PALÇIQ

грязь, слякоть
PALAZQULAQ
PALÇIQLAMAQ
OBASTAN VİKİ
Abix palçıq vulkanı
Abix palçıq vulkanı- Bakı şəhərindən 12 kilometr şimalda,Keyrəki vulkanından qərbdə yerləşir və sonuncudan çökəkliklə ayrılır. Uzun müddətdir püskürmür. Abşeron yarımadasında və Xəzərdə olan palçıq vulkanlarını öyrənmiş, Azərbaycanın geoloji quruluşuna və 1859-cu il Şamaxı zəlzələsinə aid əsərlər yazmış alman geoloqu, Peterburq Elmlər Akademiyasının akademiki German Vilhelm Abixin (1806–1886) şərəfinə adlandırılmışdır. Memorial toponimdir.Krater sahəsi hamarlanmış, xeyli geniş bir meydançanı tutub, yaşılımtıl sopka şlamı ilə örtülüdür. Abix vulkanının iki krateri vardır. Bunlardan biri-qədimi diametri 170 metr olan hamarlanmış sahə şəklindədir. Digəri isə nisbətən cavan olub,yalnız şimal-qərb bəndi mühafizə olunmuşdur. Vulkan üçün uzun müddət sakitlik dövrü keçirir və onun püskürmə fəaliyyəti Keyrəki vulkanına nisbətən çox zəifdir. Keyrəki və Abix vulkanlarının palçıq örtüyünün tutduğu sahənin eni 700 m, uzunluğu isə 1100 metr olub, 0,8 kvadrat kilometr təşkil edir. == Mənbə == Yusifov Elman.Bioloji müxtəliflik:Abşeron yarımadasının təbiət abidələri- Bakı:Nurlar NPM,2007.
Atbatan palçıq vulkanı
Abşeron yarımadasının şimal-qərb hissəsində, Pirəkəşkül N saylı hərbi-hissəsindən 3 km cənubda, şose yolunun sol tərəfində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 130–140 m-dir. Səthin forması və xarakteri ilə bərabər palçıq vulkanlarının ölçülərinə təsir edən digər faktorlar püskürülmüş brekçiyanın miqdarından, konsistensiyasından da asılıdır. Vulkanın morfologiyasını dəyişdirən digər şərtlər əraçinin iqlim şəraiti və hidrogeoloji rejimidir. Günəş şüasının və küləklərin təsiri ilə baş verən buxarlanma, atmosfer yağıntıları səthdə kəskin çatların, eroçiya kəsiklərinin yaranmasına səbəb olur. Zaman keçdikcə bu kəsiklər dərin yarğanlara çevrilir. Belə dərin yarğanlar Otman Bozdağı üçün çox xarakterikdir. Bəçən kraterdə yaranan salza və qrifonlardan çıxan iri həcmli su kütləsi onun yamaclarının parçalanmasına səbəb olur. Belə vəziyyət Şonqar palçıq vulkanında müşahidə edilir. == Mənbə == Yusifov, Elman.
Ayrantökən palçıq vulkanı
Ayrantökən palçıq vulkanı — Bakıdan 65 km cənub-qərbdə, Atbulaq d/y stansiyasından 4.5 km şimal-şərqdə yerləşir və nisbi hündürlüyü 190 m olan uzanan yayladır. Morfoloji əlamətlərinə görə ovalığa oxşar formadadır. Cənub yamacı boyunca 1964–1990-cı il püskürmələrinin brekçiya axını müşahidə olunur. 1.5 km uzunluğunda və 200 m enində "dillər" 1964-cü il püskürməsi zamanı düzənliyə axmışdır. Yüksəklik sahəsində 4 vulkan təzahürləri vardır ki, bunlardan biri strukturun cənub-qərb hissəsində yerləşir və neftli qrifonları təşkil edir. Digəri, sopka və qrifonların böyük qrupu indiki kraterin şimal- qərbində yerləşir və çoxlu sayda aktiv fəaliyyətli mikroformalara malikdir; sopkaların hündürlüyü 5–10 m-ə çatır. Krater sahəsinin ətrafında uzunluğu 700–800 m, dərinliyi 2–3 m olan bir neçə iri çatlar vardır. Kraterin mərkəzində brekçiyanın parçalanması müşahidə olunur. Brekçiyanın ümumi həcmi 500 mln. m³, örtük sahəsi isə 805 ha-dır.
