AEROB

биол.
I
сущ. аэроб (организм, способный жить и развиваться только при наличии свободного кислорода)
II
прил. аэробный. физиол. Aerob bakteriyalar аэробные бактерии, aerob tənəffüs аэробное дыхание, aerob oksidləşmə аэробное окисление, aerob parçalanma аэробное разложение, aerob qıcqırma аэробное брожение
AERO…
AEROBAĞLAMA
OBASTAN VİKİ
1 Avqust (aerobatika eskadronu)
1 Avqust (çin. 八一飞行表演队) Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1962-ci ildə yaradılmışdır və Çin Xalq Azadlıq Ordusunun yaradıldığı tarix şərəfinə 1 Avqust adlandırılmışdır. Komanda dünyanın 166 ölkə və regionunda beş yüzdən çox çıxış edib. Uçuşlar üçün 6 ədəd Chengdu J-10 təyyarəsi istifadə olunur.
Aerobatika
Aerobatika və ya hava aerobatikası, bir təyyarəni qeyri-adi vəziyyətlərdə qoymaqla; Loop, rulon, viril kimi normal uçuşda istifadə edilməyən manevrlərlə həyata keçirilən həssas və dəqiq uçuş. Aerobatik manevrlər; şou, döyüş, idman və ya təlim məqsədi ilə keçirilir. Aerobatika, əsasən təyyarə və ya playner kimi sabit qanadlı təyyarələr tərəfindən yerinə yetirilir, lakin bəzi helikopter modellərində də məhdud aerobatika hərəkətləri etmək mümkündür. == Etimalogiyası == Aerobatika termini ilk dəfə 1914-cü ildə ingilis aviasiya jurnalı The Airplane tərəfindən irəli sürülmüşdür. Yunan dilində "havaya aid" mənasını verən aero-prefiksi ilə "ayaq ucunda gəzmək" mənasını verən akrobatika sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Aerobatika komandalarının siyahısı
== İstinadlar ==
Aerobika
Aerobika — ritmik musiqi ilə aerobik məşqlərdən ibarət olan gimnastikadır və təlimlərin ritmini izləməkdə kömək edir. == Haqqında == Dözümlülüyün təzahürü ilə bağlı olub dövrlər üzrə gedən idman növlərində (qaçış, yeriş, üzgüçülük, avarçəkmə, velosipedsürmə, xizəklərdə, konkilərdə sürüşmə) ürək-damar və tənəffüs sistemlərinin funksional imkanlarının yüksəlməsinə yönəlmiş təmrinlər sistemi. 2. Məşğul olanların fiziki hazırlığının yüksəlməsinə yönəlmiş və musiqi sədaları altında icra olunan müxtəlif fiziki təmrinlər kompleksi. Sağlamlıq və idman məqsədlərində istifadə olunur. Tərkib vasitələrinə yaş xüsusiyyətlərinə görə fərqlənən, alət və əşyalar tətbiq edilən, müxtəlif şəraitdə (zalda, stadionda, suda keçirilən) müxtəlif sistem və istiqamətlər və s. daxil edilir. 3. Bodibildinqdə - yarışlarda əzələlərin və venaların son hədd qabarıqlığını nümayiş etdirmək marağı ilə dərialtı piyin yandırılması və maksimum səfərbər edilməsinə yönəlmiş orqanizmin aerob məhsuldarlığının yüksəlməsinin metod və vasitələrinin məcmusu. Bura stasionar velotrenajorlarda, qaçan cığırlarda, xizək və avarçəkmə trenajorlarında arası kəsilməz, yavaş və fasiləli qaçış məşğələ - təmrinləri daxildir.
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında — I Avropa Oyunlarında aerobika gimnastikası idman növü üzrə yarışlar 17, 19 və 21 iyun tarixləri arasında baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. İdmançılar 2 dəst medal uğrunda mübarizə apardı. Qarışıq qrup yarışlarında qızıl medalı Macarıstan gimnastları qazandı. Gümüş medala Rumıniya nümayəndələri, bürünc medala İspaniya gimnastları layiq görüldü. Qarışıq cüt yarışlarında isə İspaniyalı Sara Moreno və Visente Li I Avropa Oyunlarının çempionu oldu. İtaliya gimnastları Miçela Kastoldi və Davide Donati gümüş medal, Rusiyalı Duxiq Janaziyan və Denis Solovyov isə bürünc medal qazandı. Ümumi yekunda, medal sıralanmasında İspaniya idmançıları 1 qızıl və 1 bürünc medalla 1-ci yeri tutdu.
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cüt, çoxnövçülük)
I Avropa Oyunlarında aerobika gimnastikası idman növünün qarışıq cüt yarışları 17 və 21 iyun tarixləri arasında baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. 10 dövlətin 20 idmançısı yarışların qızıl medalı uğrunda mübarizə apardı. I Avropa Oyunlarının çempionu 21.150 xal toplayan İspaniya gimnastları Sara Moreno və Visente Li oldu. Gümüş medalı İtaliyaıı Miçela Kastoldi və Davide Donati, bürünc medalı isə Rusiya idmançıları Duxiq Janaziyan və Denis Solovyov qazandı.
