AA

I. nid. (Cümlənin əvvəlində işlənərək heyrət, təəccüb bildirir) now, now then; now, now; Aa, gəlin! Come now! Aa, ağlamayın! Now, now, stop crying! Aa, nə olub? Now, then, what’s all this?

II. əd. (Cümlənin sonunda işlənərək təkid, hədə bildirir) do; Gəlin aa! Do come!

A-ŞƏKİLLİ
AB-HAVA
OBASTAN VİKİ
Aa
Aa (lat. Aa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Kosta-Rikadan Venesuelaya qədər, həmçinin Argentina yayılmışdır.
AA 52
AA 52 (fr. Arme Automatique Transformable Modèle 1952) - 1952-ci ildə Fransa Respublikası Ordusu tərəfindən qəbul edilmiş vahid fransız pulemyotudur. Bu, II Dünya Müharibəsindən sonra istehsal olunan ilk fransız atıcı silahlarından biridir. Cinquante-Deux da deyilir (Fransız dilindən - “əlli iki”). Bu silah hələ də zirehli maşınlarda pulemyot qurğularında istifadə olunur, həmçinin dağ bölmələrində istifadə etmək olur. Lakin daima piyada hissələrində Belçikanın Minimisini sıxışdırıb aradan çıxarır. Əhəmiyyətli dərəcədə diqqət ən sadə və qənaətli üsul ilə hazırlanmaya (pulemyotun konstruksiyasında elektroqaynaq və polad vərəqədən olan ştamplama tətbiq edilib) verilib. Bərkitmə mexanizminin konstruksiyasının müəllifi Emil Martindir. Pulemyotun ilk variant 7,5X54 mm tüfəng gülləsindən ibarət AAT-52 pulemyotu olub. 1960-cı illərdə 7,62X51 mm gülləsindən ibarət AAN F1 pulemyotu silahlanmaya qəbul edilib.
AA batareya
AA batareyası (və ya ikiqat-A batareyası) — standart ölçülü tək hüceyrəli silindrik quru bir batareyadır. IEC 60086 sistemi onu R6 ölçüsü, ANSI C18 isə 15 ölçüsü adlandırır. Yapon JIS tərəfindən UM-3 adlandırılmışdır. Tarixi olaraq, İngiltərədəki rəsmi sənədlərdə D14 (standart hüceyrə) və ya HP7 (sink xloridin 'yüksək gücü' versiyası üçün) olaraq bilinir. AA batareyaları portativ elektron cihazlarda çox yayılmışdır. AA batareyası, birincil batareya (birdəfəlik) və ya təkrar doldurula bilən tək bir elektrokimyəvi hüceyrədən ibarətdir. Tikintisində bir çox fərqli kimyəvi maddələrdən istifadə olunur. Dəqiq terminal gərginliyi, tutumu və praktiki boşalma dərəcələri hüceyrə kimyasından asılıdır; lakin, AA hüceyrələri üçün hazırlanmış qurğular, istehsalçı tərəfindən göstərilmədiyi təqdirdə, adətən yalnız 1,2–1,5 V gücündə olacaq. == Ölçülər == 1907-ci ildə " The American Ever Ready Company " tərəfindən təqdim edilən AA batareyasının ölçüsü 1947-ci ildə Amerika Milli Standartlar İnstitutu (ANSI) tərəfindən standartlaşdırılmışdır, lakin rəsmi standartlaşdırmadan əvvəl fənərlərdə və elektrik yeniliklərində istifadə edilmişdir. ANSI və IEC Batareya nomenklaturası, hüceyrə xüsusiyyətlərindən və kimyasından asılı olaraq bu ölçüdə hüceyrələr üçün bir neçə təyinat verir.
Aa-lava
Aa-lava - kələ-kötür səthə malik bazalt lavası. Bir-birinə bitişmiş ayrı-ayrı posa parçalarından və daha iri (1 metrədək) künclü sıx hava qırıntılarından ibarətdir. Aa-lava Havay adaları, həmçinin İslandiya və başqa vulkanik vilayətlər səciyyəvidir.
