AYƏ¹
AYƏT
OBASTAN VİKİ
Ayə
Ayə (ərəb. آية‎‎‎ – əlamət, işarə) — Quranda mətnin bölündüyü kiçik həcmli parçalar. Ayələr daha böyük parça olan surələrin tərkib hissələri kimi çıxış edir. Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Quranın hər cümləsi: bir həqiqət nişanəsi, ibrət verici bir öyüd olduğu üçün ayə adını almışdır. Qurandakı ayələrin sayı mübahisəlidir. Nafiyə görə onların sayı 6235, Şeybəyə görə 6236, kufəlilərə görə 6236, misirlilərə görə 6236, müfəssir Zəməxşəriyə görə isə ayələrin 6236-dır.
Ayəsk
Ayəsk və ya Ayaz — İranın Cənubi Xorasan ostanının Sarayan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,023 nəfər və 1,399 ailədən ibarət idi.
Ayət namazı
Ayət namazı — Zəlzələ, daşqın, qorxunc göy gurultusu, ümumiyyətlə, kütləvi şəkildə insanları qorxuya salan təbiət hadisələri zamanı, eləcə də, Günəş və Ay tutulmaları müşahidə olunduqda qılınır. == Qılınma qaydası == 2 rəkətdir və sübh namazı kimi qılınır. Ayət namazı iki rəkətdir və hər rəkətdə 5 ruku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rukuya getsin, rukudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rukuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rukudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin. Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rukuya getsin və rukudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rukuya getsin. Bu qayda üzrə beşinci rukudan əvvəl surəni tamam etsin, məsələn; Fələq surəsində birinci "Bismillahir-rəhmanir-rəhim". "Qul əuzu birəbbil-fələq" – desin və rukuya getsin, sonra qalxsın və desin: "Min şərri ma xaləq" – təzədən rukuya getsin və rukudan sonra qalxsın və desin: "Və min şərri ğasiqin iza vaqəb".
Ayətul-kursi
Ayətul-kursi - Bəqərə surəsinin 255-ci ayəsi. == Ərəb dilində == أَللّٰهُ لَا إِلٰهَ إِلَّا هُوَ ٱلْحَيُّ ٱلْقَيُّومُ ---- لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ---- لَهُ مَا فِي ٱلسَّمَوَاتِ وَمَا فِي ٱلْأَرْضِ ---- مَنْ ذَا ٱلَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ---- يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ---- وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ---- وَسِعَ كُرْسِيُهُ ٱلسَّمَوَاتِ وَٱلْأَرْضَ ---- وَلَا يَؤُدُهُ حِفْظُهُمَا وَهُوَ ٱلْعَلِيُّ ٱلْعَظِيمُ == Tərcüməsi == Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir.
Ayətullah
Ayətullah (ərəb. آية الله‎; fars. آيت‌الله‎ — Āyatollāh), Şiəlikdə xüsusilə Cəfərilikdə istifadə edilən bir dərəcədir. İranda dini bir dərəcə olaraq da tanınır. Ayətullah dərəcəsində olanların fətva vermək səlahiyyəti var. Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi almışdır. Ayətullah Allahın ayəsi (dəlili) deməkdir. Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma və Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var. Öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilər. Hazırda İranda 1.000-dən çox ayətullah var.
