OBRAZ

i. image, character, type

OBAŞDAN
OBRAZLI
OBASTAN VİKİ
Bədii obraz
Bədii obraz — gerçəkliyin yalnız incəsənətə məxsus spesifik inikas və idrak üsulunu səciyyələndirən estetik kateqoriya. Bədii əsərdə yaradıcılıqla təcəssüm etdirilən hər şey (insan surətləri, xalq, müharibə, təbiət obrazları və s.) bədii obraz adlandırılır. Bədiiliyin əsas meyarlarından biri, gerçəkliyi estetik ideal mövqeyindən əks etdirməyin forması olan bədii obraz bədii ümumiləşdirmənin nəticəsi kimi meydana çıxır. Bədii obraz fərdi, keçici, təsadüfi hallarda dəyişməz və əbədi mövcud olan ümumi mahiyyətin təzahürünü əks etdirən obrazlı təfəkkürün əsasında dayanır. Ədəbiyyat və incəsənətdə bədii obraz ümumiliyin fərdi, həm də konkret təzahür forması kimi reallaşır. Onun üçün fərdiləşdirmə, tipikləşdirmə mühüm şərtdir. Bədii obraz sənətin idraki funksiyası ilə bağlı olub, gerçəkliklə sənətkar arasında özünəməxsus dialoqdur, sənətkar fantaziyası, duyum, ilham və s. subyektiv amillərlə də bilavasitə əlaqədardır. Bədii obraz yaradılması üç mərhələni (sənətkar — əsər -oxucu; musiqidə dinləyici, teatrda və təsviri sənətdə tamaşaçı və s.) birləşdirir. Bədii obraz təcəssümün formasından asılı olaraq, təsviri, əyani və s.
Mina (obraz)
Cim Hokins (obraz)
Ceyms (Cim) Hokins (ing. James (Jim) Hawkins) — Xəzinələr adası romanın əsas qəhrəmanı. Əhvalatlar XVI, XVII və XVIII hissələr istisna olmaqla onun dili ilə danışılır. O, məşhur ingilis dənizçisi Con Hokinslə eyni soyad daşıyır. == Haqqında == Cim 16–17 yaşlı yeniyetmədir. Məhz o Billi Bonsun sandığından Xəzinələr adasının xəritəsini tapır. Doktor Livsi və Skvayr Treloninin dostudur. Onun sayəsində xainlərin kim olduğu aşkar olur. O, Xəzinələr adasında üç il təkbaşına yaşamış Ben Qannı tapır. Con Silverə qarşı mübarizədə fəal iştirak edir və İsrael Hendsi öldürür.
Obraz tanıma nəzəriyyəsi
Obraz tanıma nəzəriyyəsi — bəzi xüsusiyyətlər və atributların məhdud dəsti ilə xarakterizə olunan obyektlərin, hadisələrin, proseslərin, siqnalların, vəziyyətlərin və s. obyektlərin təsnifləşdirilməsi və müəyyənləşdirilməsinin əsaslarını və metodlarını inkişaf etdirən kompüter elmləri və əlaqəli fənlər bölümü. Bu cür problemlərə, məsələn, yol siqnallarına görə küçəni keçərkən və ya avtomobil idarə edərkən rast gəlinir. İşıqforun rəngini tanımaq və yol qaydalarını bilmək küçəni keçib-keçə bilməyəcəyiniz barədə düzgün qərar qəbul etməyə imkan verir. Bu cür tanıma ehtiyacı müxtəlif sahələrdə — hərbi işlərdən və təhlükəsizlik sistemlərindən analoq siqnalların rəqəmsallaşdırılmasına qədər yaranır. Təsvirin tanınması problemi, insanın özünə gələn mesajları xətti-ardıcıl dərk etməsinin öhdəsindən gəlmədiyi hallarda böyük əhəmiyyət kəsb edir. Bu hallarda beyin bu cür tanıma ilə xarakterizə olunan eynizamanlı qavrayış və düşünmə rejiminə keçir və məlumatın həddən artıq yüklənməsi baş verir. Təsadüfi deyil ki, naxış tanıma problemi, fənlərarası tədqiqat sahəsində, o cümlədən süni intellektin yaradılması ilə əlaqədar olaraq ortaya çıxıb və nümunələrin tanınması üçün texniki sistemlərin yaradılması getdikcə diqqəti cəlb edir. == Obrazı tanımada istiqamətlər == İki əsas sahəsi vardır : Canlı varlıqların tanıma qabiliyyətlərinin öyrənilməsi, izahı və modelləşdirilməsi; Tətbiqi məqsədlər üçün fərdi problemlərin həlli üçün nəzərdə tutulmuş qurğuların qurulması nəzəriyyəsi və metodlarının inkişafı. == Problemin rəsmi ifadəsi == Obrazın tanınması, bu məlumatları qeyri-vacib məlumatların ümumi kütləsindən xarakterizə edən əsas xüsusiyyətləri vurğulamaqla mənbəli məlumatların müəyyən bir sinfə təyin edilməsidir.
