AXIN

is.
1. Sürətlə axan su; sel; iti cərəyan, güclü axan su, selab. Yağışdan əmələ gələn axın yolları xarab etdi.
// Cərəyan, suyun axıb getdiyi tərəf. Çayın axını ilə üzmək.
– Sən ki son nəfəsinlə vətəni andın; Çayların axını dayandı bir an. S.Vurğun.

// Axma. Lənkəran, Naxçıvan və Kür-Araz ovalıqlarından axan çaylar, onların axın şəraiti, dərələrinin xarakteri və s.
birbirindən fərqlidir. M.Qaşqay.

2. Məftildə elektrik cərəyanının hərəkəti.
3. məc. Arası kəsilmədən hərəkət edən insan və s. kütləsi, izdiham. Canlı insan axını. Axının qabağını dayandırmaq.
– Axının kənara atdığı Ayaz da fəryad qopardı. M.İbrahimov.
Baxınız, qarşımı tutmuş bir axın; Güclüdən güclü, dənizdən daşqın. M.Müşfiq.

□ Axına qoşulmaq – əksəriyyətə tabe olmaq.
Şahnisə xanım çıxılmaz bir vəziyyətdə qalıb, nə “hə”, nə “yox” deyir, istər-istəməz axına qoşularaq deyilənlərə tabe olurdu. Çəmənzəminli.

4. məc. Gediş, cərəyan.
…Həyatın təbii axını onu [Səriyyəni] bir kor kimi istədiyi səmtə sürükləyirdi. M.İbrahimov.

5. Hücum, basqın, həmlə. Düşmən qoşunlarının axını dayandırıldı.
– Burada çox oynadı qılınclar, qınlar; Ordular, karvanlar, başsız axınlar. S.Vurğun.

6. məc. Qərarsızlıq, tez-tez dəyişmə. Zavodda işçi qüvvəsi axını çox böyükdür.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AXIN gediş — cərəyan
  • AXIN hücum — basqın — həmlə
  • AXIN sel
  • AXIN izdiham
  • AXIN axın bax 1. cərəyan 1; 2. izdiham 1
AXIM
AXIN-AXIN
OBASTAN VİKİ
Axın xətti
Axın xətti – eynitipli detalların hazırlanması və ya məmulatların yığılması üçün texnoloji prosesin ardıcıllığı ilə düzülmüş, müəyyən takta uyğun işləyən maşınlar və ya avadanlıqlar kompleksi. Emal sexlərinin axın xətti detalları bir əməliyyatdan digərinə ötürən nəqledici qurğularla birləşdirilmiş dəzgahlardan, maşınlardan, yığma sahələrində isə avadanlıq, tərtibat, alət və nəqledici qurğularla təchiz olunmuş iş yerlərindən ibarətdir. Nəqledici qurğular Axın xəttini detal və qovşaqlarla fasiləsiz təchiz etmək və yığılmış məmulatı ardıcıl hərəkət etdirmək üçündür. Axın xətti fərdi, qoşalaşdırılmış (2 detalın eyni vaxtda emalı üçün) və qrup halda (bir neçə detalın eyni vaxtda emalı, yaxud onların müəyyən ardıcıllıqla emalı üçün) olur. Axın xəttində iri obyektlərin yığılması zamanı ayrı-ayrı qovşaq və detallar müəyyən olunmuş ardıcıllıqla bir mövqedən digərinə verilir, quraşdırma işlərini isə texnoloji prosesə uyğun bir obyektdən digərinə keçən ixtisaslaşdırılmış briqadalar görür. Axın xəttində, adətən, metalkəsən dəzgahlarda mexaniki emal, qaynaq, termiki emal, yağlama, rəngləmə və s. yerinə yetirilir. Detalların, qovşaqların, hazır məmulatların yerinin dəyişdirilməsi üçün istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılmasına imkan verən mövqedəyişən, manipulyator, nəqliyyat vasitələri tətbiq edilir və texnoloji işlər aparılır. == Mənbə: == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.).
