AYAQLAŞMAQ

f.
1. Biri ilə ayaq-ayağa gedə bilmək, bərabər getmək, birgə yerimək.
Bizi müşayiət edən küçə adamları faytonla ayaqlaşıb bərabər gedə bilərdilər. M.S.Ordubadi.
[Səlim] atı yavaş-yavaş sürdü ki, Abbas kişi ayaqlaşa bilsin. Mir Cəlal.
Mən Eldarla ayaqlaşmaqda çətinlik çəkirdimsə də, utandığımdan dinməyib ardınca qaçırdım. İ.Əfəndiyev.

2. məc. Özünü birinə çatdırmağa, oxşatmağa çalışmaq; yarışmaq.
Uşaq anası və bacısı ilə ayaqlaşmağa çalışır, onlara əlavə yük olmaq istəmirdi. M.İbrahimov.
Kənddə ruh, iradə və qoçaqlıqda bu cavanlarla ayaqlaşan və onlardan geri qalmayan igid qocalar da az deyildir. Ə.Sadıq.

3. məc. Uyğunlaşmaq, günün tələbinə cavab vermək. Yazıçılar günün tələbi ilə ayaqlaşmalıdırlar.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AYAQLAŞMAQ yarışmaq — çatmaq
  • AYAQLAŞMAQ bərabərləşmək — yerimək
  • AYAQLAŞMAQ uyğunlaşmaq
AYAQLAŞMA
AYAQLATMAQ

Digər lüğətlərdə

душегу́бный на́ фиг о́т роду попе́вка присчита́ть сигнализацио́нный счи́слить ужи́ливать шутни́ца запле́чное дело напластова́ться позолоти́ть полиневри́т пополо́ть потужи́ть сини́льный твоя́ христо́сование иссоп монарх cephalopoda patch panel rough thioether чеченка