Alatoran romanlar seriyasındakı obrazların siyahısı
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Harri Potter dünyasındakı obrazların siyahısı
Harri Potter romanlar seriyasındakı obrazların siyahısı ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış seriyasında əks etdirilmiş personajlardır. == Soyad üzrə obrazlar == === A === Dolores Ceyn Ambric – Hoqvartsın direktoru və ali inkvizitoru. Lord Voldemortun rəhbərliyi altında keçirilən mələzlərin təqibində iştirak edir. === B === Ludo Baqman – Sehr nazirliyinin sehrli oyunlar və idman şöbəsinin rəhbəri. Batilda Baqşot – "Sehrin Tarixi" kitabının müəllifi, Qellert Qrindevaldın xalasıdır. Voldemort tərəfindən qətlə yetirilib. Keti Bell – Qriffindor faküləltəsinin tələbəsi, kviddiç komandasının oyunçusudur. Çariti Berbidc – Harri Potter illərində Hoqvartsda maql tədqiqatları üzrə professor. Lord Voldemort tərəfindən qətlə yetirilib. Katbert Bins – kabus, sehrli tarix üzrə professor.
Hərb və Sülh romanındakı obrazların siyahısı
Aşağıdakı siyahıda Lev Tolstoyun «Hərb və Sülh» romanındakı obrazların siyahısı təqdim edilmişdir. Siyahı əsas, ikinci dərəəli və epizodik obrazların ayrıca qeyd edilməsi şəklində hazırlanmışdır. Rahat olması üçün siyahı kateqoriyalara bölünmüş, kateqoriyalar tərkibində isə adla əlifba sırası ilə düzülmüşdür. Kateqoriyalar tarixilik əsasında yox, obrazların romandakı mövqeyinə görə müəyyən edilmişdir. Hər obrazın qarşısında, onun romanda ilk dəfə göründüyü səhifə qeyd edilmişdir. İlk rəqəm (rum rəqəmi) kitabın cildini (E həri isə Epiloqu), ikinci rəqəm (ərəb rəqəmi) cilddəki hissəni, üçüncü rəqəm (rum rəqəmi) isə fəsli bildirir. Adların bəzisinin qarşısında olan Y işarəsi isə həmin obrazın tarixi şəxsiyyət olduğunu bildirir. == Əsas obrazlar — rus zadəgan ailələrinin təmsilçiləri == === Rostovlar === Rostov Andrey (Andryuşa) Nikolayeviç , Nikolay Rostovun oğlu. E, 1, IX Rostov İlya Andreyeviç, qraf. I, 1, X Rostov Nikolay İliç.
Merilin Mao obrazında
"Merilin Mao obrazında" (ing. Marilyn as Mao) və ya "Merilin/Mао" (ing. Marilyn/Mao) — 1952-ci ildə latış-yəhudi əsilli fotoqraf Filipp Halsman tərəfindən yaradılmış fotomontaj. Sonradan bu obraz Salvador Dali, çinli rəssamlar Yu Yuhan və Xua Ciminq kimi təsviri incəsənətin bir çox məşhur nümayəndələri tərəfindən istifadə olunmuşdur. == Filipp Halsmanın fotosu == Amerikalı aktrisa və model Merilin Monro 1952-ci ilə qədər karyerasının zirvəsinə doğru əminliklə irəliləyirdi. 1950-ci ilin dekabrında "20th Century Fox" kinostudiyası ilə 7 illik müqavilə imzalamış, 1 il sonra bu studiyanın istehsalı olan filmlərdə baş rollarda çəkilməyə başlamışdır. Tezliklə Merilin "Hollivud əcnəbi mətbuat assosiasiyası tərəfindən "ən gəlirli gənc aktrisa" elan olunmuşdur.. Monro özünü yeni seks-simvol qismində təqdim edirdi. Müsahibələrindən birində o, 1949-cu ildə açıq paltar geyinmiş, yarıçılpaq fotolara çəkildiyini bildirmişdir. Mətbuat həmin dövrdə onun alt paltarı geyinmədiyini qeyd etmişdir.
