HARA

HARA – ORA Mən bu sinnimdə hara gedib çıxaram (S.S.Axundov); Ora meyxanadır (S.S.Axundov).

HAMARLAMAQ
HARIN
OBASTAN VİKİ
Ayumi Hara
Ayumi Hara (d. 21 fevral 1979) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 42 oyun keçirib, 2 qol vurub.
Eddi O'Hara
Eddi O'Hara (28 Oktyabr 1943 – 14 Oktyabr 2016) — Müdafiənin sol cinahında çıxış etmiş Şotlandiya futbolçusudur. == Karyerası == Eddi O'Hara Şotlandiyanın Qlazqo şəhərində anadan olmuşdur. O'Hara Falkirk, Şettleston, Roterham Yunayted, Everton, Morotn, Barnsli və Bloemfonteyn Siti klublarında çıxış etmişdir. == Ölümü == O'Hara uzun sürən xəstəlikdən sonra 14 oktyabr 2016-cı ildə 80 yaşında vəfat etmişdir.
Hiromi Hara
Hiromi Hara (d. 19 oktyabr 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 75 oyun keçirib, 37 qol vurub.
Masafumi Hara
Masafumi Hara (d. 21 dekabr 1943) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Natsuko Hara
Natsuko Hara (d. 1 mart 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Natsumi Hara
Natsumi Hara (d. 18 avqust 1988) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hisaiçiro Hara
Hisaiçiro Hara (原久一郎, Hara Hisaiçiro, 10 aprel 1890, Niiqata prefekturası – 19 oktyabr 1971) – Yaponiya ədəbiyyatşünası və tərcüməçisi. Rus ədəbiyyatını tədqiq etmişdir. == Həyatı və karyerası == Hisaiçiro Hara 1890-cı ildə Yaponiyanın Niiqata prefekturasında doğulmuşdur. 1914-cü ildə Vaseda Universitetinin ingilis ədəbiyyatı şöbəsini, 1917-ci ildə Tokio Xarici Dillər Məktəbinin rus dili bölməsini bitirmişdir.1921-ci ildə Vaseda Universitetinin rus dili bölməsində müəllim kimi işləməyə və rus ədəbiyyatının əsərlərini tərcümə etməyə başlamışdır. Lev Tolstoyun yaradıcılığını yaxından öyrənmiş, rus ədəbiyyatındakı idealistik realizmi və humanizmi Yaponiyaya populyarlaşdırmağa çalışmışdır. "Lev Tolstoyun tamamlanmış əsərləri" və "İvan Turgenyevin tamamlanmış əsərləri"ni tərcümə etmişdir. == İstinadlar == == Ədəbiyyat == The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh.
Xəyallar hara gətirə bilər (film, 1998)
Xəyallar hara gətirə bilər (ing. What Dreams May Come) — Riçard Metisonun eyniadlı əsəri əsasında Vinsent Uord tərəfindən çəkilmiş fentezi-dram filmi. Film ən yaxşı vizual effektlər nominasiyasında Oskar mükafatının laureatı olmuşdu. == Məzmun == Kris və Enni tətildə olarkən tanış olurlar. Aşiq olduqdan sonra evlənirlər, vaxt keçdikcə bir oğul və bir qızları da olur. Amma bir gün hər iki övladını avtomobil qəzasında itirirlər. Enni depressiyaya düşür, Kris isə unutmağa çalışaraq pediatr peşəsinə çoxlu vaxt ayırır. Dörd il sonra Kris də avtomobil qəzasına düşərək dünyasın; dəyişir. Ruhu arvadı Enninin yanında qalır, Enni bunu hiss edir, lakin psixikası dözmür. Buna görə Kris onu tərk edir və cənnətə düşür.
