AHÜ-ZAR

сущ. см. ah-zar
AHÜ-VAY
AX
OBASTAN VİKİ
Zar
Zar (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Zar (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Zar (Kəlbəcər)
Zar (digər tarixi adı Şəhrizər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zar kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020- ci il Noyabr ayının 25-də işğaldan azad edilmişdir. == Tarixi == Zar kəndi Qarabağ yaylasının ətəyindədir. İlk dəfə XIII əsrə aid mənbədə adı çəkilir. 1590-ci il sənədinə görə, şamr qəzasında Zar nahiyyəsi olmuşdur. XIX əsrdə Tiflis quberniyasında Zar kəndi, Qars vilayətində Zaruşad kəndi və çayı qeydə alınmişdir. Ermənistanda Zar, Cənubi Azərbaycanda isə Kəlbəzar kəndləri mövcuddur. Favst Buzandın (V əsr) əsərində və VII əsr mənbələrində Cənubi Azərbaycanda Zaravand, Zarişat (Türkiyənin indiki Zaruşt ərazisində) yaşayış məntəqəlarinin adı çəkilir. Mənbələrdə zar tayfa adı kimi qeyd olunur və onların fars vilayətinin cənubunda, Fars körfəzin sahillarindən Kirməna qədər olan ərazidə yaşadiqları göstarilir. İran mənşəli zarlar qədim dövrlərdə İranın şm.-q.-inda, habelə keçmiş Sünik ərazisində (Qarabağın müəyyən hissəsi, Qubadlı-Zəngilan zonası, Ermənistanın c.-ş.
Zar (Qırxbulaq)
Zar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «yarğan» mənasında işlənən car sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 89 nəfər, 1873 - cü ildə 490 nəfər, 1886-cı ildə 634 nəfər, 1897-ci ildə 757 nəfər, 1914 - cü ildə 1250 nəfər, 1918-ci ilin yanvarında 706 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Türkiyədən köçürülən ermənilər 1918-1919 - cu illərdə burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma ocaqlarına dönə bilmişlər. Burada ermənilərdən başqa 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 93 nəfər azərbaycanlı yaşamışdır.
Zar mağarası
Zar mağara düşərgəsi — Paleolit dövrünə aid, ölkə əhəmiyyətli abidə. Kəlbəcər rayonunun Zar kəndinin qərb tərəfində yerləşən mağara. Zar mağarası Üst Paleolit dövründə insanlıqdan əvvəlki yaşayış yerinin arxeoloji yeridir. == Haqqında məlumat. == Мağara, xəzinə axtaranlar tərəfindən dağıdılmışdır. Dağıdılmış sahədə М.Мənsurovun apardığı araşdırmalar zamanı obsidiandan hazırlanmış 152 əşya aşkar edilmişdir. Onlar istehsal tullantılarından, qəlpələrdən, nukleuslardan, itiuclulardan, qaşovlardan, iskənələrdən, vərdənə və s. alətlərdən ibarətdir. Tapıntılar arasında bütün parametrlərinə görə Üst Paleolit dövrünə uyğun olan qaşovlar, yarpaqşəkilli itiuclular, retuşla işlənmiş lövhələr, qarmaqşəkilli alətlər vardır. Мağaranın cənub qurtaracağında aparılan kəşfiyyat qazıntısı zamanı, kəsikdə çınqıl və çaydaşı qarışıq gilli torpaqdan yaranmış altı təbəqənin olduğu müəyyən edilmişdir.
Zar nahiyəsi
Zar nahiyəsi — Naxçıvan ərazisində nahiyə. == Osmanlı dövründə == Zar nahiyəsi 25 kənd və 1 məzrəədən ibarət idi.
Qalxan-dilaltı zar
Qalxan-dilaltı zar, Dilaltı-qalxan zar (lat. membrana thyrohyoidea, membrana hyothyreoidea) — insanın qırtlaq aparatına aid zar. Qalxan-dilaltı zar dilaltı sümüyündən başlayıb və qalxanabənzər qığırdağa bağlanır və yaxud əksinə qalxanabənzər qığırdaqdan başlayıb, dilaltı sümüyünə bağlanır. Tərkibi elastiki birləşdirici toxumadan ibarətdir.
Zar mağara düşərgəsi
Zar mağara düşərgəsi — Paleolit dövrünə aid, ölkə əhəmiyyətli abidə. Kəlbəcər rayonunun Zar kəndinin qərb tərəfində yerləşən mağara. Zar mağarası Üst Paleolit dövründə insanlıqdan əvvəlki yaşayış yerinin arxeoloji yeridir. == Haqqında məlumat. == Мağara, xəzinə axtaranlar tərəfindən dağıdılmışdır. Dağıdılmış sahədə М.Мənsurovun apardığı araşdırmalar zamanı obsidiandan hazırlanmış 152 əşya aşkar edilmişdir. Onlar istehsal tullantılarından, qəlpələrdən, nukleuslardan, itiuclulardan, qaşovlardan, iskənələrdən, vərdənə və s. alətlərdən ibarətdir. Tapıntılar arasında bütün parametrlərinə görə Üst Paleolit dövrünə uyğun olan qaşovlar, yarpaqşəkilli itiuclular, retuşla işlənmiş lövhələr, qarmaqşəkilli alətlər vardır. Мağaranın cənub qurtaracağında aparılan kəşfiyyat qazıntısı zamanı, kəsikdə çınqıl və çaydaşı qarışıq gilli torpaqdan yaranmış altı təbəqənin olduğu müəyyən edilmişdir.