Aerobion
Anqrekum (lat. Angraecum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Aerobion Kaempf. ex Spreng. Angorchis Thouars Bonniera Cordem. Ctenorchis K. Schum. Lepervenchea Cordem. Macroplectrum Pfitzer Monixus Finet Pectinaria Cordem.
Aerobiosfer
AEROBİOSFER – Atmosferin canlı orqanizmlərin daim olduğu və özləri üçün əlverişli substratda normal yaşayıb artdığı yerüstü qatı. (yer səthindən 6-7 km-ə qədər hündürlükdə).
Aeroblar
Aeroblar (yun. αηρ — hava və βιοζ — həyat) — enerjinin sintezi prosesində azad molekulyar oksigenə ehtiyacı olan orqanizmlər. Ona ehtiyacı olmayanlar anaeroblar adlanır. Aeroblara canlıların əksəriyyəti, bütün bitkilər, həmçinin mikroorqanizmlərin əksəriyyəti aiddir. Molekulyar oksigenə münasibətdə aşağıdakılar təsnifat edilir: obliqat aeroblar mikroaerofillər (aşağı fazi oksigen mühit) fakültətiv anaeroblar obliqat anaeoroblar == Ədəbiyyat == Л.Б.Борисов.
Aerobus
Aerobus — yaxın və orta məsafələrdə müntəzəm və qısamüddətli reyslər üçün çox sərnişin tutan nəqliyyat təyyarəsi. == Tarixi == 1970-ci illərinin ortalarında dünya aviasiya sənayesində aerobusların yaradılmasına meyl artmışdır. Aerobuslar sərnişin daşınması intensiv olan marşrutlar üçündür. Qenrix Novojilovun rəhbərliyi altında konstruksiya-sınaq bürosunda 350 sərnişin tutacaq ilk sovet aerobusu İl-86 yaradılmışdır (1976). 4 ədəd ikikonturlu turboreaktiv mühərrikli İl-86 təyyarəsinin birbaşa uçuş uzaqlığı 800–3,600 kilometr, kommersiya yükü 40-42 metr, uçuş sürəti 900 kilometr/saatdır. Magistral, ölkədaxili və beynəlxalq hava xətlərində istifadə uçun nəzərdə tutulmuşdur.
Belaya Rus (aerobatika eskadronu)
Belaya Rus (belar. Белая Русь) — Belarus Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Şou üçün L-39 Albatros təyyarələrindən istifadə olunur. Təyyarələr qırmızı, ağ və yaşıl rənglərlə boyanıb. Komanda Belarus Respublikasında bayram günlərində çıxış edir. == Tarixi == Komanda 2006-cı ildə Ukraynadan 10 Çexiya istehsalı olan L-39 Albatros təlim təyyarəsi alındıqdan sonra yaradılıb. Həmin təyyarələr aviaşoularla yanaşı, Belarus Respublikası Hərbi Akademiyasının aviasiya kafedrasının kursantları üçün təlim təyyarəsi rolunu da yerinə yetirir.
Berqutlar (aerobatika eskadronu)
Berqutlar Rusiya Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərdən ibarət yeganə aerobatika eskadronudur. == Tarixi == Eskadron 1989-cu ildə yaradılıb. Amma yaradılış tarixi komandanln ilk aviaşousunu təqdim etdiyi 11 aprel 1992 tarixi hesab olunur. 2014-cü ilə qədər komanda Mi-24 helikopterləri istifadə edib. 2012-ci ildən etibarən Mi-28N helikopterləri istifadə olunmağa başlayıb. Eskadron həm 4 və ya 6 nəfərli qrup şəklində uçuşlar, həm də Mi-28N və Ka-52 helikopterlər ilə solo uçuşlar həyata keçirir.
Bəbirlər (aerobatika eskadronu)
Bəbirlər (rus. Барсы) — Rusiyanın Surqut şəhərində mərkəzləşən, qadın pilotlardan ibarət yeganə mülki aerobatika komandasıdır. 18 iyul 2014 tarixində qurulmuşdur. Uçuşlar üçün Yak-54 təyyarələri istifadə olunur. Komandanın arsenalında həm də Yak-52, Yak-18T, An-2 və Douglas DC-3 təyyarələri var.
Chinook (aerobatika eskadronu)
Chinook Nümayiş Komandası (ing. Chinook Display Team) Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Boeing CH-47 Chinook helikopterinin Britaniya versiyası istifadə olunur.
Cəngavərlər (aerobatika eskadronu)
Al Fursan (ərəb. ﺍﻟﻔﺮﺳﺎﻥ‎) (azərb. Cəngavərlər‎) – Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronu. Təməli 2010-cu ildə qoyulmuşdur. Şou təyyarəsi olaraq Aermacchi MB-339 istifadə olunur. Komandada 10 ədəd təyyarə var və onlardan 7si şou zamanı istifadə olunur. Təyyarələr qara və qızılı rənglərə boyanıb. Bu rənglər səhra və onun altında yatan nefti təmsil edir. Şou zamanı BƏƏ bayrağının rənglərini əks etdirmək üçün qırmızı, ağ, qara və yaşıl tüstüdən istifadə olunur. Şou zamanı qara tüstüdən istifadə edən yeganə komandadır.