Ana harayı (abidə)
Ana harayı və ya Bakıda Xocalı soyqırımı abidəsi — 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım hadisəsi qurbanlarının xatirəsinə Bakı şəhərinin Xətai rayonunda, Şah İsmayıl Xətai metrostansiyası yaxınlığında ucaldılmış abidədir. Layihənin rəhbəri memar Camal Rəşid Əlizadə, abidənin müəllifləri isə Aslan, Mahmud və Teymur Rüstəmovlardır.[1] Hər il soyqırımın il dönümündə Azərbaycan Prezidenti və minlərlə Bakı sakini abidəni ziyarət edir. == Tarixi == Xocalı soyqırımının baş verməsindən sonra, 1993-cü ildə hazırda heykəlin yerləşdiyi yerdə əlində öldürülmüş körpəsinin cəsədini qaldıran gənc ananın dramatik heykəli ucaldılmışdı. Müəllifi Elçin Muxtarov olan abidənin qoyulmasında dövlət büdcəsindən maliyyə xərclənməyib. Abidə vətənpərvər insanların maddi köməkliyi sayəsində başa gəlib. O zaman Xətai Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Zəlimxan Məmmədli qeyd edir ki, "...sonra o abidənin başına yüz oyun açdılar. Düz beş dəfə söküb-tikdilər. Nəhayət ki, götürüb harasa apardılar, başqası ilə əvəzlədilər."2008-ci ildə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən mövcud abidənin daha böyük abidə ilə əvəz edilməsi qərara alınır və bu məqsədlə yeni heykəlin hazırlanması üçün Aslan, Mahmud və Teymur Rüstəmovlara müraciət olunur. Beləliklə abidənin hazırlanması işinə heykəltaraşlar ailəsi cəlb edilmişdir.Heykəlin müəlliflərindən biri olan Teymur Rüstəmov bildirir ki, "Bir kompozisiyada Xocalı gecəsində baş vermiş bütün faciələri və dəhşətləri əks etdirmək lazım idi, əlində ölmüş uşaq tutmuş qadın isə bu təsvirdə açar rolunu oynadı." Heykəlin digər müəllifi Mahmud Rüstəmov isə qeyd edir ki, Abidə kompleksin məzmununda elə ciddi dəyişiklik olmayıb. Hər iki heykəldə ana öldürülmüş körpəsini əlləri üzərində tutub.
Azadlıq haradadır? (film, 1954)
Azadlıq haradadır? (it. Dov'e la liberta...?) — 1954-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik filmdir. == Xarici keçidlər == Scheda,foto,videoclip,locandine Azadlıq haradadır? Scheda + videoclip Azadlıq haradadır? Azadlıq haradadır? — Internet Movie Database saytında.
Balıqların harayı (film, 1990)
Balıqların harayı qısametrajlı sənədli filmi rejissor Ramiz Əliyev tərəfindən 1990-cı ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Filmdə respublikamızda ərzaq proqramının tərkib hissəsini təşkil edən balıqçılığın inkişafına mənfi təsir göstərən amillərdən söhbət açılır. == Məzmun == Filmdə respublikamızda ərzaq proqramının tərkib hissəsini təşkil edən balıqçılığın inkişafına mənfi təsir göstərən amillərdən söhbət açılır. Film əyani şəkildə göstərir ki, Xəzər və ona tökülən çayların hamısı ekoloji fəlakət həddindədir. Buna baxmayaraq dənizin çirklənməsi gərgin şəkildə davam edir.Film xəbərdarlıq edir ki, Xəzər həm də İttifaqın Avropa və Asiya hissəsi üçün yeganə oksigen mənbəyidir. Ona görə də ekologiyanın pozulması insan üçün gözlənilməz nəticələrə gətirib çıxara bilər.