Axın (psixologiya)
Axın, axın vəziyyəti, axın təcrübəsi (ing. flow, lat. influunt ) — insanın gördüyü işdə tamamilə iştirak etməsi, aktiv konsentrasiyası, fəaliyyət prosesinə tam cəlb olunması ilə xarakterizə olunan psixi vəziyyət. Axın konsepsiyası 1975-ci ildə Mixay Çiksentmixayi tərəfindən təklif edilmişdir və o, həm də axın vəziyyətinə daxil olmaq üçün praktiki tövsiyələri ehtiva edir. Axın vəziyyəti unikal vəziyyət deyil. Axın vəziyyətində olmaq hər hansı bir xüsusi sahə və ya proseslə məhdudlaşmır. Bu, konkret şəxsin iştirak etdiyi bütün fəaliyyət sahələrinə şamil edilir. Abraham Maslou axın vəziyyətlərini zirvə təcrübələri adlandırmışdır. == Axının xüsusiyyətləri == Çiksentmixaynin fikrincə, axın vəziyyətinin təcrübəsinə kömək edən bir neçə fəaliyyət xüsusiyyətlərinin siyahısı var: Aydın məqsədlər (fərqli gözləntilər və qaydalar). Konsentrasiya və diqqət mərkəzi - diqqətin məhdud bir sahəsinə yüksək dərəcədə konsentrasiya (fəaliyyətlə məşğul olan bir şəxs ona diqqət yetirmək və özünü ona dərindən qərq etmək qabiliyyətinə malikdir).
Piroklastik axın
Axıncaçay
Axıncaçay - Kürün sağ qoludur. Suyu Azərbaycanın Gədəbəy, Tovuz və Ermənistanın Berd rayonu ərazilərindən axır. Uzunluğu 76 km, hövzəsinin sahəsi 1178 km²-dir. Mənbəyini Kiçik Qafqazın şimal-şərq hissəsindən, Gədəbəy rayonu ərazisindəki Başkənd aşırımı yaxınlığından (1950 m) alır. Ermənistan ərazisində çaya sol tərəfdən Zamanlı (uzunluğu 12 km), Mehrab (uzunluğu 28 km), Tovuz rayonu ərazisində isə sag tərəfdən Əsrik (uzunluğu 48 km) çaylarının suları qovuşur. Çay Tovuz rayonu ərazisində Tovuzçaya qovuşaraq və Kür çayına tökülür. Çayın axımının 45%-i yağış, 25%-i qar, 30%-i isə yeraltı sulardan əmələ gəlir. Axıncaçayın orta illik su sərfi 7,3 kub m/san-dir. Axımın 56%-i yazda, 25%-i yayda, 11%-i payızda, 8%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 0,3kq/san, lillənməsi isə 41 q/kub m-dir.
Axıncaçay su anbarı
Axıncaçay su anbarı — Azərbaycan və Ermənistan sərhəddində, Tovuz rayonu ərazisinin cənub-qərbində Axıncaçayın üzərində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1965-cu ildə istismara verilmişdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 42.5 m, bəndin uzunluğu 690 m və su anbarının ümumi həcmi 14 mln.m³-dur. Suvarma sahəsi 7400 ha-dır.
Axıncı
Axıncı (Osmanlı Türkcəsi: آقنجى Akıncı) və ya cəm şəklində Axıncılar — Osmanlı İmperiyasının hərbi təşkilatında, sərhəd bölgələrində, düşmən ölkələrinə hücumlar, basqınlar təşkil edərək zəiflətmə hərəkatında olan yüngül süvari birlikləri. == Etimologiyası == "Akıncı" sözü Türk mənşəlidir. Ak "akmak" felindən gələn sözün strukturunda feldən ad düzəltmə əlavə "-n" və addan ad düzəltmə əlavə "+cı" var: Ak-ı-n+cı. Sözün mənası "ak" felinin "ard-arda və kütləvi olaraq getmək", "axın etmək, zəbt etmək, hücum etmək" mənalarından yaradılıb. == Tarixi == Osmanlı İmperiyasının ilk illərində görülən və sərhəd boylarında qəza məqsədi ilə hücumlar təşkil edən "Qazilər" zamanla axıncılara çevrilmişdir. Osmanlı İmperiyasından nə vaxt bəhs edilsə, ilk ağla gələn şey Osmanlı hərbi gücünün ən önəmli təşkilatı olan axıncılar olur. Axıncılar, ürəklərindəki məhəbbət və həyəcanla özlərini dövlətin, millətin və dinlərinin behasına həsr etmiş, lazım gələndə canını verməkdən çəkinməyən haqq fədailəri idi. Axıncılar yağma üçün düşmən içinə girən və yalanla həyatlarını keçirən bir toplum deyildi. Onlar, özlərinə qılınc çəkməyənə qılınc çəkməz, aman istəyənə toxunmurdular. Müharibədə onların əsas rolu ön sıralarda yer alaraq düşməni demoralizə etmək və bu məqsədlə partizan taktikalarından istifadə edərək düşmən birliklərini dağıdırdılar.
Axıncı nahiyəsi
Axıncı nahiyəsi — Qarabağ bəylərbəyliyinin bölgələrindən biri. == Tarixi == Qarabağ bəylərbəyliyinin Xılxına qəzasına bağlı idi. Mərkəzi Quşçu kəndi olub, 15 yaşayış məskənini birləşdirirdi.
