İĞTİŞAŞ

İĞTİŞAŞ – SÜLH Hər yerdə iğtişaş, hər yerdə üsyan;Alovlu nəğmələr ucalır göyə (S.Rüstəm); Hamı sülh istəyir (Mir Cəlal).

İFRİTƏ
İXTİLAF
OBASTAN VİKİ
2009-cu il Urumçi iğtişaşları
2009-cu il iyul Urumçi iğtişaşları və ya Urumçi qarşıdurması — Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda başlayan və qarşıdurmalarla, iğtişaşlarla müşayiət olunaraq bir müddət davam edən hadisələr zənciri. İğtişaşlara səbəb Quanqdonqda yayılmış əsassız şayiələrdən sonra etnik hanlar tərəfindən iki uyğurun öldürülməsi və qatillərin həbs edilməməsi oldu. İğtişaşlar təxminən 1000 nəfər uyğurun etirazları ilə başladı. Lakin hadisələr tədricən başqa məcraya doğru inkişaf etdi və hanları hədəfləyən hücumlar həyata keçirildi. Çin Xalqının Silahlı Polisi hazır vəziyyətə gətirildi və 2 gün sonra yüzlərlə han həm polislərlə, həm də uyğurlarla döyüşməyə başladı. Çin Xalq Respublikası rəsmilərinin açıqladığı rəqəmə görə əksəriyyəti hanlardan olmaqla, ümumilik 197 nəfər həyatını itirmiş, 1721 nəfər yaralanmış, xeyli sayda maşın və bina dağıdılmışdı. İğtişaş günlərindəki polis axtarışları zamanı yoxlanılan bir çox uyğur yoxa çıxdı. Human Rights Watch-un bildirdiyi məlumata görə, belə halların sayı 43 nəfərdir. Real rəqəmlərin isə daha yüksək olması ehtimal edilir.Etirazlar Çinin cənubunda yerləşən Şaoquanda baş vermiş hadisəyə etiraz üçün başlanmışdı. Həmin hadisə zamanı iki uyğur qətlə yetirilmişdi.
2011-ci il Bəhreyn iğtişaşları
Bəhreyndə müxalifətin çağırışı ilə "Qəzəb günü" aksiyası planlaşdırılır. Aksiyadan öncə polislə nümayişçilər arasında toqquşma olub. Təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Karzakan şəhərindəki bir şiə kəndində baş verən toqquşmada gözyaşardıcı qaz və plastik güllədən istifadə edib. Olayda yaralananların olduğu bildirilir. Qeyd edək ki, Bəhreyndə çoxluqdakı şiələr iqtidardakı sünni ailəsini onlara qarşı sistemli ayrı-seçkilik etməkdə suçlayırlar. Bəhreyn Kralı Həmad bin İsa Əl Xəlifə gərginliyi azaltmaq üçün hər ailəyə 2650 dollar verəcəyini açıqlayıb, hökumət isə keçən ilki təhlükəsizlik əməliyyatlarında həbs edilən, yaşı 18-dən az olan uşaqların azadlığa buraxılacağını vəd edib.Bəhreyndə kütləvi etiraz aksiyaları davam edir. Müxalifətdəki şiə "İslam Milli Birlik Assosiasiyası" Partiyası ("Vəfaq") ölkə parlamentindəki fəaliyyətini müvəqqəti dondurmaq qərarına gəlib. Vəfaq" bu minvalla paytaxt Manamada polisin dinc nümayişçilərə atəş açmasına və vətəndaşların güllələnərək öldürülməsinə etiraz edir. Partiya 40 yerlik Bəhreyn parlamentində 18 mandata malikdir. "Əl Misri əl Yəum" bildirir ki, Bəhreyndə xalqın etiraz aksiyaları səngimir.
2011-ci il Hindistan iğtişaşları
2011-ci il Hindistan iğtişaşları — Şərq ölkələrinin əksəriyyətini bürümüş etiraz hərəkatının tərkib hissəsidir. 2011-ci ilin fevral ayında Hindistanın paytaxtı Yeni Dehli şəhərinin küçələrinə 100 mindən çox insan axışıb. Onlar işsizliyin və ərzaq məhsullarının qiymətinin artırılmasının qarşısının alınmasını tələb edirlər. Bu, yüksək vəzifəli hökumət məmurlarının korrupsiya qalmaqalında adlarının hallanması fonunda son illər Hindistanda hökumət əleyhinə keçirilən ən böyük kütləvi aksiyadır.
