ADAM

I
сущ.
1. человек:
1) отдельная личность, член общества. Yaxşı adam хороший человек, qəribə adam странный человек, yumşaq adam мягкий человек, iş adamı человек дела, elm adamı человек науки, sənət adamı человек искусства, orta yaşlı adam человек средних лет, adam tanımaq разбираться в людях
2) заступник
2. вульг. любовник, любовница
II
прил. человеческий, человечий. Adam əli человеческая рука, adam səsi человеческий голос; adam ayağı dəyməyən yerlər места, где не ступала человечья нога
◊ adamın boyuna baxma, işinə bax о человеке суди не по виду, а по делам, adama öz vətəni anadır, özgə diyyar – analıq родимая сторона – мать, чужая – мачеха; suyun lal axanı, adamın yerə baxanı в тихом омуте черти водятся; dağ dağa qovuşmaz, adam adama qovuşar гора с горой не сходится, а человек с человеком встретится; adamın dili başına bəladır язык мой – враг мой; adam olmayan yerdə adamdır на безрыбье и рак рыба; dəmiri nəm çürüdər, adamı qəm не работа сушит, а забота; adam eləmək kimi сделать человеком, вывести в люди кого ; adam arasına çıxarmaq kimi вывести в люди кого; adam arasına çıxmaq появляться в обществе, приобрести человеческий облик; adam yerinə qoymamaq kimi не считать за человека кого , относиться к кому без уважения; adamın gözü qaralır в глазах темнеет у кого-л. ; adamın qanı donur кровь в жилах стынет (застывает); adam oynatmaq разыгрывать кого-л. , морочить голову кому-л.; adam olmaq стать человеком, выйти в люди; adam sifətinə düşmək приобрести человеческий облик; adam saymamaq kimi не считать за человека, ни в грош не ставить кого; adam cərgəsinə çıxmaq выбиваться, выбиться в люди; adam kimi söz demək говорить человеческим языком, говорить по-человечески; adamın dili dolaşır язык у кого-л. заплетается; adam ol! будь человеком! adam görmək найти ходатая (обычно для неблаговидного дела); adam salmaq посылать ходатая к кому-л.
ADALIQ
ADAM-GÜN
OBASTAN VİKİ
Adam
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — Dik duruşa, nisbətən inkişaf etmiş bir beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. == Təkamül == === İlk insanabənzər canlı === İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
Adam-Taş
Adam-Taş — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == XVI əsrə İrəvan əyalətinin Sisəcan (Sisyan) nahiyəsində bir kənd də Adambazar adlanırdı. Adam və türk dillərində taş "qaya" sözlərindəndir. "Adama oxşar qaya" mənasındadır.
Adam.az
Adam.az — Azərbaycanın ən böyük və ilk elektron peşəkar bioqrafiya saytı. == Qısa məlumat == Adam.az saytı Azərbaycanda və onun hüdudlarından kənarda istər müasir dövrümüzdə, istərsə də illər öncə yaşayan tanınmış insanlara, ictimai fəaliyyətlə məşğul olan şəxslərə həsr olunub. 2016-cı ilin dekabr ayında fəaliyyətini dayandırıb. == Əsas məqsədi == Azərbaycan internetində operativ, daim yenilənən, dolğun "Kim kimdir" mövzulu elektron tipli açıq məlumat bazasını sistemli şəkildə oxucuların istifadəsinə vermək; Keçmişdə Azərbaycan naminə çalışan, lakin adı unudulmuşlar siyahısına düşən insanları axtarıb tapıb saytda yerləşdirmək; Azərbaycanda siyasət, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə çalışan şəxslərin bioqrafiyalarını ictimaiyyətə təqdim etmək. == Əməkdaşlıq == Türkiyənin ən böyük bioqrafiya bankı olan www.biyografi.net saytı ilə əməkdaşlıq edib. == Mükafatları == 18-i dekabr 2009-cu ildə "Azərbaycan İnternet Forum"unun təşkil etdiyi "Milli Net 2009" müsabiqəsində birinci yer; 17-i may 2010-cu ildə "NETTY 2010" müsabiqəsində birinci yer.