Aa (çay, Fransa)
A və ya Aa (fr. Aa) — Fransanın şimalında, O-de-Frans regionunda çay. Uzunluğu – 89 kilometr (55 mil). Su hövzəsinin sahəsi 1215 km2-dir. == Coğrafiyası == A çayı Artua təpələrindən çıxır, Sent-Omerdən keçərək Qravlində Şimal dənizinə axır. Sent-Omer və dəniz arasında 29 kilometrlik məsafədə gəmilərin istismarı üçün əlverişlidir. Kale və Dünkerki Flandriyanın daxili rayonları ilə birləşdirən kanal A çayının vadisi boyunca keçir. == Tarixi == Adolf Hitlerin 24 may 1940-cı il tarixli əmrinə baxmayaraq, "Adolf Hitler" SS diviziyasının komandiri Yozef Ditrix A kanalını keçərək qarşı sağ sahildə Monvattan hündürlüyünü ələ keçirmiş, düzənlik ərazi üzərində dominantlıq əldə etmişdir. Haynts Vilhelm Quderian öz memuarında bu bu əməliyyatı təsdiqlədiyini qeyd etmişdir. == İstinadlar == == Xarici keçidlər == "Долина реки Аа".
Misir heroqlifləri (AA qrupu)
AA qrupu 31 heroqlifdən ibarət olub, bura təsnifatsız təsvirlər daxildir.
Piter van der Aa
Piter van der Aa (nid. Pieter van der Aa; 1659[…], Leyden, Hollandiya qraflığı – avqust 1733, Leyden, Hollandiya qraflığı) — holland naşir. Xarici bestsellerlərin və şəkilli cildlərin pirat nəşrlərini də yayımlasa da, o, daha çox xəritələr və atlaslar hazırlamaqla tanınır. Onun ən məşhur xəritələrindən bəziləri Afrika qitəsindən Mərakeş və Madaqaskar kimi yerləri detallandırırdı. Sonrakı əsərlərinin çoxu geniş ictimaiyyət üçün fransız və holland dillərində çap olunmuşdur. == Həyatı == Piter van der Aa 1969-cu ildə Leyden şəhərində, əslən Holşteyndən olan bir alman qravüraçının ailəsində adan olmuşdur. O, daha sonrakı illərdə üç qardaşı ilə birlikdə ailənin mətbəəsində işləməyə başlayır. Onun qardaşı Boudevin çapçı, digər qardaşı Hildebrand isə qravüraçısı idi. Piter van der Aa, karyerasına 1683-cü ildə Leyden şəhərində, latındilli bir kommersiya naşiri olaraq tibb və elmlə əlaqəli klassik mətnləri nəşr edərək başlayır. O, irəlilədikcə çoxcildli əsərlər toplusunu tərtib edərək atlas və xəritələr nəşr etdirməyə başlayır.
AAAA batareya
AAAA batareyası — uzunluğu 42,5 mm və diametri 8,3 mm-dir. Qələvi hüceyrə təxminən 6,5 qr ağırlığında və 1,5 V istehsal edir. Bu ölçülü batareya R8D425 (IEC) və 25 (ANSI/NEDA) da təsnif edilir. Bu ölçüdə olan qələvi batareya, Duracell tipli MN2500 və ya MX2500 və Energizer tipli E96 nömrələri ilə də tanınır. == növü == == İstifadə == Bu batareya ölçüsü ən çox lazer göstəriciləri, LED qələmlər, kompüter qələmləri, qlükoza sayğacları və kiçik qulaqlıq gücləndiriciləri kimi kiçik cihazlarda istifadə olunur. Bu batareyalar AAA və ya AA tipli batareyalar qədər populyar deyil və buna görə də ümumiyyətlə mövcud deyil. Qələvi doqquz voltlu batareyanın bəzi modellərində, qaynaqlanmış çubuqlarla bağlanan altı LR61 hüceyrəsi var. Bu hüceyrələr AAAA hüceyrələrinə bənzəyir və 3,5 millimetr daha qısa olmasına baxmayaraq bəzi cihazlarda öz yerlərində istifadə edilə bilər.
