MƏBƏD

место поклонения, молельня храм
MƏBADƏ
MƏBLƏĞ
OBASTAN VİKİ
Arılıqbinə məbəd kompleksi
Arılıqbinə məbəd kompleksi Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər vardır. Məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindəndir.
Məbəd
Məbəd (tapınaq, ibadətxana və ya ibadətgah) — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir. Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi. == Məbəd tikililəri == Qədimlərdən bu günə qədər memarlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini büruzə etməlidir. Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir.
Dairəvi məbəd
Dairəvi məbəd, Nuxa Üçmüqəddəs kilsəsi (rus. Нухинская трехсвятительская церковь) və ya Nuxa Müqəddəs kilsəsi" (rus. Нухинская Святительская церковь) — Şəki şəhərindəki Nuxa qalasında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi. Hazırda bu tikilinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir. == Haqqında == Dairəvi məbədin əsas hisəsinin (artırmalarsız) üstü günbəzlə tamamlanır və bu ilkin hissə memarlıq üslubuna, tikintisində istifadə edilmiş inşaat materiallarının növünə görə qaladakı digər tikililərdən xeyli fərqlənir. Həmin səbəbdən də bəzi tədqiqatçılar onun tarixini Qafqaz Albaniyası dövrünə aid edirlər. Lakin XX əsrin ortalarında mütəxəssislər Nuxa qalası ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha ərazini əhatə edən qalanın içində məscid və Şəki xan sarayı istisna olmaqla, bütün tikililər rus dövrünə aiddir. Dairəvi məbəd XIX əsrin ən geci 1853-cü ildən XX əsrin əvvəllərinə qədər indiki Şəki şəhərində fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi idi. Kilsə binası təmiz yonulmuş əhəngdaşı ilə əvvəl dairəvi planda tikilmiş və üstü günbəzlə tamamlanmışdı. Sonralar isə ona üç tərəfdən çay daşı və kərpic hörgüsü ilə əlavələr edilərək genişləndirilmiş və o xaç formasına (yuxarıdan baxdıqda) salınmışdır.
Məbəd adı
Məbəd adı — Çin, Koreya (Koryö və Coson dövrləri) və Vyetnam tarixində hökmdarların istifadə etdiyi ad növü. Bu adlar imperatorun ölümündən sonra verilirdi və adətən iki hecadan ibarət idi: Sifət - imperatorun hakimiyyətinin səciyyəvi xüsusiyyətlərindən seçilirdi. Sülalənin baniləri çox vaxt Uca (高) və ya Böyük (太) epitetləri ilə anılırdılar. İmperator - əsasən çu (祖) və ya çonq (宗) heroqlifləri ilə bildirilirdi. Çu (祖 - əcdad) - əsasən sülanin banilərinə verilirdi. Koreya ekvivalenti co (조), Vyetnam ekvivalenti to adlanır. Çonq (宗 - ulu baba) - sülalənin digər üzvlərinə verilirdi. Koreya ekvivalenti conq (종), Vyetnam ekvivalenti tonq adlanır.Bu adların yazıldığı löhvələr saraylardakı əcdad məbədlərində yerləşdirilir, insanların ibadəti üçün açılırdı. Xan sülaləsi, Tan sülaləsi və Min sülaləsində bu adlar geniş istifadə olunurdu.
Məbəd cəngavərləri
Tampliyerlər (fr. templiers — "məbədçilər"; fr. temple sözündən), Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri (lat. Pauperes commilitones Christi Templique Salomonici) — orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş cəngavər ordenlərindən biri. Səlib yürüşlərində fəal iştirak etmişlər. I Səlib yürüşü zamanı ələ keçirilmiş Qüdsü ətrafdakı müsəlman dövlətlərindən qorumaq və bura ziyarətə gələn xristian zəvvarları mühafizə etmək məqsədilə Huqo de Peynin başçılıq etdiyi bir qrup cəngavər tərəfindən 1119-cu ildə yaradılmışdır. Təriqət Avropada bank və sələm sistemini genişləndirmişdir. Fransa kralı IV Filipin 1307-ci il sentyabrın 22-də verdiyi göstərişə əsasən oktyabrın 13-ü, cümə günü ordenin Fransa ərazisindəki bütün üzvləri həbs olunaraq istintaqa cəlb edilmişdir. Tampliyerlərə vurulan son zərbə, 23-cü və sonuncu magistr olan Jak de Molenun tonqalda yandırılması olmuşdur.Orden XII–XIII əsrlərdə çox varlı olmuşdur. Onlar həm səlibçilərin Suriya və Fələstində yaratdıqları dövlətlərdə, həm də Avropada geniş torpaqlara malik olmuşdur.
Məbəd dağı
Məbəd dağı (ərəb. الحرم القدسي الشريف‎; ivr. ‏הַר הַבַּיִת‎‏‎) — Qüdsdə olan köhnə şəhərin ən əsas dini məkanlarından biridir. Əl-Əqsa məscidi burada yerləşir.