Cənubi Xaç (aerobatika eskadronu)
Cənubi Xaç Aerobatika Eskadronu (isp. Escuadrilla Acrobática Cruz del Sur) Argentina Hərbi Hava Qüvvələrinə məxsus aerobatika komandasıdır. 1962-ci ildə qurulmuşdur. Tarixi boyunca bir-neçə dəfə ləğv olunub, yenidən qurulmuşdur. == Tarixi == İlk dəfə 1962-ci ildə qurulan komanda North American F-86 Sabre təyyarələri istifadə edirdi. Həmin komanda eyni ilin dekabr ayında ləğv olunmuşdur.1997-ci ildə Suxoy Su-29 təyyarələrinən ibarət komanda quruldu. 2010-cu ildə maddiyat problemlərinə görə fəaliyyətinə son qoydu.2012-ci ildə FMA IA-63 Pampa təyyarələrindən ibarət yeni komanda quruldu. Həmin komanda hələ də fəaliyyət göstərir.
Dedal (aerobatika eskadronu)
Dedal aerobatika eskadronu (ing. Demo Team “Daedalus”) Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika komandasıdır. 2005-ci ildə qurulmuşdur. Uçuşlar üçün T-6 Texan II təyyarəsi istifadə olunur.
Fransanın Aerobatik Patrulu (aerobatika eskadronu)
Fransanın Aerobatik Patrulu (fr. Patrouille acrobatique de France) Fransa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Ən qədim aerobatika eskadronudur. 1981-ci ildən etibarən uçuşlar üçün Alpha Jet təyyarələri istifadə olunur. Təyyarələr ağ, qırmızı və göy rəngli tüstü generatorları ilə təchiz olunub. Komanda Paris aviaşousunun daimi iştirakçısıdır.
Lima Lima (aerobatika eskadronu)
Lima Lima Uçuş Komandası (ing. Lima Lima Flight Team) ABŞ-nin İllinoys ştatında bazalaşan mülki aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd Beechcraft T-34 Mentor təyyarəsinin daha güclü mühərrikə məxsus versiyasını istifadə olunur. T-34 təyyarələri hərbi aerobatika komandalarında istifadə olunan təyyarələrdən daha aşağı sürətə sahib olduğuna görə şou zamanı "ölü vaxt" olmur.
Orlik (aerobatika eskadronu)
Orlik Akrobatika Komandası (pol. Zespół Akrobacyjny "ORLIK") Polşa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün PZL-130 Orlik təyyarələri istifadə olunur. Komanda elə bu təyyarənin şərəfinə adlandırılmışdır. İlk icitmai aviaşou 15 aprel 1998 tarixində baş tutmuşdur.
Qırmızı Şeytanlar (aerobatika eskadronu)
Qırmızı Şeytanlar (ing. Red Devils) Belçika Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Əsası 1957-ci ildə qoyulmuşdur. Uçuşlar üçün SIAI-Marchetti SF.260 təyyarələri istifadə olunur. == Tarixi == İlk komanda 1957-ci ildə yaradılmışdır. 1959-cu ildə komanda 16 təyyarədən ibarət komanda ilə çıxış edirdi. Daha sonra təhlükələr nəzərə alınaraq təyyarə sayı 5-ə endirilmişdir. 1963-cü ildə bu komanda ləğv olunmuşdur. 1965-ci ildə komanda yenidən quruldu və 1977-ci ilə qədər Avropada uçuşlar həyata keçirdi. 2011-ci ildə "Hardship Red" aerobatika komandası adını dəyişib, Qırmızı Şeytanlar adlanmağa başladı.
Qızılquş (aerobatika eskadronu)
Qızılquş (qaz. Сұңқар) — Qazaxıstan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün L-39 Albatros təyyarələri istifadə olunur.
Tayfun (aerobatika eskadronu)
Tayfun aerobatika komandası (ing. Typhoon Display Team) Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Eurofighter Typhoon təyyarəsi istifadə olunur.
Tovuzquşu (aerobatika eskadronu)
Tovuzquşu (sanskr. सारंग) Hindistan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 2003-cü ildə qurulmuşdur. Banqalorda mərkəzləşib. Uçuşlar üçün HAL Dhruv helikopterləri istifadə olunur. Komanda adını Hindistanın milli quşu olan Tovuz quşudan almışdır. Helikopterlərin üzərində tovuz quşu rəsmi var.
Uzunqanadlar (aerobatika eskadronu)
Uzunqanadlar (rus. Стрижи) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Eskadron 1991-ci il 6 may tarixində yaradılmışdır.

Digər lüğətlərdə

Вы́шний зал запра́виться перкути́ровать пошлёпать системати́чно трёхзна́чный щебенчатый биосфе́рный не может быть прище́п сузем B-test Cambay detest grantsman injunct luboil mining officer Peiping qualitative ranchito reporter домести прелюдия