Axıncılar
Axıncılar (türk. Akıncılar) — Sivas ilinin ilçəsi.
Axınla aşağı (film, 2014)
Axınla aşağı — filmi rejissor Asif Rüstəmov tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əli Mingəçevir şəhərində yaşayan avarçəkmə müəllimidir. O, nə həyat yoldaşı ilə, nə də yeniyetmə oğlu ilə yola gedir. Eyni zamanda onunla birgə çalışan polşalı qadın sevgilisi ona birlikdə xaricə getməyi təklif edir. Lakin Əlinin ailəsində faciə baş verir. Filmdə əsas rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreyevska, Elmin İmamverdiyev, Teymur Məmmədov, Ülvi Paşabəyli, Gülşad Baxşıyeva, Telman Əliyev, Pərviz Bağırov və Eldar Bağırbəyov ifa edirlər. Film bir neçə festivalda mükafat almışdır. == Məzmun == Əli (Namiq Ağayev) Mingəçevir şəhərində yaşayan avarçəkmə müəllimidir. O, nə həyat yoldaşı ilə, nə də yeniyetmə oğlu ilə yola gedir.
Axıntı ayrılığı
Bir maye içərisində hərəkət edən (və ya ətrafından maye keçən sabit) hər bir bərk cismin səthinin ətrafında viskoz qüvvələrin meydana gəldiyi sərhəd qatları inkişaf edir. Sərhəd qatları laminar və ya turbulent ola bilər. Sərhəd qatının laminar və ya türbülans olub-olmaması yerli axın şərtlərinin Reynolds ədədinin hesablanması ilə əsaslı şəkildə tapıla bilər. “Axın ayrılması”, sərhəd təbəqəsinin əks təzyiq gradientindən kifayət qədər uzaqlaşdıqda baş verir, bu vəziyyətdə sərhəd qatı sürəti demək olar ki, sıfıra enir. Maye axını cisim səthindən ayrılır və bunun əvəzinə vortekslər və dövrələr yaradır. Maye ayrılığı həm də obyektin həndəsi quruluşundan asılıdır. Kəskin cizgilərə və ya yüksək əyriliklərə malik küt cisimlərdə mayenin ayrılması daha asandır. Belə obyektlərdə axıntının cismin səthini izləməsi çətindir. Aerodinamikada axıntı ayrılması əsasən artan sürüklənməyə, xüsusən mayenin içində hərəkət edən cismin ön və arxa səthləri arasındakı təzyiq fərqindən yaranan təzyiq sürütlənmə qüvvəsinə səbəb olur. Bu səbəbdən aerodinamik və hidrodinamik səthlərin dizaynında axıntı ayrılmasını gecikdirmək və yerli axını mümkün qədər səthə yapışdırmaq üçün çox səy sərf olunur və tədqiqatlar həyata keçirdilir.
Axını (Təbrizin Məhəlləsi)
Axıını - Təbrizin bir məhəlləsi. Axını (Farsça. آخینی) Təbriz, Cənubi Azərbaycan, məhəllələrindəndir. Axını Təbrizin şimali-qərbindədir. Əslində Təbrizin kəndlərindənmiş və çoxlu bağlar və zəmi yerləri varmış. Geçen otuz ildə Təbriz boyukləşərkən, Axını Təbrizə qarışmış və bağları və əkin yerlərinin hamısında binalar tikilmişdir. Bu məhəllə Hökmavar, Şam Qazan, Cəmşidabad və Qara Agac məhəllələrilə həmsayadır.
Hava axını
Həcmli axını ölçən
Həcmli axını ölçən bir mayenin axdığı izin hər hansı bir kəsişməsindən vahid vaxtda keçən mayenin həcmidir. Bir axan su tərəfindən ötürülən suyun miqdarını təyin edərkən, bir boru sisteminin müxtəlif nöqtələrində ötürülən mayenin miqdarını təyin edərkən və s. yerlərdə istifadə olunur. Hidrologiya, hidravlika, hidroaeromexanikada tez-tez istifadə olunan bir anlayışdır. Ölçüsü həcm/vaxt, adətən istifadə olunan metrik vahidi m 3 / s a n {\displaystyle m^{3}/san} , ümumi göstərici isə Q hərfidir == Tez-tez istifadə olunan tərifi == Həcmli axını ölçən (və ya axını ölçən), həcmə əsaslı axın sürəti olaraq müəyyənləşdirilə bilər. === Düsturu === Q = A ⋅ V {\displaystyle Q=A\cdot V} Burada; " Q {\displaystyle Q\,} ": Həcmli axını, m e t r e 3 s a n i y e {\displaystyle {\frac {metre^{3}}{saniye}}} vahidində. " V {\displaystyle V\,} ": Mayenin sürəti, m e t r e s a n i y e {\displaystyle {\frac {metre}{saniye}}} vahidində.
