FOND

I
сущ. фонд:
1. денежные средства или материальные ценности государства, предприятия и т.п. , предназначенные для какой-л. цели. Əsas fond основной фонд, Beynəlxalq Valyuta Fondu (BVF) Международный валютный фонд (МВФ), istehsal fondları производственные фонды, istehlak fondu фонд потребления, sığorta fondu фонд страхования, dotasiya fondu фонд дотации, ehtiyat fondu фонд запаса, əməkhaqqı fondu фонд заработной платы, tədavül fondu фонд обращения, müəssisə fondu фонд предприятия
2. ресурсы, запасы чего-л. Torpaq fondu земельный фонд, mənzil fondları жилищные фонды, kitabxana fondu библиотечный фонд, su fondu водный фонд
3. мн. ч. экон. ценные бумаги, приносящие твердый доход. Dövlət fondları государственные фонды
4. организация, учреждение для оказания материальной помощи творческим деятелям (писателям, художникам и т.п. ). Bədii fond художественный фонд, mədəniyyat fondu фонд культуры
5. международные или национальные ассигнования или капиталовложения (обычно составляемые частными лицами) для содержания учебных заведений, осуществления научных открытий, изобретений и т.д., для премирования кого-л. Nobel fondu Нобелевский фонд
II
прил. фондовый. экон. Fond kapitalı фондовый капитал, fond malları фондовые товары, fond sərvətləri фондовые ценности, fond birjası фондовая биржа, fond dəllalı фондовый маклер
◊ qızıl fond золотой фонд:
1. фонд драгоценных металлов (главным образом золота) в слитках или монетах, принадлежащий государству
2. о к ом-, о чем-л. особенно ценном. Azərbaycan ədəbiyyatının qızıl fondu золотой фонд азербайджанской литературы
FONASİYA
FONDLAŞDIRMA
OBASTAN VİKİ
Amerika fond birjası
Amsterdam fond birjası
Amsterdam birjası — Niderlandın Amsterdam şəhərində birja. == Tarixi == 1876-cı ildə yaranmışdır.
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi (ing. Stock Exchange Automated Quotation; SEAQ) — London Fond Birjasının qiymətlər haqqında elektron məlumat sistemi. Bütün iştirakçılar üçün açıq olan bu sistemdə birja üzvləri alıcı və satıcının qiymət sistemi də daxil olmaqla ekranda verilən məlumatları izləyirlər.
Fond
Fond (fr. fond lat. fundus «əsas») — xeyriyyəçilik, sosial və digər ictimai faydalı fəaliyyət üçün yaradılan və müəyyən kapitala malik qeyri-kommersiya təşkilatı. Fondlar kommersiya şirkətləri və ya dövlət tərəfindən maliyyələşdirilir. Fond kitabxananın, informasiya mərkəzinin vəzifələrinə və profilinə uyğun olan sənədlərin istifadəsi və saxlaması üçün nəzərdə tutulan nizamlanmış məcmusudur. Kitabxananın, informasiya mərkəzinin vəzifələrinə müvafiq olan sənədlərin aşkar edilməsi, seçilməsi, sifariş edilməsi, əldə edilməsi, alınması və qeydiyyatı prosesləri Fondun dəstləşdirilməsi adlanır. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Fond bazarı
Qiymətli kağızlar bazarı, fond bazarı (ing. securities market, ing. stock market, ing. equity market) — iştirakçıları arasında qiymətli kağızların buraxılması və dövriyyəsi ilə əlaqəli iqtisadi münasibətlər məcmusu. == Qiymətli kağızlar bazarının infrastrukturu == == Tarixi == Qiymətli kağızlar bazarının tarixi bir neçə əsrdir. Onun meydana gəlməsi çox vaxt 15–16-cı əsrlərdə dövlət qiymətli kağızları bazarının yaranması ilə əlaqələndirilir. Bu dövrdə dövlət ehtiyacları üçün vəsait çatışmazlığını ödəmək üçün lazım olan əlavə vəsait cəlb etmək üçün dövlətlər həm daxili, həm də xaricdə qiymətli kağızlar buraxmağa və yerləşdirməyə başladılar. Məsələn, 1556-cı ildə dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə əməliyyatların aparıldığı Antverpendə birja quruldu. XVI əsrin əvvəllərində. ticarətin təkamülü birjaların meydana çıxmasına səbəb oldu.
