AXIŞMAQ

f.
1. Axıb bir yerə yığılmaq, hər tərəfdən axıb gəlmək, axıb tökülmək; axmaq. Çöl suları axışıb dərəyə tökülür.
– Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər. A.Şaiq.

2. məc. Axın halına gəlmək, getmək, yayılmaq (bəzən “axışıb gəlmək” şəklində işlənir). Böyük xalq kütləsi meydana axışırdı.
– Yurdun hər bucağından igidlər, pəhləvanlar, oxatanlar, … məşhur ozanlar axışıb gəlmişdi. M.Rzaquluzadə.
Axşama yaxın şairin xaraba kəndə gəldiyi xəbəri … kənd əhalisi arasında yayılırkən, hamı axışıb kəndə doğru üz tutdu. Ə.Məmmədxanlı.
Minlərcə gənclər kitab üçün axışıb gəlirlər. Mir Cəlal.

// Pərakəndə halda hərəkət etmək, getmək.
Buludlar parçalanıb cənuba doğru axışmağa başladı. Ə.Məmmədxanlı.

Синонимы

  • AXIŞMAQ tökülmək — axmaq
  • AXIŞMAQ getmək — yayılmaq
AXIŞMA
AXITDIRMA

Значение слова в других словарях

гомо́рра натя́г по-украи́нски по́весть рай... руча́тельство туристи́чески цифербла́т впере́ть дезинформацио́нный зона́льность как ма́слом по сердцу перещи́пывать полго́ря по́почка специа́льный вередить Зиновьевск каренга denotatum eve Messina pertinent teratomata единство