Kapital axınının hesabı
Kapital axınının hesabı — ölkənin ödəmə balansının bölməsi, ÜMM sub-hesabı, dövlət və özəl kapitalın ixrac və idxal nisbətini ifadə edərək, alınan və verilən kreditlər. Kapital və kredit axınları balansının gəlir hissəsinə aşağıdakılar daxildir: digər ölkələrdən alınan kredit və kreditlərdən daxilolmalar; xaricdə investisiya gəliri; bu ölkənin digər ölkələrə verdiyi kredit və kreditlər üzrə dividentlər və faizlər. Kapital və kredit axınları balansının xərc hissəsi aşağıdakıları əks etdirir: digər ölkələrə kredit və kreditlərin verilməsi; gəlirin xaricə köçürülməsi; birbaşa və portfel investisiyaları: xaricdə obyektlərin alınması, investisiya qiymətli kağızlarının alınması; alınmış kreditlər və kreditlər üzrə dividendlərin və faizlərin ödənilməsi. Kapital hesabı (xalis) kapital axınları, (xalis) kapital axınları və dövlət ehtiyatları əməliyyatlarının nəticələrindən ibarətdir. Kapital hesabı ölkənin beynəlxalq hesabını tamamlayır və statistik uyğunsuzluq və cari hesab və kapital hesabını ümumiləşdirən xülasə sətri ilə tamamlanır. == Kapital nəzarəti == Kapital nəzarəti, dövlət hökuməti tərəfindən kapital hesabı əməliyyatlarını idarə etmək üçün tətbiq olunan tədbirlərdir. Bunlara kapital hesabı əməliyyatlarından bəzilərinin və ya hamısının açıq şəkildə qadağan edilməsi, bəzi maliyyə aktivlərinin beynəlxalq satışlarına vergilər və ya beynəlxalq satış və bəzi maliyyə aktivlərinin alqı-satqısı daxildir. Nəzarət ümumiyyətlə maliyyə sektoruna yönəldildiyi halda, bu, adi vətəndaşları təsir edə bilər, məsələn, 1960-cı illərdə İngilis ailələrin xaricdə tətildə yanlarında 50 funtdan çox pul götürmələri qadağan edildi. Valyutalarının bazar qiymətləri ilə alqı-satqısını məhdudlaşdıran kapital nəzarəti olmayan ölkələr tam kapital hesabı konvertasiyasına malikdirlər. II Dünya Müharibəsinin sonunda Bretton-Vuds Sazişinə uyğun olaraq, əksər ölkələr kapital hesablarına və ya kapital hesablarına böyük vəsait axınının qarşısını almaq üçün kapital nəzarətini tətbiq etdilər.
Kapital axınının nəzarəti
Kapital axınının nəzarəti — bank əməliyyatlarında vergilər, digər məhdudiyyətlər və ya birbaşa qadağalar daxil olan kapital hesabının daxilolma və çıxışlarını tənzimləmək üçün müəyyən bir ölkənin səlahiyyətlilərinin hərəkətləri. Bu tədbirlər ümumi iqtisadi və ya sektoral ola bilər (ümumiyyətlə maliyyə sektoru və ya strateji sektorlarla əlaqəli). Bunlar bütün kapital axınlarına və ya fərqli növdə və müddətdə (borc vəsaitləri, kapital, birbaşa investisiya; qısamüddətli, orta və uzunmüddətli) axınlara tətbiq edilə bilər. Kapitalın hərəkəti üzərində nəzarət metodlarına milli valyutanın bazar qiymətləri ilə alqı-satqısını qadağan edən və ya məhdudlaşdıran valyuta nəzarəti daxildir; maliyyə aktivləri ilə beynəlxalq ticarətin icazə verilən həcmindəki məhdudiyyətlər; əməliyyat vergiləri; minimum yaşayış şərtləri, bir vətəndaşın ölkədən pul çıxartması üçün məcburi icazə tələbləri və ya ixrac məhdudiyyətləri. Kapital nəzarəti, II Dünya Müharibəsindən sonra ortaya çıxan və 1970-ci illərin əvvəllərinə qədər davam edən Bretton-Vuds sisteminin ayrılmaz bir hissəsi idi. Bu dövrdə iqtisadi əsas axın ilk dəfə kapital nəzarətinin qurulmasını təsdiqlədi. 1970-ci illərdə sərbəst bazar iqtisadçıları getdikcə həmkarlarını kapital nəzarətinin zərərli olduğuna inandırdılar. Amerika Birləşmiş Ştatları, Qərb hökumətləri və Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı kimi bir çox maliyyə qurumları kapital nəzarətinə tənqidi yanaşdılar və bir çox ölkəni maliyyə qloballaşmasını təşviq etmək üçün onları tərk etməyə inandırdılar.. 1980-ci illərin əvvəllərindəki Latın Amerikası borc böhranı, 1990-cı illərin sonlarındakı Asiya maliyyə böhranı, 1998-1999-cu illərdəki Rusiya iqtisadi böhranı və 2007-2008-ci illərdəki maliyyə böhranı, kapital axınlarının dəyişkənliyi ilə əlaqəli riskləri vurğuladı. Bu, bir çox ölkəni, hətta nisbətən sərbəst kapital axını olan ölkələri də, dəyişkən axınların iqtisadiyyatlarına təsirini azaltmaq üçün nəzarətdən və makroiqtisadi siyasətdən istifadə etməyə məcbur etdi.
