AYAQLAMAQ

f.
1. Tapdalamaq, tapdalayıb əzmək, ayaqları altında əzmək, ayağı ilə məhv etmək, xarab etmək. Əkini ayaqlamaq. Güllüyü ayaqlamaq. Otu ayaqlamaq.
// Məc. mənada.
Avropanı ayaqlayıb gələn düşmən hələ bu cür inadlı müqavimətə rast gəlməmişdi. Ə.Əbülhəsən.

// Ayaqla basmaq, sıxmaq, əzmək. Palçığı ayaqlamaq. Torpağı ayaqlamaq.
// Ayaqla vurmaq, əzişdirmək, ayaqları altına salıb döymək.
[Hacı Mədinə:] Səni bu küçədə yıxıb o qədər ayaqlaram ki, beynin torpağa qarışar. C.Məmmədquluzadə.

2. Gəzmək, dolaşmaq. Bütün şəhəri ayaqladım.
3. məc. Saymamaq, tapdalamaq, pozmaq.
Mən deyirəm: “Qoy var olsun sinəmdəki el ürəyi; Mərd oğullar ayaqlamaz and içdiyi duz-çörəyi”. S.Vurğun.
Əkbər istədi işi, aclığı və hətta canından əziz tutduğu sevgilisini belə ayaqlayıb keçsin… Mir Cəlal.

4. məc. Sıxmaq, təzyiq altına almaq, mənəvi əzab vermək.
Fəsli-bahar gəldi, könül, künci-bağ tut; Möhnət səni ayaqladı, bir dəm ayaq tut. Q.Zakir.

Синонимы

  • AYAQLAMAQ ayaqlamaq bax tapdalamaq
  • AYAQLAMAQ tapdalamaq — əzmək — basmaq
  • AYAQLAMAQ gəzmək — dolaşmaq
AYAQLAMA
AYAQLANDIRMA

Значение слова в других словарях

драпану́ть мужа́ние отмыва́ть поврежда́ть сму́глость че́стность доброде́тельный ку́рочка носи́льщица поселко́вый прибо́йный прорыва́ться увёртливый няры потатура ascender carryall disintegrant hypethral Leinster Murcia walking orders враг луковичный натаптывать