Ayətullah Behcət
Məhəmmədtağı Behcət (1913-17 may 2009) — İslam alimi, din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Həzrəti Ayətullah Məhəmmədtağı Behcət 1913-cü ilin sonlarında Gilan əyalətinin dindar Fumən şəhərində dünyaya gəlmişdir. Ömründən 16 ay keçdikdə anası vəfat edir və o, uşaqlıqda yetimliyin acılığını dadır. Ayətullah Məhəmməd Təqi Behcətin atası Kərbəlayi Mahmud Behcət Fumən şəhərinin etimadlı insanlarından idi və öz işlərindən əlavə xalqın problemlərini də həll edirdi. Mühüm sənədlər onun şahidliyi və təsdiqi ilə həyata keçirdi. O, ədəb və zövq əhli idi və böyük həvəslə Əhli – Beyt barəsində xüsusilə İmam Hüseyn (ə) haqqında şeir yazırdı. Aradan yarım əsr keçməsinə baxmayaraq, bu şeirlər hələ də o diyarın məddahlarının dillər əzbəridir. Ayətullah Behcət uşaqlıqda belə, Əhli – Beytə, xüsusilə İmam Hüseynə (ə) bağlı olan bir ata tərəfindən tərbiyə olunmuş və həmin məclislərdə iştirak etməklə bu yığıncaqların nuraniliyindən istifadə edərək böyümüşdür. Uşaqlıqdan oynamaqdan çəkinərmiş, istedad və iman nuru üzündə seçilərdi və elm öyrənməyə olan böyük eşqi rəftarında açıqca görünürdü. === Təhsili === İbtidai dini təhsilini Fumən mədrəsəsində başa vurduqdan və ərəb ədəbiyyatına yiyələndikdən sonra 1929-cu ildə ön altı yaşında dini təhsilini təkmilləşdirməkdən ötrü İraqa yola düşür.
Ayətullah Behişti
Məhəmməd Behişti (23.10.1928 İsfahan - 28.6.1981 Tehran) - Ayətullah. == Həyatı == Şəhid Seyid Məhəmməd Behişti 1928-ci il oktyabrın 23-də İsfahanın Lumban məhəlləsində anadan olub. Atası İsfahan ruhanilərindən və imam-camaat idi. Anası isə tanınmış alim və müctəhid Ayətullah Hacı Mir Məhəmməd Sadiq Xatunabadinin qızı idi. == Təhsili == Seyid Məhəmməd 1942-ci ildə 14 yaşında orta təhsilini yarımçıq qoyaraq İsfahan elmi hövzəsində dini təhsil almağa başlayır. O, dini hövzəsində səkkiz ildə oxumalı olduğu dərsləri dörd ildə başa çatdıraraq, 1946-cı ildə, yəni 18 yaşında təhsilini davam etdirmək üçün Qum elmi hövzəsinə yollanır. Höccətiyyə mədrəsəsinin kiçik və sadə hücrələrinin birində məskunlaşan Seyid Məhəmməd tezliklə Şəhid Mütəhhəri və Seyid Musa Sədr kimi tələbələrlə tanış olur. O, dini dərslərin birinci mərhələsini altı ayda təkmilləşdirdikdən sonra 1947-ci ildə ali fiqh və üsul dərslərində, o cümlədən Şəhid Mütəhhəri ilə birlikdə İmam Xomeyninin fiqh və üsul dərslərində iştirak etməyə başladı. Həmçinin o, gənc tələbələrə də dərs deyirdi. Seyid Məhəmməd orta təhsilini yarımçıq buraxıb dini dərsləri öyrənməsinə baxmayaraq dini dərslərlə yanaşı, yarımçıq qoyduğu dərsləri də davam etdirməyə başladı.
Ayətullah Bürucərdi
Seyid Hüseyn Təbatəbai Bürucirdi — İslam alimi. Tarix boyu İslam dünyasında məzhəblərarası münasibətləri yumşaltmağa çalışan bir sıra görkəmli alimlər olmuşdur. Bu mühüm vəzifəni yerinə yetirməyə çalışanlardan biri də XX əsrin məşhur alimi Seyid Hüseyn Bürucirdidir. Ayətullah-üzma Seyid Hüseyn Bürucirdi 1875-ci ildə İranın Luristan əyalətinin Bürucird şəhərində doğulmuşdur. Xeyli elm adamı yetişdirən tanınmış ailəyə mənsubdur. Kiçik yaşlarından dini elmlərə böyük həvəs göstərmiş, ilk təhsilini Nurbəxş mədrəsəsində almışdır. Bu dövrdə əsas müəllimi atası Seyid Əli olmuşdur. Sonra isə biliyini artırmaq üçün İsfahana yollanmışdır. Orada Seyid Məhəmməd Bağır Dərcayi, Əbul-Məali Kəlbasi, Məhəmməd Tağı Müdərrisi, Məhəmməd əl-Kaşani, Molla Məhəmməd Kaşi və Mirzə Cahangir xan Qaşqay kimi tanınmış alimlərdən təhsil almışdır. İyirmi iki yaşında ikən atasının təkidilə doğma şəhərinə qayıdaraq ailə həyatı qurmuş və bir neçə ay burada qaldıqdan sonra həyat yoldaşı ilə birgə yenidən İsfahana dönmüş və təhsilini davam etdirmişdir.
