FOK

сущ. морск. фок (нижний прямой парус на передней мачте судна или треугольный парус на судне, имеющем одну мачту)
FLYAQA
FOKAL
OBASTAN VİKİ
Aleksandr Fok
Aleksandr Viktoroviç Fok (rus. Александр Викторович Фок; 25 avqust (6 sentyabr) 1843 – 2 dekabr 1926) – Rusiya İmperator Ordusunun general-leytenantı. Rus-yapon müharibəsində iştirak etmiş, Port-Arturun mühasirəsi zamanı quru müdafiə qüvvələrinin komandanı olmuşdur. == Həyatı və karyerası == Aleksandr Fok 1843-cü ildə doğulmuşdur. Hərbi akademiyanı bitirdikdən sonra 1871–1876-cı illərdə jandarmalarda xidmət göstərmiş, 1877–1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində döyüşmüşdür. Sibirdə müxtəlif hərbi vəzifələri tutmuş, 1900-cü ildə 4-cü Şərqi Sibir piyada briqadasının komandanı olaraq Boksçular üsyanına göndərilmiş beynəlxalq briqadada iştirak etmişdir.Fok 1904-cü ildə general-leytenant rütbəsinə yüksəlmiş və Rus-yapon müharibəsinin əvvəlində Port-Arturda 4-cü Şərqi Sibir Piyada Diviziyasının komandanı olmuşdur. O, Nanşan döyüşündə iştirak etmiş və rusların bu döyüşdəki məğlubiyyətinin ən böyük səbəbkarı hesab olunmuşdur. Ehtiyat qüvvələri Şərqi və Qərbi Panluna göndərmək barədə olan əmrə itaət etməkdən imtina etdiyi üçün 21 avqust 1904-cü ildə Konstantin Smirnov tərəfindən hərbi vəzifəsindən azad edilmişdir. General-leytenant Roman Kondratenkonun 1904-cü ilin dekabrındakı ölümündən sonra general-leytenant Anatoli Stessel tərəfindən Port-Arturun quru müdafiə qüvvələrinin komandanı təyin olunmuşdur. O, Port-Arturun təslimiyyətində iştirak etmiş və 1906-cı ilin qışında Sankt-Peterburqda hərbi məhkəməyə çıxarılmışdır.Fok 1908-ci ildə həbsdən çıxdıqdan sonra hərbi karyerasına son qoymuşdur, lakin 1912-ci ildə Birinci Balkan müharibəsi başlayanda könüllü əsgər kimi Bolqarıstan ordusuna qatılmışdır.
Abraham Foksal
Abraham Foksal (ing. Abraham Foxall; 1874 – 1950) — hücumçu mövqeyində oynamış İngiltərə futbolçusu. == Karyerası == 1899-cu ildə "Liverpul" komandasında "Derbi Kaunti" klubuna qarşı 1 oyunda meydana çıxmışdır, oyun "Liverpul"un 2-0 hesablı məğlubiyyəti ilə bitmişdir.
Alexandro Foksli
Alexandro Foksli (isp. Alejandro Tomás Foxley Rioseco; d. 26 may 1939, Vinya de Mar, Çili) — Çili Respublikasının xarici işlər naziri (2006-2009). == Həyatı == 26 may 1939-cu ildə Çilinin Vinya de Mar şəhərində anadan olmuşdur. == Fəaliyyəti == 1990-1994-cü illərdə Ümumdünya İnkişaf Bankının rəhbəri vəzifəsində çalışmışdır.1994-1996-cı illərdə Çili Kəndli Demokrat Partiyasının sədri olmuşdur.1994-1999-cu illərdə Beynəlxalq Əlaqələr üzrə Konsulluq Şurasının üzvü, 1999-2005-ci illərdə Şuranın İdarə Heyətinin üzvü olmuşdur.1998-2006-cı illərdə Senator olmuşdur.2006-cı il martın 11-də Çili Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunmuşdur. 12 mart 2009-cu ilədək bu vəzifədə olmuşdur.
Ceff Foksuorti
Jeffrey Marshall "Jeff" Foxworthy (ing. Jeff Foxworthy; 6 oktyabr 1958, Atlanta, Georgia) — ABŞ aktyoru.