2011-ci il Küveyt iğtişaşları
Toqquşma nəticəsində ən azı 30 nəfər yaralanıb. Əl-Cahar şəhərində keçirilən aksiyada mindən çox insan iştirak edib. Onlar əsasən köçəri həyat tərzi keçirən sakinlərdir. Nümayişçilər iş, pulsuz təhsil, tibbi xidmət tələb edib, Küveytin digər vətəndaşlarından fərqli olaraq, onlara bu imkanların yaradılmamasının ədalətsizlik olduğunu bildiriblər. Polis 50-dək nümayişçini həbs edib.Əmirliyin vətəndaşları bütün kommunal xərclərdən azad edildi, onların maaşları 2 dəfə artırıldı. Bundan başqa, hər kəsə pulsuz yemək və ayda 3500 dollar verilir... Ərəb ölkələrində kütləvi narazılıqlar və nümayişlər başlanandan sonra Küveyt əmirliyinin rəhbərliyi yaşananlardan nəticə çıxarmağa çalışıb. Əmirliyi idarə edən əs Səbah ailəsi dünyada indiyədək misli görünməmiş iş görüb və bir gecənin içində təəbələrini feodalizmdən kommunizmə keçirib. Prinsip etibarilə Küveytin yerli əhalisi olan 1 milyon ərəb indiyə qədər də pis yaşamırdı. Dünya neft ehtiyatlarının 9 faizinə malik olan əmirliyin yerli əhalisi bütün işləri mühacirlərin boynuna qoyub.
2011-ci il Liviya iğtişaşları
Liviya vətəndaş müharibəsi — 1969-cu ildən hakimiyyətdə olan Müəmmər Qəddafi və Ərəb Liqası, Avropa Birliyi, NATO və digər beynəlxalq təşkilatlar və dövlətlər tərfindən dəstəklənən Liviya Milli Keçid Şurası arasında baş vermiş hərbi münaqişə. == Tarixi == Münaqişə 2011-ci ilin fevral ayında вaş vermiş çıxışlar nəticəsində başladı. Bu çıxışlar Tunis və Misirdə yerli hakimiyyətlərin devrilməsilə nəticələnən tədbirlər səbəbilə başladı və qısa müddət ərzində vətəndaş müharibəsinə çevrildi. Qəddafinin əleyhdarları ölkənin şərqindəki bir sıra şəhərləri ələ keçirərək, Liviya qoşunları o cümlədədn də Afrikanın digər ölkələri, Çad Qvineya, Nigeriya, Kot-d'İvuardan olan muzdlularla amansız çarpışmalara girişdilər.}} Martın 5-də üsyançılar Liviya Milli Keçid Şurasının yaradıldığını və onun ölkədə legitim olan yeganə hakimiyyət mənbəyi olduğunu elan etdilər. Beynəlxalq ictimaiyyət bir neçə ölkəni çıxmaq şərti ilə Qəddafi və ona sadiq qoşunların hərəkətlərini tənqid etmişdi. Beynəlxalq Cinayətlərə dair Məhkəmənin rəyinə əsasən, Qəddafi bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilə bilərdi. 2011-ci ilin fevralın 26-da BMT Təhlükəsizlik Şurası Qəddafi və ona sadiq insanlara qarşı olan 1970 saylı qətnamə qəbul etdi. Daha sonra martın 18-də qəbul edilmiş 1973 saylı qətnamə ilə Liviya üzərində uçuşsuz bölgə yaradılır və silahsız xalqın müdafiəsi üçün "beynəlxalq işqal güclərinin hansısa formada istınilən Liviya ərazisində mövcudluğu" istisna olmaqla, istənilən addıma yol verdirdi. Bundan sonra, Qəddafi qüvvələrinin nəzarət etdiyi obyektlər bombalamalara məruz qalmışdı. Beynəlxalq qüvvələrin işə qarışması müharibənin gedişini dəyişdirdi.