Ayətullah Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Ayətullah Kazım Şəriətmədari
Seyid Məhəmməd Kazım Şəriətmədari (az.-əski. سید محمد کاظیم شریتمداری‎; fars. محمد کاظم شریعتمداری‎), həmçinin Şəriət-Madari (6 yanvar 1906, Təbriz – 3 aprel 1986, Tehran) — İranın böyük ayətullahı. Əslən İran azərbaycanlılarındandır. O, din xadimlərinin hökumət vəzifələrindən uzaq tutulması kimi ənənəvi şiə praktikasının tərəfdarı idi və ABŞ-ın Tehrandakı səfirliyində diplomatların girov götürülməsini pisləyən Ali Rəhbər Ruhullah Xomeynini tənqid edirdi. == Bioqrafiya == === Erkən həyat və təhsil === 1906-cı ildə Təbrizdə azərbaycanlı (türk) ailəsində anadan olan Şəriətmədari İran və İraqda on ikilik şiələrinin ən yüksək səviyyəli ruhanilərindən biri olub, uzaqgörənliyi və liberal baxışları ilə tanınıb. 1961-ci ildə Ali və Böyük Ayətullah Bürücirdinin (Mərcə' Mutlaq) vəfatından sonra İran, Pakistan, Hindistan, Livan, Küveyt və Fars körfəzinin cənubundakı dövlətlərdə ardıcılları ilə aparıcı mərcələrdən birinə çevrilib. 1963-cü ildə o, şahın Ayətullah Xomeynini Böyük Ayətullah kimi tanıyaraq onu edam etməsinə mane oldu, çünki İran konstitusiyasına görə bir Mərcə edam edilə bilməzdi. Bunun əvəzinə Xomeyni sürgün edildi. Aparıcı müctəhid kimi o, Xomeyninin gəlişinə qədər Qum seminariyasının rəhbəri idi.
Ayətullah Lənkərani
Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani; 1931, Qum – 16 iyun 2007, London) — İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Əslən Azərbaycanlı olan Həzrət Ayətullah əl-Üzma Haci Şeyx Muhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Böyük din alimi, Ayətullah olmuşdur. Atası Qum elmi hövzəsinin böyük alim və ustadlarından olmuş mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir. Anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqqında buyurur: "Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi". == Təhsil == Muhəmməd ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub İslam dininin incəliklərini öyrənməyə başlayır. İstedadlı və bacarıqlı olduğu üçün müqəddimat və səth dərslərini 6 ildə oxuyub başa çatdırır.