Adam (dəqiqləşdirmə)
Adam
Adam Berri
Adam Berri (ing. Adam Berry) — ABŞ bəstəkarı. == Filmoqrafiya == Herkules Kim Possibl Ulduz Komandasından Bazz Layterin macəraları Madaqaskar pinqvinləri Tara Bethoven 5 == İstinadlar == == Əlavə ədəbiyyat == Nye, Sean. "From Punk to the Musical: South Park, Music, and the Cartoon Format." Music In Television: Channels of Listening, ed. James Deaville. London: Routledge, 2011. pp. 143–64. Nye, Sean. "Generation X, South Park, and TV Music Composition: An Interview with Adam Berry.” Music In Television: Channels of Listening, ed.
Adam Boroş
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Adam Delimxanov
Adam Delimxanov (25 sentyabr 1969) — Rusiya dövlət xadimi, Çeçenistan Respublikası Baş nazirinin müavini (2006–2007). V, VI və VII çağırış Rusiya Dövlət Dumasının deputatı, Vahid Rusiya Partiyasının üzvü, VII çağırış Dövlət Dumasında Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü. İçkeriya səhra komandiri Salman Raduevin şəxsi sürücüsü olmuşdur. 2009-cu ildə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Delimxanovu "onu əvəz edə biləcək adam" adlandırmışdır. Rusiyadakı hüquq müdafiəçiləri və jurnalistlər dəfələrlə Delimxanovu ciddi insan hüquqları pozuntularında ittiham etmişlər. ⚡ Ukrayna ordusu 14 iyun 2023-cü ildə Zaporojyedə "kadırovçu"ların avtomobil karvanına raket zərbələri endirib. Nəticədə "Axmat" xüsusi təyinatlılarından xeyli ölü və yaralı var. Onların arasında A.Delimxanov da olub. Bəziləri onun öldüyünü, bəziləri isə sadəcə yaralı olduğunu bildirir. == Bioqrafiyası == Adam Delimxanov 25 sentyabr 1969-cu ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Noji-Yurt rayonu Benoy kəndində anadan olmuşdur.
Adam Faver
Adam Fawer (1970[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı roman yazıçısı. İlk romanı "Ehtimalsızlıq" on səkkiz dilə tərcümə edilmiş və "ən yaxşı roman" müsabiqəsində “2006 International Thriller Writers” mükafatını qazanmışdır. 2008-ci ilin aprel ayında da ikinci romanı olan "Empati" yayımlanmışdır. "Empati" 2008-ci ildə almanca, yaponca ve türkcə yayımlanmışdır. Türkiyədəki yayımcısının israrları nəticəsində tamamladığı üçüncü romanı "Oz", 2016-cı ildə yalnız türkcə olaraq yayımlanmış, ancaq mənfi tənqidlərə məruz qalmışdır. Faver Pensilvaniya Universitetində diplom və magistr dərəcələrini tamamlamışdır. Stanford Graduate School of Business də MBAsini etmişdır. Karyerası zamanı Faver; Sony Music, J.P. Morqan və son olaraq da About.com kimi müxtəlif şirkətlər üçün işləmişdir.
Adam Ferquson
Adam Ferquson (ing. Adam Ferguson, şot.kelt Adhamh MacFhearghai) — Şotlandiya maarifçiliyi dövründə yaşayan Şotlandiya filosofu və tarixçisi. Ferquson cəsarət və sədaqət yaratdıqlarına görə ənənəvi cəmiyyətlərə rəğbət bəsləyirdi. O, kommersiya cəmiyyətini kişiləri zəifləşdirdiyi və öz camaatı üçün qayğısız hala saldığına görə tənqid etmişdir. Ferquson intizamın erkən inkişafına verdiyi töhfələrə görə "müasir sosiologiyanın atası" adlandırılmışdır. Ən məşhur əsəri "Vətəndaş cəmiyyətinin tarixi haqqında esse"dir. == İstinadlar == == Əlavə ədəbiyyat == Articles in Dictionary of National Biography Hamowy, Ronald. Ferguson, Adam (1723–1816) // The Encyclopedia of Libertarianism. Thousand Oaks, CA: SAGE; Cato Institute. 2008.