Coanna Foks
Joanne Fox (d. 12 iyun 1979) — Avstraliyanı təmsil edən su poloçusu. Joanne Fox, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və Qızıl medal qazanıb. == Karyerası == Joanne Fox, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu. Joanne Fox, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Elyar Foks
Elyar Foks (ing. Elyar Fox) (15 iyul 1995, London) — azərbaycan mənşəli Böyük Britaniyalı müğənni, musiqiçi və söz yazıçısı. Onun fanatlarına "Fokserlər" deyilir. == Həyatı == Əsl adı Elyar Əfşari olan müğənninin anası ingilis, atası azərbaycanlıdır. O, İlinqdə anadan olmuş, Qrinfordda böyümüşdür. Təhsilini əvvəlcə Queensmead Məktəbində, daha sonra Costons Primary Schoolda almışdır. Elyarın özündən böyük bir qardaşı da var.
Fokatça
Fokatça (it. Focaccia)-İtalyan çörəyi mənasını verən, görünüşü pizza və açıq pideni xatırladan Focaccia, köhnə çağlardan bəri balıqçılıqla dolanan Cenovalı kişiləri qarşılamaq üçün qadınların etdiyi bir növ İtalyan çörəyi. Bu çörək, zaman içində üzərinə fərqli vəsaitlər əlavə olunaraq fərqli bir nöqtəyə gəlmiş. Və Focaccia, zaman içində əvvəl Cenovadan İtalyanın ümumisinə; daha sonra da dünyaya yayılmış. Focaccianın ən əhəmiyyətli xüsusiyyəti, yüngül və orqanik vəsaitlərdən edilir olması. zatən pizzadan ən böyük fərqi də bu. Xəmiri, içinə süd və zeytunyağı qatılmasıyla daha incə və daha yumşaq. Bir başqa bir sirri də gözləmə və bişirmə üsulu. İtalyancada söz mənşəyi 'focus' olan (atəş) Focaccia, yüksək soba atəşində qısa müddətdə, amma qüvvətli bir şəkildə bərabər olaraq bişirilir.
Fokeya
Fokeya ( q.yun. Φώκαια ) — Kiçik Asiyanın qərbində, Eolidada şəhər. On ikiion şəhərlərindən biri olmuşdur. Egey dənizinin Çandarlı körfəzini İzmir körfəzindən ayırır. Fokeya İoniya şəhərlərindən ən şimalda yerləşəni idi və iki limanı var idi. Hal-hazırda Türkiyənin Foça şəhəri Fokeyanın olduğu yerdə yerləşir. Fokeya Efesə tabe olan katolik kilsəsinin ləğv edilmiş yeparxiyasıdır. == Yaranması == Rəvayətə görə, şəhər e.ə. əsrdə XI Fokidadan olan ioniyalı tərəfindən qurulmuşdur. Onları Attikadan iki afinalı Damon və Filogen öz gəmiləri aparmışdılar.
Fokon-de-Barselonnet
Fokon-de-Barselonnet (fr. Faucon-de-Barcelonnette, oks. Faucon de Barcilona) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barselonnet kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04086. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 305 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 185 nəfər arasında (15-64 yaş) 137 nəfər iqtisadi fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.1%, 1999-cu ildə 71.9%). Fəal olan 137 nəfərdən 136 nəfəri (72 kişi və 64 qadın), 1 qadın işsiz idi.
Fokon-dyu-Ker
Fokon-dyu-Ker (fr. Faucon-du-Caire, oks. Faucon dau Caire) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Türye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04085. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 55 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 32 yaşda (15-64 yaş arasında) 20 nəfər iqtisadi fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,5%, 1999-cu ildə bu göstərici 77,8%). Fəal olan 20 nəfərdən 17 nəfər (10 kişi və 7 qadın), 3 nəfər işsiz (1 kişi və 2 qadın) idi.
Fokon-dü-Ker
Fokon-dyu-Ker (fr. Faucon-du-Caire, oks. Faucon dau Caire) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Türye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04085. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 55 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 32 yaşda (15-64 yaş arasında) 20 nəfər iqtisadi fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,5%, 1999-cu ildə bu göstərici 77,8%). Fəal olan 20 nəfərdən 17 nəfər (10 kişi və 7 qadın), 3 nəfər işsiz (1 kişi və 2 qadın) idi.
