsindən sonra geniş istifadə olunur. Bu termin ilk olaraq 28 may 1915-ci ildə İngiltərə, Fransa və Rusiyanın, Türkiyədəki ermənilərin qətl edildikləri iddiasıyla nəşr etdikləri bəyannamədə yer almışdır. İkinci Dünya Müharibəsindən sonra qəbul edilən Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsinin yurisdiksiyasında (səlahiyyətində) bəşəriyyətə (insanlığa) qarşı cinayətlər də sayılmışdır. Tərifi və əhatə dairəsi mübahisəli olmasına baxmayaraq, həm beynəlxalq, həm də milli şəkildə cəzalandırılması üçün qaydalar qəbul edilmişdir. İnsanlıq əleyhinə olan cinayətlər quruluş baxımından motivasiya və intensivlik meyarları ilə adi cinayətlərdən fərqlənir, həm də prosedur baxımından fasilələrə məruz qalmırlar. Roma Statusu 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının konfransında beynəlxalq səviyyədə kollektiv şəkildə törədilən insanlığa qarşı cinayətləri mühakimə etmək və cəzalandırmaq məqsədilə qəbul edilmiş və Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci il iyulun 1-dən vəzifəsinə başlamışdır. Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsi, nasistlərin sovet əsirlərinə qarşı etdikləri cinayətlərin insanlığa qarşı cinayətlərə örnək olmasına dair qərar çıxarıb.