Adam Halas
Adam Karson
Adam Karson (ing. Adam Carson; Qlazqo – 1935) — hücumçu mövqeyində oynamış Şotlandiya futbolçusu, 1890-cı illər ərzində "Qlazqo Tisl", "Nyuton Hit", "Arvdik" və "Liverpul" klublarında çıxış etmişdir. == Karyerası == 1892–1893-cü illərdə "Nyuton Hit" (indiki "Mançester Yunayted") komandasının heyətində 13 oyunda meydana çıxmış və 3 qol vurmuşdur.1893-cü ildə "Ardvik" (indiki "Mançester Siti") komandasının heyətində 9 oyunda meydana çıxmış və 3 qol vurmuşdur.
Adam Konya
Adam Konya (19 dekabr 1992) — Macarıstanlı xizək yürüşçüsü. Adam Konya Macarıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Adam Konya birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Konya 3:31.84 saniyəlik nəticəsi ilə 80 atlet arasında 67-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Adam Laksman
Adam Erikoviç Laksman (rus. Адам Эрикович Лаксман; 1766 – 1806) – fin əsilli Rusiya leytenantı. 1792–93-cü illərdə Rusiyanın Yaponiya ekspedisiyasına başçılıq etmişdir. == Yaponiya ekspedisiyası == Təbiətşünas atası Erik Laksman tərəfindən təşkil olunan və İmperatriça II Yekaterina tərəfindən göndərilən Yaponiya ekspedisiyasının məqsədi qəzaya uğramış yapon dənizçiləri Yaponiyaya qaytarmaq kimi göstərilmişdi. Lakin əsl məqsəd Yaponiya haqqında informasiya toplamaq və ticarət əlaqələri qurmağın mümkünlüyünü yoxlamaq idi.Həmin dövrdə Yaponiyanın izolyasiya şəraitində olmasına baxmayaraq, Adam Laksman və başçılıq etdiyi "Ekaterina" gəmisinin heyəti 9 oktyabr 1792-ci ildə Hokkaydonun Nemuro limanında qonaqpərvərliklə qarşılanmış, qışı burada keçirmişdirlər. Laksman 1793-cü ilin iyulunda Hakodate şəhərinə doğru yelkən açmış, buradan quru yolu ilə Matsumae şəhərinə çataraq Tokuqava şoqunluğu tərəfindən göndərilmiş İşikava Şoqen və Murakami Dayqaku ilə görüşmüşdür. Onlar Laksmanın paytaxta gəlməsinin qarşısını almaqla vəzifləndirilmişdilər.Yaponiya rəsmilər qəzaya uğramış yapon dənizçiləri qəbul etmiş və ruslarla hədiyyə mübadiləsi aparmışdırlar. Lakin Laksmanın etimadnaməsini və məktublarını özünə qaytarmış, ticarətlə bağlı müzakirə aparmaqdan imtina etmişdirlər. Yaponlar ona bildirmişdilər ki, bu cür məsələlər xaricilər üçün açıq olan yeganə liman Naqasakidə müzakirə oluna bilər və Laksmana Rusiya gəmisinin Naqasakiyə daxil olmasına icazə verən sənəd vermişdirlər. Laksman bu icazə sənədindən istifadə etməsə də, Rusiyaya aparmışdır.Erik Laksman, İmperatriça Yekaterina, eləcə də, Yaponiya ekspedisiyasını maliyyələşdirən səyyah Qriqori Şelixovun ölümü Naqasaki icazəsinin sınaqdan keçirilməsini təxirə salmışdır.
