AYIBSIZLIQ
AYIQ
OBASTAN VİKİ
Ayıdöşəyi
Ayıdöşəyi (lat. Dryopteris) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinə aid bitki cinsi. Qıjının bir çox növlərindən gülçülükdə istifadə olunur. Erkək qıjı (Dryopteris filix-mas)- açıq sahələrdə yaxşı bitir, Vel (Pteridium aquilinum) bizim planetin ən qədim bitkilərindəndir, Braun cərgəvari (Polystichum braunii) yabanı halda Rusiyanın orta zolağında bitir. Pəncəşəkilli baldırıqara (Adiantum pedatum), skolopendra-şəkilli çalovcuq (Phyllitis scolopendrium) qıraqları dalğavari yarpaqlı bitkidir. Qıjının zəif inkişaf etmiş kök sistemindən ağacların gövdələrinin dekorasiyasında istifadə edilir. Qıjı sporlarla çoxalır. Sporları il ərzində torflu dibçəklərə əkmək olar. Dibçəkləri şüşə ilə örtmək lazımdır. Qıjını kökümsov gövdənin bölünməsi ilə də çoxaltmaq mümkündür.
Avstriya ayıdöşəyi
Dryopteris campyloptera (lat. Dryopteris campyloptera) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin ayıdöşəyi cinsinə aid bitki növü.
Dağ ayıdöşəyi
Dağ ayıdöşəyi - (lat. Oreopteris limbosperma (All.) Holub et Pouzar.) - Telipteriskimilər – (Thelypteridacaea Pichi Sermolli.) fəsiləsinə aid bitki növüdür. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Məlumat azlığı” kateqoriyasın aiddir – DD. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Kökümsovu qalın, qısa və şaqulidir. Yarpaqları qısa saplaqlı, uzunsov-lansetvari, qaidədə daralan, kənarları bütöv və ya əyri-üyrüdür; birinci sıranın seqmentləri lansetşəkillidir, ucu itiləşmiş, uzanmış dilciklərə bölünmüşdür. Soruslar meyvə verən damarların təpə hissəsində yerləşir. Sporlar qonur rəngdə, böyrəkşəkilli-oval, kənarları xırda daraqvaridir; örtükləri tez tökülən və vəzilidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Sporların yetişmə dövrü iyul-sentyabr aylarına təsadüf edir. Mezofitdir.
Dişi ayıdöşəyi
Dişi ayıdöşəyi (lat. Athyrium filix-femina) — qalxansız cinsinə aid bitki növü.
Erkək ayıdöşəyi
Erkək ayıdöşəyi (lat. Dryopteris filix-mas) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin ayıdöşəyi cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 20-100(140) sm olan çoxillik bitkidir. Qısa, yoğun kökümsovu köhnə saplaqların qalıqları ilə əhatə olunmuşdur. Uzunluğu 100 sm qədər olan uzunsov elliptik formalı yarpaqları ikiqat lələkvaridir, yarpaq ayası saplağından uzundur. Sporları oval tumurcuqvari, pipikcikli və ziyilciklidir. Çoxillik sporlu bitkidir. Kök üstündə olan iri yarpaqlarının uzunluğu 1-2 m-ə çatır. Yerüstü gövdəsi yoxdur. Kökümsovu möhkəm, çəpinə qalxan və ya üfiqi, saplaqlı köhnə (keçən ilki) yarpaqlara malikdir.
Radde ayıdöşəyi
Radde ayıdöşəyi (Oreopteris raddeana (Fomin) Fomin) - qıjılar sinfinə aid bitki növüdür. Elmi adı-Dryopterisraddeana (Fomin) Fomin IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B2ab (iii). Azərbaycanın nadir, endemik və relikt növüdür. Çoxillik, 80 sm hündürlüyündə bitkidir. Yarpaqları uzunsov-oval, ucdan itidir; saplaq ayadan kiçikdir, birinci sıra seqmentləri lansetvari, qısasaplaqlı, ucdan sevrilən, sonuncu sıra seqmentləri uzunsovdur, küt yaxud əyri, dişciklidir; soruslar damarların ortasına yaxın yerləşir; örtüyü çılpaqdır; sporlar qonur, böyrəkşəkillidir. Sporların yetişmə dövrü iyul ayına təsadüf edir. Çiçəkləməsi iyul ayına təsadüf edir. Orta, aşağı dağ qurşağında və düzənlik ərazinin kölgəli Hirkan tipli meşələrində rast gəlinir.. Dekorativ və dərman bitkisidir. Lənkəran ovalığı və dağlıq hissəsi (Lənkəran və Astara rayonları).
Ayıdöşəyinəbənzərlər
Qıjıkimilər (lat. Pteridophyta) — bitki şöbəsi. == Qıjıkimilərin əlamətləri == Qıjıkimilər ali sporlu bitkilərdir. Mamırlardan fərqli olaraq, qıjıkimilərin gövdə və yarpaqdan başqa inkişaf etmiş kökləri də olur. Onlar sporlar vasitəsilə çoxalır. Mayalanma prosesi, mamırlardakı kimi, suyun iştirakı ilə gedir. == Qıjıkimilərin müxtəlifliyi == Qıjıkimilərə qıjılar, qatırquyruğuları və plaunlar aiddir. Qədim bitkilər olan qıjıkimilərə rütubətli və kölgəli yerlərdə,xüsusən meşə örtüyü altında rast gəlinir.Əksəriyyətinin gövdəsi otşəkillidir,lakin tropik Asiya,Avstraliya,Mərkəzi və Cənubi Amerika kimi zonalarda bəzi ağacşəkilli formalara da təsadüf edilir.Qıjıkimilər arasında lianlara da rast gəlinir. == Qıjılar == Qıjıların bədən ölçüləri bir neçə mm-dən bir neçə metrə qədər olur.Geniş yayılmış nümayəndəsi olan erkək qıjı çoxillik bitkidir,yerüstü gövdəsi olmur.Yeraltı gövdəsi kökümsovdur.Kökümsovlardan əlavə köklər və yerüstü yarpaqlar çıxır.Erkək qıjının cavan yarpaqlarının ucları spiralvari burulur və zoğ kimi uc hissədən böyüyür.
Ayıdöşəyikimilər
Ayıdöşəyikimilər (lat. Dryopteridaceae) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinə aid bitki fəsiləsi.

Digər lüğətlərdə