Foks
Foks — ad. Ana Foks — ABŞ pornoaktrisası və modelidir. Qay Foks — əsgər.Samanta FoksSamanta Foks (pornoaktrisa) — ABŞ pornoaktrisası. Samanta Foks (ifaçı) — Böyük Britaniya fotomodeli və ifaçısı.Ceymi Foks — Amerika aktyoru, söz yazıçısı, komediyaçısı, müğənnisi. Meqan Foks — ABŞ aktrisası. Terri Foks — kanadalı atlet və xərçəngin müalicəsində könüllü surətdə iştirak etmiş aktivist. Metyu Foks — amerikalı kinoaktyordur. Elyar Foks — azərbaycan mənşəli Böyük Britaniyalı müğənni, musiqiçi və söz yazıçısı.DigərFoks yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada.
Foks adaları
Foks adaları (ing. Fox Islands) — Aleut adaları silsiləsinin şərq hissəsində yerləşən bir qrup ada. "Foks" ingilis dilindən tərcümədə "tülkü" deməkdir. Adalar inzibati cəhətdən Amerikanın Alyaska Ştatının bir hissəsidir. == Coğrafiya == qərbdən şərqə: Aduqak; 31 m; 52°54′17″ şm. e. 169°10′28″ q. u. Ananqula); 53°00′02″ şm. e.
Foks eksperimenti
Sidni Foksun fikrincə, ilk aminturşular ibtidai okeanda əmələ gəldikdən dərhal sonra bir vulkanın yanındakı qayalıqlara sürükləniblər. Sonra da tərkibində aminturşular olan qarışıqdakı su yüksək temperatur nəticəsində buxarlanıb. Beləliklə, “quruyan” aminturşular zülalları əmələ gətirmək üçün birləşə bilərlər. Lakin bu “qarışıq” iddia elm dünyası tərəfindən mənimsənilmədi. Çünki aminturşular Foksun irəli sürdüyü dərəcədə temperatura qarşı müqavimət göstərə bilməzdilər. Aparılan araşdırmalar aminturşuların yüksək temperaturda dərhal məhv olduqlarını üzə çıxarmışdır. Ancaq Foks həvəsdən düşmədi. Laboratoriyada “çox xüsusi şərtlər daxilində” saflaşdırılmış aminturşuları quru mühitdə isidərək birləşdirdi. Aminturşular birləşdirilmişdi, ancaq zülallar yenə əldə edilə bilmədi. Əldə etdiyi bir-birinə təsadüfən birləşmiş, bəsit və nizamsız aminturşular halqaları idi və hər hansı bir canlı zülalına bənzəmirdi.
Foks körfəzi
Foks körfəzi (ing. Foxe Basin) — Şimal Buzlu okeanında yerləşən körfəz. Körfəz Kanada sahillərini yuyur. İngilis kəşfiyyatçısı Luka Foksun şərəfinə adlandırılmışdır. Şərqdə Baffin Torpağı, qərbdə Melvill yarımadası və Sauthempton adaları arasında geniş bir uzantı təşkil edir. Cənubda eyni adlı boğazla Hudzon boğazı və Hudzon körfəzi ilə, şimalda Fari və Hekla boğazı vasitəsilə Butiya körfəzi ilə birləşir. Körfəzin uzunluğu təqribən 600 km, eni isə 500 km-dir. Dalğalar yarımgündəlikdir, hündürlüyü 1,2-dən 9 m-ə qədərdir. Körfəz oktyabrda donur. Foks körfəzi geniş, əsasən dayaz çökəkliklərdən ibarətdir, dərinliyi ümumiyyətlə 100 metrdən (330 fut) azdır, cənubda isə 400 metrə (1300 fut) qədər dərinliklər vardır.
Foks yarımadası
Foks yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Yarımada Foks körfəzini Hudzon boğazından ayırır. Onun qərb qutaracağında olan Kuiun burnunda inuitlərə aid Keyp-Dorset kəndi vardır. Qərb sahillərində yerləşən İnuksuk Point inuksuklarla məşhurdur. Onların sayı yüzə çatır. Yarımadanın uzunluğu 241 km, eni isə 80-161 km arasında dəyişir. Yarımada ingilis araşdırmaçısı Lyuk Foksın şərəfinə adlandırılmışdır. == Araşdırılması == Yarımadanın ilk araşdırılması 1631-cü ildə Lyuk Foks tərəfindən gerçəkləşdirilmişdir. Belə düşünülür ki, o «Çarlz» gəmisində 1631-ci ilin sentyabrında Dorçester burnuna qədər irəliləmişdir.