AAA batareya
AAA batareya (və ya Üçqat A batareyası) — standart ölçüdə quru hüceyrə batareyasıdır. Bir və ya daha çox AAA batareyası aşağı drenajlı portativ elektron cihazlarda istifadə olunur.Bu ölçülü bir sink-karbon batareyası IEC tərəfindən R03, ANSI C18.1 tərəfindən 24, köhnə JIS standartı UM-4 olaraq və hüceyrə kimyasına görə dəyişən digər istehsalçı və milli standart təyinatlarla təyin edilmişdir. Ölçü ilk dəfə 1911-ci ildə The American Ever Ready Company tərəfindən təqdim edilmişdir. == İstifadə == AAA batareyaları ən çox TV uzaqdan idarəetmə cihazları, MP3 pleyer lər və rəqəmsal kameralar kimi kiçik elektron cihazlarda istifadə olunur. Eyni gərginliyi tələb edən, lakin daha yüksək cərəyan gücünə malik cihazlar, AA batareya tipi kimi daha böyük batareyalardan istifadə etmək üçün nəzərdə tutulmuşdur.AA batareyaları AAA batareyalarından təxminən üç dəfə çoxdur. Müasir elektronikanın artan səmərəliliyi və miniatürləşməsi ilə əvvəllər AA batareyaları üçün nəzərdə tutulmuş bir çox cihaz (uzaqdan idarəetmə, simsiz kompüter siçanları və klaviaturalar və s.) AAA batareya hüceyrələrini qəbul edən modellərlə əvəz olunur.
Aaarne-Tompson Göstəricisi
Aaarne-Tompson Göstəricisi — Aarne-Tompson-Uther İndeksi (ATU İndeksi) folklorşünaslıqda istifadə olunan nağıl süjetlərinin göstəricisidir. ATU İndeksi bir qrup beynəlxalq alim tərəfindən edilən ümumiləşdirmə və təkmilləşdirmənin məhsuludur: İlk dəfə 1910-cu ildə fin folklorşünası Antti Aarne tərəfindən alman dilində tərtib edilmişdir; sonralar göstərici ingilis dilinə tərcümə edildi, təkmilləşdirildi və Amerikalı folklorşünas Stis Tompson tərəfindən genişləndirildi (1928, 1961); 2004-cü ildə isə alman folklorşünası Hans-Yorq Uter tərəfindən yenidən nəzərdən keçirilərək təkmilləşdirildi . == Nağıl növünün müəyyənləşdirilməsi == Tompson "Xalq nağılı"nda nağıl növünü belə müəyyənləşdirir: Nağıl, bir növ, müstəqil varlığa sahib olub ənənəvi xarakter daşıyır. Tam bir povest kimi izah edilə bilər və mənasından başqa heç bir nağıldan asılı deyil. Həqiqətən başqa bir nağılla izah edilə bilər, ancaq təkbaşına izah edilə bilməsi onun müstəqilliyini təsdiqləyir. Yalnız bir və ya bir neçə motivdən ibarət ola bilər. S.Tompsonun Aarne sisteminə gətirdiyi yeniliklərdən biri də zəncirvari nağılları və təsnifata daxil edilməyən nağılları ayrıca qrup şəklində verməklə Aarne sistemindəki bölgünü bir qədər genişləndirməsi oldu. Bu kimi dəyişikliklərdən sonra həmin kataloq beynəlxalq aləmdə Aarne-Tompson göstəricisi (bundan sonra AT) kimi tanınmağa başlayır. == Tarix == Avstriya konsulu İohann Georq von Hann, 1864-cü ildə nəşr olunan Yunanıstan və Albaniya folklor kitabına giriş olaraq qırx dörd nağıl "düstur"un ilkin təhlilini hazırladı. Sabine Barinq-Kold, 1866-cı ildə von Hannın siyahısını tərcümə etdi, əlli iki nağıl növünə qədər genişləndirərək, "Nağıl radikalları" kitabında çap etdirdi .