Adam Lallana
Adam Devid Lallana (ing. Adam David Lallana; 10 may 1988, Sant Albans, Hartfordşir) — hücuma meyilli yarımmüdafiəçi mövqeyində oynayan İngiltərə futbolçusu. Hazırda İngiltərə Premyer Liqasında çıxış edən "Brayton" klubunun ve İngiltərə milli komandasının oyunçususur. Lallana həvəskar karyerasına "Bornmut" klubunda başlamışdır, 2000-ci ildə isə "Sauthempton" klubuna transfer olundu və oranın akademiyasını bitirərək 2006-cı ildə peşəkar karyerasına başladı. "Bormut"da qısamüddətlik icarə müqaviləsi bitəndən sonra "Sauthempton"a geri döndü və klubla iki uğurlu il ardınca Birinci Liqadan Premyer Liqaya yüksəldi və 2012-ci ildə kapitan sarğısını daşımağa başladı. 2 mövsüm ərzində yüksək liqada göstərdiyi oyuna görə o, milli komandadan da dəvət aldı. 2014-cü ilin iyul ayında onun "Liverpul" klubuna 25 milyon funt dəyərində transfer baş tutdu. O, 2018 UEFA Çempionlar Liqası finalında oyuna çıxmış və növbəti mövsüm kuboku başı üzərinə qaldıran heyyətin bir hissəsi olmuşdur. O, klubla həmçinin 2019-20 İngiltərə Premyer Liqasının çempionluğu qazanmışdır. Milli karyerası 2013-cü ildə başlayan Lallana İngiltərə yığmasında 34 oyuna 3 qol vura bilmişdir və ölkəsinin 2014 FİFA Dünya Kuboku və UEFA Avro 2016 yarışlarında təmsil etmişdir.
Adam Lambert
Adam Lambert (ing. Adam Mitchel Lambert) - Amerikalı müğənni, bəstəkar və təqdimatçı.
Adam Levin
Adam Noah Levin ( 18 mart, 1979) musiqiçi, mahnı sözləri yazan və gitarist. Pop-rok qrupu Maroon 5-ın vokalisti.
Adam Maniok
Adam Maniok – (mac. Mányoki Ádám, 1673[…] – 6 avqust 1757, Drezden) Macar portret rəssamı. Barokko sənət axımının nümayəndələrindən olmuşdur. == Həyatı == Adam Maniok 1673-cü ildə protestant bir rahibin oğlu olaraq dünyaya gəlmişdi. Ailəsi kasıb olduğundan onu alman bir ailənin himayəsinə vermişdi. Maniokun təhsilində bu ailənin rolu böyük olmuşdur. O ilk əvvəl Lüneburq şəhərinə, oradan isə Hamburqa gələrək burada təhsil almışdır. Daha sonra Hannoverdə Andreas Şeyts və Parisdə Nicolas de Largillierenin yanında çalışmışdır. Niderlandda təhsilini tamamladıqdan sonra 1703-1707-ci illərdə Prussiya kralı I Fridrix Uilyamın sarayında yaşamış, saray rəssamı olmuşdur. 1707-ci ildə Adam Maniok II Ferens Rakoçinin sarayında xidmət etməyə başlayır.
Adam Mitskeviç
Adam Bernard Mitskeviç (pol. Adam Bernard Mickiewicz, А́дам Бе́рнард Мицке́вич; 24 dekabr 1798[…] – 26 noyabr 1855[…], Konstantinopol[…]) — Polşa şairi, publisisti, inqilabçısı. == Həyatı == 1798-ci il dekabr ayının 24-də Novoqrudka yaxınlığındakı Zaosye kəndində (indiki Belarus ərazisində) anadan olub. 1855-ci il noyabrın 26-da Mitskeviç İstanbulda, Perada (indiki Bəyoğluda) vəfat edib. Adam Mitskeviçin yaradıcılığı ilə bilavasitə bağlı olan rus-Azərbaycan-polyak ədəbi əlaqələri üzərində dayanmaq lazımdır. Bu əlaqələrin başlanğıcı polyak şairinin Peterburqa sürgün edilməsi ilə bağlıdır. Peterburqda rus şairləri ilə yanaşı, o, görkəmli Azərbaycan şərqşünası Mirzə Cəfər Topçubaşovla da tanış olur. Maraqlıdır ki, avropalı müəllifin şeirlərinin fars dilinə ilk tərcüməsi də Topçubaşova məxsusdur. Sürgün edilmiş Adam Mitskeviç Topçubaşovla Peterburqda son dərəcə bilikli və nüfuzlu alim, şərq dillərinin gözəl bilicisi Senkovskinin rəhbərlik etdiyi elm ocağında tanış olmuşdu. Şərq ədəbiyyatının bu iki görkəmli bilicisi ilə dostluq və əlaqələr Polşa şairinə Şərq haqqında daha çox məlumat əldə etməyə imkan vermişdi.