Fokstrot
Fokstrot (ing. Foxtrot "tülkü addımı") 1912 ci ildə ABŞ da inkişaf etmiş 4/4 taktlı cütlük rəqsidir. Rəqsin adı haqqında müxtəlif fikirlər mövcuddur. Rəqs ingilis dilində "tülkü yerişi" adlandırılmışdır. Digər bir fikirə görə rəqs Harri Foks tərəfindən 1913 cü ildə icad edildiyinə görə onun şərəfinə adlandırılmışdır. Lakin hər iki fikir mübahisəlidir. Birinci Dünya müharibəsindən sonra bu rəqs Avropada məşhurlaşmağa başlamış, standart rəqs səviyyəsinə qalxmışdır. Almaniyada 1920 ci illərdə rəqs orkestrləri dəqiqədə 32-dən 50-yə qədər taktlı caz ritmləri ifa etməsi nəticədə bu rəqsə daha cəld templə ifa olunaraq kvikstep ("cəld addım") modifikasiyası almış olur.
Fokus-qrup
Fokus qrup (müzakirə qrupu) son zamanlar geniş yayılmış informasiya toplamaq metodlarından biridir. Bazar tədqiqatlarında daha çox istifadə edilməsinə baxmayaraq, müzakirə qrupu metodu sosial tədqiqatlarda da geniş tətbiq olunur. == Haqqında == Əsasən keyfiyyət tədqiqatları aparanlar tərəfindən istifadə edilən fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv müzakirə mühitində öyrənməkdir. Tədqiqatçıya lazım olan informasiya iştirakçıların qarşılıqlı müzakirə və söhbəti əsasında əldə edilir. Fokus qrup insanların şəxsi fikir, təcrübə, rəy, narahatlıq və arzularını öyrənmək üçün faydalı tədqiqat metodudur. Burada respondentlərin birbaşa iştirakı ilə tədqiqatçı tərəfindən müəyyən edilmiş spesifik mövzular qrup halında müzakirə olunur. Fokus qrup müzakirəsi müxtəlif mövzular üzrə aparıla bilər. Mövzular kimi fokus qrupun məqsədləri də müxtəlif ola bilər. == Tarixi == Fokus qrup informasiya toplamaq metodu kimi XX əsrin əvvəllərində yaransa da, əsasən 1990-cı illərdən etibarən sürətlə yayılmağa başlayıb. Fokus qrupları ilk dəfə 1940-cı illərdə radio studiyaları ilə əlaqəli bazar araşdırmaları kontekstində bir tədqiqat metodu kimi meydana gəlmişdir.
Fokus (Həndəsə)
"Fokus" sözü latın dilində "ocaq", "od" deməkdir. Bu termini elmə Kepler daxil etmişdir(1604). O bu sözü ərəblərdən tərcümə etmişdir. Ərəblər parabolanın foksuna "alışma nöqtəsi", parabolanın özünə isə "alışdırıcı güzgü" deyirlər. Kepler bu termini ellipsin və hiperbolanın fokuslarına da aid etmişdir. Ellipsin foksu - Ellips müstəvinin, verilmiş iki nöqtəsindən məsafələri cəmi sabit olan nöqtələr çoxluğudur. Həmin iki nöqtə ellipsin fokusları adlanır. Parabolanın foksu - Parabola, müstəvinin verilmiş nöqtəsindən və verilmiş düz xəttindən eyni məsafədə olan nöqtələr çoxluğudur. Həmin nöqtə parabolanın foksu adlanır. Hiperbolanın foksu - Hiperbola müstəvinin verilmiş iki nöqtəsindən məsafələri fərqinin modulu sabit olan nöqtələr çoxluğudur.