Sergey Obraztsov
Sergey Vladimiroviç Obraztsov (rus. Серге́й Влади́мирович Образцо́в; 22 iyun (5 iyul) 1901 – 8 may 1992[…], Moskva) — Rusiya-sovet teatr xadimi, aktyoru və rejissoru, SSRİ xalq artisti (1954), Sosialist Əməyi Qəhrəmanı (1971), SSRİ Dövlət mükafatı laureatı (1946). == Həyatı == Sergey Vladimiroviç Obraztsov 5 iyul 1901-ci il tarixində Rusiya imperiyasının Moskva quberniyası ərazisində yerləşən Moskva şəhərində anadan olmuşdur. O, Vladimir Obraztsovun oğludur. Obraztsov 1922–1930-cu illərdə Moskva Bədaye Teatrı musiqi studiyasının, 1930–1936-cı illərdə İkinci Moskva Bədaye Teatrının aktyoru olmuşdur. O, 1920-ci ildə ilk dəfə kuklalarla çıxış etmiş, 1930-cu illərin ortalarında estrada artisti kimi məşhur olmuşdur. Obraztsov 1931-ci ildən Dövlət Mərkəzi Kukla Teatrına rəhbərlik etmişdir. Onun uşaqlar üçün tamaşaları: "Kaştanka" (1935, Y. Speranski), "Ələddinin çırağı", "Balaca pələng Petrik" (1940, 1965, N. Gernet), "Mister Tvister" (1961, S. Marşak); böyüklər üçün tamaşaları: "Qeyri-adi konsert" (1946), "Şeytan dəyirmanı" və "İlahi komediya" (1953, 1961, İ. Ştok), "Danışır və göstərir Mərkəzi Kukla Teatrı" (1973), "Çar Saltan nağılı" (1974, A. Puşkinin əsəri üzrə), "Əjdaha" (1980, Y. Şvarts), "Don Juan 81" və s. Obraztsov 1956-cı ildən rejissor və ssenarist kimi kinoda da fəaliyyət göstərmişdir. O, 1957-ci ildən Beynəlxalq Kuklaçılar İttifaqının vitze-prezidenti, 1958-ci ildən isə bu ittifaqın SSRİ bölməsinin prezidenti olmuşdur.
Vasili Obraztsov
Vasili Parmenoviç Obraztsov (rus. Василий Парменович Образцов; 1 (13) yanvar 1849, Qryazovets[d], Voloqda quberniyası[d] – 27 dekabr 1920, Kiyev) — Rusiya terapevti, professor. == Həyatı == Vasili Parmenoviç Obraztsov 13 yanvar 1851-ci il tarixində Voloqda quberniyasının Qryazovets şəhərində anadan olmuşdur. O, 1877–1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində alay həkimi işləmişdir. Obraztsov 1893-cü ildə professor olmuşdur. O, şagirdi N. D. Strajesko ilə birlikl ilk dəfə 1910-cu ildə miokard infarktının klassik təsvirini vermiş, qarın boşluğu orqanlarının müayinə üsullarını işləyib hazırlamışdır. Obraztsov ürək fəaliyyətində yaranan səs dəyişikliyini bilavasitə qulaqla dinləməyin üstünlüklərini isbat etmişdir. O, terapevtlər məkətninin yaradıcılarındandır. Obraztsov 14 dekabr 1920-ci il tarixində SSRİ respublikalarından olan Ukrayna SSR-nin Kiyev şəhərində vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == Деятели России: 1906 г.
Vertumn obrazında imperator II Rudolfun portreti
Vertumn obrazında imperator II Rudolfun portreti (it. Limperatore Rodolfo II in veste di Vertumno) - İtalyan rəssam, memar, səhnə tərtibatçısı və mühəndis Cüzeppe Arçimboldo tərəfindən 1591-ci ildə çəkilmiş rəsm əsəri. Tablo Stokholm şəhərində yerləşən Skokloster sarayında saxlanılır. Vertumn obrazında imperator II Rudolfun portretinə görə rəssam fəxri pfaltsqraf tituluna layiq görülmüşdü. Bu portret imperatoru ilin fəsillərinin və dünya nemətlərinin allahı Vertumnun obrazında təsvir edir. Vertumn qədim İtaliyada dəyişkənlik, təbii bolluq allahı kimi də məşhur idi.
