AYƏTÜLLAH
AZAN
OBASTAN VİKİ
Ayin qətli
İnsan qurbanı və ya ayin qətli — bir növ qurbanlıq: ən yüksək dəyər — insanın həyatı — tanrıya qurban (hədiyyə) olaraq təqdim olunan qurban. Müasir hüquq sistemlərində insan qurbanlığı cinayət sayılır və xüsusi bir qətl növü — ritual qətl kimi qəbul edilir . Ayin qətlinin kult funksiyası mədəniyyətdən mədəniyyətə görə fərqlənir — Tanrıya yaxınlaşma vasitəsi, günahların kəffarəsi üsulu, hərbi qələbələrə görə minnətdarlıq (son halda hərbi əsirlər çox vaxt qurban olurdu). == Yaranması == İnsan qurbanlığı praktikasının ortaya çıxması qanın müqəddəsliyinin insan həyat gücünün təcəssümü kimi tanınması ilə əlaqələndirilir. Bu səbəbdən ölümə səbəb olan qansız formalar (boğulma, asfiksiya) nadir hallarda dini və kult bir məzmunda istifadə olunurdu. İnsan qurbanları torpaq məhsuldarlığı kultu ilə əlaqələndirilir və buna görə də ovçular və köçərilərdən daha çox əkinçilik xalqları üçün tipikdir. Ən qədim insan qurbanı Anadolu Çayönüda qeyd olunur. İbtidai əkinçilik cəmiyyətlərində qurban yerin bitki gücünü təcəssüm etdirən və məhsuldarlıq tanrısı ilə eyniləşdirilən kral rahib idi. Bəzən qurban vermədən əvvəl onun yerinə bir adi adam əkilirdi və müəyyən bir müddətdən sonra həqiqi kral kimi qurban verirdilər. Amerikalı tədqiqatçı Barbara Erenreyx, insanları qurban vermək adətinin on minilliklər yaşı olduğunu və təbiət baxımından praktik olduğunu düşünür.
Möhsin Pak Ayin
Möhsün Pakayin (fars. محسن پاک‌آیین‎; 1954, İran) — İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən) Möhsün Pakayin 1954-cü ildə Fars əyalətində anadan olub. 1987-1991-ci illər ərzində parlament deputatı olub. Azərbaycana səfir təyin edilməmişdən əvvəl İran XİN-in Əfqanıstan üzrə departamentinin rəhbəri vəzifəsində çalışıb. Müxtəlif illərdə İranın Zambiya, Özbəkistan və Tailanddakı səfiri olub. 2012-ci ildən İranın Azərbaycandakı səfiri vəzifəsində çalışır.
Azərbaycan duz ayini
Azərbaycan duz ayini — Azərbaycanın bir çox yerində yayılmış adət. Uşağın doğumundan on gün sonra duzlu su ilə yuyulmasıdır. == İcrası == Doğumunun onuncu günündə uşaq yuyulur. Bu vaxt suya duz da tökərlər. Bunu, uşağın qorxmaması, tərləməməsi, güclü-qüvvətli olması üçün edərlər. Başqa bir inanca görə isə uşağı zəhərli həşəratlar dişləməsin, bədənində yara olmasın, xəstələnməsin deyə belə edərlər. Azərbaycanda duz ayinin yayılmasının simvolik mənası budur: uşaq gələcəkdə düz danışan, sözü bütöv, mərt, ölçülü hərəkət etməyi bilən biri olsun. Böyük ehtimalla bu təsəvvürün nəticəsidir ki, bir adam namərd çıxdığı, yalançı olduğu, arsızlıq etdiyi, hərəkətlərinə diqqət etmədiyi zaman xalq arasında "ona şit-şit danışırsa", "şitlik eləmə", "şit olma", "filankəs duzsuzdur, duzu yoxdur", "duzsuz doğulmuş" ifadələri ilə azarlayarlar. == Ədəbiyyatda == "Koroğlu" dastanında Qacar Əli namərdlik edib Koroğlunu aradan vuranda Koroğlu belə deyir: "Qacar Alı, günah səndə deyil, səni tutan əbədədir. O mürtəd qızı səni tutduğunda duz sərpməyib.
Azərbaycan günəş ayinləri
Azərbaycan günəş ayinləri — Azərbaycanın bir çox yerində yayılmış adət. Günəşin çağrılması üçün istifadə olunur. == İcrası == Azərbaycanda uzun müddət yağan yağışdan sonra Günəşin çıxması istənilirsə, Baba dağından gətirilən daş ocaqdakı külə basdırılır. Sonra eyni ocaqda xəşil pişirilir. Xəşili ananın ilk uşağı qarışdırar, əfsunçu basdırılan daşın üzərinə közlər yığa-yığa əfşunun sehrli hissəsini oxuyar: Qodu, odu, daşı. Odu kəssin yağışı. Bu ayində Günəş iyəsi ilə əlaqə qurmaq üçün dağ, daş və ocaq kultlarından istifadə olunur. Günəş çağırma mərasimində Qodu adlandırılan kukladan istifadəyə də rast gəlinir. Qadın şəklində olan kukla yuvarlaq olur və alnına Günəşi simvolizə edən ayna da yağışdırılır. Qodunun adları Azərbaycan dilinin dialektlərinə görə Dodu və Xodu da ola bilər.