Fokus Pokus (film, 1993)
Fokus Pokus (orijinalda ing. Hocus Pocus) — 1993-cü ildə çıxarılmış ABŞ fentezi komediya filmi. Film, Massaçusetsstatının Salem şəhərində bakir yeniyetmə oğlan (Omri Katz) tərəfindən Hellouin gecəsi təsadüfən həyata qaytarılmış üç qəddar cadugərdən (Bett Midler, Sara Cessika Parker, Keti Nacimi) bəhs edir. Film, Mik Qarris və Neyl Katbert tərəfindən yazılmış ssenari əsasında Kenni Orteqanın rejissorluğu ilə çəkilmişdir. Film ABŞ-da 16 iyul 1993-cü ildə Walt Disney Pictures tərəfindən çıxarılmışdır. Çıxarıldığı il film, tənqidçilər tərəfindən əsasən mənfi qarşılanmış, neqativ və ya qarışıq rəylər almış, həmçinin kassa uğuru əldə edə bilməmişdir. Eyni zamanda, ehtimal ki, filmin kinoteatr yayımı zamanı Disney təxminən $16.5 milyon ziyana uğramışdır. Lakin, Disney Channel və Freeform (keçmiş ABC Family) telekanallarında hər il oktyabr ayında təkrar göstərilməsi izləyicilərin filmi yenidən kəşf etmələrinə imkan yaratmış, beləcə ilbəil Hellouin ərəfəsində filmin ev nümyişi üçün satışları artmışdır. Film Hellouinlə əlaqəli kult filmi statusu qazanmışdır.Filmin sikveli olan Fokus Pokus 2 30 sentyabr 2022-ci ildə Disney+ striminq xidmətində debüt etmişdir.
Fokus Qrup
Fokus qrup (müzakirə qrupu) son zamanlar geniş yayılmış informasiya toplamaq metodlarından biridir. Bazar tədqiqatlarında daha çox istifadə edilməsinə baxmayaraq, müzakirə qrupu metodu sosial tədqiqatlarda da geniş tətbiq olunur. == Haqqında == Əsasən keyfiyyət tədqiqatları aparanlar tərəfindən istifadə edilən fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv müzakirə mühitində öyrənməkdir. Tədqiqatçıya lazım olan informasiya iştirakçıların qarşılıqlı müzakirə və söhbəti əsasında əldə edilir. Fokus qrup insanların şəxsi fikir, təcrübə, rəy, narahatlıq və arzularını öyrənmək üçün faydalı tədqiqat metodudur. Burada respondentlərin birbaşa iştirakı ilə tədqiqatçı tərəfindən müəyyən edilmiş spesifik mövzular qrup halında müzakirə olunur. Fokus qrup müzakirəsi müxtəlif mövzular üzrə aparıla bilər. Mövzular kimi fokus qrupun məqsədləri də müxtəlif ola bilər. == Tarixi == Fokus qrup informasiya toplamaq metodu kimi XX əsrin əvvəllərində yaransa da, əsasən 1990-cı illərdən etibarən sürətlə yayılmağa başlayıb. Fokus qrupları ilk dəfə 1940-cı illərdə radio studiyaları ilə əlaqəli bazar araşdırmaları kontekstində bir tədqiqat metodu kimi meydana gəlmişdir.
II Nikofor Foka
II Nikofor Foka (yun. Νικηφόρος Φωκᾶς; 912, Kappadokiya, Bizans imperiyası[…] – dekabr 969, Konstantinopol[…]) — 963–969-cu illərdə Bizans imperatoru. == Həyatı == II Nikofor Foka təqribən 912-ci ildə Bizans imperiyasına bağlı Kappadokiyada anadan olmuşdur. O, 954-cü ildən baş komandan olmuş, paytaxtın əsilzadə məmurlarına qarşı düşmənçilik siyasəti yeritmişdir. Foka 967-ci ildə kəndlilərin imtiyazlı torpaq almaq hüququnu ləğv etmiş, iri torpaq sahiblərinin güclənməsinə kömək etmişdir. O, 964-cü il fərmanı ilə yeni monastırların yaradılmasını dayandırmış, monastırlara məxsus torpaq sahələri məhdudlaşdırmışdır. Foka 954-cü ildə Krit adasını, 965-ci ildə Kipr adası və Kilikiyanı, 969-cu ildə isə Antioxiya və Şimali Suriyanı ərəblərdən almışdır. O, 966-cı ildə Bulqar xanlığına qarşı hərbi əməliyyatlara başlamışdır. Foka İohann Simisxinin sui-qəsdi nəticəsində öldürülmüşdür. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Kajdan, Aleksandr.
