AXTARMAQ

f.
1. Gizli, yaxud gizlədilmiş və ya itmiş bir şeyi tapmağa, üzə çıxarmağa çalışmaq, aramaq. Kitabı nə qədər axtardımsa, tapa bilmədim. Yerə düşmüş iynəni axtarmaq. – Axtaran tapar. ( Ata. sözü ).
// Görməyə, tapmağa çalışmaq.
Usta Ağabala qapını axtarınca divardakı şəkillərə də bir nəzər yetirdi. Çəmənzəminli.
Hər kəs öz yerini axtarır, tapır və əyləşirdi. S.Rəhimov.

// Aramaq, tapmağa çalışmaq.
Məsmə, dərdlərini Tahirzadəyə danışmaq üçün vaxt, fürsət axtarırdı. Mir Cəlal.

2. Əldə etməyə çalışmaq. İş axtarmaq. Özünə otaq axtarmaq. Öz haqqını axtarmaq.
// Arzu etmək, bir şeyin olmasına, əmələ gəlməsinə, baş verməsinə çalışmaq. Dava-dalaş axtarmaq.
3. Yoxlamaq, araşdırmaq, müayinə etmək, təftiş etmək. Ciblərini axtarmaq. Stolun yeşiklərini axtarmaq.
– Ey müfəttiş! Yollanan kağızları axtarma çox. M.Ə.Sabir.

4. Ummaq, gözləmək. Onda nə ədəb axtarırsan. Bizdə elə şeylər axtarma.
5. məc. Həddindən artıq fikir vermək. Böyük işlərə fikir vermir, amma xırda şeyləri axtarır.

Синонимы

  • AXTARMAQ AXTARMAQ Dənizlərdə inci yox, səni gəzdim üzərək; Tək səni axtarmışam, möhnətlərə dözərək (M.Rahim); ARAMAQ (tapmağa çalışmaq) Qartal gəlir, ov arayır
  • AXTARMAQ yoxlamaq — araşdırmaq
  • AXTARMAQ ummaq — gözləmək
  • AXTARMAQ aramaq — yoxlamaq

Антонимы

  • AXTARMAQ AXTARMAQ – TAPMAQ Hər kəs öz yerini axtarır, tapır və əyləşirdi (S.Rəhimov)
AXTARMA
AXTARTMAQ

Значение слова в других словарях

командо́р нескрыва́емо ни́ндзя переубежда́ть проклёпка разви́листый то́стер заживи́ть заку́таться иу́душкин ложка́рный обструкциони́зм перемеча́ть поди́ ратай чибурухнуть chaliced emulsifier envier grass-bleaching Sabbath-day senseless unmeasured заезд кресчендо