Adam Monkerri
Adam Monkerri (9 iyun 1998) — Seyşel adalarını təmsil edən üzgüçü. Adam Monkerri Seyşel adalarını 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Adam Monkerri birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 27.23 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 68-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Adam Oleari
Adam Oleari (alm. Adam Olearius‎, doğum adı Adam Ölşlegel (alm. Ölschläger); 23 sentyabr 1599, Aşersleben[d] – 22 fevral 1671[…], Qottorp sarayı[d], Şlezviq-Holşteyn) — məşhur alman alimi, riyazıyyatçı, coğrafiyaşünas və diplomatı. Holşteyn-Qottorp hersoqu III Fridrixin İrana göndərdiyi səfirliyin katibi olmuş və səyahəti zamanı qələmə aldığı hadisələrin təsvir edildiyi 2 kitab nəşr etdirmişdir. Bu kitablarda Rusiya, Azərbaycan və İran haqqında detallı təsvirlər, həmçinin qravürlər yer alır. Bu qravürlərin çoxunu şəxsən Oleari özü çəkmişdir.[1] O, Dərbəndin yaxınlığında Dədə Qorqudun qəbrini ziyarət etmiş, Diri Baba türbəsi, Beşbarmaq piri və indiki Xaçmaz rayonunu ərazisindəki Şeyx Yusif məqbərəsində olmuş, Siyəzən-Şabran rayonları ərazisində olarkən Padarlar barədə məlumat vermişdir.[2] İlkin soyadı Ölşlegel (alm. Ölschläger‎) olsa da, sonradan bu soyadın latınlaşdırılmış variantı olan Olearius soyadını qəbul etmişdir. == Həyatı və səyahətləri == Oleari Maqdeburq yaxınlığındakı Aşerslebendə doğulmuşdur. Leypsiqdə təhsil aldıqdan sonra, III Fridrixin saray kitabxanaçısı və riyaziyyatçısı olmuşdur. Rus və ərəb dillərini bildiyinə görə 1633-cü ildə hüquqşünas Filip Kruzius fon Kruzenştern və Hamburqlu tacir Otto Brüggemanın başçılığı altında Rusiya və İrana göndərilən səfirliyə katib təyin edilmişdir.
Adam Pattantyuş
Adam Pattantyuş (10 oktyabr 1978) — Macarıstanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Adam Pattantyuş Macarıstanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Adam Pattantyuş Macarıstanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Adam Qaribyan
Adam Qaribyan — erməni mənşəli opera müğənnisi; Azərbaycan SSR xalq artisti. == Həyatı == 1960-1970-ci illərdə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti olmuşdur. Səhnədə 40-dan artıq obraz yaratmışdır.
Adam Qarsiya
Adam Garcia (ing. Adam Garcia; Wahroonga, New South Wales) — ABŞ aktyoru.
Adam Rayner
Adam Rayner (alm. Adam Rainer‎; d. 1899 - ö. 4 mart 1950) – tarixdə qeydə alınmış həm karlik, həm qiqant olan yeganə şəxs. Akromeqaliyadan əziyyət çəkdiyi güman olunur. == Bioqrafiya == Rayner Avstriya-Macarıstan imperiyasının Qrats şəhərində anadan olmuşdur. 1917-ci ildə 18 yaşı olarkən boyu 122,55 sm olaraq ölçülmüşdür. 1918-ci ildə 19 yaşında olarkən isə boyu 111,5 sm olaraq ölçülmüşdü. Yetkinlik yaşında boyu 147 santimetr idi. Lakin hipofiz vəzindəki şiş onun boyunun qəfil və sürətli artmasına səbəb olmuşdur.
Adam Rize
Adam Rize (ing. Adam Ries; 1492, Bad-Ştaffelştayn[d], Yuxarı Frankoniya – 30 mart 1559[…], Annaberq-Buxxols[d]) — Alman riyaziyyatçısı və pedaqoqudur; "+" və "-" işarələrindən istifadə etmiş, dərsliklərində vurmanın müasir üsulunu vermişdir.