2011-ci il Mavritaniya iğtişaşları
Yaxın Şərqdə baş qaldıran etiraz dalğası Mavritaniyaya da çatdı. Ölkədə islahatların aparılması tələbi ilə mitinq keçirilib. Bu barədə yerli polis nümayəndələri məlumat yayıb. Məlumata görə, mitinq dinc mahiyyət daşıyıb. Onların sözlərinə görə, mindən artıq insan paytaxt Nuakşotda sosial ədalətsizliyin aradan qaldırılması, həyat keyfiyyətinin yaxşılaşdırılması və işsizlik səviyyəsinin aşağı salınmasını tələb edib. Mitinqçilərin əksəriyyəti tələbələr və gənc insanlar olublar. Xatırladaq ki, fevralın 24-də Mavritaniyanın baş naziri Mulay uld Məhəmməd Laqdaf bəyan edib ki, hakimiyyət siyasi söz və nümayiş azadlığına zəmanət verir. O həmçinin qeyd edib ki, hökumət sosial problemlərin həllinə də səy göstərir.
2011-ci il Mərakeş iğtişaşları
2011-ci il Mərakeş iğtişaşları - Mərakeşdə kral VI Məhəmmədin hakimiyyətinə son qoyulması tələbi ilə keçirilən aksiyalar faciəvi hadisələrə yol açmışdır. Əl-Xoseym şəhərində aksiyaçılar bir bankın şöbəsini yandırıblar. Həmin vaxt binada olan 5 bank işçisi diri-diri yanıb. Mərakeş hakimiyyəti hadisə ilə bağlı araşdırma başladığını bəyan edib. Ümumiyyətlə, aksiyalar zamanı 128 nəfər yaralanıb, 120 nəfər saxlanılıb. Rabat və Kasablanka şəhərlərində keçirilən aksiyalar dinc xarakter daşısa da, mağazaları talan edən qruplar meydana gəlmişdi. Qeyd edək ki, Mərakeşdə 20 Fevral Hərəkatı “Facebook” sosial şəbəkəsi vasitəsi ilə ölkədə kral hakimiyyətinə, korrupsiyaya son qoymaq, həyat şəraitini yaxşılaşdırmaq tələbləri ilə aksiya təşkil edir.Mərakeşdə minlərlə nümayişçi paytaxt Rabatın küçələrinə çıxaraq kralın səlahiyyətlərinin azaldılmasını, korrupsiya ilə mübarizənin aparılmasını və siyasi islahatlar tələb ediblər. Nümayişlərə polis müdaxilə etməyib, etirazçılar əllərində Tunis və Misir bayraqları tutublar. Nümayişlərin təşkilatçısı olaraq “20 fevral hərəkatı” adlanan, Facebook səhifələrində qurulan hərəkat çıxış edir. Hərəkatın Facebook səhifəsində 19 mindən çox davamçısı qeydiyyatdan keçib.
2011-ci il Oman iğtişaşları
Qadınlar da daxil olmaqla, yüzlərlə insan paytaxt küçələrinə çıxıb. Onlar hökumətdən siyasət, iqtisadiyyat, təhsil sahələrində dəyişikliklər tələb edir. Nümayişçilər korrupsiya, qiymətlərin artımı halları ilə mübarizəyə səsləyən şüarlar da səsləndirib. Polis aksiyaya müdaxiə etməyib və o, tam dinc şəraitdə keçib. Nümayişin təşkilatçıları haqda məlumat verilmir. Aksiyada daha çox gənclərin iştirak etdiyi bildirilir.Omanın Sohar və cənubdakı Salah şəhərlərində küçələrə çıxmış nümayişçilərlə polis və hərbçilər arasındakı toqquşmalarda 2 nəfər həlak olub, 8 nəfər yaralanıb. Etiraz aksiyası keçirən müxalifətçilər ölkədə siyasi islahatların keçirilməsini tələb edirlər. Polis Soharda nümayişi dağıtmaq üçün əvvəlcə rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib, sonra isə vətəndaşlara atəş açıb. Şəhərə qoşun yeridilib.Omanda hökumət əleyhinə keçirilən nümayişlərdən qorxuya düşən Oman sultanı Sultan Kabus Bin Səid təcili sürətdə 50 min insana yeni iş yerinin açılması barədə əmr verib.(dunyabulteni) Sultanın verdiyi digər bir əmrlə hazırda dövlət qeydiyyatında işsiz olaraq düşən şəxslərə hər ay 390 dollar yardım ayrılacaq. Sultan həmçinin Sohar şəhərinə nümayişçilərlə danışıqlar aparılması üçün Kral Məhkəməsi Divanının başçısı Seyid Əli Bin Hamid Əl Buseydini göndərib.