Boko Haram
Boko Haram (əsl adı: Camaat’u Əhlus-Sünnə lid-Da’va vəl Cihad) - Nigeriyanın radikal islam sektası. 2002-ci ildə Nigeriyanın şimalında Məhəmməd Yusif adlı şəxs tərəfindən yaradılıb. Əsas məqsədi bütün Nigeriya ərazisində şəriətin tətbiqi və qərb həyat tərzinin silinməsidir. 2014-cü ilin may ayında BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına salınıb. == Təşkilatın məqsədi == Boko Haram müsəlmanların qərb cəmiyyətinə bənzər istənilən siyasi və ictimai fəaliyyətini "haram" sayaraq, qadağan edir. Boko Haram Nigeriya dövlətinin imansızlar tərəfindən idarə edildiyini hesab edir. Qrupun rəsmi adı "Cama'atu Əhlis Sünnə Liddə'əvəti vəl-Cihad" ərəbcə "Peyğəmbərin təlimini və cihadı təbliğ etməyə əqidəli olanlar" deməkdir. Qruplaşmanın yerləşdiyi ölkənin şimal-şərqində yerləşən Maiduguri şəhərinin sakinləri bu təşkilatı daha qısa adla - Boko Haram deyərək çağırırlar. Hausa dillindən bu ad "Qərb təhsili haramdır" kimi tərcümə edilir. Əvvəlcə "boko" saxta demək idi, amma Qərb təhsili mənasını daşımağa başladı.
Boz Qurdun Harayı (1991)
Boz qurdun harayı qısametrajlı sənədli filmi rejissorlar Tofiq Məmmədov və Ramiz Əliyev tərəfindən 1991-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olunmuşdur.
Boz qurdun harayı (film, 1991)
Boz qurdun harayı qısametrajlı sənədli filmi rejissorlar Tofiq Məmmədov və Ramiz Əliyev tərəfindən 1991-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olunmuşdur.
Canis harappensis
Dinqo (lat. Canis lupus dingo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Chrysanthemum haradjanii
Tanacetum haradjanii (lat. Tanacetum haradjanii) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü. == Sinonim == Chrysanthemum haradjanii Rech.f.
Euseius haramotoi
Euseius haramotoi (lat. Euseius haramotoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Fukusaburo Harada
Fukusaburo Harada — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Hamı haradadır
Harab (Bostanabad)
Harab (fars. هراب‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 276 nəfər yaşayır (68 ailə).
Haradasan? (roman)
Haraiki
Haraiki (fr. Haraiki) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Şimali Marutea atolundan 42 km şimal-qərbdə yerləşir. Adada meteostansiya fəaliyyət göstərir. == Coğrafiya == Atoll üçbucaq formaya malikdir. Atollun sahəsi 4 km²-dir. Daxilində laqun vardır. Laqun okeanla kiçik boğazla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 58 nəfər yaşayır.
Harakiri
Seppuku (yapon: 切腹) və ya harakiri (yapon: 腹切) – Yaponiya mədəniyyətinə xas intihar adəti. Məlum olan ən qədim seppuku aktı XII əsrin II yarısında samuray Minamoto Tametomo və şair Minamoto Yorimasa tərəfindən icra edilib. Seppuku Qərbdə daha çox harakiri (腹 切 り – "qarnı kəsmək") kimi tanınır. == Etimologiyası == Harakiri (腹切り) və seppuku (切腹) sözlərinin heroqlifləri eyni olsa da, yazılanda onlar əksinə yazılır. "Seppuku" termini iki çin-yapon köklərindən ibarət "setsu" (切 – "kəsmək") və "fuku" (腹 – "qarın"), harakiri isə 腹 [hara] "qarın", 切 [kiri] "kəsmək" sözlərindən ibarətdir. Harakiri termini daha çox (Amerika ingiliscəsində danışanlar tərəfindən işlədilir) yapon dilində danışmayanlara tanışdır. "Niyə günümüzdə harakiri sözü seppukuya nisbətən daha məşhurdur?" – deyə sual etsəniz, deməliyəm ki, "harakiri" sözü yapon dilində "qarın deşmək" mənasına gəldiyinə görə arqo olaraq qəbul edilir. Qısası, seppuku mərasimi "şərəfli ölüm yolu" hesab edilsə də, avropalılar, yəni gəlmələr anlamadıqlarına görə, "nəticədə qarın kəsirlir" mənasında onu harakiri ilə əvəz edib. Ondan sonra xaricdə necə ki geişalar fahişə kimi tanıdılıb, seppuku da harakiri kimi yaddaşlara həkk olunub. Bu yerdə 1962-ci ildə ekranlaşdırılan "Seppuku" filmini xatırlatmaq istərdim.