Vladimir Obraztsov
Vladimir Nikolayeviç Obraztsov (rus. Владимир Николаевич Образцов; 6 (18) iyun 1874, Mikolayev, Xerson quberniyası[d] – 28 noyabr 1949, Moskva, RSFSR, SSRİ) — nəqliyyat sahəsi üzrə SSRİ alimi, SSRİ Dövlət mükafatı laureatı (1942, 1943). 1939-cu ildə SSRİ Elmlər Akademiyasının üzvü olmuşdur. == Həyatı == Vladimir Nikolayeviç Obraztsov 18 iyun 1874-cü il tarixində Rusiya imperiyasının Xerson quberniyası ərazisində yerləşən Mikolayev şəhərində (indiki Ukrayna) anadan olmuşdur. O, 1919–1922-ci illərdə Moskva Mülki Mühəndislər İnstitutunda, 1923–1949-cu illərdə isə Moskva Dəmiryol Nəqliyyat Mühəndisləri İnstitutunda professor olmuşdur. Obraztsov 1935–1940-cı illərdə həm də Moskva Elmi-Tədqiqat Dəmiryol Nəqliyyat İnstitutunda rəis işləmiş, 1939-cu ildən ömrünün sonunadək SSRİ Elmlər Akademiyası nəqliyyat problemləri bölməsinə başçılıq etmişdir. Onun əsas tədqiqatları dəmiryol stansiyası və qovşaqlarının layihələnməsinə həsr olunmuşdur. Obraztsov 1935-ci ildə XVI çağırış Ümumrusiya MİK üzvü, həmçinin SSRİ Ali Sovetinin (I–II çağırış) deputatı olmuşdur. O, 28 noyabr 1949-cu il tarixində, 75 yaşında SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmiş, Novodeviçye qəbiristanlığında dəfn edilmişdir. == Şəxsi həyatı == Vladimir Obraztsovun oğlu Sergey Rusiya-sovet teatr xadimi, aktyoru və rejissoru, SSRİ xalq artisti (1954), Sosialist Əməyi Qəhrəmanı (1971), SSRİ Dövlət mükafatı laureatıdır (1946).
İncəsənətdə getman Mazepa obrazı
İvan Mazepa (1639-1709) - Ukrayna tarixinin əhəmiyyətli şəxsiyyətlərindən biri olmuşdur. Onun haqda olan məşhur əhvalatlardan biri gənc ikən zadəgan xanımla eşq yaşamasından bəhs edir. Belə ki növbəti görüş zamanı xanımın əri tərəfindən tutulan Mazepa çılpaq şəkildə ata bağlanılaraq çapdırılmışdır. Sonda kazakların yanına gəlmiş və onların başçısı seçilmişdir. Bu hadisə məşhur ingilis şairi lord Corc Bayronun diqqətini çəkmişdir. Nəticədə, 1819-cu ildə bu hadisədən bəhs edən “Mazeppa” (orijinalda müəllif 2 "P" hərfi ilə yazmışdır) əsərini yazmışdır. Onun poeması əsasən, fransız romantizminin nümayəndələri tərəfindən bir çox rəsmlərin çəkilməsinə, musiqi əsərlərinin yazılmasına, səhnə tamaşalarının nümayiş olunmasına gətirib çıxartmışdır. == Tarixi şəxsiyyət == Mazepa 1687-1708-ci illərdə Zaporojye qoşunlarının getmanı olmuşdr. O, 1709-cu ildə baş vermiş Poltava döyüşündə mühüm rol oynamışdır. Rusiya çarı I Pyotr ona xəyanət edərək İsveç kralı XII Karlın tərəfinə keçən Mazepanı Aleksandr Menşikovla dəyişmək niyyətində də olmuşdur.
Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala (kitab)
Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala — akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə hazırlanmış ikicildli monoqrafiya. Kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən iki cilddə nəşr edilmiş, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuşdur. Kitabda ilk dəfə olaraq ədəbiyyatda Heydər Əliyev obrazı tədqiqata cəlb edilərək, ədəbiyyatın Heydər Əliyev fenomeninə münasibəti, reaksiyası, dahi şəxsiyyətin bədii əsərlərdə obrazının təcəssümlənməsi məsələləri sistemli tədqiq olunmuşdur.Kitabın təqdimatı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keşirilmişdir. == Birinci cild == İnstitutun elmi şurasının qərarı ilə çap olunan monoqrafiyanın birinci hissəsinin rəyçiləri professorlar Məmməd Əliyev və Məhərrəm Qasımlı, məsul redaktoru isə Tehran Əlişanoğludur. Birinci kitab 400 səhifə həcmində, altı fəsildən ibarətdir. Giriş - "Ədəbiyyatın yüksək amalı və böyük borcu" (akademik İsa Həbibbəyli) birinci fəsli - “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz” (akademik İsa Həbibbəyli) ikinci fəsli - “Poeziyada Heydər Əliyev idealı” (Filologiya üzrə elmlər doktoru, dosent Elnarə Akimova) üçüncü fəsli - “Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı” (AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu) dördüncü fəsil - “Dahiyə layiq bədii-sənədli epopeya” (Filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənova) beşinci fəsil - “Uşaq ədəbiyyatında Heydər Əliyev mövzusu” (Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı) altıncı fəsil - “Heydər Əliyevin ədəbi-filoloji portreti” (Filologiya üzrə elmlər doktoru, professor Əlizadə Əsgərli) == İkinci cild == 2019-cu ildə çap olunan “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala” kitabının ikinci cildi Ümummilli Liderin ölkəmizdə siyasi hakimiyyətə başlamasının 50 illiyinə ithaf olunub. Monoqrafiyada akademik İsa Həbibbəyli “Heydər Əliyev epoxası: dahilik, zaman və müasirlik”, “İlham Əliyev erası”, “Azərbaycan Heydər Əliyevşünaslığı: nailiyyətlər və vəzifələr” başlıqlı üç sanballı tədqiqatla Ümummilli Liderin tarixi və bədii obrazını yaradıb. İkinci kitabda, həmçinin Elnarə Akimovanın “Ulu Öndər yolunun davamı və sabahı – İlham Əliyev”, Tehran Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, Lalə Həsənovanın “Beynəlmiləl məfkurədən milli ideyaya doğru (xarici ölkələrin publisistikasında Heydər Əliyev obrazı)”, Aygün Bağırlının “Heydər Əliyevin bədii obrazı dramaturgiya və teatrda”, Əlizadə Əsgərlinin “Elmi-ədəbi fikirdə Heydər Əliyev dühası” kimi əhatəli yazıları da yer alıb.İkinci kitabın rəyçisi AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, məsul redaktoru Tehran Əlişanoğludur.
Hal obrazı
Hal — mifoloji obrazdır. Doğum mərasimləri keçirilərkən, adının hallandırılması çox zaman tabu sayılsa da, istər-istəməz ən çox Hal obrazı ilə bağlı ayinlər icra edilir. Bu isə bir mifoloji varlıq olaraq Halın təsəvvürlərdə özünə çox geniş yer alması ilə və doğuş prosesinə əngəl törədə biləcək mövhumi qüvvə olması ilə əlaqədardır. Buna görə də insanlar mifik üsullarla Hala qarşı tədbirlər görməklə bahəm, həm də onun elmi mahiyyətinə enməyə səy göstərirlər. Müxtəlif ölkələrin və xalqların alimləri bu sahədə ciddi araşdırmalar aparmışlar. Lakin buna baxmayaraq, bu yöndə mülahizələr başa çatmamış, istər dini-mifoloji nöqteyi-nəzərdən, istərsə də elmi-nəzəri baxımdan bu bu məsələ nə qədər çözülməyə çalışılsa da, hələ kifayət qədər öyrənilib qurtarmamışdır. Hal Anasına bəzən "Həmzad" adı da verilir. Bu da doğan arvadların, yenicə dünyaya gətirdikləri uşağın ciyərini çıxarıb aparırmış. Ona görə də bəzən yenicə doğmuş arvad bayıldıqda "onu hal aparmış" deyirlər. Hətta kəndlərdə doğan arvadın bayıldığı zaman "Hal anasını" qaçırmaq üçün evdə tüfəng atarmışlar.

Digər lüğətlərdə

верстово́й запродава́ть каталепти́чески лава́шный лива́н пастеризова́ться преда́тельствовать пришепётывание растрави́ться хря́скать джу́нгли ду́мочка кайфова́льщик кре́сти предго́рье глива затохоль air-oven arborescence dial-work featherheaded Pamir вселенная запустение нюхальщик