Aaarne-Tompson Kataloqu
Aaarne-Tompson Göstəricisi — Aarne-Tompson-Uther İndeksi (ATU İndeksi) folklorşünaslıqda istifadə olunan nağıl süjetlərinin göstəricisidir. ATU İndeksi bir qrup beynəlxalq alim tərəfindən edilən ümumiləşdirmə və təkmilləşdirmənin məhsuludur: İlk dəfə 1910-cu ildə fin folklorşünası Antti Aarne tərəfindən alman dilində tərtib edilmişdir; sonralar göstərici ingilis dilinə tərcümə edildi, təkmilləşdirildi və Amerikalı folklorşünas Stis Tompson tərəfindən genişləndirildi (1928, 1961); 2004-cü ildə isə alman folklorşünası Hans-Yorq Uter tərəfindən yenidən nəzərdən keçirilərək təkmilləşdirildi . == Nağıl növünün müəyyənləşdirilməsi == Tompson "Xalq nağılı"nda nağıl növünü belə müəyyənləşdirir: Nağıl, bir növ, müstəqil varlığa sahib olub ənənəvi xarakter daşıyır. Tam bir povest kimi izah edilə bilər və mənasından başqa heç bir nağıldan asılı deyil. Həqiqətən başqa bir nağılla izah edilə bilər, ancaq təkbaşına izah edilə bilməsi onun müstəqilliyini təsdiqləyir. Yalnız bir və ya bir neçə motivdən ibarət ola bilər. S.Tompsonun Aarne sisteminə gətirdiyi yeniliklərdən biri də zəncirvari nağılları və təsnifata daxil edilməyən nağılları ayrıca qrup şəklində verməklə Aarne sistemindəki bölgünü bir qədər genişləndirməsi oldu. Bu kimi dəyişikliklərdən sonra həmin kataloq beynəlxalq aləmdə Aarne-Tompson göstəricisi (bundan sonra AT) kimi tanınmağa başlayır. == Tarix == Avstriya konsulu İohann Georq von Hann, 1864-cü ildə nəşr olunan Yunanıstan və Albaniya folklor kitabına giriş olaraq qırx dörd nağıl "düstur"un ilkin təhlilini hazırladı. Sabine Barinq-Kold, 1866-cı ildə von Hannın siyahısını tərcümə etdi, əlli iki nağıl növünə qədər genişləndirərək, "Nağıl radikalları" kitabında çap etdirdi .
Aahen
Aaxen (alm. Aachen‎) — Almaniyanın qərbində Şimali Reyn-Vestfaliya vilayətində, Hollandiya və Belçika ilə sərhəd bölgədə yerləşən bir şəhərdir. Əhalisi 258.380 min (2009) nəfərdir. Şəhərdə əsas texiniki universitetlərdən biri olan "Rheinisch-Westfälische Technische Hochschule" yerləşir. == Tarixi == Axen eramızın 1-ci əsrinə aid Qədim Roma yaşayış məskəni Akve Qranninin yerində salınmışdır. 8-ci əsrin sonunda Frank imperiyasının paytaxtı, orta əsrlərdə isə mədəni və siyasi mərkəzi olmuşdur. Axen 1170-ci ildə birinci, 1330-cu ildə isə ikinci qala divarları (dövrümüzədək 4 bürc və 2 darvaza qalmışdır) ilə möhkəmləndirilmişdir. 1562-ci ildə kralların tacqoyma mərasimi Frankfurt-Mayn şəhərinə köçürüldükdən sonra tənəzzülə uğramışdır. 1794-cü ildə fransızlar tərəfindən işğal olunan Axen Vyana konqresinin qərarı ilə Prussiyanın ərazisinə qatılmışdır (1815). 1871-ci ildən Almaniyanın tərkibindədir.