Lava axını
Lava axını (rus. лавовый поток, ing. lava flow) — vulkandan axan lavanın yatım forması; lavanın qatılığından və yer səthinin meyilliyindən asılı olaraq ensiz və xeyli uzun olması ilə səciyyələnir. Turş lava axını adətən qısa /1–10 km/ və qalın, bazalt axını isə uzun /60–80 km-ə qədər/ və nazik olur.
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993)
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993) — 1993-cü ilin sentyabrın 10-da Qusar rayonunun Ləzə kəndi ərazisində baş vermiş sürüşmə-sel axını. == Tarixi == 1993-cü ilin sentyabrın 8-də mərkəzi Xəzər dənizində yerləşən 4 bal gücündə zəlzələ olmuşdur. Bu zaman Ləzədə zəif yer titrəməsi müşahidə olunmuş, yaşayış evlərində çatlar əmələ gəlmişdir. Sentyabrın 9-da isə kənd sakinləri qəribə bir təbiət hadisəsinin şahidi olmuşlar. Qəflətən uçmuş qayanın altında qalan qoyunların leşləri üzərində saysız-hesabsız qartallar dövrə vururdu. Sentyabrın 10-da isə səhər tezdən qopan dəhşətli gurultudan oyanan ləzəlilər kənddəki şəlalədən palçıq axdığının şahidi olurlar. Alimlərin qeyd etdikləri kimi, sentyabrın 9–10-da yağan yağışlardan sonra burada sürüşmə-sel prosesi başlanmışdır. Proses yağışdan sonra sürüşmə və qismən də uçqun kimi başlamış, hərəkətə gələn kütlə Ləzə çayının mənbəyindən onun qollarının yatağına toplanmışdır. 2400–2500 m. yüksəklikdən hərəkət edərək çay dərəsinə daxil olmuşdur.
Material axını
Material axını - materialın əldə olunması, emalı, həmçinin müəyyən olunmuş sahə daxilində paylanması ilə bağlı bütün proseslərin birləşdirilməsi. Material axınının təşkili materialın hərəkəti, anbarlanması ilə bağlı tapşırıqları əhatə edir. Burada müəssisə xarici və daxili material axını fərqlənirlər. Müəssisə xarici hərəkətlər materialın əldə olunması və müəssisəyə çatdırılması ilə bağlı işləri əhatə edir və müəssisəni yalnız o vaxt əhatə edir ki, o, material axının icrasında iştirak edir. Müəssisə daxili material axını material xərcləri, material daxili, materialın yoxlanması, materialın anbarlanması və verilməsi mərhələlərinə bölünür. Maşınqayırmada material axını [[istehsal]ın planlanmasında yerinə yetirilən əsas işlərdəndir. İstehsal üçün vacib olan material axınının təşkili üçün aparılan analiz ona təsir edən bütün amilləri araşdıraraq material axını üçün vaxtin minimallaşdırılması, materialın anbarlarda gözləmə vaxtini kiçiltməyə, nəqliyyatın təşkilini yaxşılaşdırmağa və anbarların optimal yüklənməsinə nail olmağa xidmət edir. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Məişət axıntıları
Məişət axıntıları – kommunal təsərrüfatının maye tullantıları. Şəhər adamlarının sutka ərzində işlətdiyi təmiz su (300-400 l) mühitə güclü çirklənmiş halda, qayıdır. Tərkibində neft maddələri, asılı maddələr, xloridlər, sulfatlar, nitritlər, nitratlar, ammonium-azot olur. Sintetik aktiv maddələrin (məs: yuyucu toz) tərkibində fenol, dəmir, mis, sink, nikel, xrom, qurğuşun, kobalt, alüminium, kadmium olur. Məişət axıntılarının yenidən işlənməsi şəhər ekologiyasının çətin problemlərindən biri hesab olunur. == Məişət radiasiya yükü == Nüvə enerjisi istehsalı və ya radiaktiv şüadan xüsusi istifadə ilə əlaqədar olmayan aşağı dozada ionlaşdırcı şüaların insana təsiri, Məişət radiasiya yükü: məişət cihazlarından istifadə zamanı alına bilər. (ilk növbədə lümunafor istifadə olunan rəngli televizorlar, işıqverən amferblatlı saatlar), həmçinin rentgen müayinəsi zamanı (rentgen cihazı ilə xidmət göstərən tibbi personalın şüalanma ehtimalı var). == Məişət süzgəcləri (içməli su üçün) == Suyu üzvi maddələrin çirkləndiricilərindən (fenol, neft maddələri) ağır metalardan təmizləyən, həmçinin suyun codluğunu azaldan xüsusi qurğular. == Məişət (komunal) tullantıları == Məişət əşyalarının və insanların həyatında istifadə edilən maddələrin bərk (həmçinin çirkab sularının çöküntüləri (tullantıları) hamam, camaşırxana, yeməkxana, xəstəxana müəssəsisələrin məişət binaları tullantıları və s.). == Məişət tullantılarının istifadəsi == Tullantıların tərkibindən qiymətli (əsasən metalları) və yanmayan komponentləri (şü- şə) çıxararaq, onları yandırdıqda və ya üzvi qıcqırtdıqda əldə edilən enerji və xammaldan tikinti materialları, kompost və s .
