AZƏRBAYCANCA
AZƏRBAYCANŞÜNASLIQ
OBASTAN VİKİ
Dünya Azərbaycanlı Gənclər Birliyi
"Dünya Azərbaycanlı Gənclər Birliyi" (ing. “World Union of Azerbaijanis Youth”) — Azərbaycan Respublikasında ictimai birlik. == Tarixi == "Dünya Azərbaycanlı Gənclər Birliyi"nin təsis qurultayı 12 mart 2012-ci il tarixində Bakı şəhərində keçirilmişdir. Qurultayda dünyanın bir çox ölkələrində fəaliyyət göstərən beynəlxalq təşkilatların və xaricdə yaşayan azərbaycanlı gənclər birliklərinin nümayəndələri iştirak etmiş və bu təşkilatın yaranmasını müsbət hal kimi qiymətləndirmişlər. Sözü gedən Birlik, öz sıralarında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir. Bu da gələcəkdə Dünya Azərbaycanlı Gənclər Birliyinin səmərəli fəaliyyət göstərməsinə zəmin yaradır. == Birliyin məqsəd və vəzifələri == Dünya Azərbaycan Gənclər Birliyinin başlıca məqsədi Azərbaycan Rеspublikasında və xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hərtərəfli inkişafının təmini, elm, təhsil, mədəniyyət, sahibkarlıq, idman, könüllülük işinin inkişafı və vətənpərvərlik sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması dünya azərbaycanlılarının milli-mənəvi dəyərlər əsasında səfərbər olmasıdır. Bundan əlavə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin Azərbaycan Rеspublikasının milli maraqlarının qorunması, xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi işinə cəlb olunması və beynəlxalq səviyyədə əməkdaşlığın təmin olunmasıdır. Ölkədən kənarda təhsil almış vətəndaşlarımızın uyğun fəaliyyətlərini təşkil etmək, gənc kadrlar bazasının təşkili, ölkədən kənarda yaşayan azərbaycanlı gənclərin şəbəkələşmə işinin təşkil edilməsində fəal rol oynamaq. Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə intеqrasiyası, ictimai-siyasi həyatda daha fəal iştirakının təmin olunması məqsədilə layihələr həyata kеçirmək, habеlə bu cür layihələrin həyata kеçirilməsinə dəstək vеrmək.
Erməni-Azərbaycanlı mədəniyyət əlaqələri
Azərbaycan–erməni mədəni münasibətləri — azərbaycanlılar və ermənilərin dil və mədəniyyətləri arasında əlaqə. == Tarix == SSRİ dövründə Bakının ruslaşdırılması Bakı əhalisini özündə birləşdirən azərbaycanlı, rus, erməni və digər etnik qruplardan ibarət Bakı şəhəri submədəniyyətinin yaradılması ilə nəticələndi. == Din == Hacı-Baba türbəsi islam dininə aid, azərbaycanlılar və ermənilər üçün ortaq ziyarətgahdır. Qarabağ münaqişəsindən əvvəl Azərbaycandan arabir molla gəlir, burada namaz qıldırırmış. Bundan əlavə, bir azərbaycanlı daim ziyarətgahın yaxınlığında yaşamış və onun saxlanması üçün ianə toplamışdır. == İstinadlar == == Əlavə oxu == Fragments of Armenia’s Soviet Past: Tracing the Armenian-Azerbaijani Coexistence// RA NAA IAE. Edit.
Erməni-azərbaycanlı qırğınları (1905-1906)
Azərbaycan–erməni qırğınları (Azərbaycan mənbələrində erməni–müsəlman davası (az.-əski. ارمنی مسلمان دعواسی‎), erməni–müsəlman müharibəsi (erm. ارمنی مسلمان محاربهسی); rus və erməni mənbələrində erməni–tatar qırğını (rus. армяно–татарская резня; erm. հայ–թաթարական ընդհարումներ), erməni–türk müharibəsi (erm. հայ-թուրքական պատերազմ)) — inqilab zamanı ermənilərin və azərbaycanlıların arasında qafqazda qanlı toqquşma. Ən amansız toqquşmalar Bakıda fevral və avqust aylarında baş verdi. Eyni zamanda 1905-ci ilin mayında Naxçıvan şəhərində baş verdi. 1905-ci ildə təxminən 158 Azərbaycan və 128 erməni qəsəbəsi dağıdılmış və 3-dən 10 minə qədər insan həlak olmuşdur. Bir tərəfdən, xristian erməniləri, və digər tərəfdən, Zaqafqaziyanın müsəlman xadimlərinin qan tökmələrinə baxmayaraq, çar hakimiyyəti müharibəni dayandırmaq üçün praktik olaraq heç bir səy göstərmədi.
Azərbaycanlı
Azərbaycanlılar (az.-əski. آذربایجانلیلار‎), Azərbaycan türkləri, azəri türkləri və ya azərilər (az.-əski. آذریلر‎) — əsasən İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk xalqı. Azərbaycan və İrandan başqa, həm də indiki Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Türkiyə (Qars və İğdır) və İraq ərazisində yaşayırlar. Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aiddirlər. Azərbaycan dilində danışırlar. Dindarları əsasən İslam dininin şiə təriqətindədirlər (yalnız Cəfəri məzhəbində). Müasir Azərbaycan etnosunun Cənubi Qafqaz və Şimal-Qərbi İran ərazisində formalaşması prosesi çoxəsrlik bir proses olmuş və əsasən, XV əsrin sonlarında başa çatmışdır. == Məskunlaşma == Azərbaycanlılar saylarının çoxluğuna görə Qafqazda birinci, Gürcüstan və İranda isə ikinci xalqdır. Azərbaycanın özündə isə 10,1 milyona yaxın (2019) azərbaycanlı yaşayır (ölkə əhalisinin 93,6%-i).