Ayətullah Meşkini
Əliəkbər Meşkini (2 dekabr 1922, Meşginşəhr, Ərdəbil ostanı – 30 iyul 2007, Tehran) — müctəhid, İslam alimi. == Həyatı == Feyz Alni (Meşkini) Əliəkbər Əli oğlu 1921-ci ildə Meşkin şəhərinin ətraf kəndlərinin birində anadan olmuşdur. Rəhbərliyin Xübrəqan Məclisinin 1-ci, 2-ci və 3-cü məclislərinin sədri, Qum Elmi Hövzəsinin Müəllimlər birliyinin üzvü, Xuzestan İslam İnqilabı məhkəmələrinin şəri hakimi, Konstitusiyaya yenidən baxan şuranın sədridir. Uşaqlıq illərində Nəcəf şəhərində - atası dini elmləri öyrənmək üçün orada idi – təqribən 4 il ibtidai təhsil alıb. Sonra atası ilə birlikdə doğma vətənə qayıdıb və dini elmlərin müqəddimə dərslərini ondan öyrənib. Atası vəfat etdikdə onun dini elmlər sahəsində təhsili davam etdirmək barədə təkidli tövsiyəsinə əməl etmək üçün Ərdəbil şəhərinə gedib. Orada bir neçə ay ərəb dilinin qrammatikası dərslərini oxuduqdan sonra pəhrizkar bir alimlə görüşü həyatında dəyişilik yaradıb. Bu, Rza xan Pəhləvinin əmri ilə hücuma məruz qalmış Məşhəd şəhərinin Gövhərşad məscidində ölən və yaralanların arasından sağ çıxmış bir şəxs idi. Əliəkbər onunla tanış olduqdan sonra təhsilini davam etdirmək üçün Ərdəbil tələbələri ilə birlikdə Qum şəhərinə getməyi qərara alıb. Rza xan hakimiyyətinin sonuncu illəri idi.
Ayətullah Mirzə İbrahim Badkubeyi
Ayətullah Məhəmməd Fazil Lənkərani
Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani; 1931, Qum – 16 iyun 2007, London) — İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Əslən Azərbaycanlı olan Həzrət Ayətullah əl-Üzma Haci Şeyx Muhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Böyük din alimi, Ayətullah olmuşdur. Atası Qum elmi hövzəsinin böyük alim və ustadlarından olmuş mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir. Anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqqında buyurur: "Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi". == Təhsil == Muhəmməd ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub İslam dininin incəliklərini öyrənməyə başlayır. İstedadlı və bacarıqlı olduğu üçün müqəddimat və səth dərslərini 6 ildə oxuyub başa çatdırır.
Ayətullah Məkarim Şirazi
Ayətullah Nasir Məkarim Şirazi (fars. ناصر مکارم شیرازی‎) — İran din xadimi, müctəhid, ayətullah. == Həyatı == 1924-cü ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu ailə öz əxlaqi üstünlükləri ilə tanınmışdır. Cənab ustad ibtidai təhsilini Şirazda başa çatdırmışdır. Onun güclü yaddaşı və misilsiz istedadı şagirdlər arasında seçilməsinə səbəb olmuşdur. Baxmayaraq ki, ailədə heç kim ruhani olmamişdır onun İslam maarifinə olan eşqi onu iftixarla dolu olan bu yola gətirmişdir. O böyük şəxsiyyət təxminən 14 yaşlarında rəsmən dini dərslərini "Ağa Babaxan Mədrəsəsi " -ndə başlamışdır. O qısa zamanda sərf, nəhv, məntiq, mə"na, bəyan elmlərini əxz etmişdir. O 18 yaşinda Şirazdan Qum elmi hövzəsinə gəlir və 5 il ərzində Ayətullah Burucerdi və digər böyük üləma və ustadlardan dərs almışdır.