1990-cı ilin adamı (film, 1977)
1990-cı ilin adamı filmi rejissor Musa Bağırov tərəfindən 1977-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Adından göründüyü kimi, film günləri qabaqlayan, bir beşillikdə iki beşillik planı yerinə yetirən, qəlbi yenilik eşqi ilə döyünən əmək adamlarından birinə-ÜİLKGİ-nin 50 illiyi adına Mingəçevir toxuculuq kombinatının usta köməkçisi, eyni zamanda 112 dəzgaha xidmət edən Yaqub Rüstəmova, onun qazandığı nailiyyətlərə, şərəfli əmək yoluna həsr olunmuşdur. == Məzmun == Adından göründüyü kimi, film günləri qabaqlayan, bir beşillikdə iki beşillik planı yerinə yetirən, qəlbi yenilik eşqi ilə döyünən əmək adamlarından birinə-ÜİLKGİ-nin 50 illiyi adına Mingəçevir toxuculuq kombinatının usta köməkçisi, eyni zamanda 112 dəzgaha xidmət edən Yaqub Rüstəmova, onun qazandığı nailiyyətlərə, şərəfli əmək yoluna həsr olunmuşdur.
Adam (film, 2010)
Adam qısametrajlı bədii filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1996-cı ildə çəkilmişdir. Film 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yeni dalğa" prodüser mərkəzində tamamlanmışdır. Filmdə Əhməd kişinin timsalında tənhalıq problemi əks etdirilir. Film insanların bir-birinə qarşı olan etinasızlığından, vəfasızlığından bəhs edir. Filmdə əsas rolları Arif Kərimov, Ruslan Nəsirov, Rahib Əliyev, Arif Qasımov, İdris Rüstəmov, Bəhram Bağırzadə, Elxan Quliyev, Yuri Rjov, Zilli Namazov və Sona Quliyeva ifa edirlər. == Məzmun == Filmdə Əhməd kişinin (Arif Kərimov) timsalında tənhalıq problemi əks etdirilir. Əhməd tək yaşayır. Dost-tanışlardan heç kəs onu axtarmır, onunla maraqlanmır. Əhməd özü onları tapmaq qərarına gəlir. Şəhərdə bir neçə dost-tanışını görür, lakin onlar da müxtəlif bəhanə ilə onunla görüşməyi ləngidirlər.
Adam (film, 2018)
Adam — 2018-ci ildə çəkilmiş Türkiyə–Azərbaycan birgə istehsalı filmi. Rejissoru Emil Ali dir == Məzmun == Kürdili yarımadası 1981-ci ildə Xəzər dənizinin yüksəlməsi nəticəsində adaya çevrilir. Yarımadada yerləşən iki kənddə yaşayanlar zamanla adayı tərk edir, ancaq Vitali üçün ada son dayanacaq olur. Atasını və anasını torpağa verdiyi, uşaqlığının, gəncliyinin keçdiyi vətənini tərk etmir. Zamanla hərkəs adanı tərk edir, artıq geriyə böyük bir torpaq parçası və 66 illik bir ömürün demək olar ki, hamısını bu adada keçirmiş olan Vitali qalır. "Adam" sənədli filmi Vitali Proninin gözündən Kür dili yarımadasının tərk ediliş hekayəsini diqqət mərkəzi çevirərkən, yalnız bir adamın xatirələrini canlandırır və arzularını paylaşır.