Aalen
Aalen (alm. Aalen‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Ştutqart inzibati dairəsində şəhər. Sahəsi 146.624 km2, əhalisi 66252 nəfərdir (2007). Burada Qədim Roma dövründən xarabalıqlar var. Dəmiryol qovşağıdır. Müxtəlif sənaye, dəzgah və alət zavodları var.
Aalen mərtəbəsi
Aalen mərtəbəsi – Yura sistemindən Orta şöbənin birinci mərtəbəsi. 1864-cü ildə İsveçrə geoloqu Mayer-Eymar tərəfindən ayrılmışdır. Aalen mərtəbəsinin dəniz çöküntüləri gil, qumdaşı, tuflu qumdaşıdan ibarətdir.
Aalto-1
"Aalto-1" — Finlandiyanın ilk peyki.Çəkisi 4 kiloqram təşkil edən bu peyk 2010-cu ildən Aalto Universitetinin 80 tələbəsi və gənc alimi tərəfindən yığılıb.Aparatın buraxılışına dair saziş Niderlandın "Innovative Solutions in Space" şirkəti ilə Finlandiyanın Aalto Universiteti arasında 2015-ci ilin aprel ayında imzalanıb. Həmin sazişə görə "Falcon 9" raketdaşıyıcısı orbitə "Aalto-1" ilə birlikdə daha bir neçə nanopeyk çıxaracaq. Onların Yer üzərindən 600 km hündürlüyə qaldırılacağı nəzərdə tutulur."Aalto-1" peykinin 2015-ci ilin sonunda kosmosa göndərilməsi planlaşdırılır. Finlandiya hökuməti tərəfindən peykdən növbəti 5 ildə radioyayımın həyata keçirilməsinə icazə verilib.
Aalto-2
"Aalto-2" — Finlandiyanın süni peyki.Aalto Universitetində peykin hazırlanmasına 2015-ci ildən başlanılmışdır.Plana görə, bu peykin kosmosa "Aalto-1"-dən 4 il sonra göndərilməsi nəzərdə tutulur.
Aalto Universiteti
Aalto Universiteti — Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən ali təhsil müəssisəsi; Texnologiya və dizayn sahələri üzrə ixtisaslaşan müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Aalto Universitetinin əsası 2010-cu ildə qoyulub. Ali məktəb Helsinkinin 3 ali təhsil ocağının — Texnologiya Universiteti, İqtisadiyyat Məktəbi, İncəsənət və Dizayn Universitetinin birləşdirilməsi nəticəsində yaranıb. Yeni ali təhsil müəssisəsi finlandiyalı memar və dizayner, Şimali Avropada "modernizmin atası", müasir dizaynın banilərindən biri Alvar Aaltonun şərəfinə adlandırılıb. Üç universitet ittifaqı fənlərarası elmi araşdırmalar üçün yeni imkanlar açıb. Aalto Universiteti özündə təhsilə müasir yanaşmaları və qabaqcıl texnologiyaları əhatə edir. Bir qayda olaraq, ali təhsil müəssiəsinin tədris mərkəzləri, elmi tədqiqat institutları, tələbə yataqxanaları, kitabxana, auditoriyalar və yemək otaqlarının daxil olduğu tələbə şəhərcikləri Helsiki, Espo, Lahti, Mikkeli, Pori və Vaasada yerləşir. Ali məktəb kampusları gediş-gəlişin rahatlığı baxımından müntəzəm fəaliyyət göstərən nəqliyyat vasitələri ilə təmin olunub. Burada tələbələrin təhsili və istirahəti üçün çox gözəl infrastruktur yaradılıb. Kampuslarda yüksək standartlara cavab verən kitabxanalar, kompüter və idman zalları fəaliyyət göstərir.