2011-ci il Suriya iğtişaşları
Suriyada vətəndaş müharibəsi – Suriyada 2011-ci ilin mart ayından bəri davam edən, hökumət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedən silahlı qarşıdurmadır. Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlayıb. Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. İlk öncə nümayişlər dinc xarakterli olsa da, daha sonradan nümayişçilər arasında peyda olan təxribatçılar tərəfindən polisə və nümayişçilərə atəş açılıb. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri rəsmi isə 100 nəfər həlak olub. Artıq 9 ilə yaxındır ki, davam edən toqquşmalarda milyonlarca insanın həlak olduğu qeyd edilir. Hal hazırda Suriyada əsas qüvvələr müxalif qüvvvələrin dəstəkçisi Türkiyə ilə Rejim qüvvələrinin dəstəkçisi Rusiyadır. Fevral ayının 29-da İdlibdə Rusiya Hərbi Hava Qüvvələri tərəfindən Türk Silahlı Qüvvələri mövqeyinə açılan raket zərbələri nəticəsində rəsmi 33, qeyri-rəsmi isə 100dən çox Mehmetçik şəhid olmuşdur. Hal hazırda Türk Silahlı Qüvvələrinin dəstəyi ilə Müxalif Qüvvələr Saraqib yaxınlığında Rejim qüvvələriylə şiddətli atışmalara girmişdir. == Etiraz nümayişləri == Suriyanın Dəraa şəhərində polis və hərbçilərə küçələrə çıxmış nümayişçilər arasındakı təxribatçılar tərəfindən atəş açılıb.
2011-ci il Səudiyyə Ərəbistanı iğtişaşları
Hökumət əleyhinə nümayişə çıxmış kütlə ilə polis arasında toqquşma başlayıb. Qətif şəhərində başlanmış toqquşmada polis səs qumbaralarından, rezin dəyənəklərdən istifadə edir. Bunun nəticə vermədiyini görən asayiş keşikçiləri havaya atəş açmağa başlayıb. Ən azı 1 nəfərin güllə yarası aldığı bildirilir. . Səudiyyə Ərəbistanın iqtidarın istefasını tələb edən qüvvələrlə polis arasında toqquşma olub. Ölkənin cənubunda əhalinin böyük hissəsini şiələrin təşkil etdiyi zəngin neft ehtiyatlarına malik Qətif bölgəsində keçirilən mitinqə polis sərt şəkildə müdaxilə edib. Polis öncə nümayişçilərə dağılışmağı əmr edib, sonra isə havaya atəş açıb. Daha sonra toqquşmalar başlayıb və 15 nəfər yaralanıb. Polisin aksiyanı dağıtmaq üçün həqiqi güllələrdən istifadə etdiyi bildirilir. Səudiyyə Ərəbistanı hökuməti şiələri İranın qızışdırdığını iddia edir.
2011-ci il Yəmən iğtişaşları
Yəmənin paytaxtı Sana şəhərində 30 ildən çoxdur ölkəni idarə edən prezident Əli Abdulla Salehin istefası tələbi ilə kütləvi aksiyalar başlayıb. Nümayişlərdə minlərlə adam iştirak edir. Mitinqlər Sana Universiteti də daxil olmaqla şəhərin 4 nöqtəsində başlayıb. Nümayişçilər hökumət əleyhinə şüarlar qışqırır. Qeyd edək ki, yanvarın 26-da Yəmənin cənubundakı şəhərlərin birində Fuad Sultan adlı sakin özünə od vurub. O, ağır dərəcəli yanıqlar alıb. İntihar cəhdinin səbəbi taksi sürücüsü işləyən F. Sultanın ailəsinin ehtiyaclarını ödəməkdə çətinlik çəkməsidir. Xatırladaq ki, Tunisdə icazəsiz ticarətlə məşğul olan gənc satdığı meyvə-tərəvəz polis tərəfindən müsadirə edildikdən sonra özünü yandırmış, bundan sonra ölkədə kütləvi etirazlar başlamışdı. Daha sonra Misirdə işsizlik, korrupsiya və qiymətlərin yüksək olmasına etiraz edən bir neçə nəfər özünü yandırıb və bu ölkədə də hakimiyyətə qarşı kütləvi aksiyalar başlayıb.Tunis və Misirdə baş verənlərdən həvəslənən yəmənlilər prezident və hökumətin istefasını tələb edir. "Xalq başqa prezident istəyir", – deyə nümayişçilərdən biri bildirir.