Azərbaycanlı Tələbələr İttifaqı
Azərbaycanlı tələbələr ittifaqı — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Qərbi Avropa ölkələrinə ali təhsil almaq üçün göndərdiyi tələbələrin Almaniyada yaratdığı könüllü ictimai təşkilat. == Yaranması və Fəaliyyəti == Almaniyada qeydiyyatdan keçmişdi. İttifaqın, üzərində Azərbaycan Xalq Cümhuriyyətinin əsas rəmzlərindən olan səkkizguşəli ulduzun ətrafında Azərbaycan və alman dillərində "Azərbaycan tələbələri komitəsi. Berlin" sözləri yazılmış möhürü var idi. İttifaqın bütün işlərini xaricdə ali təhsil alan azərbaycanlı tələbələrin ümumi yığıncağında seçilmiş idarə heyəti həyata keçirirdi. İttifaqın cari işlərinə idarə heyəti tərəfindən seçilən sədr rəhbərlik edirdi. İttifaq adından Azərbaycan Hökumətinə və digər təşkilatlara göndərilən rəsmi sənədləri idarə heyətinin sədri və katibi imzalayırdı. 1923-cü ildə ittifaqın tərtib etdiyi siyahıda xaricdəki azərbaycanlı tələbələrdən 54 nəfərinin Almaniyada, 13 nəfərinin Fransada, 3 nəfərinin İstanbulda və 1 nəfərinin İtaliyada təhsil aldığı bildirilirdi. Bu siyahıda onların ixtisasları və təhsil aldıqları ali məktəblərin adları, habelə təhsillərini başa çatdırmalarına nə qədər vaxt qaldığı da göstərilirdi.
Azərbaycanlı etnik qruplar
Azərbaycanlı etnik qruplar — İqtisadiyyatda, mədəniyyətdə və gündəlik həyatda hər biri özünəməxsus xüsusiyyətləri olan bir neçə azərbaycanlı etnik qrup var. Bəzi azərbaycanlı etnik qruplar XIX əsrin son rübündə də mövcud olmağa davam ediblər. Əsas azərbaycanlı etnik qruplar: Ayrımlar.
Azərbaycanlı şahmatçılarının siyahısı
Azərbaycan şahmatçılarının siyahısı — Azərbaycanın titul sahibi şahmatçı və şahmat məşqçilərinin siyahısı. == Azərbaycanda şahmatın tarixi == === Erkən dövrlər === Azərbaycanda şahmatın tarixi orta əsrlərə gedib çatır. Bu oyun növü barədə məlumatlara XII əsrdə Xaqani Şirvani və Nizami Gəncəvi, XIV əsrdə İmaməddin Nəsimi, XVI əsrdə Məhəmməd Füzuli kimi müəlliflərin əsərlərində rast gəlmək mümkündür. 1864-cü ildə isə Mirzə Fətəli Axundov yazdığı "Şatranjın oyunu" əsərində oyunun qaydalarını izah edir. Həmin dövrlərdən bir çox Azərbaycanlı mütəfəkkirlər şahmatla məşğul olmuşlar. İlk görkəmli Azərbaycan şahmatçısı kimi IX əsrdə yaşamış Cəlaləddin Naxçıvaninin adı çəkilir. Azərbaycanda şahmat kişilərlə yanaşı qadınlar arasında da yayılmışdı. Məhsəti Gəncəvi Azərbaycanın ilk qadın şahmatçısı hesab edilir. Aleksandr Düma isə öz yazılarında Xurşidbanu Natəvanla şahmat oynamağı və onun yüksək zəkası barədə qeyd edib. === SSRİ dövrü === Azərbaycanda şahmatın mütəşəkkil formada kütlələr arasında yayılması XX əsrin 20-ci illərindən başlayır.
Azərbaycanlı rəssamların siyahısı
Azərbaycan rəssamlarının siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya İmperiyası, Azərbaycan xanlıqlarının tərkibində yaşayan etnik azərbaycanlı və Azərbaycanda yaşayan digər etnik qrupların rəssamlarının və heykəltaraşların siyahısı. Siyahı ad sırası ilə qeyd olunub. Siyahıya həmçinin Azərbaycanda doğulmuş, lakin sonradan köçən, digər ölkələrdə doğulmuş, lakin Azərbaycana köçən və ya orada mühüm bir müddətdə işləyən rəssamlar və heykəltaraşlar daxildir.
Azərbaycanlı qadın yazıçıların siyahısı
== A ==
Dahi azərbaycanlı (film, 2013)
Dağlıq Qarabağın azərbaycanlı icması
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış azərbaycanlıları təmsil edən ictimai birlik idi. İcma, keçən əsrin 80-ci illərin sonlarında vüsət alan Qarabağ müharibəsinin nəticəsində azərbaycanlıların Qarabağ bölgəsindən qovulmasından sonra, 1994-cü ildə fəaliyyətə başlamışdı. 2020-ci ildə Azərbaycan Respublikası İkinci Qarabağ müharibəsi nəticəsində işğal altındakı ərazisinin böyük hissəsini azad etdikdən sonra, 2021-ci ildə İcma öz fəaliyyətini dayandırmışdır. == İcmanın tarixi == Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir. Bununla yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İcmanın fəaliyyətinə hüquqi statusun verilməsi və bir ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli fəaliyyət göstərməsinə imkan yaratdı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayının keçirilməsi oldu. Qurultaya 65 min nəfərdən çox icma üzvünü təmsil edən 350 nəfər nümayəndə seçilmiş, eləcə də qurultayın işində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının 200 nəfərdən çox nümayəndəsi qonaq kimi iştirak etmişdir.
Çar ordusunun azərbaycanlı generalları
Çar ordusunun azərbaycanlı generalları — Çar Rusiyasının ordusunda xidmət etmiş azərbaycanlılar. Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828–1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman-azərbaycanlılar orduda xidmət əvəzinə cürbəcür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır və onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. Rusiya-Yaponiya müharibəsinin (1904) gedişində donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S.Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Əbülfət ağa Şahtaxtinski 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir. Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım mirzə Qovanlı-Qacar, Əmənulla mirzə Qovanlı-Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T.Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilət təltif edilmişdir. Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir. Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı olan Abşeron alayı, Dağıstan alayı (No82), Samur alayı (No83), Şirvan alayı (No84), eləcə də Şamaxı alayı (No205) və Səlyan alayı (No206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər. XIX əsrdə XX əsrin əvvəlində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişçişlər.
İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi
İrəvan Azərbaycan Pedaqoji Texnikumu və ya İrəvan Türk Pedaqoji Texnikumu — Ermənistan SSR-də fəaliyyət göstərmiş orta ixtisas məktəbi; Ermənistandakı azərbaycanlı məktəbləri üçün müəllimlər hazırlayan internat tipli tədris müəssisəsi. Texnikum 1924-cü ildən fəaliyyət göstərmişdir. 1930–1935-ci illərdə texnikumun 102 nəfər tələbə və müəllimləri "bəy", "xan", "mülkədar", "qolçomaq", "kulak" damğası ilə repressiyaya məruz qalmışdı. 1936-cı ildən İrəvan Azərbaycan Pedaqoji Məktəbi adlanan həmin təhsil ocağı Azərbaycan elminə və maarifinə görkəmli xadimlər bəxş etmişdir. Bu təhsil ocağına müxtəlif vaxtlarda Mehdi Kazımov, Bəhlul Yusifov, Həmid Məmmədzadə kimi tanınmış maarif xadimləri rəhbərlik etmişlər.. 1928–1930-cu illərdə İrəvanda Pedaqoji Texnikumunda müəllim işləmiş akademik Yusif Məmmədəliyev bir sıra ünlü ziyahlara dərs demişdir. Məzunları arasından onlarla akademik, elmlər doktorları, yüzlərlə maarif fədailəri yetişmişdir: Əsəd Məmmədov, Əjdər Kazımov, Qadir Məmmədov, Məmmədəli Məhərrəmov, Əli Həsənov, Tağı Məhərrəmov, İsmayıl İsmayılov, Qulam Namazov və b.
İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu

Azərbaycanlı–erməni mədəni münasibətləri
Azərbaycanlı–erməni mədəni münasibətləri — azərbaycanlılar və ermənilərin dil və mədəniyyətləri arasında əlaqə. == Tarix == SSRİ dövründə Bakının ruslaşdırılması Bakı əhalisini özündə birləşdirən azərbaycanlı, rus, erməni və digər etnik qruplardan ibarət Bakı şəhəri submədəniyyətinin yaradılması ilə nəticələndi. == Din == Hacı-Baba türbəsi islam dininə aid, azərbaycanlılar və ermənilər üçün ortaq ziyarətgahdır. Qarabağ münaqişəsindən əvvəl Azərbaycandan arabir molla gəlir, burada namaz qıldırırmış. Bundan əlavə, bir azərbaycanlı daim ziyarətgahın yaxınlığında yaşamış və onun saxlanması üçün ianə toplamışdır. == İstinadlar == == Əlavə oxu == Fragments of Armenia’s Soviet Past: Tracing the Armenian-Azerbaijani Coexistence// RA NAA IAE. Edit.
Avropada Azərbaycanlı Tələbələrin Forumu
Forum of Azerbaijan Students in Europe or FASE (azərb. Azərbaycanlı Tələbələrin Avropa Forumu‎) Avropadakı azərbaycanlı tələbələr və gənc mütəxəssislər üçün hökumət tərəfindən təşviq edilən təşkilatdır. Milli maraqları təbliğ etmək üçün Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib. Proqram təklifi ANTV tərəfindən irəli sürülmüşdür. Mərkəz Məzunlar Şəbəkəsi Gənclər Təşkilatına bağlıdır və Alumni Network (AN) Gənclər Təşkilatının sədri Emin Milli tərəfindən yaradılmışdır.
Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının siyahısı
Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının siyahısı — İkinci dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adı almış azərbaycanlıların siyahısı. Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 42 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov olmuşdur.
Azərbaycanlı Tələbələr və Məzunlar Platforması
Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP, ing. Azerbaijani Students and Alumni Platform) – 2020-ci il 15 avqust tarixində təsis edilmiş qeyri-hökumət təşkilatı. Təşkilat xarici ölkələrdə təhsil alan tələbələr və artıq təhsilini başa vurmuş gənclər arasında əməkdaşlığın yaradılması hədəfləyir . Təşkilat xaricdəki tələbələr üçün əsas kommunikasiya və informasiya portalı rolunu oynayır. == Təsisi == 2020-ci il 15 avqust tarixində Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL), Azərbaycan İtaliya Gənclər Assosiasiyası, Benilüks Azərbaycanlı Tələbələr və Məzunlar təşkilatlarının iştirakı ilə ASAP-ın təsis konfransı keçirilmişdir. === Təsisçiləri === Hüseyn Mustafabəyli – ABŞ Heydər Ağayev – Birləşmiş Krallıq Gülay Məmmədova – İsveçrə Elmar Nazirli – Niderland Səbinə Mürsəlli – Avstriya Tural Məhərrəmov – Birləşmiş Krallıq == Məqsədləri == Tələbə və məzunlar arasında şəbəkələşmənin təmin edilməsi Gənc kadrların karyera inkişafının dəstəklənməsi Təhsilini bitirib ölkəyə qayıdan tələbələrə məzunlar tərəfindən mentor dəstəyinin göstərilməsi Azərbaycan reallıqlarının və mədəniyyətinin dünyada tanıdılması Azərbaycanla, o cümlədən, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması == Vəzifələri == Xaricdə təhsilini davam etdirən və artıq məzun olmuş azərbaycanlılar arasında vahid platformanın yaradılması, onlar barədə məlumatın elektron bazada toplanması; Diplomatik nümayəndəliklərlə sıx əlaqələrin qurulması və zəruri hallarda xaricdə təhsil alan tələbələrə dəstəyin göstərilməsi; Müxtəlif fövqəladə hallar şəraitində tələbələrin operativ şəkildə məlumatlandırılması və dəstəklənməsi; Xaricdə təhsil alan tələbələrin problemlərinin müəyyən edilməsi və bu problemlərin həll edilməsi məqsədilə rəsmi şəxslərlə mütəmadi görüşlərin təşkil olunması; == Strukturu == Birliyin idarəetmə orqanları aşağıdakılardır: Ali idarəetmə orqanı olan Ümumi Yığıncaq; Cari idarəetmə orqanı olan İdarə Heyəti; İcra orqanı olan Katiblik; Nəzarət orqanı olan Nəzarət-Təftiş