Nağd pul axını qabarıqlığı
Nağd pul axını qabarıqlığı — müddətinin faiz dərəcələrinə həssaslığının ölçüsü olan bir alətin (məsələn, istiqrazlar) pul axınının bir xüsusiyyəti. Dolğunluq faiz dərəcələrinin istiqrazın pul axınının cari dəyərinə təsirini aydınlaşdırmaq üçün ikinci sifariş düzəlişidir. Dəyişiklik, mövcud dəyərin faiz dərəcəsindən asılılığının qeyri-xətti olması ilə əlaqədardır, bu səbəbdən bu asılılığın müddətdən istifadə edərək xətti ilə müəyyənləşdirilməsi faiz dərəcələrinin təsirini dəqiq əks etdirə bilməz. Konveksliyin nəzərə alınması, faiz dərəcələrinin artırılması və azalması zamanı dərəcələrin təsirinin asimmetriyasını nəzərə almaq da daxil olmaqla faiz dərəcələrinin təsirini aydınlaşdırmağa imkan verir. Ümumiyyətlə, qabarıqlıq nə qədər yüksək olarsa, istiqraz qiyməti faiz nisbətinə o qədər həssas olur və istiqraz qiyməti faiz nisbətinə o qədər həssas olur. == Əsaslandırma və tərif (hesablama formulu) == Hazırkı dəyər funksiyasının Teylor sırasındakı ilk iki termini istifadə edərək faiz dərəcəsinə qarşı P V ( r ) {\displaystyle PV(r)} əldə edirik: Δ P V ( r ) ≈ P V ′ ( r ) Δ r + 0.5 P V ″ ( r ) [ Δ r ] 2 {\displaystyle \Delta PV(r)\approx PV'(r)\Delta r+0.5PV''(r)[\Delta r]^{2}} Bu ifadəni PV (r) ilə bölsək əldə edirik: δ P V = Δ P V P V ≈ P V ′ P V Δ r + 0.5 P V ″ P V [ Δ r ] 2 {\displaystyle \delta PV={\frac {\Delta PV}{PV}}\approx {\frac {PV'}{PV}}\Delta r+0.5{\frac {PV''}{PV}}[\Delta r]^{2}} Birinci amil, durasiya işarəsi ilə müddətdir ( r {\displaystyle r} nizamlı bir nisbətdirsə, logaritmik deyilsə dəyişdirilir), ikincisi isə istədiyiniz qabarıqlıqdır (eyni vəziyyətdə dəyişdirilmişdir). M C = P V ″ ( r ) P V = ∑ i C F i ( 1 + r ) t i + 2 t i ( t i + 1 ) P V = ∑ i C F i ( 1 + r ) t i t i ( t i + 1 ) P V ( 1 + r ) 2 = T ( T + 1 ) ¯ / ( 1 + r ) 2 = ( T 2 ¯ + T ¯ ) / ( 1 + r ) 2 {\displaystyle MC={\frac {PV''(r)}{PV}}={\frac {\sum _{i}{\frac {CF_{i}}{(1+r)^{t_{i}+2}}}t_{i}(t_{i}+1)}{PV}}={\frac {\sum _{i}{\frac {CF_{i}}{(1+r)^{t_{i}}}}t_{i}(t_{i}+1)}{PV(1+r)^{2}}}={\overline {T(T+1)}}/(1+r)^{2}=({\overline {T^{2}}}+{\overline {T}})/(1+r)^{2}} C = o v e r l i n e T 2 + o v e r l i n e T {\displaystyle C=\ overline{T^{2}}+\ overline{T}} ifadəsi ümumiyyətlə "qabarıqlıq" adlanır. Həqiqi dəyər M C {\displaystyle MC} "dəyişdirilmiş qabarıqlıq" dır. Bir ilk təxmini olaraq, qabarıqlıq olaraq D ( D + 1 ) {\displaystyle D(D+1)} dəyərini də istifadə edə bilərsiniz, burada D = o v e r l i n e T {\displaystyle D=\ overline{T}} - durasiya , lakin hesablamaların dəqiqliyini azaldır. === Durasiya ilə əlaqələr === MC-nin dəyişdirilmiş müddətlə aşağıdakı şəkildə əlaqəli olduğunu göstərmək olar: M C = M D 2 − d M D d r {\displaystyle MC=MD^{2}-{\frac {dMD}{dr}}} === Qeyd === Qiymət dəyişikliyinin ən dəqiq qiymətləndirməsi bir Taylor seriyasına cari dəyərin özü deyil, logaritması və yalnız faiz dərəcəsi ilə deyil, loqaritmik nisbətdə ln ⁡ ( 1 + r ) {\displaystyle \ln(1+r)} genişlənərək əldə edilir.
