Azərbaycan Jurnalistlər İttifaqı
Azərbaycan Jurnalistlər Birliyi (AJB) – Azərbaycanda müstəqil, azad, könüllük əsasında fəaliyyət göstərən ictimai–yaradıcı təşkilat.
== Haqqında ==
Azərbaycan Jurnalistlər Birliyi (AJB) müstəqil, azad, könüllük əsasında fəaliyyət göstərən ictimai – yaradıcı təşkilatdır. O 1000–dən artıq qəzet və jurnalda, 25 teleradio şirkətində, 20 informasiya agentliyində, 40-a qədər nəşriyyatda çalışan 3000-ə yaxın jurnalisti öz sıralarında birləşdirir. Digər jurnalist təşkilatlarından fərqli, AJB istisnasız olaraq, istər mərkəzi, istərsə də şəhər və əyalət mediasını bütünlüklə əhatə edən ümumrespublika təşkilatıdır.
AJB jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olur, Kütləvi İnformasiya Vasitələrin (KİV), azad sözün, plüralizm və demokratiyanın inkişafına yardım edir, mətbuat haqqında mütərəqqi qanunların qəbul edilməsi üçün mübarizə aparır, müxtəlif görüşlər, seminarlar təşkil edir, müsabiqələr keçirir, hər il ölkənin istedadlı jurnalistləri arasından 12 nominasiya üzrə laureatları müəyyənləşdirərək, onları 22 İyul Milli Jurnalistika günündə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin adını daşıyan mükafatla təltif edir. AJB respublikanı beynəlxalq görüşlərdə, qurultaylarda, konfranslarda, konqreslərdə təmsil edir, xarici ölkələrin KİV-ləri haqqında bank məlumatları toplayır. Özünün ancaq üzvlük haqlarından formalaşan cüzi gəlirinə baxmayaraq, qaçqın jurnalistlərə, işğal altında olan rayonların qəzet redaksiyalarına, təqaüddə olan mətbuat işçilərinə yardımlar edir.
== Tarixi ==
Azərbaycan Jurnalistlər Birliyi ilk olaraq 1955-ci ildə, Azərbaycan KP MK–nın qərarı ilə Azərbaycan Jurnalistlər İttifaqı Təşkilat Bürosu kimi fəaliyyətə başlamışdır. Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan sənədlərdə, 1955–1959-cu illər arasında, Təşkilat Bürosunun Jurnalistlər İttifaqının yaradılması istiqamətində apardığı işlər, jurnalistlərin peşə hazırlığının artırılması məqsədilə təşkil etdiyi kurslar, seminarlar, konfranslar və digər tədbirlər haqqında müfəssəl məlumat var.
Azərbaycan Jurnalistlər İttifaqının ilk təsis qurultayının keçirilməsi ilə əlaqədar, Təşkilat Bürosunun sədri, həmin illərdə AKP MK–nın Təbliğat və Təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmış Şıxəli Qurbanovun Azərbaycan KP MK–nın Bürosuna göndərdiyi fevral 1959-cu il tarixli məktubunda jurnalistlərin qurultayının Sov.