Adam Erikoviç Laksman
Adam Erikoviç Laksman (rus. Адам Эрикович Лаксман; 1766 – 1806) – fin əsilli Rusiya leytenantı. 1792–93-cü illərdə Rusiyanın Yaponiya ekspedisiyasına başçılıq etmişdir. == Yaponiya ekspedisiyası == Təbiətşünas atası Erik Laksman tərəfindən təşkil olunan və İmperatriça II Yekaterina tərəfindən göndərilən Yaponiya ekspedisiyasının məqsədi qəzaya uğramış yapon dənizçiləri Yaponiyaya qaytarmaq kimi göstərilmişdi. Lakin əsl məqsəd Yaponiya haqqında informasiya toplamaq və ticarət əlaqələri qurmağın mümkünlüyünü yoxlamaq idi.Həmin dövrdə Yaponiyanın izolyasiya şəraitində olmasına baxmayaraq, Adam Laksman və başçılıq etdiyi "Ekaterina" gəmisinin heyəti 9 oktyabr 1792-ci ildə Hokkaydonun Nemuro limanında qonaqpərvərliklə qarşılanmış, qışı burada keçirmişdirlər. Laksman 1793-cü ilin iyulunda Hakodate şəhərinə doğru yelkən açmış, buradan quru yolu ilə Matsumae şəhərinə çataraq Tokuqava şoqunluğu tərəfindən göndərilmiş İşikava Şoqen və Murakami Dayqaku ilə görüşmüşdür. Onlar Laksmanın paytaxta gəlməsinin qarşısını almaqla vəzifləndirilmişdilər.Yaponiya rəsmilər qəzaya uğramış yapon dənizçiləri qəbul etmiş və ruslarla hədiyyə mübadiləsi aparmışdırlar. Lakin Laksmanın etimadnaməsini və məktublarını özünə qaytarmış, ticarətlə bağlı müzakirə aparmaqdan imtina etmişdirlər. Yaponlar ona bildirmişdilər ki, bu cür məsələlər xaricilər üçün açıq olan yeganə liman Naqasakidə müzakirə oluna bilər və Laksmana Rusiya gəmisinin Naqasakiyə daxil olmasına icazə verən sənəd vermişdirlər. Laksman bu icazə sənədindən istifadə etməsə də, Rusiyaya aparmışdır.Erik Laksman, İmperatriça Yekaterina, eləcə də, Yaponiya ekspedisiyasını maliyyələşdirən səyyah Qriqori Şelixovun ölümü Naqasaki icazəsinin sınaqdan keçirilməsini təxirə salmışdır.
Adam Laksmanın Yaponiya səyahəti
Rusiyanın Yaponiyaya ilk ekspedisiyası — 1792-1793-cü illərdə leytenant Adam Laksmanın başçılıq etdiyi heyət tərəfindən həyata keçirilmiş ekspedisiya. Təbiətşünas Erik Laksman tərəfindən təşkil olunan və İmperatriça II Yekaterina tərəfindən göndərilən Yaponiya ekspedisiyasının məqsədi qəzaya uğramış yapon dənizçiləri Yaponiyaya qaytarmaq kimi göstərilmişdi. Lakin əsl məqsəd Yaponiya haqqında informasiya toplamaq və ticarət əlaqələri qurmağın mümkünlüyünü yoxlamaq idi. "Ekaterina" gəmisinin heyətindən ibarət olan ekspedisiya səyahət boyunca Nemuro, Hakodate və Matsumae şəhərlərində olmuşdur. Ekspedisiyada Laksmanla yanaşı, naviqator Vasili Lovtsov, Oxot komendantının oğlu Vasili Kox, tərçüməçi Yeqor Tuqolukov, serjant İvan Trapeznikov, tacirlər Vlas Babikov və İvan Polnomoşnyi kimi şəxslər iştirak etmişdir. Yaponiya hökuməti ruslara qarşı qonaqpərvərliklə davransa da, diplomatik əlaqələr qurmaqdan və ticarət etməkdən imtina etmişdirlər. Laksman Naqasaki limanına daxil olmaq üçün icazə sənədi alsa da, bu sənəddən istifadə etmədən Yaponiyaya qayıtmış və ekspedisiya öz məqsədinə çatmamışdır. Nikolay Rezanovun Naqasaki limanına daxil olmaq üçün cəhd göstərdiyi 1804-cü ilə qədər başqa bir rus ekspedisiyası baş tutmamışdır. == Marşrutu == === Nemuro === Həmin dövrdə Yaponiyanın izolyasiya şəraitində olmasına baxmayaraq, Adam Laksman və başçılıq etdiyi "Ekaterina" gəmisinin heyəti 9 oktyabr 1792-ci ildə Hokkaydonun Nemuro limanında qonaqpərvərliklə qarşılanmış, qışı burada keçirmişdirlər. Rusların gəlişi Nemuro, Matsumae və Edodakı rəsmilər arasında qızğın müzakirələrə səbəb olsa da, onları təəccübləndirməmişdi.

Digər lüğətlərdə

вы́качать двуро́гий дрожа́тельный за трои́х заглода́ть инсцениро́вщик поколеси́ть почте́нность неправоспосо́бный но́жик нутро́ оплеска́ть брунеть двигать anticize black-list cartographical debilitant decomposable frostwork Pacific Time problematically tank trailer кубанка протекция