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı.
Haray (film)
Haray (film, 1989) —
Haray (film, 1990)
== Məzmun == Film öz sənət dünyası ilə yaşayan bir sənətkarın-sazbəndin yaşantıları haqqında hekayətdir. Belə ki, qurumuş ağac lətif bir saza çevrilir. Bunun rəmzi mənası vardır: həyatda gözəllik, rahatlıq, zövq bəxş edən nə varsa məhvə məhkum deyil, çünki bu yaradıcılıq məhsullarının hər birində insan qəlbinin hərarəti duyulur. == Festivallar və mükafatlar == 1) 1991-ci ildə Bakıda "Şərqdən Baxış" devizi altında keçirilən Beynəlxalq Gənclər filmləri kinofestivalı Kinolent sənədli filmlər üzrə Baş Prizə layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı Operator: İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Haray (film, 1993)
"Haray" — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmun == Film Xocalı faciəsi haqqındadır. Burada iki yeniyetmənin — qardaşla (Tacir Əzizov) bacının (Nüşabə Abdullayeva) düşmən əhatəsindən çıxmaq üçün olmazın əzablara qatlaşmalarından danışılır. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri olmazın əzablara şahid olan iki yeniyetmə, çıxış yolunu özlərini dağdan atmaqda görürlər. == Film haqqında == Kinolent yazıçı Nüşabə Məmmədovanın "Haray" pyesinin motivləri əsasında çəkilmişdir. Film Qurani-Kərimin Fatihə surəsi ilə başlayır. Filmin çəkilişlərinə Xocalı, Hacıkənd, Xanlar (indiki Göygöl), Goranboy rayonlarının və Gəncə şəhərinin camaatı köməklik göstərmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nüşabə Məmmədova, Eldəniz Quliyev Quruluşçu rejissor: Oruc Qurbanov Quruluşçu operator: Rövşən Quliyev Quruluşçu rəssam: Asif Məmmədov Bəstəkar: Qalib Məmmədov Səs operatoru: Əsəd Əsədov Rejissor: Ənvər Həsənov Operator: Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi), Vaqif Muradov Rejissor assistenti: Mirvahab Əmirov Operator assistenti: Nadir Mehdiyev Montaj edən: Rəfiqə İbrahimova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Məsləhətçi: Yusif Məmmədov (polis polkovniki) İşıq ustası: Sabir Əliyev, Akif Rəhimov İnzibatçı: Hümbət Abbasov, Vladimir Şevulov, Çingiz Əliyev Çalır: Rafiq Babayevin İdarəsi ilə İnstrumental Ansambl Mahnı ifa edən: Brilliant Dadaşova, Azər Zeynalov Musiqi redaktoru: İsmayıl Dadaşov Redaktor: Ziyafət Abbasov Filmin direktoru: Əlfi Şükürov === Rollarda === Nüşabə Abdullayeva — bacı Tacir Əzizov — qardaş Pərvanə Qurbanova Xələf Cəfərov Dokoşto Erneşto — zənci əsgər Konstantin Artyomov Qədir Həsənov Y.Məmmədov Səidə Quliyeva — ana Maya Məmmədova S.İsmayılov R.Nadirov Məmmədəli Balayev C.Məmmədov == Çəkilişə köməklik edən qurumlar == Gəncə Toxuculuq Kombinatı Gəncə Şəhər İcarə Mətbəəsi Gəncə Sənaye-Ticarət Birliyi Qarabağ Əlillərinin "Xatirə" Xeyriyyə Cəmiyyəti Bakı-Qafqaz Enerjitəmir İdarəsi == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Haray (film, 2004)
== Məzmun == Filmdə ermənilərin xalqımızın başına gətirdiyi faciə və müsibətlər arxiv materiallarına əsasən real süjetlər əsasında əks etdirilir. Bu haray Qarabağın harayıdır. Bu haray Şuşadan didərgin düşmüş qaçqınlarımızın, Natəvanın, Üzeyirin, Bülbülün güllələnmiş daş heykəllərinin harayıdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Aydın Dadaşov Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Operator: Sərdar Vəliyev, Rəfael Salamzadə Səs operatoru: Əsəd Əsədov Musiqi tərtibatçısı: Rauf Əliyev Montaj edən: Samirə Seyidbəyli (Samirə Seyidbəyova kimi) Kompüter dizaynı: Rauf Umud İcraçı prodüser: Kamil Məmmədov Mətni oxuyan: Əliabbas Qədirov == Çəkilişə köməklik edən qurumlar == Bülbülün Ev Muzeyi Üzeyir Hacıbəyovun Ev Muzeyi Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyi == Çəkilişə kömək edənlər == Adilə Məmmədova Səadət Qarabağlı Altay Hacıyev (xalq rəssamı) Elton Avalov (sənətşünas-rəssam) Rəfael Gülməmmədov == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.