Fond birjası
Fond birjası — müstəqil olaraq, fəaliyyət predmeti qiymətli kağızlar üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən, həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün şərait yaradılması olan təşkilat. Fond birjası qapalı səhmdar cəmiyyət formasında olur. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir. Fond birjası fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının verdiyi xüsusi razılığı əsasında həyata keçirir. Fond birjası depozitləri və klirinq fəaliyyəti istisna olmaqla, digər fəaliyyət növləri ilə məşğul ola bilməz. Fond birjasının nizamnaməsinin, onunticarət qaydaların pozulması və fond birjasının digər daxili sənədlərinin pozulmasızamanı cərimələr müəyyən edilir. Fond birjasının üzvlərinə aid olan daxilinormativaktlar fond birjası tərəfindən onun üzvlərinin təklifləri nəzərə alınmaqla müstəqil müəyyənləşir. Tarixi arayış. Deyilənə görə, ilk birja 1406-cı ildə Brügge şəhərində (indiki Belçikada yerləşir) van der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaranmışdır. Şəxsin soy adı (Bursa) "pul kisəsi" mənasını verir, eyni zamanda onun evinin üzərində təsvir olunmuş gerb üç pul kisəsindən ibarət idi.
Bakı Fond Birjası
Bakı Fond Birjası (ing. Baku Stock Exchange) — Azərbaycanda fəaliyyət göstərən əsas fond birjası. Bakı Fond Birjası Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır. BFB 1997-ci ildə təsis edilmiş və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması olmuşdur. Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində Bakı Fond Birjası QSC çıxış edir. Onun yerli banklar, brokerlər və İstanbul Fond Birjası (Borsa Istanbul) da daxil olmaqla 20 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir. Birjada səhm və istiqraz kimi korporativ qiymətli kağızların, Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları kimi dövlətin borc kağızlarının ticarəti və REPO əməliyyatları həyata keçirilir.
Brüssel fond birjası
Brüssel birjası — Belçikanın Brüssel şəhərində birja. == Tarixi == 1801-ci ildə yaranmışdır.
Frankfurt fond birjası
Frankfurt birjası (alm. Frankfurter Wertpapierbörse‎) — Almaniyanın Frankfurt şəhərində birja. == Tarixi == 1585-ci ildə yaranmışdır.
London fond birjası
London birjası (ing. London Stock Exchange) — Böyük Britaniyanın London şəhərində yerləşən və Avropanın ən qədim birjalarından biri. == Tarixi == Rəsmi olaraq 1801-ci ildə əsası qoyulsa da onun tarixçəsi 1570-ci ildən başlayır. Kral maliyyə məsləhətçisi Tomas Qreşem Kral birjasını öz hesabına tikdirmişdir.İkinci Dünya müharibəsi zamanı birjanın binasına alman raketi düşdüyündən əməliyyatlar bir müddət binanın zirzəmisində aparılmışdır. == FTSE 100 Index == FTSE 100 Index London Fond Birjasının əsas indeksidir. Bu indeks Financial Times və London Fond Birjasının birgə sahib olduğu müstəqil FTSE Group adı ilə şirkəti tərəfindən tərtib edilir. 2021-ci ilin sentyabr ayında 11,5% çəki ilə sənaye malları və xidmətlər sektoru indeksdə ən böyük sektor idi, 11,3% ilə maliyyə sektoru və 9,9% ilə səhiyyə sektoru isə müvafiq olaraq ikinci və üçüncü yerlərdədir. 10 ən böyük şirkət bütün indeks iştirakçılarının ümumi bazar kapitallaşmasında 41% ümumi çəkiyə malik idi.
Paris fond birjası
Paris birjası — Fransanın Paris şəhərində birja. == Tarixi == == Ədəbiyyat == Ayers, Andrew (2004). The Architecture of Paris. Stuttgart; London: Edition Axel Menges. ISBN 978-3-930698-96-7. Biais, B., Foucault, T. and Hillion, P. 1997 Microstructure des marchés financiers: institutions, modèles et tests empiriques, Paris: PUF. Hamon, J. 1995 Marché d'actions: architecture et microstructure, Paris: Economica.