Meqan Foks
Meqan Deniz Foks (ing. Megan Denise Fox; 16 may 1986, Oak-Ric, Tennessi, ABŞ) — ABŞ aktrisası və manekeni. Ən məşhur çəkildiyi filmləri - "Transformerlər" (2007), "Transformerlər: Məğlubların qisası" (2009) və "Cenniferin bədəni" (2009). == Həyatı == Deniz Meqan Foks 16 may 1986-cı ildə Amerikanın Tennessi ştatında anadan olub. Artıq beş yaşında Meqan teatr və rəqs dərsləri almağa başlayıb. On yaşı olanda ailəsi Floridaya köçüb. 13 yaşında rəqs sahəsində qazandığı uğurlar Meqan Foksa həyatının seçimini etmək imkanı verdi. == Karyerası == 1999-cu ildə ABŞ-nin Cənubi Karolina ştatında keçirilən "American Modeling and Talent Convention in Hilton Head" rəqs şousunda Meqan bir neçə mükafat qazanıb. Bundan sonra o, aktrisa karyerası etmək ümidilə Los-Ancelesə köçüb. Onun debütü 2001-ci ildə çəkilmiş "Günəşdə istirahət" filmində baş tutub.
Metyu Foks
Metyu Foks (ing. Mathew Fox; 14 iyul 1966) amerikalı kinoaktyordur. O, 14 iyul 1966-cı ildə ABŞ-nin Pensilvaniya ştatında anadan olmuşdur. Əsasən, Lost teleserialında ifa etdiyi baş roldan sonra populyarlıq qazanmışdır.
Misilsiz cənab Foks (cizgi filmi, 2009)
Misilsiz cənab Foks (ing. Fantastic Mr. Fox) — Ves Andersonun rejissorluğu və onun Noa Baumbax ilə birlikdə yazdığı ssenari əsasında çəkilmiş 2009-cu animasiya filmi. Film Roald Dalın eyniadlı uşaq kitabı əsasında çəkilmişdir. Personajları Corc Kluni, Meril Strip, Jason Schwartzman, Bill Mürrey, Willem Dafoe və Owen Wilson səsləndirib. == Filmin şüarı == "Mümkün olmayan hər şeyi unudun.. Fantastik bir dünyaya xoş gəlmisiniz." == Məzmun == Filmin qəhrəmanı Cənab Tülkü bir ailə başçısıdır. O, ailəsini bəsləmək üçün ən hiyləgər, ən vəhşi üsullardan istifadə edir. Uzun müddətdir ki, Cənab Tülkü imkanlı kəndlilərdən toyuq, ördək oğurlamaqdadır. Və artıq insanlar bundan bezib.
Qay Foks
Qay Foks və ya Quido Foks (təq. 13 aprel 1570, York, İngiltərə krallığı – 31 yanvar (10 fevral) 1606, Vestminster[d], İngiltərə krallığı), O, Katolik bir əsgər idi. 5 noyabr 1605-ci ildə İngiltərədə "Barıt sui-qəsdi" adlı tarixi hadisədə əməliyyat icraçılarından biri olmuşdur. == "Barıt sui-qəsdi" hadisəsi == Əməliyyatın icraçıları arasında İngiltərə tarixinin ən böyük "Vətən xaini" kimi yadda qalan Qay Foks olmuşdu. Sui-qəsd planının müəllifi olmadığı haqda fikirlər geniş yayılsa da, o, 5 noyabr gecəsi əlindəki barıt çəlləyi və fitillə iş başında yaxalanmışdı. Foks həbs edilərək, zindana atılmış, 31 yanvar 1606-cı ildə saray qarşısında asılaraq, edam edilmişdi. İngilislər həmin günü öz tarixlərində demokratiya zəncirindəki önəmli halqalardan biri kimi görür. Hər ilin 5 noyabr gecəsi Birləşmiş Krallıq və onun əyaləti olan ölkələrdə "Barıt sui-qəsdi"nin uğursuzluğa düçar olması münasibətilə "Qay Foks Gecəsi" adı altında şənliklərlə qeyd edilir. Şənlik zamanı havaya fişənglər atılır, barıtla dolu qablar alışdırılaraq, küçəboyu yuvarlandırılır, vətən xaininin cəzalandırılmasını qutlamaq üçün Qay Foks maskası taxılmış kuklalar yandırılır. Hal-hazırda bu, siyasi deyil, əyləncə xarakterli mərasim kimi qeyd olunmaqdadır.

Digər lüğətlərdə

заны́ривать обарбо́ситься перекипяти́ть проха́живание совокупи́ться трубаду́р что́бы гимна́стика дорыва́ние засва́тывать ла́гер подретуши́ровать практика́нтка профили́ровать гонезнуть синтез bimolecular plancier thermotaxic uphold заскок кречет обкусывать хлебозавод чешский