JAKET
JANDARM
OBASTAN VİKİ
Jalə
Jalə — Azərbaycanlı qadın adı. Jalə Əhmədova — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı Jalə Bayramova — Azərbaycanlı atıcı. Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqu Jalə Amuzgar — Azərbaycan əsilli İran tarixçisi və professor. Jalə Əliyeva — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. Jalə Qədimova — pedaqojika elmləri doktoru, professor.SoyadAfife Jalə — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası.
Afife Jalə
Afife Jalə (türk. Afife Jale 1902, Kadıköy, İstanbul ili – 24 iyul 1941, İstanbul) — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası. == Bioqrafiyası == Afife Jalə 1902-ci ildə İstanbulda Hidayət bəy və Methiye xanımın ailəsində anadan olmuşdur. Ondan başqa ailədə bir qızı Behiye xanım və bir oğlu Salah bəy də vardı. == Karyerası == Afife qızlar üçün nəzərdə tutulan İstanbul Sənaye Məktəbində oxuyur. Ancaq onun arzusu aktrisa olmaq olur. O dövrdə Osmanlı İmperiyasında Türk Müsəlman qadınları Daxili İşlər Nazirliyinin əmri ilə səhnədə oynaya bilməzdilər. Aktrisalar yalnız yunan, erməni və ya yəhudi əsilli qeyri-müsəlman qadınlar ola bilərdi. Afifenin atası qızının teatr karyerasına qarşı idi. Atasına itaətsizlik edən Afife valideynlərinin evindən qaçır və yeni qurulan Darülbedayi konservatoriyasında stajor işçisi olaraq çalışır.
Jalə Amuzgar
Jalə Amuzgar (2 dekabr 1939, Xoy, Qərbi Azərbaycan ostanı) — Azərbaycan əsilli İran tarixçisi və professor. == Həyatı == 1939-cu ilin 2 dekabrında Qərbi Azərbaycan ostanının Xoy şəhərində anadan olmuşdur. === Təhsili === Jalə Amuzgar Fəlsəfə doktoru elmi dərəcəsini Sarbonna Universitetində almışdır. == Fəaliyyəti == Məşğul olduğu əsas sahə İranistikadır. O, hal-hazırda Tehran Universitetinin Qədim İran Mədəniyyəti və Dilləri bölməsinin rəhbəridir.Jalə Amuzgar prof.Əhməd Tafuzzuli ilə birlikdə İranın qədim dövr tarixinə və ədəbiyyatına aid müxtəlif əsərlər yazmışdırlar. O, həmçinin Kolumbiya Universitetinin İranika Ensiklopediyası layihəsində də iştirak etmişdir. == Əsərləri == Həyatın Zərdüşt mifi Pəhləvi dili, ədəbiyyatı və təlimatları İranın mifoloji tarixi İlk əfsanəvi iranlı Şəhriyar və ilk nümunələr (tərcümə) Le Cinquieme Livre Du Denkard (tərcüməçi: Əhməd Tafuzzuli) == Mükafatları == Jalə Amuzgar müxtəlif orden və medallarla təltif edimişdir. Bunlara misal olaraq "Şərəf Legionu Cəngavəri"ni və "İran Mədəni İrsi" mükafatını göstərmək olar. Sonuncu qeyd edilən mükafatı 2016-cı ildə almışdır.
Jalə Qədimova
Jalə Həmid qızı Qədimova (7 iyul 1954, Gəncə şəhəri)— pedaqojika elmləri doktoru, professor. ADPU-nun "Musiqi və onun tədrisi texnologiyası" kafedrasının professoru == Həyatı == Jalə qədimova 1954-cü ildə iyulun 7-də Gəncə şəhərində anadan olub. 1972-ci ildə "Fərqlənmə diplomu" ilə Gəncə Musiqi Texnikumunu, 1977-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Ailəlidir, bir oğlu və bir qızı var. == Fəaliyyəti == 1994-cü ildə "XIX əsrin sonu — XX əsrin əvvəllərində Azərbaycan maarif xadimlərinin yaradıcılığında musiqi tərbiyəsi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək (1300.01) — Pedaqogikanın tarixi və nəzəriyyəsi ixtisası üzrə pedaqoji elmlər namizədi adını alıb. 2007-ci ildə "Müasir dövrdə Azərbaycanda musiqi tədrisi və tərbiyyəsinin problemləri və onların həlli yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək (5804.01) — Ümumi pedqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə pedaqoji elmləri doktoru adına layiq görülmüşdür. 2011-ci ildən pedqaogika üzrə elmlər doktoru, professorudur.Əmək fəaliyyətinə 1983-cü ildən başlamışdır. "Musiqi alətləri" kafedrasında konsertmeyster, müəllim baş müəllim, dosent vəzifəsində çalışmışdır. 1998–2016-cı illərdə "Musiqi fənləri və onun tədrisi metodikası" kafedrasının müdiri vəzifəsini icra etmişdir. İşlədiyi müddət ərzində pedaqogika üzrə beş fəlsəfə doktoru yetişdirmişdir.
