COĞRAFİYAŞÜNAS

см. coğrafiyaçı ; coğrafiyaşünasların beynəlxalq simpoziumu международный симпозиум географов
COĞRAFİYAÇI
COĞRAFİYAŞÜNASLIQ
OBASTAN VİKİ
Məmməd Əliyev (coğrafiyaşünas)
Məmmədqasım Əliyev (tam adı: Məmmədqasım Hüseyn oğlu Əliyev; 10 fevral 1882, Yelizavetpol – 20 iyul 1967, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasında ilk hərbi attaşesi, Azərbaycanın geodeziya-topoqrafiya üzrə ilk professoru (1931), Azərbaycan SSR əməkdar elm xadimi (1945). == Həyatı == === 1882–1918 === Məmmədqasım Hüseyn oğlu Əliyev 10 fevral 1882-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur. Atası Hüseyn bəy kənd məktəbində iki sinif təhsilə malik olaraq, Azərbaycan sovetləşənə qədər qəza divanxanasında tərcüməçi və dəftərxana qulluqçusu, sovetləşmədən sonra Gəncədə torpaq ölçən kimi xidmət etmiş, 1926-cı ildə vəfat etmişdir. Anası Məmməd bəy 8 yaşında olarkən dünyasını dəyişmişdir. Gəncə şəhər məktəbində 8-illik təhsilini (1890–1898) bitirdikdən sonra iki il Yelizavetpol mərzçəkmə dairəsində çertyojçu kimi xidmət etmiş, daha sonra isə 1899-cu ildə müsabiqə imtahanı ilə Tiflis yerölçmə məktəbinə daxil olmuş və burada yoxsulluq və uğurlarına görə ona ayda 10 rubl təqaüd təyin edilmişdir. 1902-ci ildə 1-ci dərəcəli yerölçən ixtisası ilə məktəbin 3-illik tam kursunu bitirmiş (fərqlənmə ilə) və elə həmin il müsabiqə imtahanı ilə Sankt-Peterburq Hərbi Topoqrafiya Məktəbinə daxil olaraq, professorlar N.D.Artamonov, İ.İ.Pomeransev, V.V.Vitkovskinin rəhbərliyi altında təhsil almışdır. Məktəbi 1905-ci ildə 1-ci dərəcə ixtisasla (fərqlənmə ilə) bitirmişdir. Təhsilini bitirdikdən sonra Peterburq şəhərində Finlandiya və Sankt-Peterburq quberniyasının Topoqrafik çəkiliş idarəsinə göndərilərək, Hərbi topoqraflar korpusunda topoqrafik işlər icraçısı vəzifəsində xidmətə başlamışdır. 1905-ci ilin yayında Məmməd bəy Əliyev Baltıkyanı diyarına ezam edilərək, burada Riqa körfəzi sahillərində Liflyandiya quberniyasında instrumental topoqrafik çəkiliş aparmışdır. Yaponiya ilə müharibə sona çatdıqdan sonra Məmməd bəy Əliyev 1906-cı ildə Peterburq çəkiliş idarəsinin tərkibində 2-ölçülü çəkiliş üzrə topoqrafiya-geodeziya işlərinin yerinə yetirilməsi üçün geodeziyaçı Şulginin rəhbərlik etdiyi 3-cü Mancuriya topoqrafiya-geodeziya çəkiliş dəstəsində Uzaq Şərqə, Şimali Mancuriyaya ezam olunmuşdur.

Digər lüğətlərdə

вечо́р подсортирова́ть помертве́ние пустынножи́тельница тетра́метр безлицензио́нный го́голь гра́бельки кры́сий мака́р огнепрово́дный шнур переволо́чь политэкономи́ческий улету́чиваться палтас староста competitive delivery vehicle Deuteronomy gracious speech prost задвигать кинескоп лелеять реклама