Azərbaycan yağış ayinləri
Azərbaycan yağış ayinləri — yağış yağdırmaq və ya yağışı dayandırmaq üçün istifadə olunur. == Yağış yağdırma == Azərbaycan inanclarında yeddi daşı ortasından dəlib və ipə düzüb ananın ilk qızına verərlər. Qız onu suya atıb ipin ucunu ağaca bağlayır. Digər bir üsulda əfsunlanmış su göyə atılar və aşağıdakılar deyilər: === Yada daşı === Yada və ya ada daşından istifadə edilərək də yağış yağdırıla bilər. Yada Yağış yağdıran tanrıdır. Öz adı ilə adlandırılan səma daşını yerə endirmiş və ya onu yerdə himayə etmişdir. === Çömçəxatun === Gənclər bir çömçəni götürərək ev-ev dolaşıb su toplayar və suyu bir ağacın altında tökərlər. Çömçəni də həmin ağacdan asarlar. Su yığanda bunu deyərlər: Hekayələrdən birinə görə, Çömçəxatun quraqlıq zamanı bir təpənin başına çıxaraq Allahdan yağış istəyir. Allah yağış yağdırdıqdan sonra təpəni tərk etməyərək çox islanır və yamyaşıl bir ağaca çevrilir.
Müqəddəs ayinlə bağlı mübahisə
Müqəddəs ayinlə bağlı mübahisə (it. Disputa del Sacramento) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1510-cu illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Müqəddəs ayinlə bağlı mübahisə" əsəri hal-hazırda Vatikanda saxlanılır.
Müqəddəs rəbbani ayini ilə münaqişə
Müqəddəs ayinlə bağlı mübahisə (it. Disputa del Sacramento) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1510-cu illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Müqəddəs ayinlə bağlı mübahisə" əsəri hal-hazırda Vatikanda saxlanılır.
Sucəddim ayini
Sucəddim ayini (az-əbcəd. سو جدیم آیینی‎) — Azərbaycanın bir çox yerində və Ermənistan azərbaycanlıları arasında yayılmış adət. Bu ayində insanlar bir-birinə su atır və ya insanlar suya atılır. Yaz ayında keçirilir. Sucəddim "su" və "cəddim-baba" sözlərindən yaranmış mürəkkəb sözdür. Sucəddim (Subaba) mürəkkəb sözünün özündə də suya inamın izi var. Elə buna görə də mərasim "Sucəddim" adlanmışdır. Türk xalqlarında müqəddəslərə, məbudlara arabir baba da deyirlər. 1623-cü ildə Səfəviləri ziyarət edən rus taciri 15 avqust tarixində Səfəvi sarayında Şah I Abbasın iştirakı ilə insanların bir-birinə necə su atdığını təsvir edir. Sucəddim ayini, yəni insanların bir-birini sulaması və ya suya atması Azərbaycanın bir çox yerində və Ermənistan azərbaycanlıları arasında ən son dövrlərə qədər davam etmişdir.
Səma dəfni ayini
Səma dəfni ayini — mərhumun cəsədini havada asmaqla həyata keçirildiyi dəfn edilmənin ən qədim dini ayinlərindən biri. Ayinin dini motivasiyası müxtəlif xalqlar üçün fərqli olmuşdur. Səma dəfn mərasimi qədim dövrlərin bir çox xalqı arasında mövcud olmuşdur. Bu gün Cənubi Amerikanın bəzi tayfaları arasında da müşahidə edilir. Bəzi xalqlar üçün ayin bütün ölülərlə əlaqəli, bəzilərində isə yalnız bu və ya digər səbəbdən "seçilmişlər" lə əlaqəli şəkildə yerinə yetirilmişdir. Bu ayin haqqında ən qədim istinadlardan biri Nimfodorun mesajıdır (e.ə. III əsr). O, özünün "Barbar qanunları" əsərində yazırdı: Qədim zərdüştlər ölü cəsədini yırtıcı quşlar tərəfindən ziyafət üçün Dahma adlanan bir tikiliyə qoyulmalı olduğuna inanırdılar, çünki cəsədlərin basdırılması və ya yandırılması qədim dində qadağan edilmişdir. Səbəb isə suyun və torpağın çirklənməsinə səbəb olacağını düşünmələridir. 1814-cü ildə David Baqrationi "Gürcüstan tarixi" kitabında məlumat verdi: Hava dəfn mərasiminin Şimali Amerikadakı hinduların bəzi qəbilələri arasında mövcud olduğu da bilinir.
Muheyyiz ayini
Müsəlmanların "Cahiliyyə dövrü" adlandırdıqları İslamdan əvvəlki dövrdə ərəblərin qız uşaqları üçün keçirdikləri yetkinliyə giriş ayini. Darunnədvədə (Azərbaycanca: əsilzadələr məclisi) keçirilən bu ayində ilk dəfə aybaşı olan qızlar iştirak edərdi. Ayində iştirak edən qızlara öz yaşlarını hesablamaq və evlənmək icazəsi verilirdi. Bu ayinə qədər isə onlara öz yaşlarını hesablamaq qadağan idi. == Ayinin icraçısı və iştirakçıları: == Ayinin içraçısı Qusayoğulları idi. Məlum olan ilk icraçı Qusayoğullarından Abdiddaradır. Ayində ilk dəfə aybaşı olan qızlarla yanaşı yaşı 40-ı keçmiş Qureyşin başçıları da iştirak edirdi. == Ayin prosesi və mənası: == Yetkinlik çağına çatmış qızlara "dir" adlanan köynək geyindirilərdi. Bu köynəyin açıq buraxılan hissəsi çırılıb qıza geyindirilirdi. Daha sonra qız evinə aparılar və evində normal şəkildə geyindirilərdi.

Digər lüğətlərdə