Qazaxıstan fond birjası
Qazaxıstan fond birjası (Kazakhstan Stock Exchange — KASE) — Mərkəzi Qazaxıstanın Almatı şəhərində yerləşən birja, səhm bazarının kapitallaşmasına görə MDB birjaları arasında ikinci yerdədir. 1993-cü ildə qurulmuşdur. == Yaradılma tarixi == 15 noyabr 1993-cü ildə Qazaxıstanda milli pul vahidi tengə tətbiq edildi. Bu hadisədən sonrakı ikinci gündə — 17 noyabr 1993-cü il — Qazaxıstan Respublikasının Milli Bankı və 23 aparıcı Qazaxıstan kommersiya bankı valyuta mübadiləsi yaratmağa qərar verdi. Əvvəllər mövcud olan Banklararası Valyuta Əməliyyatları Mərkəzi (Valyuta Mübadiləsi) Qazaxıstan Respublikası Milli Bankının struktur bölməsi idi. Yeni mübadilə üçün qarşıya qoyulan əsas vəzifə, tengenin tətbiqi ilə əlaqədar milli valyuta bazarının təşkili və inkişafı idi. Bir hüquqi şəxs olaraq, birja 30 dekabr 1993-cü ildə "Qazaxıstan Banklararası Valyuta Birjası" adı altında qapalı bir səhmdar cəmiyyətinin hüquqi formasında qeydiyyata alındı. 3 mart 1994-cü ildə birja "Qazaxıstan Banklararası Valyuta Birjası" adı altında yenidən qeydiyyata alındı ​​və bu, birja adının mövcud qanunvericiliyə uyğunlaşdırılması zərurəti ilə izah edildi. Mövcud qanunvericilikdə birja əmtəə birjası funksiyalarını yerinə yetirməsini qadağan etdiyi üçün 12 aprel 1996-cı ildə birja "Qazaxıstan Fond Birjası" adı altında yenidən qeydiyyata alındı. 13 Noyabr 1996-cı ildə birja Qazaxıstan Respublikasının Qiymətli Kağızlar üzrə Milli Komissiyasından qiymətli kağızlarla ticarətin təşkili üçün məhdudiyyətsiz lisenziya aldı.
Tokio Fond Birjası
Tokio Fond Birjası (TSE ) — Tokioda qurulmuş bir birjadır və Asiya qitəsindəki market cap baxımından ən böyük birjadır. Həmçinin dünyanın da ən böyük ikinci birjasıdır. Dekabr 2011 etibarilə birjada ümumi market cap dəyəri 3.9 trilyon US $ olan 2.292 şirkət əməliyyat etməkdədir. Birjanın sahibi Japan Exchange Group şirkətidir.
İtaliyanin fond birjası
Milan birjası — İtaliyanın Milan şəhərində yerləşən fond birjasi. == Tarixi == 1808-ci ildə yaranmışdır.
Nyu-York Fond Birjası
Nyu-York Fond Birjası — ABŞ-nin Nyu-York şəhərində yerləşən və bazar kapitallaşmasına görə dünyanın ən böyük səhm birjası. Nyu-York Fond Birjası dünyanın ən böyük fond birjasıdır və hər gün milyardlarla dollar dəyərində səhmlər satılır.
Çingiz Mustafayev adına Fond
Çingiz Mustafayev adına Fond — 1999-cu ildə təsis edilmiş Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan qeyri-hökumət və qeyri-kommersiya təşkilatı. Fond mükafat təqdimatları, müsabiqələr, festivallar, moto-yürüşlər, kitab nəşrləri və digər layihələr həyata keçirərək, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına və təbliğinə xidmət edir. == Haqqında == Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan fond 1999-cu ildən fəaliyyət göstərir. Fondun ilk prezidenti Milli Qəhrəmanın atası Fuad Mustafayev, hazırkı prezidenti isə qardaşı Seyfulla Mustafayevdir. Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Klubu" yaradılıb. Fond media işçilərinin savadının və peşəkarlığının artırılması məqsədi ilə Azərbaycan-Amerika Jurnalist Akademiyasını yaradıb. Fond, həmçinin "Vətənpərvər və hərbi mahnı müsabiqəsi"ni həyata keçirir, Azərbaycanın hərb və müstəqillik tarixi və ilə bağlı bədii filmlərə ("Bulağıstan", "Yaddaş", "Xoca", "Qanlı Yanvar" və s.), sənədli filmlərə, seriallara, animasiya filmlərinə sponsorluq edib. Çingiz Mustafayev adına Fond 2018-ci ildə KİV əməkdaşları arasında hərbi vətənpərvərlik mövzusunda "Ən yaxşı məqalə" müsabiqəsi elan edib. Bu müsabiqəyə 100-dən çox yazı müəllifi qatılıb. Fond 2020-ci ildə Milli Qəhrəman Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə hərbi vətənpərvərlik mövzusunda "Ən yaxşı məqalə", "Ən yaxşı videoçarx", "Ən yaxşı rəsm", "Ən yaxşı foto", "Ən yaxşı mahnı" müsabiqələri elan edib.