Müqəddəs Məryəm Ana monastırı (Zar)
Müqəddəs Məryəm Ana monastırı — Kəlbəcər rayonunun Zar kəndi ərazisində, Xudavəng monastırından 3 km qərbdə, Tərtər çayının sahilində yerləşən tarix-memarlıq abidəsi. == Tarixi == Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsinin timpanında onun inşa edilmə tarixi və sifarişçisi haqqında məlumat verilmişdir: "çariça, çar Kürikenin qızı…1174-cü il" Ümumilikdə monastır ərazisində səkkiz kitabə oxunmuş və çap edilmişdir ki, onlardan da bəziləri 1174, 1178, 1261-ci illərə aiddir. == Memarlıq xüsusiyyəti == Kompleksə müxtəlif qorunma vəziyyətində olan iyirmidən çox tikili daxildir. Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsi onun şimal hissəsində yerləşir. Kilsə planda düzbucaqlı formasına malik olmaqla, tağtavanla örtülmüşdür. Qərb tərəfdən kilsə binasına bitişik düzbucaqlı formalı narteks inşa edilmişdir. Onun qərb girişi orta otağa aparır, böyül cənub-qərb qapısı isə həyətə açılır.Kilsənin qərb tərəfinə bitişik inşa edilmiş ikinci tikili qədim sovməədir. Sovməənin şimal divarı həm də Müqəddəs Məryəm Ana kilsəsinin qərb divarıdır.Kompleksin mərkəzində monastırın əsas kilsəsi yerləşir. Üçnefli bazilika formasına malik tikili maraqlı interyerlərə malik olmaqla, bütün memarlıq xüsusiyyətlərini qoruyaraq dövrümüzə çatmışdır. Kilsənin tağtavanı iki pilon və divarönü yarımpilona söykənir.
Müqəddəs Tanrı anası monastırı (Zar)

Zar yolunda osetin qaçqınların güllələnməsi
Zar yolunda osetin qaçqınların güllələnməsi (gürc. ოსი ლტოლვილების ჩაცხრილვა ძარის გზაზე; rus. Расстрел осетинских беженцев на Зарской дороге) — Gürcüstanın Cənubi Osetiya bölgəsində, mərkəz Tsxinvali şəhərinin yaxınlığında yerləşən Zar kəndinin inzibati ərazisində gürcü hərbiçilər tərəfindən döyüş bölgəsindən çıxarılan etnik osetin qaçqınlara qarşı həyata keçirilmiş kütləvi silahlı hücum. Silahlı hücum qaçqınların daşındığı yük maşını və avtomobillərdən ibarət avtomobil karvanını hərəkət vəziyyətində olduğu zaman gülləbaran ediləməsi ilə gerçəkləşdirilmişdir. Tarix ədəbiyyatlarına Zar qətliamı və ya Zar yolunda faciə kimi keçmiş hadisə nəticəsində çoxu uşaq, qadın və yaşlılar olmaqla 36 nəfər öldürülmüşdür. == Hadisə == Hadisə 1992-ci ilin 20 may tarixində Cənubi Osetiya müharibəsindən qaçan etnik osetinlilərə məxsus avtomobil və yük maşını karvanlarının Zar kəndinin ərazisində keçən yolda atəşə tutulması ilə baş vermişdir. Zar kəndi tanınmamış Cənubi Osetiya Respublikasının paytaxtı Tsxinvali şəhərinin yaxınlığında yerləşməkdədir. Hadisənin baş verdiyi gün Zar kəndi gürcü qüvvəllərinin təmas xəttinə yaxın bölgədə yerləşirdi və qonşuluqda yerləşən Kekhvi və Kurt kəndləri gürcü döyüşlərin nəzarəti altında idi. Hadisə şahidlərinin ifadələrinə görə ilk atəş, heç bir dayan xəbərdarlığı olmadan avtomobil karvanının hərəkətdə olduğu zaman açılmışdı. Ölümcül yarası olan 11 yaşlı oğlannın cəsədi, hadisə yerindən 50 metr kənarda aşakarlanması osetin qaçqınlarınını gülləbarandan qaçmağa çalışdığını, ancaq gürcü silahlılar tərəfindən təqib edildiyini göstərmişdir.
дру́жка с дру́жкой наци́стка огоро́дник отпа́ривание пауперизова́ть торго́вый элеро́н валить всё в одну ку́чу геологи́ня дикта́торски домрабо́тница избавля́ться па́ховый подме́нивание asphyxia gluing healthful Latvia mignon Porcupine striking distance обморочить подрасти рутинёрка удерживать