Qızıl Məbəd
Qızıl məbəd (Hindistan)
İkinci məbəd
Herod məbədi (ivr. ‏מקדש הורדוס‏‎) və ya İkinci məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ הַשֵּׁנִי‏‎: Beyt HaMikdaş HaŞeni) — Yerusəlim şəhərindəki Məbəd dağında olmuş yəhudi müqəddəs məbədinə verilən ad. Məbəd dağında eyni yerdə iki yəhudi məbədi olmuş və onlar təxminən e.ə. 516-cı ildən b.e. 70-ci ilinə kimi fasiləsiz və ardıcıl olaraq ibadətçilərə xidmət etmişlər. Yəhudi tarixinin İkinci məbəd dövrünün adı bu məbədlə əlaqəlidir. Yəhudi Bibliyasına görə İkinci məbəd e.ə. 586-cı ildə Yeni Babil imperiyasının Yerusəlimi işğal edib, İudey krallığının əhalisinin bir hissəsini əsir alması zamanı dağıdılmış Solomon məbədinin (Birinci məbəd) yerində inşa edilmişdir. Bibliyaya görə, İkinci məbəd əvvəlcə Əhəmənilərin hakimiyyəti dövründə Babildən Lenavta qayıtmış bir qrup yəhudi tərəfindən Zarovavelin rəhbərliyi ilə inşa edilmiş kiçik tikili olmuşdur.
Dəndərə məbəd kompleksi
Dəndərə məbəd kompleksi (q.misir Iunet və ya Tantere) — Misirin Dəndərə şəhərindən təqribən 2.5 kilometr (1.6 mil) ) məsafədə yerləşir. Misirdə ən yaxşı qorunan məbəd komplekslərindən biridir. Ərazi Abidosun cənubunda, Yuxarı Misirin altıncı nomu kimi istifadə olunurdu. == Hathor məbədi == Kompleksdə üstünlük təşkil edən bina Hathor məbədidir. Məbəd orta padşahlıq dövründən başlayaraq Roma imperatoru Trayanın dövrünə qədər eyni yerdə olmuş, lakin bir qədər dəyişdirilmişdir. Mövcud strukturun tikintisi e.ə. 54-cü ilin iyulunda XII Ptolemey Neos Dionisin dövründə başlamışdır. və hipostil zalı Tiberi dövründə tikilmişdir.Trayan Misirdə binalar tikməkdə və onları bəzəməkdə kifayət qədər fəal idi. O, Domisian ilə birlikdə Hathor məbədinin propilonunda səhnələr təqdim etmişdir. Onun kartuşu İsnadakı Xnum məbədinin sütun şaftlarında da müşahidə olunur.
Karnak (məbəd kompleksi)
Karnak məbəd kompleksi və ya sadəcə olaraq Karnak (ərəb. خورنق‎ Xurnak sözündən; mənası – "istehkamlı kənd") — indiki Misirdə, Nil çayının sağ sahilində, qədim Teben şəhərinin mərkəzi meydanının şimal-şərq hissəsində bir qrup məbəd kompleksi. == Tarixi == Karnak Teben padşahlığı bütün Misirə genişləndikdən sonra (XI–XII sülalələr) bu ərazi ölkənin mərkəzi ziyarətgahına çevrilmişdir. Teben triadasının tanrıları Amon, Mut və Xonsuya həsr edilmişdir. Tarixin bütün sonrakı dövrlərində burada iz qoyulmuşdur. Hər bir firon öz adını burada əbədiləşdirməyə çalışırdı. Hətta XVI sülalənin nümayəndələri də məbədin şimal iqamətgahında öz izlərini qoymuşdular. Əsas məbədin ziyarətgahının tikintisi III Tutmos tərəfindən tamamlanmışdır. Məbədin şərq yarısının digər hissələrinin tikintisi XVIII sülalənin digər padşahlarının hakimiyyət dövrünə təsadüf edir. Məbədin bir zolaqla ayrılmış qərb yarısı daha yaxşı qorunub saxlanılmışdır.
Qızıl Məbəd (dəqiqləşdirmə)
Qızıl məbəd (Hindistan)
Qızıl məbəd (Hindistan)
Qızıl Məbəd — Hindistanın şimalındakı Pəncab ştatının Amritsar şəhərində yerləşir. == Tarixi == O, məbəd kompleksindən ibarətdir. Adını günbəzi və divarları örtən qızıl suyuna çəkilmiş mis lövhələrdən almışdır. Qızıl Məbəd siqhlərin əsas ibadətgahıdır. Onun digər adları Darbar Sahib (Allahın evi) və Harmandir Sahib (Allahın məbədi) - dir. Məbəd siqh qurdvaralarından (quru qapıları, onların fəaliyyəti ilə bağlı olan məbədlər) ən əsasıdır. O, süni gölün mərkəzində yerləşir. Həmin gölün siqhlər üçün dini mahiyyəti çox böyükdür. Rəvayətə əsasən onun suyu insana sağlamlıq və uzun ömür bəxş edir. Bu göl, şəhər və məbədi XVI əsrin sonlarında siqhərin dördüncü qurusu Ram Das Ci inşa etmişdir.
Qızıl məbəd (Yaponiya)
Kinkaku məbədi – Kiotoda yerləşən qədim məbədlərdən biri. Hərfi tərcümədə Qızıl pavilyon məbədi deməkdir. Tikilinin üzəri təmiz qızıldan örtülüb. == Tarix == 1394-cü ildə Yaponiyanın III imperatoru Sequn Yoşimitsu taxt-tacdan əl çəkdikdən sonra ömrünü sakit bir guşədə başa vurmağı qərara almış və Kinkaku məbədinin tikintisinə başlamışdır. Yoşimitsunun vəfatından sonra imperator Kinkaki bu məbədin tikintisini başa çatdırmışdır. Məbədin hər mərtəbəsinin öz adı vardır və özünəməxsus bəzədilmişdir. Binanın ikinci və üçüncü mərtəbələri, üzərinə yapon lakı çəkilmiş nazik qızıl təbəqə ilə örtülmüşdür. Kinkaku məbədi Yaponiyanın nadir incilərindən biridir. 1397-ci ildə inşa edilib. Bir neçə dəfə bina tamam yandırılıb.