2011-ci il İordaniya iğtişaşları
İordaniya paytaxtında hökumət tərəfdarları ilə islahat tələb edən nümayişçilərin toqquşması ilə etiraz aksiyaları zorakı xarakter alıb. Şahidlər hökumət tərəfdarlarının nümayişçilərə hücum etməsi nəticəsində səkkiz adamın yaralandığını deyirlər.Yüzlərlə adam bu gün paytaxt Əmmanda islahatlar tələbi ilə nümayişə çıxıb. Bu nümayişlər ərəb dünyasında baş qaldıran inqilab dalğası fonunda keçirilir. İordaniyalılar konstitutsional islahatlar və Kral Abdullahın səlahiyyətlərinə məhdudiyyətlər qoyulmasını tələb edirlər.İordaniya kralı Abdulla ölkədə ümumi narazılıq fonunda xalqın hökumətdə rolunun artırılmasına imkan vermək üçün ən tez zamanda əsl siyasi islahatlar keçirilməsinə çağırıb. Kral Abdulla hökumət rəsmiləri, hakimlər və qanunvericilərə deyib ki, o, korrupsiyaya qarşı mübarizə səylərinin artırılmasını istəyir. İordaniyada yanvar ayından siyasi və iqtisadi dəyişikliklərin edilməsi məqsədilə nümayişlər keçirilir.İordaniyada minlərlə adam hökumətdə islahatlar və parlament seçkiləri tələbi ilə etiraz aksiya keçirib. Bu ölkədə etirazlar həftələrdir ki, səngimək bilmir. Amerikanın səsinin Əmmandakı müxbirinin bildirdiyinə görə, nümayişçilər "insanlar seçilmiş parlament tələb edir" şüarı səsləndirib. Etirazçılar minlərlə polis tərəfindən mühasirəyə alınıb. Aksiya iştirakçıları kral Abdullanın təyin etdiyi keçmiş və bu yaxınlarda vəzifəsindən kənarlaşdırılan baş nazirləri pisləyib.
2011-ci il İran iğtişaşları
İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi Daxili İşlər Nazirliyinə müraciət edərək Misir və Tunis xalqlarına dəstək vermək üçün fevralın 14-də paytaxt Tehranda kütləvi yürüş keçirməyə icazə verilməsini istəyiblər.Nazir Mustafa Məhəmməd Nəccara müraciətdə deyilir: "Möhtərəm daxili işlər naziri cənab Nəccar! Bölgədəki xalq hərəkatlarına, o sıradan da hakim istibdada qarşı qiyama başlamış Misir və Tunis xalqlarına dəstək vermək üçün ölkə konstitusiyasının toplantıların keçirilməsinin azad olması ilə bağlı 27-ci bəndini nəzərə alaraq fevralın 14-ü İmam Hüseyn meydanından Azadlıq meydanı istiqamətində xalq yürüşünün keçirilməsinə icazə verilməsini tələb edirik".Misir və Tunisdə hökumət əleyhinə nümayişlərlərlə həmrəylik nümayiş etdirmək üç yürüşə çağırdığına görə müxalifət lideri Mehdi Kərrubini ev dustağı ediblər. Veb səhifədə deyilir ki, Kərrubinin evinin qarşısında dayana təhlükəsizlik qüvvələri onun ailə üzvlərinin evdən çıxmasına icazə verməyib. Dünən İranın baş prokuroru bildirib ki, Kərrubi və digər müxalifət lideri Mir Hüseyn Musəvinin bazar ertəsi nümayiş keçirmək üçün etdikləri müraciət istədiyi iranlılar arasında parçalanma yaratmaq məqsədi güdür.İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") üzvü, Tehranın "Məhəmməd Rəsulullah" ordusunun komandanı Hüseyn Həmədani fevralın 9-da jurnalistlərə açıqlamasında Tunis və Misir xalqlarının qiyamına dəstək verməyə hazırlaşan müxalifətə qarşı sərt bəyanatlar səsləndirib. Müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi fevralın 7-də Daxili İşlər Nazirliyinə müraciət edərək Misir və Tunis xalqlarına dəstək vermək üçün fevralın 14-də paytaxt Tehranda kütləvi yürüş keçirməyə icazə verilməsini istəyiblər. "Media forum" saytının məlumatına görə, müxalifət rəhbərlərini "cənazə" adlandıran Hüseyn Həmədani onları casusluqda günahlandırıb: "Fitnəçilər cənazədən başqa bir şey deyillər. Biz onların hər hansı bir hərəkətini yerindəcə şiddətlə əzəcəyik. Fitnəçilər bilməlidir ki, biz onları əks-inqilabçı və casus hesab edirik, onlarla çox kəskin davranacağıq".İranın müxtəlif şəhərlərində minlərlə insan küçə və meydanlara çıxaraq "25 bəhmən hərəkatı" adlı etiraz nümayişlərinə başlayıblar. İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi iranlıları bazar ertəsi küçələrə çıxaraq nümayiş keçirməyə çağırmışdılar.Hazırda İran paytaxtı Tehran küçələrində həddən ziyadə polis və xüsusi təyinatlı birləşmələrəin əməkdaşları var. Motosikletlərdə hərəkət edən polis əməkdaşları və "Bəsic" korpusunun mənsubları müxalifətçilərin küçələrə yığışmasına yol verməməyə çalışırlar.