Azərbaycanın palçıq vulkanları
Azərbaycanda olan palçıq vulkanları == Abşeron — palçıq vulkanlarının regionu == Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı, Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin — əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır. Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunurdu. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə daha qayğı ilə yanaşmaq aktual əhəmiyyət kəsb edirdi.
Ağtəpə palçıq vulkanı
Ağtəpə palçıq vulkanı — Bakının Qaradağ rayonu ərazisində yerləşən vulkan. == Ümumi məlumat == Vulkandan cənubda Torağay palçıq vulkanı yerləşir.
Ağzıbir palçıq vulkanı
Ağzıbir palçıq vulkanı — eyni adlı dağ silsiləsində Ağzıbir vulkanlar qrupuna aiddir. Burada Ağzıbir, Aralıq, Dovşandağ palçıq vulkanları diqqəti cəlb edir. Bu vulkanlar Azərbaycanın cənubunda, cənub-şərqi Şirvan düzünün sahil zolağında, Ələt dəniz körpüsü stansiyasından 15–20 km cənub və cənub-qərbdə yerləşir. Ağzıbir iri vulkan olub, 120 m yüksəkliyə malik, eyni adlı dağ silsiləsinin şimal-qərb hissəsinin kənarında yerləşmişdir. Vulkanın krateri Bozdağ dağının zirvəsindədir. Onun yamaclarının düşmə bucaqları müxtəlifdir, müxtəlif dərəcədə də parçalanmaya məruz qalmışlar. Şimal yamacı – ən çox yastı və hamar, qərb və şərq yamacları isə daha dikdir. Vulkanda 3 püskürmə – 1964, 1978 və 2002-ci il püskürmələri qeydə alınmışdır. Vulkan brekçiyası ilə örtülən sahə 514 ha, orta qalınlıq 80 m, kütlənin həcmi 410 min m³-dir. Krater sahəsində bir neçə qaz, su, palçıq çıxaran qrifoncıqlar vardır.
Babazanlı palçıq vulkanı
Babazanlı palçıq vulkanı - Salyan rayonu ərazisində, Kürün sol sahilində yerləşən vulkan. == Ümumi məlumat == Vulkandan cənubda Duzdağ gölündən şimaldadır.
Bahar palçıq vulkanı
Bahar palçıq vulkanı, Ələt burnu - Azərbaycan Respublikasında palçıq vulkanı. Qaradağ rayonu ərazisində, Ələt burnundadır. İki sopka qrupundan ibarətdir. Bəzi sopkaların nisbi hündürlüyü 8-10 metrə çatır. Vulkanların salz və qrifonlarından qaz, palçıq və neftli su çıxır. Son dəfə 1967-ci il 20 martda püskürmüşdür. Bu zaman alov sütunu vulkandan 150 metr hündürlüyə qalxmış, sopka brekçiyası böyük əraziyə yayılmışdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı,2011, səh.41-42.
Berka palçıq vulkanları
Berka palçıq vulkanları — (rum. Vulcanii Noroioși de la Pâclele Mici) - Rumıniyanın Buzeu əyaləti, Berka yaxınlığındakı Skorsoas bələdiyyəsində yerləşən geoloji və botanik rezervasiyası. Onun ən təsir edici xüsusiyyəti arasında palçıq vulkanları, kiçik vulkanik quruluşlar, adətən bir neçə metr yüksəkliyə çatan palçıq və təbii qazların püskürməsini göstərmək olar. Păclele Mici 341 m yüksəklikdə yerləşir və 16.5 ha ərazini əhatə edir. == Geoloji fenomen. == Qazlar 3000 metr dərinlikdən səthə, gil və suyun yeraltı təbəqələri vasitəsilə püskürdükdə, yeraltı duzlu suyu və palçığı itələyərək vulkanların ağzından axır, qaz isə baloncuklar şəklində yuxarıya çıxır. Palçıq səthdə quruyur, həqiqi bir vulkana bənzər nisbətən möhkəm bir konik quruluş formalaşdırır. Onların yuxarıya çıxartdığı palçıq soyuqdur, çünki mantiyadan deyil, yerin kontinental qabığının təbəqələrindən gəlir. Rumıniyada yerləşən rezervasiyalar arasında Berka palçıq vulkanlarını bənzəri yoxdur. Digər Avropa ölkələrində oxşar buna bənzər rezervasiyalar İtaliyada (şimali Apennin və Siciliya), Ukraynada (Kerç yarımadasında), Rusiyada (Taman yarımadasında), eləcə də Azərbaycanda müşahidə edilə bilər.