Hidayət ayəsi
İnzar ayəsinə (آیه انذار) məşhur olan ayə Rəd surəsinin yeddinci ayəsidir. İnsan toplumlarının hər zaman bir yol göstərici və lideri olmasının dəlili və habelə bəzi sünnü və şiə mənbələri və inanclarına görə Əli bin Əbu Talib-in peyğəmbərdən sonra müsəlmanların lider və rəhbəri olmaqdan xəbər verir ki şiələr ona imam deyillər. inzar ərəbcədə xəbardarlıq vermək və uyarmaq mənasını verir. == Yazı və tərcüməsi == ‏{{{1}}}‏‎ وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ az: Kafir olanlar: "Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?" - deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan (xəbərdarlıq edənsən). Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri vardır! == Təfsir(açıqlama) == Sünnü baxışı: Təbəri İbn Abbasdan öz təfsirində bu ayənin altında belə nəql edir ki: "انما انت منذر و لکل قوم هاد" ayəsi nazil olanda, peyğəmbər əlini sinəsinə goyub buyurdu: Mən münzirəm (xəbərdarlıq edən) və hər qovm və tayfa üçün hadi (yol göstərən) var. O, zaman Əlinin çiyninə işarə edib buyurdu: Yalnız səninlə məndən sonra hidayət olunmuşlar hidayət olacaqlar. bu rəvayət həmçinin "Məcməül-bəyan" kimi şiə mənbələrindədə gəlmişdir. Şiə Baxışı: Əllamə Təbatəbai özünün yazdığı Əl-mizan təfsirində bu ayənin altında belə açıqlama gətirir: Bu şərif ayədən belə anlaşılır ki, yer heç bir zaman camaatı haqq yoluna yonəldəcək hidayətçisiz (yol göstərənsiz) olmaz, ya gərək bir peyğəmbər ola ya da bir başqa hadi ki, Allah əmri ilə hidayət edə.
Mübahilə ayəsi
Mübahilə ayəsi — Müsəlmanların müqəddəs kitabı Quranın 3-cü surəsi Ali-İmran surəsinin 61-ci ayəsinə verilən ad. Ayə onda işlənən «nəbtəhil» kəlməsinə əsasən "mübahilə" adı ilə məşhurdur. Ərəb sözü olan Mübahilə kəlməsinin kökü elə ərəbcə olan "bəhl" sözündəndir və mənası "lənət etmək"dir. Bu sözün lüğətdə də mənası budur. Amma sonralar mənasını dəyişib, hər cür dua etmək mənasında işlənmişdir. Ayənin əsli, ərəbcəsi: فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ Ayənin Azərbaycan dilinə olan tərcümələri: (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisəyə qalxsa (və haqqı qəbul etməkdən imtina etsə), de: Gəlin, biz də öz övladlarımızı çağıraq, siz də öz övladlarınızı çağırın, biz də öz qadınlarımızı çağıraq, siz də öz qadınlarınızı çağırın, biz də öz nəfslərimizi (canlarımızı) çağıraq, siz də öz nəfslərinizi çağırın. Sonra Allah dərgahında mübahilə edib yalançılara Allahın lənət etməsini istəyək. Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular.) Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.
Qardaşlıq ayəsi
Qardaşlıq ayəsi (ər:آیه اخوت) Uxuvvət ayəsi — Hucurat surəsinin onuncu ayəsidir ki onda islamın ən təməl və önəmli qaydalar və inanclarından biri yəni müsəlmanlar arasında qardaşlığa baxış salıb, önəmsəyib və ona əmr edibdir. habelə İslam peyğəmbəri və əmisi oğlu Əli bin Əbu Talib arasında qardaşlığı bəyan edir. {{{1}}} إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ ۚ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ az: Doğrusunda möminlər bir-birlərilə qardaşdılar, onda qardaşlarınızın arasında bağış sağlayın və Allahdan qorxun ümid ki Allahın rəhmətinə gələsiz. en:The believers are but brethren, therefore make peace between your brethren and be careful of (your duty to) Allah that mercy may be had on you. "İbni Ərəbi", "Əltəhrilül Tənvir" və "Təfsirül Quranül Əzim" kimi sünnü təfsirlərində bu ayəyə belə açıqlama gətiriblər ki, müsəlmanlar bir-birləri ilə birdilər və onların qəbilə, qohum, el və soyları onlara üstünlük gətirməz və üstünlüyü yalnız təqva bəlli edər, qardaşlar arasında barış yaratmağın önəmliyi və möminlərin qardaş olması bu təfsirlərdə keçibdir. "Məcməül-Bəyan" və "Təfsiri Burhan"da bu ayə belə təfsir edilib: Ayə nazil olduqdan sonra Məhəmməd müsəlmanlar arasında qardaşlıq yaratdı, Əbu Bəkr, Ömər, Osman və Əbdürrəhman aralarında və başqaları arasında hər kəsin öz yeri və məqamına baxaraq qardaş etdikdən sonra Əli bin Əbu Talib-ə dedi: Sən də mənim qardaşım və mən də sənin qardaşınam.