2011-ci il İraq iğtişaşları
2011-ci il İraq iğtişaşları Tunis və Misir inqilablarının ardınca baş verdi. Onlar ən az 45 nəfərin ölümü, hansı ki, ən 29-u 25 fevral 2011-ci ildə ölmüşdü, ilə nəticələndi. 25 fevral "Qəzəb Günü" kimi yadda qalmışdı. Mart ayında Bəhreynə Səudiyyənin müdaxiləsinə qarşı bir neçə etiraz baş tutdu.
2011-ci il Əlcəzair iğtişaşları
12 fevral Əlcəzairin paytaxtı Əlcəzair şəhərində aksiyaçılarla polislər arasında qarşıdurma gedir. Lent.az-ın "France 24" telekanalına istinadən verdiyi məlumata görə, aksiyaçılar Əlcəzair prezidenti Abdelaziz Buteflikanın istefasını tələb edir, "Buteflika-rədd ol!" şüarları səsləndirirlər. Polis indiyə qədər 20 nəfəri saxlayıb. "France Presse" agentliyi isə artıq 2 min nəfərin polis səddini yardığı barədə məlumat yayıb. Misir ssenarisinin təkrarlanacağından qorxan Əlcəzair hakimiyyəti müxalifətə demokratik azadlıqların genişlənməsi, iş yerlərinin açılması və hökumət dəyişikliyi tələbi ilə kütləvi aksiya keçirməyə icazə verməsə də, insanlar küçələrə çıxıblar.Etiraz aksiyalarını müxalifət partiyalarının koalisiyası, sivil təşkilatlar və qeyri-rəsmi həmkarlar ittifaqları təşkil edəcək. Bundan öncə müxalifət dünən paytaxtda keçirilən nadir nümayişin iştirakçılarını alqışlamışdı. Həmin bu nümayiş küçələrə on minlərlə polisin çıxarılmasına baxmayaraq baş tutmuşdu. Tunis və Misirdə baş verən xalq üsyanlarından ruhlanan 2000-ə yaxın fəal paytaxtın 1 May meydanında toplaşaraq prezident Əbdüləziz Butelfikanın istefasını tələb ediblər. Bir çox fəallar polis barrikadalarını yararaq meydana çata bilmişlər. Əlcəzair hökuməti müxalifətin nümayişinin qarşısını almaq üçün küçəyə 30 min polis çıxarmışdı.
Gəncə iğtişaşları (2018)
Gəncə iğtişaşları və ya digər adı ilə Gəncə hadisələri — 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaş. Rəsmi məlumatlara əsasən iğtişaşlardan bir həftə əvvəl, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi olundu. Sui-qəsd cəhdindən sonra Yunis Səfərovu müdafiə edən bir qrup şəxs Gəncə şəhərində iğtişaşlar törətdi. İğtişaşlar 2 polisin öldürülməsi, onlarla insanın yaralanması və 54 nəfərin həbs edilməsi ilə yadda qaldı. == Zəmin == 2018-ci il iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçi Qasım Aşbazov Gəncə meriyasının inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldı və xəstəxanaya yerləşdirildi. Bir müddət sonra 1983-cü ildə Gəncədə anadan olan Rusiya vətəndaşı Yunis Səfərovun dərhal həmin ərazidə xidmət aparan polislər tərəfindən saxladıldığı məlum oldu. Bir müddət sonra bir sıra KİV-ləri həm Elmar Vəliyevin, həmdə Qasım Aşbazov xəstəxanada vəfat etdiyi haqqında xəbərlər yaydı. Amma xəbərlər həqiqətə uyğun deyildi. İyulun 6-da isə Elmar Vəliyevin müalicəsini İsraildə davam etdirəcəyi bildirildi. Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunan Yunis Rafiq oğlu Səfərov, 1983-cü il sentyabr ayının 29-da Gəncə şəhərində anadan olub.