Aamu
Aamu (q.misir 𓂝𓄿𓅓𓅱 ꜥꜣmw) — Qədim Misirdə Qərbi Asiyadan olan əcnəbilər üçün istifadə edilən ümumi ad. Bu ad ümumi olaraq "Qərbi Asiyadan olanlar" kimi tərcümə olunur, lakin başqa alimlər "Aamu"nun kənanlılar və ya amoritlər olduğunu təklif etmişlər.E.ə. II minillikdə Misirə səfər edən İbrahimin "Aamu" və ya "Retcenu" ilə əlaqəli olduğunu düşünənlər var. Devid Rohl İbrahimi "Aamu" adı ilə eyniləşdirməyi təklif etmişdir. Bəziləri bu adı "Aramu" kimi oxumağı təklif etmiş və aramilərə bağlamışdır.
Aanepada
Aanepada (şum. 𒀀𒀭𒉌𒅆𒊒𒁕; e. ə. XXVI əsr – e. ə. XXV əsr) — təxminən e.ə. 2524–2484-cü illərdə hakimiyyətdə olmuş Ur çarı.Müəyyən müddət Aanepad haqqında heç nə məlum deyildi. Buna baxmayaraq, tədqiqatçılar onun atası Mesanepadanı Birinci Ur sülaləsinin banisi ilə asanlıqla eyniləşdirdilər. Beləliklə, əvvəllər mifik personaj sayılan, Şumerin ən qədim hökmdarlarından birinin əslində mövcud olduğu ilk dəfə sübut olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == История Древнего Востока.
Aanq
Avatar Aanq (ing. Aang; çin. 安昂, Ān Áng) — Avatar: Aanq haqqında əfsanə cizgi serialın və Axırıncı hava maqı filmin əsas personajı. Aanq — Avatar və dünyada axırıncı hava maqı. == Yaradılması və konsepsiyası == Aanq personajı Brayan Konietzko əvvəl keçəl başında ox təsvirli kişinin şəklindən başlayıb, sonra isə içan bizonlu oğlanın şəklinə inkişaf edilib. Maykl Dante DiMartino isə, o zaman Cənub qütbüdə tələyə düşən kəşfiyyatçılar haqqında sənədli film ilə maraqlanırdı və o, bu marağını Konietzkonun şəkilləri ilə birləşdirib: Biz fikirləşdik: "Orada hava oğlanı tək bu su adamları ilə qarlı çölünün duzdağda qalmışlar... Və bəlkə onları od adamları zülm edirlər..." Onların izah etdikləri məzmun nəticədə Avatar: Aanq haqqında əfsanə serialının birinci və ikinci seriyaları olub: su adamları (Katara və Sokka) hava oğlanı (Aanq) xilas edirlər, onlar qarlı çölünün duzdağda qalmışlar (Cənubi Su Tayfası) və onları od adamları zülm edirlər (Od Millətinin qoşunları ilə Zuko). === Xarakteri === Biz istəyirdik ki, Aanq ağılı da, güclü qabiliyyətləri ilə də problemləri çözsün və düşmənləri məğlub etsin. Serialın yaradıcılarının sözlərinə görə, Buddizm və Taoizm Avatar üçün böyük ilham mənbəyi idi. Omaşu Kralı və Baş sarğısı seriyalarda göstərilir ki, Aanq vegetariandır.