Qızıl məbəd (Çin)
Qızıl məbəd — Çində yerləşən məbəd. Vudang Dağının ana təpəsində olan "Qızıl Məbəd", Çində qoruma altına alınan bürüncdən hazırlanmış və qızıl örtməli ən böyük məbəddir. Beş metr yüksəkliyində və dörd metr genişliyində olan "Qızıl Məbəd", qüsursuz bir şəkildə tikilmişdir və içəriyə külək belə sızmaz. Bu məbəddə bürüncdən hazırlanmış və üzəri qızıl örtmə 10 ton ağırlığında "Taoizmin Tanrısı Zhenwu" heykəli var. Qeydlərə görə; bu məbəd, 20 ton bürünc və 300 kilo qızıl istifadə edilərək Beijingdə tikildikdən sonra, Vudang Dağına daşınmışdır. "Qızıl Məbəd"in yaxşı ötürücü qüvvəsi olduği üçün, üzərinə tez-tez ildırım düşməkdədir. Lakin, ildırımlar məbədə heç də zərər verə bilməməkdə, əksinə daha da parlaqlıq qazanmasına səbəb olmaqdadır. Bu, möcüzəvi bir vəziyyətdir.
Xudavəng məbəd kompleksi
Xudavəng monastırı — Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Qafqaz Albaniyasına məxsus tarixi-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor G. Məmmədova Xudavəng monastırının Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu qeyd edir. Xudavəng monastırına dini və dünyəni xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII–IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir. Kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunmuşdur. Həmçinin Dadivəng və Xutavəng də adlandırılır. == Tarixi == Monastır, Murovdağ və Qarabağ silsilələrinin yaxınlaşdığı yerdə formalaşan dağlı vadidə, yüksək təpəlik üzərində yerləşir.
Yunqan mağara-məbəd kompleksi
Yunqan mağara-məbəd kompleksi — Çinin dünya əhəmiyyətli abidələrindən biri. == Tarixi == Yunqan mağaralar kompleksi Şansi əyalətinin Datuna şəhərindən 16 km qərbdə Ujou dağlarının ətəyindədir. Mağaralar 1 km məsafədə dağ yamaclarında yerləşir. Yunqan mağaralarının yaradılması fəaliyyətinin başlanğıcı 453-cü il göstərilir, o zaman Şimali Vey imperatorunun əmri ilə buddizm monaxı Tanyao tikintinin təşklinə başlamışdır. Mağara və heykəllərin əksəriyyəti 40 il ərzində tökülmüşdür. Az sonra nisbətən kiçik ölçülü mağara və heykəllər yaradılmışdır. Yunqan mağaralarının yaradılması üçün təxminən 40 min nəfər 50 il ərzində işləmişdir. Tikintidə iştirak etmək üçün hətta Şitszıqo ölkəsindən (indiki Şri-Lanka) budda monaxları da cəlb olunmuşdur. Yunqan mağaralar kompleksi – Çinin şərq məktəbi ənənələri ilə yaradılan daş əsərlər xəzinəsidir. Bununla yanaşı, orada həmin dövrdə dəbdə olan qərb (Yunanıstan) və hind məktəbinin elementlərini də görmək mümkündür.
125 yaşlı sənət məbədi (film, 2008)
125 yaşlı sənət məbədi qısametrajlı sənədli televiziya filmi rejissor Faiq Abbasoğlu tərəfindən 2008-ci ildə çəkilmişdir. Film Naxçıvan televiziyasında istehsal edilmişdir. Film Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinə həsr olunub. == Məzmun == Film Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinə həsr olunub. 1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verildi. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirdi. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra görkəmli ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir.Filmdə teatrın tarixindən, burada çalışan teatr xadimlərindən bəhs olunur.
A-Ma məbədi
A-Ma Məbədi — Makao yarımadasının cənub-qərb hissəsində 1448-ci ildə tikilmişdir. Makaonun ən qədim və ən məşhur daoist məbədidir. Məbəd dənizçilər və balıqçılar ilahəsi Matsuya həsr olunmuşdur.
Abu-Simbel məbədi
Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir. Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır. == Məbədin daxili quruluşu == Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi.