Bəndovan palçıq vulkanı
Bəndovan palçıq vulkanı — Vulkan Bakıdan 80 km cənub-qərbdə, Xəzər dənizi sahilində yerləşir. Morfoloji cəhətdən oturacağının diametri 2 km-dən çox olan dağdır. Yamacları, xüsusilə, şimal-şərq və cənub-qərb yamacları dərin yarğanlarla parçalanmışdır. Mütləq hündürlüyü 47 m, nisbi hündürlüyü isə 87 m-dir. Zirvəsi kəskin dərə-təpəli yaylaşəkilli səthdir və burada qaz, lil, neft qabarcıqlı bulanıq su çıxan çoxlu sayda sopkalar, qrifonlar və salzalar qrupu vardır. Bəzi sopkaların hündürlüyü 3–4 m-ə çatır, salzların diametri isə 1–2 m-dir. Vulkan brekçiyası sahəsi 118 ha, orta qalınlığı 35 m, həcmi isə 412 mln m³-dur.
Daşgil palçıq vulkanı
Daşgil palçıq vulkanı — Azərbaycan Respublikasının palçıq vulkanlarından biridir. == Haqqında == Daşgil palçıq vulkanı yetərincə yastı və en dairəsi istiqamətində uzanmış yüksəklik olaraq hazırda fəaliyyət göstərən kiçik vulkanlar kateqoriyasına aid edi­lir. Tektonik cəhətdən vulkan alt pliosen süxurlarından təşkil olunmuş və uzu­nuna pozulmalarla mürəkkəbləşmiş eyniadlı antiklinalın periklinalında yer­ləşir. Onun krater sahəsində hal-hazırda fəaliyyətdə olan və intensiv surətdə qaz və az miqdarda qatı neft pərdəcikli palçıq ifraz edən 45 salz və qrifon, həmçinin bir neçə sönmüş pilpilə yerləşmişdir. Salzlar qaynayaraq, böyük miqdarda qaz bura­xır və hesablamalara görə, sutka ərzində hərəsi 700 kub.m-ə qədər qaz ifraz edir. Vulkanın krater bəndinin diametri 200, palçıq brekçiyasının sahəsi , orta qalınlığı isə, qazıma məlumatlarına görə təşkil edir. Vulka­nın yer səthinə çıxardığı palçıq brekçiyasının ümumi həcmi 260 mln. kub.m-dən çoxdur. == Mənbə == Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi.
Diləngəz palçıq vulkanı
Diləngəz palçıq vulkanı — Bakının Qaradağ rayonu ərazisində yerləşən vulkan. == Ümumi məlumat == Vulkandan cənubda Qoturdağ, şərqdə Daşgil, şimalda isə Göyərçin palçıq vulkanları yerləşir.
Dovşandağ palçıq vulkanı
Dovşandağ palçıq vulkanı - Xəzər dənizi sahilində Bəndovan burnundan şimalda yerləşir. == Ümumi məlumat == Ondan şimal-qərbdə Ağzıbir, cənub-şərqdə isə Bəndovan palçıq vulkanları yerləşir. Ağzıbir, Bəndovan və Dovşandağ palçıq vulkanları bir xətt üzrə şimal-qərbdən cənub-şərq istiqamətində uzanırlar. Şirvan Milli parkə ərazisinə daxildir.
Durovdağ palçıq vulkanı
Durovdağ palçıq vulkanı — Azərbaycanın şərqində yerləşən gözəl və aktiv olan vulkanlardan biridir. Salyan stansiyasından 16 km cənub-şərqdə yerləşmiş və nisbi hündürlüyü 30 m, nəhəng kraterinin diametri 1 km-ə kimi olan yüksəklikdir. Kraterin mərkəzi ölçüləri 700x400 m olan qabarıq-müstəvi şəklindədir. Krater sahəsində onlarla sayda sopkalar və 800-dən çox qrifonlar vardır ki, bunlardan nazik neft pərdəsi olan lilli su və qaz qabarcıqları çıxır. Vulkan brekçiyasının yayılma sahəsi 50 ha, orta qalınlıq 60 m, həcmi isə 30 mln m³-dir.