Aapravasi-Qhat
Aapravasi-Qhat (hind आप्रवासी घाट – İmmiqrasiya deposu) — Mavrikinin paytaxtı Port-Luizdə yerləşən və Hindistandan məcburi və ya müqaviləli işçi qüvvəsi alan ilk İngilis koloniyası olan bina kompleksidir. 1849-1923-cü illərdə yarım milyon hindistanlı məcburi köçkün Britaniya İmperiyasındakı plantasiyalara aparılmaq üçün İmmiqrasiya deposundan keçdi. İşçilərin genişmiqyaslı miqrasiyası bir çox keçmiş Britaniya koloniyalarının cəmiyyətlərində silinməz iz buraxdı və hindlilər milli əhalinin əsas hissəsini təşkil etdi. Təkcə Mavritaniyada indiki ümumi əhalinin 68 faizi hind mənşəlidir. Beləliklə İmmiqrasiya Anbarı Mavritaniyanın tarixində və mədəni kimliyində əhəmiyyətli bir istinad nöqtəsinə çevrildi.Ərazidəki bütün kompleksdən üç daş binanın yalnız qismən qalığı qalmışdır. Bunlar indi Mavritaniya milli irsi qanunvericiliyinə əsasən milli bir abidə olaraq qorunur. İmmiqrasiya Anbarının sosial tarixdəki rolu 2006-cı ildə UNESCO tərəfindən Ümumdünya irsi elan edilərək tanınıb. Bəzi zəif binaların 1860-cı illərdəki halına qaytarılması üçün mühafizə işləri aparılır. == Etimologiya == Qhat sözü Kannadaca Qatta (dağ silsiləsi) tamilcə Kattu (dağ yamacı, bənd, silsilə) və Teluquca Katta və gattu (bənd, sahil) kimi bir çox Dravid etimonları ilə izah olunur. === Adı === 1987-ci ildən bəri istifadə olunan Aapravasi-Qhat adı birbaşa olaraq "İmmiqrasiya Deposu" ifadəsinin hind dilindən tərcüməsidir.
Aare
Are və ya Aare (alm. Aare‎, fr. Aar) — İsveçrədə çay. Reyn çayının sol qolu. Uzunluğu 295 km, hövzəsinin sahəsi təqribən 17,8 mun kv. kilometrdir. Bern Alp dağlarındakı Aare buzlaqlarından başlanır. Tun gölünədək gəmiçiliyə yararlıdır. Aşağı axınında orta illik su sərfi saniyədə 560 kub metrdir. Aare çayı boyunca çoxlu Su Elektrik Stansiyaları var.
Aarhus
Orhus (dan. Aarhus) — Danimarkanın ikinci böyük şəhəri. Liman şəhəri olan Orhus, Yutlandiya yarımadasının şimal-şərqində yerləşir. Əhalisi 2004-cü il siyahıyaalmasına görə 228 547 nəfərdir. Şəhər düz, məshuldar və meşəlik bir yerdə qurulub. Kömür və dəmir alışında şəhərin limanının önəmi böyükdür. Şəhərin görməli yerləri arasında 13-cü əsrdən qalma, ölkənin və şimali Avropanın ən böyük kilsəsi olan kafedral kilsə, Danimarkalıların köhnə həyat tərzini canlandıran Den Gamle By ("köhnə səhər"), Botanika bağı, Tivoli Friheden əyləncə parkı və şəhərin sənət muzeyi ARoS-u göstərmək olar. Şəhərdə, həmçinin, ölkənin önəmli universitetlərindən biri yerləşir. == Adı == Orta əsrlərdə şəhər islandiya salnamələrində Arus adlanırdı. Şəhər Aross kimi tanınırdı.