Akama məbədi
Akama məbədi (赤間神宮, Akama-cinqu) – Yaponiyanın Yamaquçi prefekturasının Şimonoseki şəhərində yerləşən şintoist məbədi. Qenpey müharibəsi zamanı öldürülmüş İmperator Antokuya həsr olunmuşdur. Meyci islahatına qədər buddist məbədi olmuşdur. == Tarixi == 1185-ci ildə baş verən və Qenpey müharibəsinin həlledici döyüşü olan Dan-no-ura dəniz döyüşündə Minamoto klanına məğlub olan Tayra klanının bir çox üzvü, eləcə də, 7 yaşlı İmperator Antoku suda boğdurularaq öldürülmüşdür. Antokunun nəşi tapılmış və Akamaqesekidə yerləşən bir buddist məbədinin yaxınlığında basdırılmışdır.1191-ci ildə İmperator Qo-Toba buddist məbədinin adını Amida məbədi olaraq dəyişdirmiş və Antokunun ruhuna dua etmək üçün memorial zalı tikməyi əmr etmişdir. 1875-ci ildə Meyci hökuməti məbədi şintoist məbədinə çevirmiş və adını Akama məbədi olaraq dəyişdirmişdir. == Xüsusiyyətlər == Məbəddə saxlanılan ən əhəmiyyətli əşya XIII əsrə aid olan "Heykenin nağılı" əsərinin əlyazmasıdır. Bu əlyazma "Naqato-bon" adı ilə tanınır.Məbədin illik festivalı hər ilin 7 oktyabr tarixində baş tutsa da, məbəd daha çox hər ilin 23-25 aprel tarixlərində keçirilən Senteysan festivalına görə tanınır. Bu festival İmperator Antokuya ehtiram göstərmək məqsədi ilə baş tutur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Akiba məbədi
Akiba məbədi (秋葉神社, Akiba-cinca) – Yaponiyanın Şizuoka prefekturasının Şuçi rayonundakı Akiha dağında yerləşən şintoist məbədi. Məbəd alov kamisi Kaqutsuçiyə həsr olunmuşdur. == Haqqında == Məbəd və dağın adı yapon dilində eyni kancilərlə yazılsa da, dağ "Akiha", məbəd isə "Akiba" adı ilə tanınmışdır.Məbəd VIII əsrin əvvəllərində yanğınlarla əlaqədar fəlakətlərdən qorunmaq məqsədilə tikilmişdir. 1868-ci ilə qədər bu məbəd bodhisattva Kannona həsr olunmuş Akiba buddist məbədi ilə assosiasiya olunurdu. Kannon şintoizm kamisi olan Kaqutsuçinin prototipi hesab olunur. Bu məbədin populyarlığı Edo dövründə Yaponiyanın şərqində artmış və Yaponiyada məbədin bir çox qolunun yaranmasına səbəb olmuşdur.Hər ilin 15–16 dekabr tarixlərində məbəddə alov festivalı (himatsuri) keçirilir. Məbədin xəzinəsinə hamilər tərəfindən bağışlanmış 150-dən çox qılınc daxildir. Belə ki, yapon mifologiyasına görə İzanaqi Kaqutsuçini öldürmək üçün qılıncdan istifadə etmişdir. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). I cild (A–Conso).
Alban məbədi (Oğuz şəhəri)
Müqəddəs Yelisey Kilsəsi (udi Ĭvĕl Yeliseyi s'iyen Gergeś, rus. Церковь Святого Елисея) — keçmişdə Şərqi Pravoslav kilsəsi və Erməni Apostol Kilsəsi kimi fəaliyyət göstərmiş, hazırda Oğuz Tarix-Diyarşünaslıq Muzeyinə ev sahibliyi edən tikili. Oğuz şəhərində yerləşir. == Tarixi == Kilsənin tikilməsi haqqında iki fərqli nəzəriyyə mövcuddur. Bir versiyaya görə, yepiskop Pyotr Silikov tərəfindən 1822-ci ildə tikilib, lakin yerli udi etnoqraf Mixail Bejanova görə kilsəni inşa edən əcdadı İosif Bejanov idi. Buna baxmayaraq iki nəzəriyyə də tarixi və kilsənin aidliyini Şərqi Pravoslav kilsəsi olaraq qəbul edir. Gürcü tədqiqatçı Roland Topçişvilinin araşdırmasına görə, sonradan kilsə erməni kilsəsinin tabeliyinə verildi və Silikovlar ailəsinin bəzi üzvləri erməniləşdi, ehtimal ki, fərqli nəzəriyyələrin üzə çıxmasına da bu səbəb olub. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra kilsə fəaliyyətini dayandırıb. == Muzey kimi == Oğuz Tarix-Diyarşünaslıq Muzeyi 19 fevral 1981-ci ildə kilsə binasında yaradılıb və hazırda 4441 eksponat saxlanılır. Fəaliyyətə başladığı ilk illərdə əsas fondda cəmi 200 eksponat vardı.
Alban məbədinin qalıqları (Kəmərli)
Alban məbədinin qalıqları — Qazax rayonunun Kəmərli kəndində yerləşən məbəd qalıqları. Qalıqlar erkən orta əsrlərə aiddir. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
Anahit məbədi
Anahit məbədi — Göygöl rayonunun Çaykənd kəndi ərazisində yerləşən məbəd. Dəqiq tikilmə tarixi bəlli olmasa da, tikiliş üslubuna görə xristianlığın erkən dövrünə aid edilir. Anahit məbədi XVI əsrdə bərpa edilib. Çay daşı və qum qarışığından inşa edilən məbədin tikintisində mismardan istifdə olunmayıb. Məbəddə növbəti təmir SSRİ dövründə aparılıb. Məbəd binasının bir neçə yerində alban xaçı və alban əlifbası ilə oxunması hələ də mümkün olmayan yazılar həkk olunub. Roma tarixçisi Dion Kassinin verdiyi məlumata görə Pompey Qafqaz Albaniyasına yürüşü zamanı Kür çayı yaxınlığında yerləşən Müqəddəs Anahit məbədi yaxınlığında düşərgə salmışdı. Bu məlumat onu təsdiq edir ki, Anahit məbədi xristianlıqdan əvvəl Ay ilahəsi olan Anahitə (Roma panteonunda qarşılığı Selena) sitayiş edən Qafqaz albanlarının məbədi olmuş, xristianlığın qəbulundan sonra xristian məbədi kimi dəyişdirilərək istifadə edilmişdir.