Quba iğtişaşları (2012)
Quba hadisələri — 2012-ci ilin mart ayının 1-də Quba rayonunda baş verən hadisələr. == Səbəbləri == Quba rayonunun həmin dövr İcra Başçısı Rauf Həbibov keçirilən iclasların birində Quba camaatına qarşı təhqiredici ifadələrdən istifadə etmişdir. Təhqiredici ifadələrin işləndiyi video youtube portalında yayımlanandan sonra böyük bir kütlə tərəfindən mənfi qarşılanaraq mitinq tarixi kimi 1 Mart 2012-ci il seçilmişdir. == Gedişatı == Mitinq iştirakçıları Rauf Həbibovun evini yandırdılar, polis əməkdaşlarını daş atəşinə tutdular. Təxminən 15000 insanın iştirak etdiyi mitinq polis əməkdaşlarının və xüsusi təyinatlı əsgərlərin köməyi ilə çətinliklə də olsa yatırıldı. Mitinqdə iştirakçılar tərəfindən işlədilən təhqiredici ifadələrlə yanaşı "Daş atmayın əsgərə dəyər!" ifadəsi də yadda qalan əsas ifadələrdən biridir. Həmin gün saxlanılan şəxslər millət vəkili Vahid Əhmədovun köməyi ilə azad edilsələr də bir neçə gün sonra yenidən saxlanmışlar. == Nəticə == 2 mart 2012-ci ildə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.
Qərbi Birulyovo iğtişaşları
Qərbi Birulyovo iğtişaşları — 2013-cü il oktyabrın 10-da Rusiya paytaxtının Qərbi Birulyovo rayonunda 25 yaşlı Y. Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi nəticəsində baş vermiş iğtişaşlar. Yuri Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və "skinhedlər" Qərbi Birulyovo rayonunda yerləşən "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək orada çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. "Skinhedlər" polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb. Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı O. Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib. Lakin sonradan ilkin istintaqa verdiyi ifadənin əksinə danışan O. Zeynalov bildirib ki, saxlanılan zaman ona qarşı hüquq-mühafizə orqanları tərəfindən kobudluq olub: "Mən vəhşicəsinə döyülmüşəm.
Suxumi iğtişaşları (1989)
Suxumi iğtişaşları — Sovet İttifaqı dövründə, 1989-cu ilin iyulunda Gürcüstan SSR-nin tərkibində olan Abxaziya MSSR-nin Suxumi bölgəsində abxaz və gürcü icmaları arasında artan etniklər arası gərginliyin səbəb olduğu və sonrasında Suxumidə və bütün Abxaziyada bir neçə gün davam edən küçə döyüşləri və sivil çaxnaşmalar. İğtişaşlar Suxumidə Tbilisi Dövlət Universitetinin filialının açılmasına abxaz etirazı olaraq başladı və 16 iyul 1989-cu ildə yeni universitetin yerləşməsi gözlənilən gürcü məktəbinin talan edilməsi ilə başa çatdı. Meydana gələn zorakılıq tez bir zamanda geniş millətlərarası qarşıdurma miqyası aldı. sovet ordusu vəziyyəti müvəqqəti nəzarətə götürdükdə, iğtişaşlar, əsasən aralarında gürcülərin olduğu 18 nəfərin ölümünə və 448 nəfərin yaralanmasına səbəb olmuşdu. Gürcüstanda millətlərarası zorakılığın ilk hadisəsi olan bu iğtişaşlar Gürcü-abxaz münaqişəsinin başlanğıcı kimi qəbul edilir. == Zəmin == 1921-ci ildən 1931-ci ilə qədər Abxaziya xüsusi bir statusa malik olan müqavilə ilə Gürcüstan SSR-yə birləşdirilən, lakin tam tabe olmayan yarım müstəqil müstəqil Sovet respublikası – Abxaziya Sovet Sosialist Respublikası idi. Abxaziya SSR-in Abxaziya MSSR-yə çevrilməsi və Gürcüstan SSR-nin nəzarəti altında olması abxazlar arasında tam olaraq qəbul edilməyən bir hərəkət idi. Bu hərəkətə qarşı çıxan etirazlar edildi və 1957, 1967 və 1978-ci illərdə bunlar dəfələrlə təkrarlandı. Yalnız 1978-ci ildə Suxumi Pedaqoji İnstitutunun müstəqil bir universitetə – Abxaziya Dövlət Universitetinə çevrilməsi daxil olmaqla, ya gürcü ya da sovet hökuməti tərəfindən bəzi güzəştlər edildi.Sovet İttifaqı daxilində yenidənqurma işlərinin başlaması ilə abxazların Gürcüstan SSR-dən ayrılma istəyinə yeni ümidlər yarandı. 17 iyun 1988-ci ildə Abxaz Məktubu olaraq bilinən 87 səhifəlik bir sənəd Mixail Qorbaçova və sovet rəhbərliyinin qalanına göndərildi.