Dəmirçi palçıq vulkanı
Dəmirçi palçıq vulkanı — Azərbaycan Respublikasının Şamaxı rayonu, Dəmirçi kəndi ərazisində yerləşən palçıq vulkanı. Şamaxı-Qobustan regionunun palçıq vulkanlarında olduğu kimi bu vulkanda, yerin üzərinə çıxan axıntılarda müxtəlif növ minerallar öyrənilib, sulfatlar ˗ mirabilit, tenardit, yarozit, gips, eləcə də onların kalsium, maqnezium və dəmirlə qarışığı müəyyən edilib. Aktiv vulkanlar sırasına daxildir.
Gülbəxt palçıq vulkanı
Gülbəxt palçıq vulkanı — Bakı şəhərindən 20 km qərb-cənub-qərb istiqamətdə, Puta dəmir yolu stansiyasından 12–13 km qərbdə yerləşmişdir. Onun hüdudlarında, birincisi neft çıxışlarını, ikincisi isə vulkanın sopka və qrifonlarını əhatə edən iki qrup ayrılır. Sahənin geoloji quruluşunda Abşeron və Ağcagil mərtəbələri və Məhsuldar qat çöküntüləri iştirak edirlər. Vulkan tullantıları içərisində külli miqdarda Məhsuldar qat süxurlarının, aç miqdarda alt Kaynoçoy üçüncü dövr və üst Təbaşir çöküntülərinin qırıntıları rast gəlir. Brekçiya örtüyünün qalınlıüı mərkəç hissədə 150 m-ə, yayılma sahəsi 29 ha-a çatır. Brekçiya həcmi 22 mln. m³ təşkil edir. Vulkandan 50 m şimal-qərb istiqamətdə 2-2.5 m hündürlüklü sönmüş palçıq sopkası vardır. Ondan 10 m qərb istiqamətdə bir-birindən 10–12 m məsafədə 30-50 sm hündürlüklü qır təpələri mövcuddur. 0.8x0.8 kraterli bir salçası olan, su və qaç püskürən çıxış ətrafında qır qatı yaranmışdır.
Hamamdağ palçıq vulkanı
Hamamdağ palçıq vulkanı - Xəzər dənizi sahilində Pirsaat burnunda yerləşir. == Ümumi məlumat == Ondan cənub-qərbdə Ağzıbir, cənubda isə Bəndovan palçıq vulkanları yerləşir.
Palçıq qrifonu
Palçıq qrifonu- (rus. грязевой грифон, ing. mud grifon) palçıq vulkanları üzərində qaz, su və palçıq xaric edən kiçik çıxışlar, hündürlükləri 10-la sm-ə çatır.
Palçıq sopkası
Palçıq sopkası /SALZA/- (rus. сопка грязевая, ing. mud bald mountain) kiçik ölçülü palçıq vul­kanı. Palşıq sopkası forması püskürülən pal­çığın qatılığından asılı olur. Sopka palçığının duru olduğu hallarda konus əmələ gəlməyə də bilər.
Palçıq vulkanı
Palçıq vulkanları – maqmatik mənşəli vulkanlara nisbətən məhdud sahələrdə yayılmışdır. Onlar adətən neftli – qazlı sahələrlə üst – üstə düşür. Məhz bu fakta əsaslanaraq palçıq vulkanlarının neft – qaz yataqları ilə mənşəcə yaxın olması müddəası irəli sürülür. Buna görə də palçıq vulkanlarının və eləcə də neft – qaz yataqlarının yayıldığı sahələr maqmatik mənşəli vulkanların yayıldığı sahələr kimi geniş deyil. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanda, əsasən, Cənub-Şərqi Qafqazda yerləşir. Ümumilikdə dünyanın 42 ölkəsində palçıq vulkanı aşkar edilmişdir. Palçıq vulkanlarının mənşəyi haqqında ilk dəfə H.V.Abix fikir söyləmişdir. O, belə bir nəticəyə gəlmişdir ki, palçıq vulkanları səthə çıxmaq üçün lazım olan istilik enerjisini – maqmadan, brekçiya əmələ gətirən qırıntı süxurlarını – yarılma (qırılma) zonasından, suyu – dənizdən, qazı – bitumlu süxurlardan, palçıq vulkanlarının fəaliyyətinin başlanması üçün lazım olan impulsları isə zəlzələlərdən alır. Digər geoloq – alimlər palçıq vulkanlarının əsas yaranma səbəbini geodinamikada – qırışlar, boşluqlar və çatların yaranması və inkişafı ilə əlaqələndirirlər. Neftçi – geoloqların fikrincə isə palçıq vulkanları neft yataqlarında toplanmış karbohidrogen qazlarının ifrat təzyiqi nəticəsində yaranır.