Artemida Məbədi
Artemida məbədi, Artemision — e.ə. V əsrdə Kiçik Asiyadakı yunan şəhəri Efesdə memar Xersifronun layihəsi ilə inşa edilmiş Efesli Artemidanın məbədi. Artemision qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri hesab edilirdi. Bizanslı Filon "Babilin Asma Bağlarını, Olimpdə Zevsin heykəlini, Rodos Nəhəngini, yüksək Misir piramidaların qüdrətini və Mausoleusun məzarını gördüm. Amma buludlara doğru ucalan Efesdəki məbədi gördükdə, digərlərinin hamısının kölgədə qaldığını hiss etdim" deyə yazmışdır. Tanrı Artemis adına ilk türbə e.ə. 800-cü illərdə Efesdəki nəhrin yaxınlığındakı bataqlıq sahildə qurulmuşdur. Bəzən Diana da deyilən Efes tanrısı Artemida, yunan Artemidası ilə eyni deyildir. Yunan Artemidası ov tanrısıydı. Efes Artemidası isə belindən çiyinlərinə qədər bərəkət və doğruluq tanrısıydı.
Artemidanın məbədi
Artemida məbədi, Artemision — e.ə. V əsrdə Kiçik Asiyadakı yunan şəhəri Efesdə memar Xersifronun layihəsi ilə inşa edilmiş Efesli Artemidanın məbədi. Artemision qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri hesab edilirdi. Bizanslı Filon "Babilin Asma Bağlarını, Olimpdə Zevsin heykəlini, Rodos Nəhəngini, yüksək Misir piramidaların qüdrətini və Mausoleusun məzarını gördüm. Amma buludlara doğru ucalan Efesdəki məbədi gördükdə, digərlərinin hamısının kölgədə qaldığını hiss etdim" deyə yazmışdır. Tanrı Artemis adına ilk türbə e.ə. 800-cü illərdə Efesdəki nəhrin yaxınlığındakı bataqlıq sahildə qurulmuşdur. Bəzən Diana da deyilən Efes tanrısı Artemida, yunan Artemidası ilə eyni deyildir. Yunan Artemidası ov tanrısıydı. Efes Artemidası isə belindən çiyinlərinə qədər bərəkət və doğruluq tanrısıydı.
Artemis məbədi
Artemida məbədi, Artemision — e.ə. V əsrdə Kiçik Asiyadakı yunan şəhəri Efesdə memar Xersifronun layihəsi ilə inşa edilmiş Efesli Artemidanın məbədi. Artemision qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri hesab edilirdi. Bizanslı Filon "Babilin Asma Bağlarını, Olimpdə Zevsin heykəlini, Rodos Nəhəngini, yüksək Misir piramidaların qüdrətini və Mausoleusun məzarını gördüm. Amma buludlara doğru ucalan Efesdəki məbədi gördükdə, digərlərinin hamısının kölgədə qaldığını hiss etdim" deyə yazmışdır. Tanrı Artemis adına ilk türbə e.ə. 800-cü illərdə Efesdəki nəhrin yaxınlığındakı bataqlıq sahildə qurulmuşdur. Bəzən Diana da deyilən Efes tanrısı Artemida, yunan Artemidası ilə eyni deyildir. Yunan Artemidası ov tanrısıydı. Efes Artemidası isə belindən çiyinlərinə qədər bərəkət və doğruluq tanrısıydı.
Ataqo məbədi (Kioto)
Ataqo məbədi (愛宕神社, Ataqo-cinca) – Yaponiyanın Kioto şəhərinin Ukyo rayonundakı Ataqo dağında yerləşən şintoist məbədi. == Tarixi == Məbəd çox uzun müddət Ataqo dağda yerləşən buddist məbədi olan Hakuun məbədi ilə assosiasiya olunurdu. Belə ki, bu buddist məbədi döyüş meydanında qələbəni gətirdiyinə inanılan bodhisattva Cizoya həsr olunmuşdu. Ataqo məbədindəki şintoizm ilahların Cizonun Yaponiyadakı inkarnasiyaları hesab edilmişdir. İnanca görə məbədin ilahları paytaxtı qoruyur, yanğınların qarşısını alır və döyüşçülərin qayğısına qalır. Buna görə də məbədə tez-tez ziyarətlər baş tutmuş və Yaponiyada Ataqo məbədinin bir çox qolu tikilmişdir.1868-ci ildə şintoizmlə buddizmin ayrılmasından sonra məbədin buddizmlə olan əlaqəsi kəsilmiş və buddizm simvolları məbəddən yığışdırılmışdır. == Xüsusiyyətlər == Ataqo məbədi iki məbəddən ibarətdir. Əsas məbəd (honqu) alov kamisinin anası İzanamiyə, kənd təsərrüfatı kamisi Vakumusubiyə, eləcə də, digər üç kamiyə həsr olunmuşdur. İkinci dərəcəli məbəd (vakamiya) alov kamisi Kaqutsuçiyə və digər iki kamiyə həsr olunmuşdur.Hər ilin 31 iyul tarixində zəvvarlar dağa dırmaşaraq yanğından qorunmaq üçün tilsim almağa gəlirlər. Hər ilin 28 sentyabrında məbəddə illik festival baş tutur.