Komissiyası. == Fəaliyyəti == İkinci Qarabağ müharibəsi dövründə şanlı Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurların informasiya müharibəsi meydanında gücləndirilməsi məqsədilə Gənclərin Vahid Platformasının yaradılması Xaricdə təhsil almış məzunların birbaşa iştirakı ilə Sosial media kanalları üçün xarici dillərdə tarixi faktlara və araşdırmalara əsaslanan kontentlərin formalaşdırılması və sistemli koordinasiyası məqsədilə Dağlıq Qarabağ münaqişəsinə əsaslanan fəaliyyət qrupu yaradılması və beynəlxalq qurumlara və təşkilatlara ölkəmizdə baş verənlərlə bağlı reallığı əks etdirən rəsmi müraciətlərin ünvanlanması Sığınacaqlardakı mülki əhaliyə, hərbi hospitallara və şəhid ailələrinə yardım etmək məqsədilə aparılan sosial kampaniyalara dəstək 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanının ziyarət edilməsi və bu mövzuda 20 yanvar şahidləri ilə görüş . Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində dinc əhalinin, xüsusilə də gənclərin və uşaqların qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNICEF kimi təşkilatlara müraciətlər ünvanlanıb .
Rusiya İmperator Ordusunun azərbaycanlı generalları
Çar ordusunun azərbaycanlı generalları — Çar Rusiyasının ordusunda xidmət etmiş azərbaycanlılar. Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828–1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman-azərbaycanlılar orduda xidmət əvəzinə cürbəcür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır və onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. Rusiya-Yaponiya müharibəsinin (1904) gedişində donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S.Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Əbülfət ağa Şahtaxtinski 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir. Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım mirzə Qovanlı-Qacar, Əmənulla mirzə Qovanlı-Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T.Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilət təltif edilmişdir. Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir. Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı olan Abşeron alayı, Dağıstan alayı (No82), Samur alayı (No83), Şirvan alayı (No84), eləcə də Şamaxı alayı (No205) və Səlyan alayı (No206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər. XIX əsrdə XX əsrin əvvəlində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişçişlər.
Azərbaycanlı-erməni qırğınları (1905-1906)
Azərbaycan–erməni qırğınları (Azərbaycan mənbələrində erməni–müsəlman davası (az.-əski. ارمنی مسلمان دعواسی‎), erməni–müsəlman müharibəsi (erm. ارمنی مسلمان محاربهسی); rus və erməni mənbələrində erməni–tatar qırğını (rus. армяно–татарская резня; erm. հայ–թաթարական ընդհարումներ), erməni–türk müharibəsi (erm. հայ-թուրքական պատերազմ)) — inqilab zamanı ermənilərin və azərbaycanlıların arasında qafqazda qanlı toqquşma. Ən amansız toqquşmalar Bakıda fevral və avqust aylarında baş verdi. Eyni zamanda 1905-ci ilin mayında Naxçıvan şəhərində baş verdi. 1905-ci ildə təxminən 158 Azərbaycan və 128 erməni qəsəbəsi dağıdılmış və 3-dən 10 minə qədər insan həlak olmuşdur. Bir tərəfdən, xristian erməniləri, və digər tərəfdən, Zaqafqaziyanın müsəlman xadimlərinin qan tökmələrinə baxmayaraq, çar hakimiyyəti müharibəni dayandırmaq üçün praktik olaraq heç bir səy göstərmədi.
Azərbaycanlı–erməni qırğınları (1905-1906)

Azərbaycanlı–erməni qırğınları (1905–1906)
Dünya Azərbaycanlılar Konqresi
Dünya Azərbaycanlıları Konqresi (qısaca "DAK"") — Dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilat. == Haqqında == Dünya Azərbaycanlıları Konqresi (DAK) 1997-ci ildə ABŞ-də yaradılıb və Azərbayсanda, həmçinin ondan kənarda yaşayan azərbaycanlıların hüquqlarının bərpası və insan haqları uğrunda mübarizə aparan müstəqil, iсtimai və beynəlxlaq diaspor təşkilatıdır. DAK fəaliyyətə başladığı ilk gündən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, bərabərliyi istiqamətində müvafiq addımlar atıb, Azərbaycan diasporunun inkişafı üçün səylərini səfərbər edib. Təşkilat dünyaya səpələnmiş azərbaycanlıların bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdirib. Bu sahədə DAK-ın gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gətirilməsinə güclü təkan vermişdir. Təşkilatın rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr vermiş, hətta BMT-nin Baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilmişdir. == Parçalanmalar == DAK bununla belə fəaliyyəti dövründə əldə etdiyi uğurlarla yanaşı, problemlərlə də qarşılaşıb, müəyyən çətinliklərlə üzləşib. Təşkilatın üzləşdiyi ən ciddi problemlərdən biri zaman-zaman parçalanması, müəyyən insanların konqresdən ayrılmaları, bəzilərinin isə DAK-a alternativ qurumlar yaratması olub. Dünya Azərbaycanlıları Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf edib. Təşkilatın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər adı çəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər.