Mineral palçıq
Mineral palçıq – bataqlıqların, dəniz, liman və laqunların, göllərin üzvi və mineral çöküntüləri. Tərkibində olan maddələr hesabına palçıqların fiziki-kimyəvi və biokimyəvi dəyişilmələrə məruz qalır. Mənşəyinə görə onları 3 qrupa ayırırlar. 1-ci qrupda liman və laqun palçıqları (S, K, Na), 2-ci qrupda göl və bataqlıq palçıqları (Na, S, B) və 3-cü qrupda palçıq vulkanları məhsulları (2-ci qrupdan əlavə olaraq Li, Se, F, Br, J və s.) iştirak edir. == Haqqında == Palçıq tullantılarının tərkibində karbon, yod, bioloji aktiv maddələr, ion şəklində elementlər və insan orqanizmi üçün əhəmiyyətli olan yüzlərlə mineral var. Xüsusən sümük, oynaq sistemlərinin, sinir xəstəliklərinin müalicəsində çox gözəl təsirləri mövcuddur. Azərbaycanın vulkan palçığının üzvü komponentlərində bioloji aktiv maddələr aşkar edilib. Onlarda müalicə üçün faydalı inqridiyentlər: yod, bor, brom, maqnium, litium, vanadium, mis, dəmir və s. müəyyən olunub. Üzvi maddələrdən - naften, humin və fulvo turşuları və başqa bir sıra fermentlər qeydə alınıb.
Keyrəki palçıq vulkanı
Keyrəki palçıq vulkanı — Abşeron yarımadasında, Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir. Vulkanın şimal yamacı dik, cənub yamacı isə az meylli olan kəsik konus şəklindədir. Krater bəndi üzərində hazırda qaz və maye çıxışlar müşahidə edilir. Tektonik cəhətdən vulkan eninə, Binəqədi antiklinalının cənub qanadının tağətrafı hissəsində yerləşmişdir. Sahənin geoloji quruluşunda Oliqosen-Miosen və Pliosen kompleksi çöküntüləri iştirak edirlər. Sopka brekçiyası tərkibinin öyrənilməsi və onun dillərinin yerləşməsi 1885-1968-ci illərdə baş vermiş son səkkiz püskürmənin sərhədlərini ayırmağa imkan verir. Azərbaycanın tez-tez püskürən palçıq vulkanlarındandır. Morfologiyasına görə kiçik kraterli gümbəzşəkilli olub, mütləq hündürlüyü 146 m, nisbi hündürlüyü isə 116 m-dir. İlk dəfə vulkan 1824-cü ildə püskürmüşdür. Vulkan cəmi 17 dəfə püskürmüşdür ki, onlardan 5-i keçən əsrdə olmuşdur.
Keçəldağ palçıq vulkanı
Keçəldağ palçıq vulkanı — Abşeron yarımadasının qərbində, Ceyranbatan su anbarının şərq sahilində Sumqayıt yolunun kənarında yerləşir. Mütləq hündürlüyü 114 m-dir. 2000-ci il oktyabrın 10-da vulkanın ilk qeydə alınan püskürməsi baş verdi. Püskürmə fasilələrlə 1.5 saat davam etdi. Şahidlərin sözlərinə görə qaz alışması baş vermədən vulkan palçığı 40–50 m hündürlüyə atılırdı. Bir qədər sakitləşən vulkan axşam saat 21:00-da yenidən aktivləşərək 1 saat müddətində palçıq püskürdü. Nəticədə, vulkan ağzı ətrafında dairəvi çatlar əmələ gəldi və kraterin divarları uçularaq aşağı töküldü: vulkanın kalderaya oxşar krateri yarandı. Vulkan yer səthinə 190 min m³ vulkan brekçiyası tulladı. Brekçiya vulkanın yamacını qismən örtərək qərbə, su anbarına tərəf axaraq bəzi yerlərdə suya qarışmış və anbarın kənarında olan yarımçıq yaşayış evlərini örtmüşdü. Brekçiyanın örtdüyü sahə 3.9 ha olmuşdur.