Jalə İnan
Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqudur. Uzun illər davam edən proqramlı qazıntılarla Perge və Side antik şəhərlərinin gün işığına çıxarılmasına əmək vermiş, çıxarılan əsərlərin sərgilənməsi üçün Antaliya və Side muzeylərinin qurulmasına nail olmuşdur. Türkiyənin ilk arxeoloqlarından olan Əziz Oğanın qızı, zamanın öndə gələn elm adamlarından olan Mustafa İnanın həyat yoldaşıdır. == Həyatı == 1914-cü ildə arxeoloq Əziz Oğanın ailəsində doğuldu. Anası Məsturə xanım idi. Orta məktəbə Ərənköy Qız Liseyində başladı. Atasının məsləyi ilə əlaqədar gəzintilərinə qatılaraq arxeologiya ilə tanış oldu.Aleksandr von Humbolt vəqfinin təqaüdü ilə arxeologiya üzrə oxumaq üçün Almaniyaya getdi. Bir il sonra da Türkiyə dövlətinin təqaüdünü qazandı. 1935–1943-cü illəri arasında arxeologiya üzrə bakalavr və doktorluq dərəcələrini Berlin və Münhen Universitetlərində tamamladı. 1943-cü ildə professor Rodenvaltın yanında "Kunstgeschichtliche Untersuchung der Opferhandlung auf römischen Münzen" adlı doktorluq tezisi ilə doktorluğu tamamlayaraq Türkiyəyə döndü.
Jalə Əhmədova
Jalə Fərhad qızı Əhmədova (23 aprel 1981, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı, Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidenti, Türk Dövlətləri Autizm Federasiyasının baş katibi, hüquq elmləri magistri. == Həyatı == Əhmədova Jalə Fərhad qızı 23 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri 158 saylı orta məktəbi bitirib. 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. 2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini magistr dərəcəsi ilə bitirib. 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə bitirib. Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, baş məsləhətçi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində baş zabit- hüquqşünas vəzifələrində çalışıb.Ehtiyatda olan zabitdir. === Ailəsi === Jalə Əhmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi polkovnik Fərhad Əliyevin qızıdır. Ailəlidir, 2 övladı var. == İctimai-siyasi fəaliyyəti == 2018-ci ildən "Vinq Çun" Döyüş Sənəti Federasiyasının təsisçilərindən biri və vitse-prezidenti olub..
Jalə Əliyeva
Jalə Əliyeva (5 oktyabr 1966, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. == Həyatı == Əliyeva Jalə Fazil qızı 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Şairə Nurəngiz Günün yeganə övladıdır. 1 övladı var. 1983-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1988-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu illərdə, dövrün ən ali təqaüdü olan Lenin təqaüdünə layiq görülmüşdür. Eyni zamanda universitetin ictimai və elmi həyatında yaxından iştirak etmiş, universitet elmi şurasının üzvü, fakültə komsomol komitəsinin katibi olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək, ikinci ali təhsilə yiyələnmişdir.
Jalə Əliyeva (güləşçi)
Jalə Əliyeva (1 fevral 2001, Gəncə) — Azərbaycanı təmsil edən qadın güləşçi. == Həyatı == Jalə Əliyeva 2001-ci il fevralın 1-də Gəncə şəhərində anadan olub. Abşeron Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Klubunun üzvüdür. == Karyerası == Jalə Əliyevanın birinci beynəlxalq turniri 2016-cı ilin iyulunda İsveçdə baş tutan yeniyetmələr arasında Avropa Çempionatı oldu. Turnirin final görüşündə Almaniya nümayəndəsi Emili Haseya məğlub olan Jalə Əliyeva turniri gümüş medalla başa vurdu. Sentyabrda isə o, Gürcüstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu.2017-ci ildə Jalə Əliyeva beynəlxalq turnirlərdə medala sahib ola bilmədi. İyulda Sarayevo şəhərində (Bosniya və Herseqovina) yeniyetmələr arasında Avropa Çempionatı və sentyabrda Afina şəhərində (Yunanıstan) yeniyetmələr arasında Dünya Çempionatını 12-ci pillələrdə başa vurdu.2018-ci və 2019-cu illərdə də Jalə Əliyeva medala sahib ola bilmədi. 2018-ci ildə KYRM-da baş tutan yeniyetmələr arasında Avropa Çempionatını 12-ci, sentyabrda isə Xorvatiyada baş tutan yeniyetmələr arasında Dünya Çempionatı 5-ci pillədə başa vuran Jalə Əliyeva bir il sonra, 2019-cu ildə İspaniyada gənclər arasında Avropa Çempionatında 5-ci, Estoniyada gənclər arasında Dünya Çempionatında isə 11-ci oldu.Pandemiya səbəbilə yaranan fasilədən sonra Jalə Əliyevanın birinci beynəlxalq turniri 2021-ci ilin iyununda Dortmund şəhərində Almaniya baş tutan gənclər arasında Avropa Çempionatı oldu. Turnirin nəticələrinə əsasən o, 12 idmançı sırasında 8-ci pillənin sahibi oldu. Daha sonra Jalə Əliyeva avqustda Ufa şəhərində (Rusiya) baş tutan gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.

Digər lüğətlərdə

вся́кое димо́рфный квадра́нт недово́з обма́киваться обскура́нтский режи́м башта́н госторго́вля искоро́биться отка́тывать патогене́з подба́лтывать помутне́ние попя́тить э́тот бич chiefly crabbery orant orthowater outcome виллис пилорама свинчивать