Dünya Azərbaycanlıları Konqresi

Dünya Azərbaycanlılarının Həmrəylik Günü
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü. == Yaranması == Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi. Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Dünya Azərbaycanlılarının III Qurultayı
Dünya Azərbaycanlılarının III Qurultayı — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli Sərəncamına uyğun olaraq 2011-ci il iyulun 5–6 tarixlərində Bakı şəhərində keçirilən Dünya azərbaycanlılarının üçüncü Qurultayı. "Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli, 1293 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən 2011-ci il iyul ayının 5–6-da Bakı şəhərində keçirilmişdir. == İştirakçılar == Dünya azərbaycanlılarının II qurultayında 42 ölkədən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak etmişdir. Nümayəndələrin əksəriyyəti Rusiyadan olmuşdur – 155 nəfər. Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç 23, Niderland 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya 11, Kanada 10 nəfərlə təmsil olunmuşdur. Qurultayda İranda yaşayan 35 milyon azərbaycanlının heç bir təmsilçisi olmamışdır. Ümumilikdə qurultayda 1872 nəfər iştirak etmişdir. Qurultay nümayəndələrinin 182 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləri olmuşdur. Qurultayda Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələr də iştirak etmişdir. Azərbaycan Respublikasının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq qurultayda iştirak etmişdir.
Dünya Azərbaycanlılarının II Qurultayı
Dünya Azərbaycanlılarının II Qurultayı — 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilən Dünya azərbaycanlılarının ikinci Qurultayı. "Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilmişdir. 2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II qurultayı diaspor quruculuğu prosesində irəliyə doğru növbəti addım olmuşdur. Qurultayda qəbul olunmuş sənədlər — Dünya Azərbaycanlılarının II qurultayının qətnaməsi, qurultayın Azərbaycan Respublikası Prezidentinə və dünya azərbaycanlılarına müraciətləri, qurultayın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatına (YUNESKO), Azərbaycan və türk diaspor təşkilatlarına müraciətləri xaricdə yaşayan azərbaycanlıların qurultaydan sonrakı müddətdə konkret fəaliyyət proqramıdır. Bu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir. Prezident İlham Əliyev qurultaydakı çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da vurğulamışdır. İlham Əliyev qurultaydakı nitqində: == İştirakçılar == Dünya Azərbaycanlılarının II Qurultayına ümumilikdə 1231 nümayəndə seçilmişdir. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak etmişdir. Qurultayda Azərbaycan Respublikasının 27 dövlət və hökumət qurumlarından, ictimai təşkilatlardan, elm, təhsil, mədəniyyət müəssisələri və yaradıcı təşkilatlardan, siyasi partiyalardan 638 nümayəndə və 625 qonaq ilə təmsil olunmuşdur.. Qurultay başlamazdan əvvəl yüzdən çox nümayəndə heyəti Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət edirlər.
Dünya Azərbaycanlılarının IV Qurultayı
Dünya Azərbaycanlılarının IV Qurultayı — 2016-cı il 3–4 iyun tarixində Bakı şəhərində keçirilən dünya azərbaycanlılarının IV qurultayı. İyunun 3-də Heydər Əliyev Mərkəzində açılış mərasimi olan Dünya Azərbaycanlılarının IV Qurultayının iclaslarında diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirdilər. Qurultayda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud problemlər və onların həlli yolları, eləcə də digər məsələlər diqqət mərkəzində saxlanıldı. Qurultayda ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidentinə müraciət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərləri və parlamentlərinə, həmçinin dünya azərbaycanlılarına müraciətlər qəbul edilib. İyunun 4-də yekunlaşan qurultay görüşlərində xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə edilmişdi. == İştirakçılar == 2016-cı il iyun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində gerçəkləşən Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi olmuşdur. 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi qurultayda xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçilər, ictimai xadimlər, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olmuşdur. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də işitirak etmişdir. Dünya azərbaycanlılarının IV qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olunacaq.
Dünya Azərbaycanlılarının I Qurultayı
Dünya Azərbaycanlılarının I Qurultayı — 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının ilk Qurultayı. "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9–10-da Bakı şəhərində keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir. Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin — quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. 2002-ci ilin dekabrında qəbul olunmuş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdir. Ümummilli Lider qurultay zamanı öz çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da göstərmişdir. Heydər Əliyev qurultaydakı nitqində bildirmişdir: == İştirakçılar == Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.
Dünya Azərbaycanlılarının Qurultayı
Dünya Azərbaycanlılarının Qurultayı — Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir. Dünya Azərbaycanlılarının I Qurultayı Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay 2016-cı il, V qurultay isə 2022-ci ilin aprelində keçirilib. == Tarixi == === İlk təşəbbüs === Dünya Azərbaycanlılarının Qurultayının çağırılması ilə bağlı ilk təşəbbüs 1992-ci ildə olmuşdur. "Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında" Azərbaycan Respublikasının o zamankı Prezidentinin 24 dekabr 1992-ci il tarixli, 255 nömrəli Sərəncamına əsasən Bakıda dünya azərbaycanlılarının qurultayının çağırılması qərara alınmışdır. Həmin Sərəncamla Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün ö dövrkü, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır. "Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün yaradılmış təşkilat komitəsinin tərkibinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 1993-cü il tarixli, 293 nömrəli Sərəncamına əsasən Təşkilat Komitəsinin tərkibinə əlavələr edilmişdir. Lakin qurultay baş tutmamışdır. Ulu Öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 725 nömrəli Sərəncamına əsasən "Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında" 24 dekabr 1992-ci il tarixli, 255 nömrəli və "Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün yaradılmış Təşkilat Komitəsinin tərkibinə əlavələr edilməsi haqqında" 30 yanvar 1993-cü il tarixli, 293 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilmişdir. == Bütün qurultaylar == === I Qurultay === Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci ilin noyabrında Bakı şəhərində keçirilmişdir. "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının i Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir.