Haray (roman)
Haray — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. == Məzmun == Əsərin qəhrəmanı Kazım kişi qəzaya uğradığı gəmidə tənha qaldığı günlərdə ömrünün müxtəlif mərhələlərində rastlaşdığı yaxşı, pis adamları yada salır, təzadlı hadisələri xatırlayır. Beləliklə, Xəzər dənizi və Kür çayı gəmiçilərinin bir neçə nəslinin sevincli, fərəhli, həm də çətin, dolanmbac yollu həyat salnaməsi gözlərimiz qarşısında canlanır.
Harayçı qu quşu
Harayçı qu (lat. Cygnus cygnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü. Uzunluğu 140-160 sm, qanadlarının genişliyi 205-235 sm-dir. Çəkisi 8-15 kq arasında dəyişir. == Statusu == Adi saylıdır. == Qısa təsviri == Fısıldayan qulələyə oxşayır, lakin ondan az kiçikdir (5-10 kq). Xoş səsi var: “anqa-a, anqa-a”. Rəngi qar kimi ağdır. Dimdiyi qaradır, yalnız ucu sarıdır. Suda və yerdə boynunu dik saxlayır.
Harayçı qulələk
Harayçı qu (lat. Cygnus cygnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü. Uzunluğu 140-160 sm, qanadlarının genişliyi 205-235 sm-dir. Çəkisi 8-15 kq arasında dəyişir. == Statusu == Adi saylıdır. == Qısa təsviri == Fısıldayan qulələyə oxşayır, lakin ondan az kiçikdir (5-10 kq). Xoş səsi var: “anqa-a, anqa-a”. Rəngi qar kimi ağdır. Dimdiyi qaradır, yalnız ucu sarıdır. Suda və yerdə boynunu dik saxlayır.
Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?
“Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?" (fr. D’où venons nous? Que sommes nous? Où allons nous?) — Pol Qogenin ən məşhur rəsmlərindən biri. 1897-1898-ci illərdə Taitidə yaradılmış bu əsər hal-hazırda ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Təsviri sənət muzeyindədir . == Tarixi == Pol Qogen 1891-ci ildə Taitiyə doğma Fransadan daha təbii və sadə bir cəmiyyət axtarmaq üçün gəlmişdi. Fərdi mifologiyasını ifadə edən bir neçə başqa rəsm əsəri ilə yanaşı, o, bu rəsmə 1897-ci ildə başlamış və 1898-ci ildə tamamlamışdır. Rəssamın özü bu əsərini fikirlərinin ülvi zirvəsi hesab edirdi.

Digər lüğətlərdə

вагра́ночный павли́ный приру́бный центрова́льный мо́йва наспирто́вывать нефроло́гия правотво́рец решётце шлёпанье я́щер севрук broché camellia red cloud seeding encircling genocidal high-quality immediacy pagan quasi secret ввезти поляризовать стрепет