Kürsəngi palçıq vulkanı
Kürsəngi palçıq vulkanı - Salyan rayonu, Kürsəngi kəndi ərazisində, Bakı-Salyan yolunun sağında yerləşən sönmüş palçıq vulkanı. Adının etimologiyasına dair bir çox nəzəriyyələr mövcuddur: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s. == Ümumi məlumat == Dağın hündürlüyü təxminən 77 metrə çatır. Palçıq vulkanı dağı Kürsəngi kəndi ərazisində yerləşir. Dağın şimal-şərq ətəklərində Yolustü kəndi yerləşir. Dağın ərazisində "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olmuşdur..
Lökbatan palçıq vulkanı
Lökbatan palçıq vulkanı — Bakı şəhərindən 12–15 km cənub-qərb istiqamətində, Lökbatan qəsəbəsi yaxınlığında, Xəzər dənizi sahilində eyni adlı neft-mədən sahəsində yerləşən palçıq vulkanı. Püskürmələrin sayına görə "dünya rekordçusu" olan bu palçıq vulkanı Azərbaycanın ən aktiv, dünyanın isə ən aktiv 5 palçıq vulkanından biridir. Azərbaycanın fəaliyyətdə olan vulkanları içərisində ən fəallarından biri olub, təxminən hər 3-10 ildən bir püskürür. Lökbatan vulkanı Xəzər səviyyəsindən nisbi 130 m, səthdən 100 m hündürlükdə yerləşir. Vulkan oroqrafik cəhətdən zirvəsində iki günbəz şəkilli yüksəklikdən ibarətdir. Bu iki yüksəklik arasında 1887-ci ildə üçüncü dəfə püskürmədən sonra əmələ gəlmiş yüksək krater sahəsi yerləşir. 1829-cu ildən başlayaraq bu vulkan 25 dəfə püskürmüşdür. Vulkan axırıncı dəfə 2017-ci ilin may ayının 2-də püskürmüşdür. Sopka brekçiyasının əsas kütləsi sahənin qərb hissəsinə axır. Burada vulkanın əvvəlki püskürmələri nəticəsində əmələ gəlmiş ayrı-ayrı təpələr vardır.
Axtarma-Paşalı palçıq vulkanı
Axtarma-Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. == Haqqında == Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur.
Azərbaycanın palçıq vulkanları (film, 1979)
Azərbaycanın palçıq vulkanları qısametrajlı sənədli filmi rejissor Tofiq İsmayılov tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə palçıq vulkanları və onun əhəmiyyəti barədə söhbət gedir. == Məzmun == Yer üzərində 369 palçıq vulkanı vadır. Bunlardan 325-i Azərbaycandadır. Filmdə palçıq vulkanları və onun əhəmiyyəti barədə söhbət gedir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Tofiq İsmayılov Rejissor: Tofiq İsmayılov Operator: Rafiq Qəmbərov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Ağzıbir (Bozdağ) palçıq vulkanı
Ağzıbir (Bozdağ)palçıq vulkanı -Xəzər dənizi sahilində Ələt Körpü qəsəbəsindən 17 km cənubda, Xıdırlı qəsəbəsindən 4,5-5 km cənub-şərqdə yerləşir. == Ümumi məlumat == Ondan şimal-şərqə Hamamdağ, cənub-şərqdə isə Bəndovan palçıq vulkanları yerləşir. Ağzıbir, Bozdağ və Dovşandağ palçıq vulkanları bir xətt üzrə şimal-qərbdən cənub-şərq istiqamətində uzanmaqla nida şəkillidirlər. Ağzıbir palçıq vulkanının geoloji quruluşunda Məhsuldarqat, Ağcagil, Abşeron və Dördüncü dövr çöküntüləri iştirak edir. Bu vulkan Bəndovan antiklinal quruluşunun catmavari hissəsində yerləşir. O, həmin quruluşun şimal-qərb periklinal hissəsinə uyğun gəlir. Bu tektonik quruluşun istər şimal-qərbdən cənub- şərqə doğru və istərsə də qərbdən-şərqə doğru uzanan tektonik sınmalarla kəsilir. Sonuncuların mürəkkəbləşdiyi hissədə də Ağzıbir palçıq vulkanı yaranmışdır. Öz geomorfoloji quruluşuna görə Ağzıbir palçıq vulkanı on xarakter vulkanlardan biridir. Antiklinal quruluşun ox hissəsinə yaxın zonalarda yerləşmiş vulkan ocaqları onun çatma hissəsini xeyli sahədə parçalamışdır.