Dünya Azərbaycanlılarının V Qurultayı
Dünya Azərbaycanlılarının V Qurultayı və ya Zəfər Qurultayı — 2022-ci ilin aprelində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı. Aprelin 23-dək davam edən Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edən qurultay iştirakçıları , daha sonra Şuşa şəhərinə yola düşüblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı nitqində vurğulamışdır: == Zəfər Qurultayı == Qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilib. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra, Şuşa şəhərinə yola düşüblər. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzuları müzakirə olunub. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan Azərbaycan diasporunun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü idi. Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) aprelin 22-də işini "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" və "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzularında panel iclasları ilə davam etdirib.
Ermənistan azərbaycanlıları
Ermənistan azərbaycanlıları (irəvanlı, yeraz, "qərbi azərbaycanlı") — Ermənistanda əsrlər boyu yaşamış azərbaycanlılar. Vaxtilə bir neçə yüz min nəfərdən ibarət olan Ermənistanın Azərbaycanlı icması (irəvanlı, yerevanlı, "qərbi azərbaycanlı") 1948–1991-ci illərdən bəri mövcud deyil. Həmin illər Ermənistan azərbaycanlıları Dağlıq Qarabağ münaqişəsi üzündən təzyiqə və təcavüzə məruz qalıb ölkəni tərk etməyə məcbur oldular. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin məlumatına görə Ermənistanda hal-hazırda təxminən 30 nəfərdən bir neçə yüz nəfərə qədər azərbaycanlı yaşayır. Bunların çoxu əyalətdə yaşayan ermənilərlə ailə qurmuş azərbaycanlı qadınlar və həmçinin yaşlı və xəstə olduğuna görə Ermənistanı tərk edə bilməyən insanlardır. Bəyan edilir ki, onların əksəriyyəti ayrı-seçkiliyə məruz qalmamaq üçün adlarını dəyişmiş və kimliyini gizli saxlamağa məcburdurlar. 1828-ci ildən başlayıb 1948–1989-cu illərdə başa çatan "Türksüz Ermənistan" sityasəti sayəsində indiki Ermənistan ərazisində 605-dən çox kənd azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından qaçmalı oldu. 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi. Xankəndidən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min km² ərazisi erməni qəsbkarları tərəfindən zəbt edildi.
Ermənistan azərbaycanlılarının 1988-ci il soyqırımı
1988–1989-cu illərdə azərbaycanlıların deportasiyası — vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu deportasiyasının mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi: "Hər yanda birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər". == Haqqında == 1988–1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu. Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Beləcə rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər.
Ermənistan azərbaycanlılarının siyahısı
Bu Ermənistan azərbaycanlılarının siyahısıdır. == İncəsənət xadimləri == Aşıq Ələsgər — 19-cu əsr xalq aşığı və şairi Mirzə Qədim İrəvani — XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamı. Sabir Rzayev — yazıçı, dramaturq, tənqidçi və kino mütəxəssisi, Ermənistan SSR-in xalq artisti (1975) Səid Rüstəmov — Azərbaycanlı bəstəkar Hüseyn Seyidzadə — Azərbaycanlı film direktoru Əkbər Yerevanlı (Süleymanov) — ədəbiyyatşünas, yazıçı, pedaqoq, Ermənistan Yazıçılar İttifaqında Azərbaycan bölməsinin rəhbəri. == Elm xadimləri == Əhliman Əmiraslanov — Azərbaycanlı akademik. Heydər Hüseynov — Azərbaycanlı filosof. Mustafa Topçubaşov — tanınmış Sovet cərrahı və akademiki, Sosialist Əməyi Qəhrəmanı Arif Şəkərəliyev — Azərbaycan Respublikasının əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor. Maqsud Nəcəfov — Azərbaycan Respublikasının əməkdar müəllimi, riyaziyyat üzrə elmlər doktoru, professor. == Siyasətçilər == İsmət Abasov — Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri (2004–2013), baş nazirin müavini (2013–2018) Əvəz Ələkbərov — Azərbaycan Respublikasının İqtisadiyyat naziri (1999–2006) Əziz Əliyev — Dağıstan Kommunist Pariyasının Regional Komitəsinin sədri (1942–1948) Oqtay Əsədov — Azərbaycan Milli Məclisinin sədri (2005–2019) Zülfü Hacıyev — Baş nazirin müavini (1989-1991), Azərbaycan SSR Ali Sovetinin deputatı (1976-1991) Nəriman İmranov — Azərbaycan Respublikasının Milli təhlükəsizlik naziri (1992–1993) Xələf Xələfov — Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Qərib Məmmədov — Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri (2001-2015) Hüseyn Məmmədov — Naxçıvan MSSR Ali Sovetinin sədri (1952–1964) Misir Mərdanov — Azərbaycan Respublikasının Təhsil naziri (1998–2013) Şahin Mustafayev — Azərbaycan Respublikasının İqtisadi inkişaf naziri (2008–2013), Azərbaycan Respublikasının İqtisadiyyat və sənayə naziri (2013–2016), Azərbaycan Respublikasının İqtisadiyyat naziri (2016–2019), Azərbaycan Respublikası Baş nazirinin müavini (2019) Hidayət Orucov — Azərbaycanlı yazıçı və Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Həsən Seyidov — Azərbaycan SSR Kənd təsərrüfatı naziri (1955–1959) Əkbər ağa Şeyxülislamov — Azərbaycan Demokratik Respublikasının Kənd təsərrüfatı naziri (1918–1920) Əli İnsanov — Azərbaycan Respublikasının Səhiyyə naziri (1993–2005) Azay Quliyev — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri (2021-ci ildən); Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Ermənistan ərazisində azərbaycanlılara məxsus məscid və dini abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir === Dini abidələr === == A == Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. == Ə == Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi == D == Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. == G == Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. == X == Xudabəndə məscidi == H == Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. == N == Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. == R == Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. == S == Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Ermənistandan qaçqın düşən azərbaycanlılar
Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. == Ermənistandan qaçqın düşən azərbaycanlılar == Yeni tarixdə azərbaycanlılar bir neçə dəfə öz ata baba yurdundan qaçqın düşmüşdür. === 1947–1953 azərbaycanlıların Ermənistandan deportasiyası === 1947 və 1948-ci illərdə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır. SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml SSRİ Nazirlər Soveti Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml 1947–1953-cü illər ərzində 100 minlərlə azərbaycanlı deportasiyaya məruz qalır . Stalin tərəfindən 1947–1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdandan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilmiş, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir.