Türk axını
Türx axını (türk. Türk Akını, rus. Турецкий поток) ya da rəsmi adı ilə TürkAxın — Rusiyadan başlayıb Qaradəniz üzərindən Türkiyəyə köçürülməsi planlanan təbii qaz boru xətti layihəsinin adı. Layihənin tövsiyəsi Türkiyəyə etdiyi bir dövlət ziyarəti vaxtı 1 dekabr 2014 tarixində Rusiya dövlət başçısı Vladimir Putin tərəfindən edildi. Daha əvvəlcədən edilməsi planlanan "Cənub Axın Layihəsi"nin yerini alan layihə 10 oktyabr 2016 tarixində imzalanan Dövlətlərarası Müqavilə ilə rəsmiyyət qazanmışdır. Boru xəttinin Anapa yaxınlarındakı Russkaya kompressor dayanacağından başladılması planlanarkən, Türkiyəyə haradan giriş edəcəyi hələ qərar bağlanmamışdır. Xəttin Türkiyədəki başlanğıc nöqtəsinə qərar verildiyinə "Gazprom"un boru döşəmə işlərinə tezliklə başlaması gözlənilməkdədir. Həmçinin iki dənə boru döşəmə gəmisi Qaradənizdə hal-hazırda gözləyir. Boru xəttinin planlanan təxmini daşınma tutumu ildə 31.5 milyard kub metrdir. Türkiyənin bu layihədən ildə 15.75 milyard kub metr təbii qaz alması və qalan 15.75 milyard kub metr qazın Avropaya ixrac edilməsi düşünülür.
Vulkan palçığı axını
Vulkan palçığı axını (rus. вулканический грязевой поток, ing. volcanic mud stream) — kraterində buzlaq və ya göl olan vulk. püskürməsi nəticəsində su ilə doymuş yumşaq vulk. materiallarından təşkil olunmuş kütlənin yamac boyu axması. Güclü Vulkan palçıq axını Kamçatkada krateri buzla örtülmüş vulkanlarda tez –tez baş verir (Avaçi və Klyuçevsk sopkaları).
Yataq axını
Yataq axını (rus. русловый поток, ing. stream, course) — ölçülərindən və yaranmasından, axın sürətindən, yerin meyilliyindən asılı olmayaraq bütün su axınlarını çay, dağ axınları, qarın əriməsi və daşqın zamanı əmələgələn qollar, həmçinin kənallar/ birləşdirən termin.