Anthemis aaronsohnii
Anthemis aaronsohnii (lat. Anthemis aaronsohnii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Antti Amatus Aarne
Antti Amatus Aarne (fin Antti Amatus Aarne; 5 dekabr 1867 – 5 fevral 1925, Helsinki) — Finlandiya folklor tədqiqatçısı, filoloq, süjetlərin sistemləşdiricisi. == Həyatı == Antti Amatus Aarne 5 dekabr 1867-ci ildə anadan olmuşdur. O, folklor nümunələrinin müqayisəli təhlili və təsnifatı metodologiyasını işləyib hazırlamışdır. Aarnenin nəzəri prinsipləri sxematikliyi və formalizmi ilə seçilir. O, "Nağıl növlərinin əsas indeksi"ni tərtib etmişdir (1910). Aarne "Nağılların müqayisəli tədqiqinin əsasları" (1913), "Nağıllara dair ədəbiyyata baxış" (1914), "Tapmacaların müqayisəli tədqiqi" (1918) əsərlərinin müəllifidir. Onun indeksi əsasında Nikolay Andreyev rus dilində "Aarne sisteminə görə nağıl süjetləri indeksi"ni (1929) tərtib etmişdir.
Avatar: Aanq haqqında əfsanə
Avatar: Aanq haqqında əfsanə (ing. Avatar: The Legend of Aang) və ya Avatar: sonuncu hava maqı (ing. Avatar: The Last Airbender) — ABŞ-də elementləri ilə yaradılmış cizgi serialı. Serialın üç sezonu "Nickelodeon" və "Nicktoons Network" kanallarında yayımlanmışdır. Onun yaradıcıları və prodüserləri — Maykl Dante DiMartino və Brayan Konietzkodur. Avatar kainatı Asiya mədəniyyəti əsasında yaradılmışdır. Serialda Şərqi və Cənubi Asiya, habelə Qərb mədəniyyətlərinin elementlərindən istifadə olunur. Bu da adətən ABŞ-də ayrı-ayrı kateqoriyalara aid edilən cizgi filmlərinin sintezini yaradır. Birinci seriya 2005-ci il fevralın 21-də, dörd hissədən ibarət iki saatlıq axırıncı seriya isə 2008-ci il iyulun 19-da yayımlanmışdır. Serial televiziya ekranları qarşısına 5,6 milyon izləyici toplayıb.
Avatar: Aanq haqqında əfsanə (Kitab 1)
Kitab 1: Su (ing. Book 1: Water) Avatar: Aanq haqqında əfsanə cizgi serialının birinci mövsümüdür. Bu mövsumda protaqonist Aanq və dostları, Katara və Sokka barədə və onların Şimalı Gütbə Aanq və Kataraya su maqiyanın müəllimi tapmaq məqsədi ilə başlayan səfəri haqqında bəhs edilir. Hər bir seriyanın ilk efiri milyondan çox izləyici baxıb. Birinci mövsum "Ən yaxşı televiziya serialı" və "Ən yaxşı cizgi televiziya serialı" kimi Pulcinella mükafatı almış.2010-cu ildə onun əsasında M. Nayt Şyamalan çəkdiyi Sonuncu hava maqı adlı film çıxıb. == İstehsalı == Şou Viacom kompaniyaya məxsus olan Nickelodeon kanalın tərəfindən prodüslanmış və yayımlanmış. Onun yaradıcıları və icreaedici prodüsserlər Maykl Dante DiMartino və Brayan Konietzko prodüsser Aaron Ehasz ilə birlikdə işləyirdilər. Səkkiz seriyanın rejissoru Deyv Filioni idi, Loren MakMillan və Giankarlo Volpe hərəsi beş seriyanın, Entoni Layoli isə iki seriyanın rejissyoru idilər. Seriyaların əsas yazıçı yığımı Nik Malis, Con O'Brayan, Metyu Habbard, Ceyms İqan, Yan Uilkoks, Tim Hedrik və Elizabet Uelç Ehaszdan ibarət idi. == Səsləndirmə == Əsas personajların böyük hissəsin debütu birinci seriyalarda olmuş.
изборони́ть квартирье́р кучеря́винка мели́ть напосле́дках подземка поля́нушка шква́льный штурва́льный вои́нствующий за спасибо сделать разносто́пный язык развязался у кого-л бридкой темя telekineses truck wages virtuosa well-ordered zithern детекторный заколотиться псовый сыпной топонимика