Fransa azərbaycanlıları
Fransa azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Fransada yaşayan hissəsinin adı. 2012-ci ilə olan məlumata əsasən Fransada 70 min nəfərə yaxın miliyyəti azərbaycanlı olan şəxs yaşayır. Azərbaycanlıların Fransa ilə ilkin təmasları XIX əsrin sonlarına yaxın başlamışdır. Azərbaycan Demokratik Respublikası 1919-cu ildə 100 nəfərə yaxın tələbəni dövlət hesabına təhsil almaq üçün Avropa ölkələrinə, onlardan 42 nəfərini müxtəlif ixtisaslar üçün Fransaya göndərmişdir. Azərbaycan Demokratik Respublikasının SSRİ dönəmində məhdud səviyyədə davam edən əlaqələr Azərbaycanın 1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə etməsinin ardından yenidən inkişaf etməyə başlamışdır. Bu gün azərbaycanlılar əsasən Fransada paytaxt Paris şəhərində, Elzas bölgəsində, Bordo, Marsel və Kann kimi böyük şəhərlərdə yaşamaqdadırlar. == İlkin qarşılıqlı əlaqələr == Fransa ilə Azərbaycan arasında ilkin qarşılıqlı əlaqələrin tarixi XIII əsrə dayanır. Həmin dövrdə müxtəlif fransız səyyahların Azərbaycan və digər qonşu dövlətlərin ərazilərinə səfər məqsədi ilə səyahətlər etmələri məlumdur. Fransiskanlar təriqətindən olan və Fransanın şimalında yerləşən, departamentdən gəlmiş katolik rahib Vilyam Rubrok, 1254-cü ildə Şamaxı şəhərinə gələrək bir müddət burada qalmışdır. Fransız səyyahların Azərbaycana səfər etməkdə əsas başlıca məqsədləri dini missionerlik fəalliyət ilə məşğul olmaq və əsasən həmin zaman mövcud olmuş dövlətlərlə diplomatik-siyasi münsaibətlər yaratmaqdan ibarət idi.
Görkəmli Azərbaycanlılar panteonu
Görkəmli Azərbaycanlılar panteonu — Tbilisidə Azərbaycanın görkəmli ictimai xadimlərin dəfn olunduğu memorial qəbiristanlıq. Burada Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və s. kimi görkəmli şəxslər dəfn edilib. Panteon Botanika bağının ərazisində, köhnə müsəlman qəbiristanlığının yerində yerləşir. == Tarixi == Qəbiristanlıq "Gorxana" adı ilə XVII əsrdə yaradılıb. Şərqi Gürcüstan İrandan vassal asılılıqda olanda, qəbiristanlığın yerləşdiyi rayona seyidlər köçməyə başladılar, ona görə şəhərin bu rayonu Seyidabad adlanmağa başlandı. Həmçinin, Tiflisdə yaşayan bütün müsəlmanları elə bu qəbiristanlıqda dəfn edirdilər. XIX əsrdə qəbiristanlığın ərazisi xeyli genişləndirilmişdir. Adı çəkilən şəxslərdən başqa qəbiristanlıqda general Abdulla-ağa Bakıxanov, Məmməd-Həsən Hacınski, yazıçı və publisist Əliqulu Qəmküsar, aktyor və rejissor İbrahim İsfahanlı, şair Mehdiqulu xan Vəfa, diplomat Behbud ağa Şahtaxtinski, İsa Sultan Şahtaxtinski, Adilə Şahtaxtinskaya, yazıçı və publisist Eynəli bəy Sultanov, yazıçı və publisist Rzaqulu Nəcəfov, Hüseyn Əfəndi Qayıbov, Nazlı xanım Məmmədquluzadə, Həmzət bəy Qayıbov, Müzəffər Nərimanov, Fərəc bəy Sultanov, Mirzəli Abbasov, Abbas Qurbanov, Ənvər Xudaverdiyev, Mustafa Vəliyev, Yusif Hacızadə, Hüseyn Bəhmənov, Rzabala Rzayev kimi mədəniyyət, elm xadimləri və siyasətçilər də dəfn olunub, üstəlik Axundovun ailəsinin üzvləri, onun xanımı Tuba-xanım, oğulu Adil bəy və qızı Seyra, xanımının qardaş və bacıları və Mirzə Şəfi Vazehin xanımı da burada son mənzilini tapmışdılar. Onların bir çoxunun adları bu gün panteonun girişindəki abidəyə həkk olunmuşdur.
Görkəmli azərbaycanlılar
Azərbaycanlıların siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya imperiyası, Azərbaycan xanlıqlarının və Azərbaycanın digər sələfi dövlətlərinin və dünya ölkələrin tərkibində yaşayan azərbaycanlıların siyahısı. Siyahıda həmçinin Azərbaycanda yaşayan digər etnik azlıqlardan olan məşhur şəxslər, eləcə də xaricdə anadan olub, Azərbaycanda aktiv həyatının çox hissəsini yaşayan şəxslər qeyd olunub. Siyahı ad sırası ilə qeyd olunub.
Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası
Gürcüstan azərbaycanlıları
Gürcüstan Azərbaycanlıları — Gürcüstan Respublikası ərazisində yaşayan türkəsilli etnik azərbaycanlılar. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Kvemo Kartli), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan MR-da, həmçinin Tbilisi və Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2014-cü ilədə keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən 233 000 nəfərdir . == Tarix == Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərzisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur. XV–XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik Azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə Azərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrı-seçkilik kimi xarakterizə edilsə də, şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiya edilməsi yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr daha inandırıcı görünür. == Siyasi tarixi == Gürcüstanda yaşayan azərbaycanlılar Qamsaxurdiya zamanında ciddi təzyiqlərə məruz qalmış, dövlət qurumlarında, yerli idarələrdəki azərbaycanlıların əksəriyyəti vəzifələrdən kənarlaşdırılmış, yaşayış məntəqələrinin adları sürətlə gürcüləşdirilmişdir. == Mövcud olmuş milli dövlətlər və dövlət qurumları == Borçalı xanlığı Borçalı Qarapapaq Türk Cümhuriyyəti == Gürcüstanın azərbaycanlılar yaşayan əraziləri == Bu gün Gürcüstanın bir çox bölgəsində və iri yaşayış məntəqələrində azərbaycanlılar kompakt şəkildə məskunlaşıblar. Azərbaycanlılar əsasən Borçalı (Kvemo-Kartli) və Kaxeti regionlarında cəmləşiblər.
Gürcüstan azərbaycanlılarının siyahısı
Gürcüstan azərbaycanlıları siyahısı — Gürcüstan hüdudlarında tarixən yaşayan və ya sadəcə doğulan azərbaycanlılar. Gürcüstanda yaşayan azərbaycanlıların etnik tərkibini qarapapaqlar, qıpçaqlar, saklar, gögərlər və digər türkdilli tayfalar təşkil edir. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Aşağı Kartli diyarı), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan Muxtar Respublikasında, həmçinin Tbilisi, Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2007-ci ilə olan təxminə əsasən sayları 360,000 nəfərdir. Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərazisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur. XV–XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə azərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrı-seçkilik kimi xarakterizə edilsə də, şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiyası yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr daha inandırıcı görünür.
Latviya azərbaycanlıları
Latviya azərbaycanlıları — tarixi Azərbaycan ərazisindən kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Latviya Respublikasında yaşayan hissəsinin adı. == Sayı == Latviyada təxminən 1200 nəfərdən 2000 nəfərə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkəyə əsasən SSRİ dövründə köçmüşlər. Xüsusilə də İkinci dünya müharibəsindən sonra elm, təhsil, sosial-iqtisadi səbəblərlə Latviyaya yüzlərlə azərbaycanlı miqrasiya etmişdir. == Təşkilatları == === "Azəri" Cəmiyyəti === "Azəri" Cəmiyyəti Latviyadakı azərbaycanlıların birləşdiyi ilk ən böyük təşkilat idi. Cəmiyyətin yarandığı gündən məqsədi bu ölkədə yaşayan azərbaycanlıları vahid qüvvə kimi birləşdirmək, Azərbaycan barədə həqiqətlərin, əldə olunmuş nailiyyətlərin, erməni təcavüzünün acınacaqlı nəticələrinin Latviya siyasi və ictimai dairələrinin diqqətinə çatdırmaq və iki ölkə arasındakı əlaqələrdə körpü rolunda iştirak etmək olmuşdur. === "Ocaq" Mədəniyyət Mərkəzi === Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzi Azərbaycanın Latviya səfirliyinin təşəbbüsü və dəstəyi ilə 2007-ci ilin əvvəllərindən etibarən fəaliyyətə başlamışdır. 30 may 2007-ci ildə Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzinin nəzdində Bazar Günü Məktəbi açılmışdır. "Ocaq" Mədəniyyət Mərkəzinin rəhbəri və Riqa Klassik Gimnaziyasının direktoru olan Roman Əliyev 2007-ci ilin yanvar ayında səs çoxluğu ilə Latviya Respublikasının Təhsil Naziri yanındakı Məşvərət Şurasının sədri seçilmişdir. O, eyni zamanda, Latviya Respublikasının Prezidenti yanında Milli Azlıqlar üzrə Dövlət Komissiyasının Sədridir.
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış azərbaycanlıları təmsil edən ictimai birlik idi. İcma, keçən əsrin 80-ci illərin sonlarında vüsət alan Qarabağ müharibəsinin nəticəsində azərbaycanlıların Qarabağ bölgəsindən qovulmasından sonra, 1994-cü ildə fəaliyyətə başlamışdı. 2020-ci ildə Azərbaycan Respublikası İkinci Qarabağ müharibəsi nəticəsində işğal altındakı ərazisinin böyük hissəsini azad etdikdən sonra, 2021-ci ildə İcma öz fəaliyyətini dayandırmışdır. == İcmanın tarixi == Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir. Bununla yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İcmanın fəaliyyətinə hüquqi statusun verilməsi və bir ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli fəaliyyət göstərməsinə imkan yaratdı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayının keçirilməsi oldu. Qurultaya 65 min nəfərdən çox icma üzvünü təmsil edən 350 nəfər nümayəndə seçilmiş, eləcə də qurultayın işində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının 200 nəfərdən çox nümayəndəsi qonaq kimi iştirak etmişdir.
Sovet repressiyası qurbanı olmuş azərbaycanlı hərbçilərin siyahısı
Sovet represiyası qurbanı olmuş azərbaycanlı hərbiçilərin siyahısı
Çar Rusiyası ordusunda qulluq etmiş azərbaycanlı generallar
Çar ordusunun azərbaycanlı generalları — Çar Rusiyasının ordusunda xidmət etmiş azərbaycanlılar. Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828–1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman-azərbaycanlılar orduda xidmət əvəzinə cürbəcür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır və onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. Rusiya-Yaponiya müharibəsinin (1904) gedişində donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S.Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Əbülfət ağa Şahtaxtinski 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir. Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım mirzə Qovanlı-Qacar, Əmənulla mirzə Qovanlı-Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T.Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilət təltif edilmişdir. Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir. Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı olan Abşeron alayı, Dağıstan alayı (No82), Samur alayı (No83), Şirvan alayı (No84), eləcə də Şamaxı alayı (No205) və Səlyan alayı (No206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər. XIX əsrdə XX əsrin əvvəlində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişçişlər.

Digər lüğətlərdə