İrəvanda kütləvi iğtişaşlar (2008)
1 mart hadisələri, 1 və 2 mart hadisələri, Meydan hərəkatı və ya 2008-ci il hadisələri — 19 fevral 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra baş verən etirazlar silsiləsi. Seçkiləri müşayiət edən pozuntulara qarşı olan kütləvi etirazlar ölkənin paytaxtı İrəvanda keçirilmişdir. Etirazların təşkilatçısı prezidentliyə namizəd və Ermənistan Respublikasının ilk prezidenti olan Levon Ter-Petrosyan və onun tərəfdarları idilər. Mitinqçilərin hüquq-mühafizə orqanları ilə toqquşması zamanı azı 8 nümayişçi və 1 hərbçi həlak olmuşdur, 33 polis əməkdaşı xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanaya müraciət edənlərin ümumi sayı təxminən 230 nəfərə çatmışdır.Etiraz aksiyaları fevralın 20-də başladılmışdır və 10 gün ərzində İrəvanda davam etdirilmişdir. Teatr meydanında gün ərzində on minlərlə nümayişçi iştirak etmişdir, elə həmin gün onlarca çadır quraşdırılmışdır ki, nümayişçilər gecə də orada qala bilsinlər. Hakimiyyətin nümayişlərin dayandırmaq tələblərinə baxmayaraq, etiraz aksiyaları martın 1-dək davam etdirilmişdir. Martın 1-də səhər saatlarında polis dəyənəklər və elektroşokları istifadə edərək nümayişçiləri Azadlıq meydanından qovmuşdur. Nümayişçilərin əksəriyyəti Həmən vaxtı hələ yatırdı. Nümayişçilərin arasında qadınlar, uşaqlar və yaşlılar var idi, onıar həmçinin gecə burada qalmışdırlar.
Urumçi iğtişaşları (2009)
2009-cu il iyul Urumçi iğtişaşları və ya Urumçi qarşıdurması — Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda başlayan və qarşıdurmalarla, iğtişaşlarla müşayiət olunaraq bir müddət davam edən hadisələr zənciri. İğtişaşlara səbəb Quanqdonqda yayılmış əsassız şayiələrdən sonra etnik hanlar tərəfindən iki uyğurun öldürülməsi və qatillərin həbs edilməməsi oldu. İğtişaşlar təxminən 1000 nəfər uyğurun etirazları ilə başladı. Lakin hadisələr tədricən başqa məcraya doğru inkişaf etdi və hanları hədəfləyən hücumlar həyata keçirildi. Çin Xalqının Silahlı Polisi hazır vəziyyətə gətirildi və 2 gün sonra yüzlərlə han həm polislərlə, həm də uyğurlarla döyüşməyə başladı. Çin Xalq Respublikası rəsmilərinin açıqladığı rəqəmə görə əksəriyyəti hanlardan olmaqla, ümumilik 197 nəfər həyatını itirmiş, 1721 nəfər yaralanmış, xeyli sayda maşın və bina dağıdılmışdı. İğtişaş günlərindəki polis axtarışları zamanı yoxlanılan bir çox uyğur yoxa çıxdı. Human Rights Watch-un bildirdiyi məlumata görə, belə halların sayı 43 nəfərdir. Real rəqəmlərin isə daha yüksək olması ehtimal edilir.Etirazlar Çinin cənubunda yerləşən Şaoquanda baş vermiş hadisəyə etiraz üçün başlanmışdı. Həmin hadisə zamanı iki uyğur qətlə yetirilmişdi.

Digər lüğətlərdə

властолю́бец втяну́ться ми́лостиво октрои́ровать оса́литься отда́ча паде́ние погреби́ца пода́вливать пролётом ратифици́ровать перемежева́ться покорми́ть путассу́ упа́сть Вольдемар fishing expedition hahnium proverbialist revery sweet gale theopathic vernal залосниться логарифм