AXITMAQ

f.
1. Axmasına səbəb olmaq. Suyu axıtmaq. Südü axıtmaq. Qan axıtmaq (adam öldürmək, ya yaralamaq).
– Göztək bulaqlardan, buztək suları; Axıdıb çaylara qatar o dağlar. H.K.Sanılı.

2. Tökmək.
Ey Füzuli, axıdıb seyli-sirişk ağlıyalı; Eşq əhlinə fəğan etməyi qanun etdin. Füzuli.
Axıtdım alnımın inci tərini; Yanmadım ömrümün iki ilinə. S.Vurğun.

□ Göz yaşı, yaxud gözlərinin yaşını axıtmaq – ağlamaq.
Lotular oturub bir qədər mərhumu yalanbaşdan yad edib, göz yaşı axıtdılar. Aşıq Qərib”.
Şahməmməd adı eşidəndə pişxidmətin rəngi saraldı.
Gözlərinin yaşını axıdaraq səcdəyə düşdü. Çəmənzəminli.

3. məc. Çoxlu miqdarda və ardı-arası kəsilmədən göndərmək, yollamaq.
Hər beşdə, üçdə etdi, hər səmtə bir səyahət; Hər bir səyahətində, seltək axıtdı sərvət. M.Ə.Sabir.
[Uluca:] Başlayır kinə, çökür şən-şövkət; Axıdır Ruma xəzinə, sərvət. A.Şaiq.

4. Axar su ilə göndərmək. Çayla ağac axıtmaq.
5. məc. Süzmək, baxmaq.
[Qazı] bir qədər qabağa gəlib qoşa ovcunu tutub qabağa və gözlərini yuxarı axıdıb… C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AXITMAQ axıtmaq bax tökmək 1
AXITMA
AXIZDIRILMAQ

Digər lüğətlərdə

авги́т петушко́м поддо́нник эмигра́нтство беспо́чвенность двухвёрстный домина́нта мелким бесом рассы́паться под горя́чую руку простра́нный сго́нка честь по че́сти change off dead well fantom hepatic journal-book untinctured житный курд магазинный облекаться отсыпаться переобременить пресмыкающееся