Bahar (Ələt) palçıq vulkanı
Bahar (Ələt) palçıq vulkanı — Xəzərətrafı düzənliyin dəniz sahili ilə qovuşduğu bir hissədə, Qobustan qəsəbəsindən 15 km cənub-şərqə, Daşgil antiklinal quruluşunun cənub-şərq qurtaracağında yerləşmiş, 28 m mütləq yüksəkliyə malikdir. == Ümumi məlumat == Bahar palçıq vulkanı mərkəzi hissədə məhsuldarqat, ətraf hissədə isə Ağcagil və Abşeron süxurlarından təşkil olunmuşdur. Bu palçıq vulkanı 1853, 1859, 1882, 1886, 1908, 1909, 1911, 1912, 1926 və 1967-ci ildə püskürmüşdür. Püskürmə zamanı səthə yayılmış brekçiyanın eni 70–80 m, tutduğu sahə 20 ha, brekçiyanın orta qalınlığı 3 m, ümumi həcmi isə 370 min m³ olmuşdur, ən iri dilinin uzunluğu 350 m-dir. Bu palçıq vulkanının kökü üst Təbaşir çöküntülərinə qədər çatır ( Ə.Ə.Yaqubov və b. 1970). Bahar palçıq vulkanının yastan (krater) hissəsi əsasən hamar, şimal-şərq kənarı isə kələ kötürdür. Brekçiya valları demək olar ki, yox dərəcəsindədir. Nisbi yüksəkliyi 5–8 m-ə çatan ayrı-ayrı kiçik vallar bir neçə metr məsafədən artıq uzanır. Son 1967-ci il püskürməsindən ayrılmış brekçiya axını vulkan səthini hamarlanmışdır.
Boğ-Boğa palçıq vulkanı
Boğboğa — Abşeron yarımadasında, Sabuncu Şəhər tipli qəsəbə.-nin qərbində palçıq vulkanı. Hündürlüyü 87 m. Palçıq vulkanları püskürərkən yer səthinə çıxan su, palçıq və qaz müxtəlif səslər çıxarır. Belə vulkanlar əhali arasında boğ-boğa və ya pilpilə adlandırılır. Boğboğa sözü vulkanın çıxardığı səsə muvafiq olaraq təqlidi təkrar xarakteri daşıyır.Boğ-boğa palçıq vulkanı üçərində triqometrik məntəqə qurulmuş təpənin çirvəsini tutur. Təpə vulkan püskürmələrinin brekçiyadan təşkil olunmuşdur. Burada külli miqdarda qrifon vardır. Qrifonlardan axan qatı neftli sular qır örtüyü əmələ gətirir. Boü-boüa vulkanı tektonik cəhətdən Balaxanı - Sabunçu - Ramana qırışıüının qərb hissəsində yerləşib, bu strukturun şimal qalxmasını əmələ gətirir. Şəkildən göründüyü kimi 30 il əvvəl vulkanın ətrafı boş sahələr olmuşdur.