Təthir ayəsi
Təthir ayəsi (ərəb. تطهیر‎) — Əhzab surəsinin 33-cü ayəsinə verilmiş ad. Təthir ərəbcədə paklamaq və təmizləmək mənasını verir. {{{1}}} «وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا» Tərcümə: Öz evlərinizdə qalın və cahiliyyət dönəmi kimi camaat içində görünməyin, namaz qılıb zəkatı verin, Allah və Rəsulunu itaət edin. Allah fəqət istəyir siz Əhli-Beyti pislik və günahdan üzaqladıb pak etsin. Bu ayə Təthir ayəsinə məşhurdur. Bu ayə Quranın şiə və sünnü müfəssirləri arasında mücadiləli və ixtilaflı ayələrindəndir. Şiələr ayənin mətni üzrə, şəni nizul və ona görə nəql olunmuş rivayətlərə dayanaraq onu beş nəfərlik əhlibeytin isməti(Günahsızlıq) və imamətinə nədən biliblər. amma sünnülər ayənin ön və arxa sözlərinə dayanaraq şiə dediklərini qəbul etməyib peyğəmbərin zövcələrinidə Əhli-Beyt-dən sayıblar. Əhli-Beytin kimlər olduğuna görə üç baxış var: Əkrəmə-dən nəql olunur: sonrakı və öncəki ayələrə istinad edərək deyir: Əhli-beytdən mənzur yalnız peyğəmbərin zövcələridirlər.
Vilayət ayəsi
Vilayət ayəsi — müsəlmanların müqəddəs kitabı Quranın maidə surəsinin 55-ci ayəsinə verilən ad. On beş Quran təfsiri kitabı bu ayəni Əli bin Əbu Talib-in islam peyğəmbərindən sonra müsəlmanların vəlisi olmağına dəlil biliblər. {{{1}}} إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ az: Sizin vəliniz yalnız Allah, rəsulu və o iman gətirən kəslərdir ki, namazı bərpa edir və ruku halında zəkat verirlər. fa: {{{1}}} ولی و دوست شما تنها خدا و پیامبر اوست و کسانی که ایمان آورده‏اند همان کسانی که نماز برپا می‏دارند و زكات ميدهند در حالي كه در رکوع نمازند. انما:(İnnəma) Ərəb dilində inhisar və azərbaycan dilində isə fəqət və yalnız ona məxsus mənasını yetirir. ولی:(Vəli)Ayədə mənası qəyyumluq, maddi və mənəvi liderlik və təsərrüfdür. Az bir fərqlə istinadlarda olan mənbələrdə rəvayət eidlir ki, bir gün yoxsul bir insan peyğəmbər məscidinə gəlib ordakılardan maddi yardım istədi, heç kim ona yardım etmədi. O da əllərin göyə qaldırıb dedi: "Ey Allah özün şahidsən ki, peyğəmbərin məscidində yardım istədim amma mənə cavab verən olmadı!" Bu əsnada namazın rüküsunda olan Əli bin Əbu Talib kiçik barmağıyla ona işarə etdi, yoxsul da yaxınlaşıb Əlinin barmağından üzüyünü çıxartdı və bu ayə nazil oldu. Əbuzər Qafarıda bu rəvayəti nəql edib, ardınca deyir: O, zaman peyğəmbər namazdaydı və bu macəranı gördü. Namazı bitdikdən sonra göyə sarı başını qaldırıb dedi: Allahım!