Atsuta məbədi
Atsuta məbədi (熱田神宮, Atsuta-cinqu) – Yaponiyanın Ayçi prefekturasının Naqoya şəhərinin Atsuta rayonunda yerləşən şintoist məbədi. Deyilənə görə əfsanəvi qılınc Kusanaqi bu məbəddə saxlanılır. == Tarixi == Əfsanəyə görə məbəd əfsanəvi döyüşçü Yamato Takerunun həyat yoldaşı tərəfindən IX əsrdən öncə tikilmişdir. Belə ki, Yamato Takeru Şərqi Yaponiyanı imperator hakimiyyətinə tabe etməyə çalışarkən Kusanaqi sayəsində möcüzəvi şəkildə sağ qalmışdır. Yerli əfsanəyə görə isə məbəd VIII əsrdə Çin imperatoru olmuş Syuan-tszunun sevimli məşuqəsi Yan Quyfeyə həsr olunmuşdur. Syuan-tszu Yaponiyanı işğal etmək planı qursa da, vaxtının çoxunu Yan Quyfeyə sərf etdiyi üçün Yaponiya xilas olmuşdur.808-ci ildə məbəd böyük populyarlıq qazanmağa başlamışdır, belə ki, həmin il ritualist İnbe no Hironari məbədin saraya qarşı olan laqeydliyinə etiraz etmişdir. Bu dövrdən etibarən məbəd ən yüksək dərəcəli məbəd olmuş və böyük ianələr qəbul etmişdir. Atsuta məbədi imperatorluq sarayının, XV əsrdən etibarən isə Muromaçi və Tokuqava şoqunluqlarının hamiliyində olmuşdur.Məbədin xüsusi statusu İmperator Meycinin 1868-ci ildə taxta çıxdığı vaxtda da tanınmışdır. Belə ki, bu zaman məbədə imperatorun nümayəndələri göndərilmişdir. Bu cür münasibət görən başqa bir məbəd təkcə Böyük İse məbədi olmuşdur.
Atəşpərəstlər məbədi (film, 1925)
Atəşpərəstlər məbədi filmi rejissor İvan Tartakovski tərəfindən 1925-ci ildə ekranlaşdırılmışdır. Film AFKİdə istehsal edilmişdir. Film atəşgahlar-məbədlər haqqındadır. == Məzmun == Elmi-kütləvi film qədim Odlar Yurdu Azərbaycanda atəşpərəstlik inancının nişanəsi olan atəşgahlar-məbədlər haqqında məlumat verir. == Filmin üzərində işləyən == Rejissor: İvan Tartakovski Operator: İvan Tartakovski == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Avey məbədi
Avey monastırı və ya Ay məbədi — Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Aveydağ silsiləsinin ən yüksək zirvəsində yerləşən Alban məbəd kompleksi. Kompleks Avey dağının zirvəsində, dəniz səviyyəsindən 922 metr, dağ ətəyindən isə 420 metr yüksəklikdə yerləşir. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.Məbəd kompleksinə iki kilsə, sovməə, qala divarları və bir neçə köməkçi tikililər daxildir. Kompleksin şimal tərəfindən yerləşən kilsə planda düzbucaqlı formaya malik olmaqla, yarımdairəvi tağ-tavanla örtülmüşdür. Cənub tərəfdə yerləşən günbəzli kilsə xaricdən düzbucaqlı, daxildən isə xaçvari plana malikdir. == Tarixi == Məbəd erkən xristianlıq dövrünə (V-VII əsrlər) aid edilsə də, memarlıq üslübuna görə əsasən, Roma və ellinizm mədəni abidələrini xatırladır. Belə bir iddia var ki, məbəd yunan mifologiyasında Ay ilahəsi Selenanın şərəfinə inşa edilib. Görkəmli tarixçi Qiyasəddin Qeybullayevin fikrincə, "Avey" sözü "Ay evi" mənasını verir ki, bu da Selenaya həsr olunması versiyasını gücləndirir. Bir digər versiyaya görə, bura ov yeri olub. Məbədin həyətində qəbirlər aşkar edilib.
Azərgüşnasp məbədi
Azərgüşnasp məbədi və ya Adur Güşnasp— Atropatenanın Qazaka şəhərində yerləşən və zərdüştiliyin əsas məbədlərindən biri olan tarixi abidə. Uzun müddət öz əhəmiyyətini saxlayan məbəd, Bizans imperatoru I İraklinin Azərbaycana yürüşü zamanı (623-624) dağıdılaraq qarət edilmişdir. Qazaka şəhərində aparılan arxeoloji qazıntılar zamanı məbədin xarabalıqları aşkar edilmişdir. == Dini əhəmiyyəti == X əsrin səyyahı Məsər ibn Möhləhilə görə: "Qazakada olan atəşgah əhali arasında müqəddəs sayılmış, Şərqdə və Qərbdə olan atəşpərəstlər öz odlarını buranın odundan alışdırmışdır. Atəşgahın gümbəzinə gümüş hilal yapışdırılmışdır. Bir neçə hakimin həmin hilalı qoparması cəhdi baş tutmamışdır. Güman edildiyinə görə bu tilsimdir". Müəllifin yazdığına görə heyrətləndirici cəhət atəşgah odunun 700 il müddətində fasiləsiz yanması və külünün olmamasıdır.İran tarixçisi İ.Purdavud qeyd edir ki, Avestanın bir nüsxəsi də Azərgüşnasp məbədində saxlanılmışdır. O, Dinkorda istinad edərək belə bir fikri irəli sürür: "Şübhəsiz, Avestanın bir nüsxəsi Azərbaycanın Şiz (Qazaka) şəhərində olan məşhur Azərgüşnasp məbədində, digər nüsxəsi isə Təxt-i Cəmşiddə (Persepolis) olan dövlət arxivində saxlanılırdı".Xurda Avestada göstərilir ki, Əsnund dağında yerləşən Azərgüşnsp məbədi hərbçilərə məxsusdur. Bu səbəbdən də Atropatenada olan cəngavərlər igid və qorxmazdırlar.
