1. Ayrı düşmək, aralı düşmək, uzaq düşmək, uzaqlaşmaq.
// Xudahafizləşmək, vidalaşmaq.
// Daha görüşməmək, əlaqəni kəsmək.
2. Xəyalından çıxarmaq, fikrindən çıxarmaq, fikrən uzaqlaşmaq, tərk etmək.
3. Qopmaq, aralanmaq. Çaydanın qulpu ayrıldı. Ağacın budağı gövdəsindən ayrıldı.
4. Çəkilmək, yerini tərk etmək. Dəstədən ayrılmaq. Atlı darvazadan ayrılıb yola düşdü.
// Kənara çəkilmək, bir yerdən uzaqlaşmaq. Kərim babanın … bir iti vardı.
5. Bölünmək. Oyunçular iki yerə ayrıldılar. Çay iki qola ayrılmışdır.
6. Bir yerdə ikən aralanıb müstəqil yaşamağa başlamaq. Qızlar ərə getdilər, oğlanlar isə ataları öləndən sonra ayrıldılar. Şəriklər ayrıldılar. – Öküz öldü, ortaq ayrıldı. ( Ata. sözü ).
7. Aralarındakı ər-arvadlıq əlaqəsini ləğv etmək, bir-birini tərk etmək. Ərindən ayrılmaq. Arvadından ayrılmaq.
8. Hər hansı bir xüsusiyyətinə, keyfiyyətinə və s.-yə görə başqalarından fərqlənmək, seçilmək. Qardaşlar bir-birindən çox ayrılırlar. O, yoldaşlarından heç ayrılmır.
9. Təxsis edilmək, ayrılıb saxlanmaq. İnşaat üçün külli miqdarda pul ayrılmışdır. Bu kitablar kimin üçün ayrılmışdır?
◊ Ayrıla qalmaq – aralanmaq, açıq qalmaq. Abbas … gördü ki, gözləri yumuludur.