Xəyrülbəriyyə ayəsi
Xəyrülbəriyyə ayəsi (ər:خَيْرُ الْبَرِيَّةِ) — Bəyyinə surəsinin yeddinci ayəsidir ki, Təfsiri Əlmizan və Məcməül Bəyan təfsirlərinə görə Əli bin Əbu Talibin ləyaqət və dəyərlərindən bəhs edir. {{{1}}} إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ az: Onlar ki iman gətirib, yaxşı və saleh işlər gördülər, ən yaxşı məxluqlardılar. en: (As for) those who believe and do good, surely they are the -best of men. fa: {{{1}}} همانا کسانی که ايمان آوردند و کارهای شايسته انجام دادند، بهترين مخلوقاتند. Hakim Həskani sünni alimlərindəndir və Şəvahidül Tənzil təfsirində belə deyir: Əbi Bərzədən nəql edir:Rəsulləllah (إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ) ayəsini oxudu və sonra dedi:Ey Əli xəyrülbəriyyə sən və sənin şiələrindirlər. Həskani eyni bu deyimi imam Baqirdən nəql edibdir. Cabir bin Əbdüllah Ənsaridən(جابر بن عبد الله انصاری) nəql edir:Biz Kəbə və Rəsulullahın yanında oturmuşduq, Əli gəldi və Rəsulullah dedi: Qardaşım gəldi, və ardıca dedi: Allahın evinə and olsun ki bu kişi sizin hamınızdan öncə Allaha iman gətirib hamınızdan çox onun itaətini edib Allahla qərarında hamınızdan vəfalıdır. hamıdan çox Allah hökümlərinə qəzavət edib beytülmal bolüşdürməsində adildir habelə yoxsullara hamıdan yaxşı davranıb məqamı hamınızdan üstündür, bu zamandaidi ki Xəyrülbəriyyə ayəsi nazil oldu. Şeyxi Təbərsi Məcməül Bəyan təfsirində ayənin altında İbni Əsakiri Dəməşqidən(ابوالقاسم علی بن الحسن) oda Şeyx Cabir Ənsaridən nəql edir: Biz Rəsulullahın yanındaidik ki Əli bin Əbu Talib gəldi, ozaman peyğəmbər buyurdu:And olsun o, kəsə ki mənim canım onun əlindədir bu kişi(Əli) və onun şiələri qiyamət günündə səadətməndlərdəndirlər. ozamanidir ki Xəyrülbəriyyə ayəsi nazil oldu.
İnzar ayəsi
İnzar ayəsinə (آیه انذار) məşhur olan ayə Rəd surəsinin yeddinci ayəsidir. İnsan toplumlarının hər zaman bir yol göstərici və lideri olmasının dəlili və habelə bəzi sünnü və şiə mənbələri və inanclarına görə Əli bin Əbu Talib-in peyğəmbərdən sonra müsəlmanların lider və rəhbəri olmaqdan xəbər verir ki şiələr ona imam deyillər. inzar ərəbcədə xəbardarlıq vermək və uyarmaq mənasını verir. {{{1}}} وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ az: Kafir olanlar: "Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?" - deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan (xəbərdarlıq edənsən). Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri vardır! Sünnü baxışı: Təbəri İbn Abbasdan öz təfsirində bu ayənin altında belə nəql edir ki: "انما انت منذر و لکل قوم هاد" ayəsi nazil olanda, peyğəmbər əlini sinəsinə goyub buyurdu: Mən münzirəm (xəbərdarlıq edən) və hər qovm və tayfa üçün hadi (yol göstərən) var. O, zaman Əlinin çiyninə işarə edib buyurdu: Yalnız səninlə məndən sonra hidayət olunmuşlar hidayət olacaqlar. bu rəvayət həmçinin "Məcməül-bəyan" kimi şiə mənbələrindədə gəlmişdir. Şiə Baxışı: Əllamə Təbatəbai özünün yazdığı Əl-mizan təfsirində bu ayənin altında belə açıqlama gətirir: Bu şərif ayədən belə anlaşılır ki, yer heç bir zaman camaatı haqq yoluna yonəldəcək hidayətçisiz (yol göstərənsiz) olmaz, ya gərək bir peyğəmbər ola ya da bir başqa hadi ki, Allah əmri ilə hidayət edə.