Ağoğlan məbədi
Ağoğlan monastırı və ya Sisərnəvəng — Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır. Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur. Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir.
Baalşamin məbədi
Məbəd Qədim Finikiya mədəniyyətinin incilərindən hesab olunur və indiki Suriya ərazisinin şimal-qərb bölgəsində yerləşir.Yaxın Şərqdə islamaqədərki dövrə aid təfəkkürlə bağlı inşa olunmuşdur.Ad öz mənşəyini o dövrdə iki güc sahibi ilahlardan biri hesab edilən Bəaldan almaqdadır.Səma allahı hesab edilən Bəal həmçinin Hədad adı ilə də tanınırdı.Onun digər üstün qüvvə sahibi Bel ilə dünyaya nəzarət etdikləri zənn olunurdu.Onun şərəfinə Bel məbədi ucaldılmışdı.Qədim təsəvvürlərə görə onlar günəş ilahəsi Əklibul və ay ilahəsi Malekbehli yaratmışdır.Onun atributları qartal və işıq saçan əsasıdır. 2015-ci ilin avqustunda İŞİD silahlı qüvvələri tərəfindən dağıdılmışdır.
Baqrati məbədi
Kutaisi məbədi və ya daha çox tanınan adı ilə Baqrati məbədi (gürc. ბაგრატის ტაძარი) — Gürcüstanın Kutaisi şəhərində yerləşən XI əsrə aid məbəd. Orta əsrlərdəki gürcü memarlığının şah əsəri olan məbəd, əsrlər boyu ağır ziyana uğramış və 1950-ci illərdən başlayıb, 2012-ci ildə yekunlaşdırılacaq mühüm bərpa işləri ilə tədricən başlayan bir proses ilə yenidən qurulmuşdur. Kutaisinin mərkəzində simvol abidə olaraq bilinən məbəd, Ukimerioni təpəsində yerləşir.
Bayan məbədi
Bayan monastırı — Daşkəsən rayonunun Bayan kəndində yerləşən qədim alban monastırı. == Tarixi == Bayan monastırının IV-V əsrlərdə tikildiyi güman edilir. Məbəd hazırda qəza vəziyyətindədir və uçmaq təhlükəsi ilə üz-üzədir. Ərazi baxımından rayonda olan digər monastırlardan böyüklüyü ilə seçilən tikilinin əsas binasından başqa həyətdə çoxlu sayda otaqlar, sədd divarları, təsərrüfat damları və çay daşlarından tikilmiş xeyli sayda quyular var. Mərkəzdə böyük bir meydan yerləşir. Bu isə vaxtilə burada dini ayinlərin keçirildiyini deməyə əsas verir. Monastırın özü ağ və qırmızı rəngli qaya daşlarından inşa olunub. Sütunların inşasında istifadə olunan daşların üzərinə döyülən xaç işarələri bu günədək qalmaqdadır. Daşların üzərində alban əlifbası ilə yazılmış kiçik kitabələr də var. Məbədin inşası zamanı səs akustikasını yaratmaq üçün divarlarına içi boş küplər yerləşdirilib.
Bel məbədi
Bel məbədi— Qalıqları Suriyanın Palmira şəhərində yerləşən qədim məbəd. Məbədin əsası bizim eranın 32-ci ilində qoyulub. Bu məbəd dini mərkəz kimi formalaşan Palmirada ibadət yeri kimi günəş tanrısı Yarhibol, ay tanrısı Aqlibol ilə Sami tanrısı Belə həsr olunub. Aeden Kremin hesab edir ki, Palmirada bu yer "ən yaxşı qorunub saxlanılan" məbəd qalıqlarındandır. == Tarix == Məbəd təpənin üstündə tikilib. Ərazi sözügedən Ellinizm məbədi və Belin birinci məbədi olan keçmiş məbədlə Roma dövründən qabaq da işğal altında olub. Temenos (bayır divar) və Propileinin sütünları ikinci əsrin birinci yarısında və birinci yarısından sonralar da tikilmişdir. Daxili kolonnadaların korinf sütünlarının əksəriyyəti hələ də havadarların heykəllərinin olduğu yerdə pyedestalda nümayiş olunur. Məbəd Palmirada Böyük Kalonnadanın şərq qurtaracağı boyu bir cərgə boyu uzanır. == Memarlıq == Məbəd qədim Yaxın Şərq və Yunan-Roma memarlığının qeyri-adi sintezini özündə cəmləşdirib.