Şırnaq axınları
== Külək == Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Puazeyl axını
Puazeyl axını — mayenin paralel müstəvi təbəqələri və ya dairəvi silindr boruda kanallar vasitəsilə laminar axınıdır. Puazeyl axını Navye-Stoks bərabərliklərinin ən sadə və dəqiq həllərindən biridir. Puazeyl qanunu ilə izah olunur (Qaqen-Puazeyl və ya Hagen–Puazeyl qanunu da adlanır). == Qoyulmuş məqsədlər == Özlü sıxılmayan mayenin təzyiq fərqlərinin təsiri altında nazik silindrik borunun dəyirmi hissəsində sabit axınına baxılır. Axının laminar və bir ölçülü olduğunu fərz etsək (kanal boyunca yalnız sürət komponenti var), onda tənlik aşağıdakı kimi yazılır və analitik olaraq həll olunur. v = p 1 − p 2 4 η L R 2 , {\displaystyle v={\frac {p_{1}-p_{2}}{4\eta L}}R^{2},} Burada: v {\displaystyle v} – boru kəməri boyunca mayenin sürəti; r {\displaystyle r} – boru kəmərinin oxundan olan məsafə; R {\displaystyle R} — boru kəmərinin radiusu; p 1 − p 2 {\displaystyle p_{1}-p_{2}} — borunun giriş və çıxışındakı təzyiq fərqləri; η {\displaystyle \eta } — mayenin özlülüyü; L {\displaystyle L} — borunun uzunluğu. Əgər bütün axını silindirdəki elementar axına bölsək, borunun (dairənin xarici hissəsi) axınından dairənin daxili hissəsindəki axınını çıxmaqla hər silindr üçün laminar axın sürətini hesablaya bilərik. v ( r ) = ( p 1 − p 2 4 η L R 2 ) − ( p 1 − p 2 4 η L r 2 ) = p 1 − p 2 4 η L ( R 2 − r 2 ) , {\displaystyle v\left(r\right)={\Bigr (}{\frac {p_{1}-p_{2}}{4\eta L}}R^{2}{\Bigr )}-{\Bigr (}{\frac {p_{1}-p_{2}}{4\eta L}}r^{2}{\Bigr )}={\frac {p_{1}-p_{2}}{4\eta L}}(R^{2}-r^{2}),} Burada r {\displaystyle r} silindirin daxili radiusudur. Sürətin qiyməti uzunluq boyunca parabolik olaraq dəyişir. Yuxarıdakı şəkildə parabolik profil (Puazeyl profili də adlanır) göstərilmişdir belə ki, sürət paylanması kanal oxuna qədər olan məsafədən asılıdır.
Şimal axını
Şimal axını (alm. Nord Stream‎; rus. Северный поток) — Qərbi Avropanı təbii qazla təmin etmək üçün Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya uzanan təbii qaz kəmərləri şəbəkəsi. O, "Şimal axını 1" və "Şimal axını 2" adlı iki ayrı layihədən ibarətdir. Hər iki boru kəmərinin hər biri iki borudan, NS1 A və B, həmçinin NS2 A və B olmaqla, cəmi 4 fiziki borudan ibarətdir. Hər iki boru kəməri Rusiyadan başlayır və Almaniyanın Lubmin şəhərində bitir. Kəmərlər Almaniya, Hollandiya və Fransa maraqlı tərəfləri ilə birlikdə Rusiyaya məxsusdur (51 faiz). Layihə Rusiya, Almaniya, Fransa, Avstriya və Hollandiya şirkətlərindən ibarət konsorsium tərəfindən maliyyələşdirilib. Bu, Rusiya təbii qazını birbaşa Qərbi Avropaya çatdırmaq üçün Ukrayna və Polşadan yan keçən ilk boru kəməri idi. "Şimal axını 2" layihəsinə ABŞ başlanğıcdan bəri qarşı çıxırdı, çünki onlar Almaniyanın Amerikadan daha bahalı LNG almasını istəyirdilər.
Çay axını
Çay axımı — çayın canlı kəsiyindən müəyyən vaxt ərzində axıb keçən suyun miqdarı. Çay axımı müəyyən vaxt (gün, ay, il) ərzində suyun məsrəfi ilə (m³ və ya km³) müəyyən edir. == Su balansı tənliyi == Çay axımı yerüstü axımla müəyyən olunur və onun suyığım hövzəsinin su balansı tənliyi ilə xarakterizə olunur. Bu tənlik aşağıdakı kimidir: x+c+d=y0+E+Z Burada: x+c+d – su balansı tənliyinin mədaxil; y0+E+Z isə onun məxaric hissələridir. x— atmosfer yağıntısı; c—torpağın nəmliyi; d—qonşu hövzələrdən gələn yeraltı su axımı; y0—çay axımı; E—buxarlanma; Z—qonşu hövzələrə axıb gedən yeraltı su axımıdır. == Axım modulu == Axım layının qiymətlərinə görə axım modulu tərtib edilir. Axım modulu çay hövzəsinin 1km2sahəsindən gələn su sərfinə görə xarakterizə olunur: q=1000Q/F Burada q—axım modulu, l/san km2; Q—orta sərf, m3/san; F—çay hövzəsinin sahəsidir, km2. Axım layının müşahidə illərindəki orta qiyməti axım norması adlanır. Avropanın şimalında axım normasının qiyməti 300–500 mm, cənubda, Xəzər dənizi sahillərində onun qiyməti 5–10 mm-ə qədər azalır və Qafqaz dağları ərazisində axım normasının qiyməti 1500–2000 mm-ə çatır. Azərbaycan ərazisində axımın paylanmasında iki qanunauyğunluq müşahidə olunur.

Digər lüğətlərdə