Böyük Kənizədağ palçıq vulkanı
Böyük Kənizədağ palçıq vulkanı - Azərbaycanın ən iri palçıq vulkanlarından biri. == Ümumi məlumat == Vulkanın mütləq yüksəkliyi 399,4 m olub, Torağay palçıq vulkanının mütləq yüksəkliyinə demək olar ki, bərabərdir. O, şərqdən Ceyrankeçməz çayı dərəsindəki düzənlikdən 375 m, qərbdə isə geniş dəniz terrası düzənliklərindən 100 m-ə qədər ucalır. Böyük Kənizədağ palçıq vulkanı Qılınc-Torağay-Kənizədağ-Sanqaçal (dəniz)-Duvannı (dəniz) antiklinal qırışıqlığı zonasına daxildir. Böyük Kənizədağ palçıq vulkanı braxiantiklinal qırışıq üzərində yerləşir, şimal-qərbdən cənub-şərq istiqamətində uzanır. Vulkan eninə və uzununa istiqamətlənən tektonik pozulmaların kəsişdiyi yerdə yaranmışdır. Bu pozulmaların amplitudası 125-150 m-ə çatır. Vulkanın ətraf hissəsində və eləcə də onun gövdəsində Məhsuldarqat, Ağcagil və Abşeron çöküntüləri intişar tapmışdır. Böyük Kənizədağ palçıq vulkanının krater sahəsi dairəvi şəkildə olub, səthi son püskürmə materialları ilə kələ-kötürləşmişdir. Onun şimal hissəsində zəif parçalanmış krater valı aypara şəklində uzanır.
Böyük Mişovdağ palçıq vulkanı
Böyük Mişovdağ palçıq vulkanı- (288 m) Qobustanın cənub qurtaracağında yerləşmiş ən iri vulkanlardan biridir. == Ümumi məlumat == Bu vulkan qərbdən şərqə doğru uzanan Mişovdağ tirəsinin suayrıcının cənub hissəsində yerləşmişdir. Vulkan kraterinin burada yerləşməsinə baxmayaraq onun bütün axın materiallları cənub yamaca toplanmışdır. Palçıq vulkanının qurluşunda Paleogen, orta Miosen və aşağı Pliosen dövr süxurları iştirak edir. Brekçiyalarda Məhsuldarqatın qumdaşları, təbaşir dövrünün əhəngdaşları parçalarına da rast gəlinir. Palçıq vulkanının əsasında Paleogen dövr çöküntüləri iştirak edir. Vulkan iri Mişovdağ tektonik quruluşunun çatmavari hissəsinə yaxın bir zolaqda yerləşmişdir. Onun ox hissəsində Məhsuldarqat, səthində isə Abşeron dövr çöküntüləri iştirak edir. Antiklinal bir neçə dizyunktiv pozulmalarla parçalanmışdır. Qırışığın şimal qanadı 300°, cənub qanadı isə 500° -yə qədər olan bucaq altında düşür (Ə.Ə.Yaqubov, Ə.Ə.Əlizadə, M.M.Zeynalov, 1971).
Güzdək Bozdağı palçıq vulkanı
Güzdək Bozdağı palçıq vulkanı — Güzdək qəsəbəsindən 6 km qərbdə yerləşir. Abşeron yarımadasının ən iri orfoqrafik vahidlərindən biri hesab edilir. Vulkan təpəsi yastı səthli kəsik konus şəklindədir. Brekçiya əsasən, Paleosen, Eosen, Oliqosen-Miosen və qismən üst Təbaşir mənşəli bərk süxurlardan ibarətdir. Sahənin şimal-şərq hissəsində qaç və palçıq püskürən, paraçit çıxışların əmələ gətirdiyi 27 sopka yerləşir. Palçıq vulkanı sahəsinin geoloji quruluşunda Abşeron, Ağcagil mərtəbəsi və Məhsuldar qat çöküntüləri iştirak edirlər. Brekçiya örtüyü göstərir ki, vulkan bir neçə dəfə püskürmüşdür. Qıvrılan uçun dil şəklindəki püskürmənin uzunluğu bir kilometrədək uzanır. Yerli sakinlərin məlumatlarına görə vulkanın keçən əsrdə baş vermiş iri püskürməsi çamanı yaxınlıqda olan 6 çoban, 2000-dən çox mal-qara həlak olmuşdur. Ətrafı işıqlandıran güclü alovun şüaları 10 km məsafədən görünürmüş.

Digər lüğətlərdə

воркоту́нья груши́на излучи́ть охо́тницкий подмя́ть разби́тость сипотца́ хо́спис хроника́льность жарго́н повезти́ сма́лчивать уйти на поко́й эмити́роваться манна овыдень откуда хватить continence disinform hatching pursuit stuck-up бесславный пыльник