Əli Hikmət Ayərdəm
Əli Hikmət Əyərdəm (türk. Ali Hikmet Ayerdem) (1877, Larisa – 21 mart 1939, İstanbul) — Türk əsgəri və siyasətçisi. Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edən ən yüksək rütbəli komandirlərdən biri idi. Müharibədən sonra millət vəkili oldu. 1899-cu ildə hərbi məktəbi, 1902-ci ildə isə Hərbi Akademiyanı bitirdi. 31 mart üsyanını yatırmaq üçün Hərəkat ordusuna qoşuldu. . Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 20 yanvar 1921-ci ildə Anadoluya köçdü və buradakı İstiqlaliyyət müharibəsinə qoşuldu. 1921-ci ilin mart-may aylarında 12-ci şöbə şöbəsinin komandiri vəzifəsində çalışmışdır. Daha sonra isə Milli Müdafiə Nazirliyinin müşaviri təyin edildi.
Ayətullah Şəriətmədari hərəkatı
Ayətullah Şəriətmədari hərəkatı (az.-əski. آیتوللاه شریتمداری حرکاتی‎; fars. قیام آیت الله شریعتمداری‎) —‎ böyük ayətullah Məhəmməd Kazım Şəriətmədari və onun tərəfdarlarının İranın Azərbaycan vilayətlərinin muxtariyyəti uğrunda hərəkatı. Müsəlman Xalq Respublikası Partiyasının (MXRP) İran İslam İnqilabından sonra yeni qurulan hökumətə etirazları, nəhayət, ikisi arasında kütləvi qarşıdurmaya səbəb olmuşdur. Bu qarşıdurma xüsusilə Azərbaycanın mərkəzi sayılan Təbriz şəhərində özünü büruzə vermişdir. Liberal fikirləri ilə tanınan və ruhanilərin hakimiyyətdə roluna qarşı çıxan Şəriətmədari və MXRP 1979-cu ildə yeni konstitusiya ilə bağlı referendumu boykot etmiş, yeni rejimə qarşı aksiyalar keçirilmişdir. Şəriətmədarinin evinə hücumdan və onun mühafizəçilərindən birinin ölümündən sonra bu nümayişlər şiddətlənmiş, qiyam xarakteri almışdır. Vilayətlərin yerli özünüidarəetməsini dəstəkləyən İran azərbaycanlıları və kürdləri Təbrizdə, Urmiyada, Ərdəbildə və Germidə çox sayda hökumət binası etirazçılar tərəfindən ələ keçirilmişdir. Qiyamı yatırmaqda çətinlik çəkən Ruhullah Xomeyni Şəriətmədari ilə görüşmüş, burada Təbrizin bombalanması ilə bağlı təhdidlər etmişdir. Azərbaycanda gerilla müharibəsinin imkanlarının az olmasından və kürdlərin mart üsyanında baş vermiş qətliamların təkrarlanmasından narahat qalmış Şəriətmədari etirazçıları çəkilməyə çağırmışdır.
Böyük ayətullah
Ayətullah (ərəb. آية الله‎; fars. آيت‌الله‎ — Āyatollāh), Şiəlikdə xüsusilə Cəfərilikdə istifadə edilən bir dərəcədir. İranda dini bir dərəcə olaraq da tanınır. Ayətullah dərəcəsində olanların fətva vermək səlahiyyəti var. Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi almışdır. Ayətullah Allahın ayəsi (dəlili) deməkdir. Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma və Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var. Öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilər. Hazırda İranda 1.000-dən çox ayətullah var.

Значение слова в других словарях