Birlik Məbədi
Birlik məbədi — İllinoys ştatındakı Oak Parkında yerləşən Birlik Universalist kilsəsi, eyni zamanda universalist camaatının evidir. Məbəd amerikalı memar Frank Lloyd Rayt tərəfindən hazırlanmış və 1905-1908-ci illlər arasında inşa edilmişdir. Birlik məbədi XX əsrin ilk ongünlüyünə aid ən vacib quruluşlarından biri hesab olunur. Vahid bir materialdan, dəmir-betondan istifadə edərək estetik quruluşuna görə Birlik məbədi bir çox memar tərəfindən dünyada ilk müasir bina hesab olunur. Bu fikir Miyes van der Roh, Ludviq kimi müasir memarlar və hətta Frank Qehri kimi post-modernistlər üçün əsas əhəmiyyət kəsb etdi. Birlik məbədində ibadət edən Unitar Universalist camaat 1871-ci ildə quruldu və 1889-cu ildə qurulan Birlik kilsəsi dini bir təşkilatla əlaqəsi yoxdur. == Tarixi == 1905-ci ildə ildırım vurması odunla bəzədilmiş Oak Park Birlik kilsəsini yandırdı. Memar Frank Lloyd Rayt İllinoys ştatının Oak Park Universalist cəmiyyəti üçün yeni bir quruluş dizaynını təklif etdi. Nəticə Birlik məbədi oldu. Rayt yalnız Oak Parkda yaşamamış, həm də unitar bir ailədən, universalizm ilə bir çox ortaq inanclara sahib olan bir imandan gəlirdi.
Budda Bahar Məbədi
Budda Bahar Məbədi (çin. 中原大佛) — Çinin Luşan qraflığının Zhaocun qəsəbəsində yerləşən Vairocana Buddanı təsvir edən nəhəng heykəldir . == Haqqında == Budda Bahar Məbədi öz adını yaxınlıqdakı Tianrui isti bulağından götürür , onun suyu 60 °C (140 °F) temperaturda müalicəvi xüsusiyyətləri ilə bölgədə məşhurdur. Bütövlükdə layihənin təxminən 55 milyon dollara başa gəldiyi təxmin edilirdi, onun 18 milyon dolları heykəl üçün xərclənmişdir qalan bir hissəsi heykəlin ətraf hissələrinə sərf edilmişdir.
Böyük Əmilli məbədi
Kilsədağ kilsəsi – Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində yerləşən qədim alban kilsəsinin qalıqlarıdır. Bəzi tədqiqatçıların fikrincə, kilsə qədim Mitra məbədinin özülləri üstündə inşa edilmişdir.Məbəd 1971 – ci ildə Qəbələ rayonunun Böyük Əmili kəndində aşkar edilmişdir. Kilsədağ məbədi onu Qafqaz Albaniyasının və ümumilikdə Cənubi Qafqazın digər dairəvi məbədlərindən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Kilsənin əsas həcminə şimal-şərq və cənub-şərq tərəfdən iki dairəvi tikili birləşir. == Tarixi == Kilisədağda Mitra (Mitra, cəngavər köçərilərin və dinc əkinçilərin tanrısı idi) məbədi, mərkəzi günbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir. Məbədin divarının xarici səthi qeyri-bərabər tərəfli 12 guşəli formada, daxili səthi isə 10,4 metrlik silindr şəklində həll edilmişdir. İkinci daxili dairə 8 sütun üçün stilobat (sütunlar üçün özül) rolunu oynayırdı. Həmin sütunlar günbəzli ikinci yarusun barabanını (günbəzli dairə səmanın – Mitranın rəmzi idi) saxlayırdı.Baş alaqapı girişi məbədin qərb fasadı tərəfindəki əsas kompozisiya görüşündə, iki yan giriş isə şimal və cənub səmtində idi.Şərq fasadı səmtində simmetrik surətdə yerləşmiş, plan baxımından dairəvi olan iki otaq – Mitra tanrısının göstərilmiş iki mənasını nəzərə çatdıran səcdəgahlar vardı. Məbəd antik memarlığın müəyyən təsiri altında inşa edilmişdi. Məbəd kilsəyə çevrildikdən sonra onun əsas memarlıq xüsusiyyətləri saxlanılmış, özündə bütpərəst dünya görüşünü əks etdirən divar naxışlarına toxunulmamış, yalnız məbədə xristian dini ehkamına uyğun olaraq apsis əlavə edilmişdir.
Qax rayonunun Ləkit kəndindəki dairəvi məbəd
Ləkit məbədi — Qax rayonunun Ləkit kəndinin 1 km uzaqlığında yerləşən qədim alban məbədi. İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Məbədin dairəvi divarları xaricdən pilyastrlar vasitəsilə 28 hissəyə bölünür. Ləkit kilsəsində daxili məkanın təşkili də xüsusi diqqət cəlb edir. Bu pilonlar günbəz və barabanı saxlamaqla yanaşı, həm də tetrakonxun Hər eksedrası üç sütun vasitəsiylə formalaşdırılmış künclərini vurğulayır. Bu sütunlar kvadrat formalı özüllər (interkolumni 120 sm) üzərində durmaqla hər biri bir metr diametrə malik olmuşdur. == Tarixi == İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olmuşdur. Kilsə qədim zərdüştü məbədi əsasında yaradılmışdır.

Digər lüğətlərdə

Битлы́ му́мия не в но́гу ножево́й перетеря́ть по-лошади́ному сентенцио́зность безле́сье парна́с подсе́чься седина́ сква́жинка уже́ли эпидемиологи́ческий cold cream drabble-tail eupatridae lecithin moony polishing-paste Prod staffette yield up домрист либеральный