Aleksandr fon Humboldt Fondu
Aleksandr fon Humboldt Fondu (alm. Alexander von Humboldt-Stiftung‎) - Almaniya federal hökuməti tərəfindən təsis edilmiş və Almaniya Xarici işlər nazirliyi, Təhsil və tədqiqatlar nazirliyi, İqtisadi əməkdaşlıq və inkişaf, habelə digər milli və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilrən fond. Hər il Fond müsabiqə ilə təbiət elmləri (riyaziyyat da daxildir) və humanitar sahə üzrə 700 tədqiqat mövzusu təsdiq edir. Bu təqaüdlərə Humboldt professorları və Sofya Kovalevskaya adına mükafat kimi tanınmış mükafatlar daxildir. Almaniyada Humboldt Fondu mükafatları çox nüfuzlu hesab edilir, bu siyahıya 130 ölkədən 26 000 laureat, o cümlədən 50 Nobel mükafatçısı daxildir.. == Mənbə == Aleksandr fon Humboldt Fondunun rəsmi saytı Arxivləşdirilib 2020-12-01 at the Wayback Machine (alm.) Sofya Kovalevskaya adına mükafat (alm.) Владимир Фрадкин, Премия им.
Avropa Regional İnkişaf Fondu
Avropa Regional İnkişaf Fondu (ARİF) — Avropa İttifaqı tərəfindən ayrılmış Avropa Struktur və İnvestisiya Fondlarından biri. Avropa İttifaqının vahid büdcəsindən maliyyələşdirilir. 1975-ci ildə yaradılmış ARİF Avropa İttifaqının regional siyasətinin məqsədlərinin həyata keçirilməsinndə əlaqələndirici rol oynayır və sənayenin tənəzzülünə məruz qalmış, inkişaf etməmiş regionların, eləcə də əlaqələndirici Avropa İttifaqına üzv olan ölkələrdə kənd yerlərinin inkişafına və yenidən qurulmasına yönəlmiş layihələrin maliyyələşdirilməsi üçün əsas alətdir. 1995-ci ildən Finlandiya və İsveçrənin şimal regionlarının inkişafına maliyyə yardımı göstərir. 1995-ci ildə fondun yuxarıda qeyd olunan fəaliyyətlər üzrə maliyyə ayırmaları 9 milyard EKYU-ya yaxın olmuşdur.
Avropa Sosial Fondu
Avropa Sosial Fondu - məşğulluq problemlərinin həllində iştirak edən Avropa Birliyi fondu. 1959-cu ildə təsis edilmişdir, 1971-ci ilin islahatı nəticəsində, onun fəaliyyətinin daha dəqiq prioritetləri müəyyənləşdirilmişdir. Fond peşə təhsilinin inkişafı üçün, məşğulluğun artırılması proqramlarının maliyyələşdirilməsi üçün, zəif inkişaf edən sahələrin inkişafı, immiqrantlara və qadınlara işə düzəltməkdə kömək etmək üçün subsidiyalar verir. Xüsusilə 25 yaşa qədər gənclərin işə düzəltməsi üzrə proqramların maliyyələşdirilməsinə böyük diqqət yetirilir.
Azad proqram təminatı fondu
Azad proqram təminatı fondu (APTF; ing. Free Software Foundation, FSF) – azad proqram təminatı hərəkatını və xüsusən də GNU Layihəsini dəstəkləmək üçün 1985-ci il oktyabr ayında Massaçusets ştatının Boston şəhərində Riçard Stallman tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatı.Yarandığı vaxtdan 1990-cı illərin ortalarına qədər Fondun vəsaitləri ilk növbədə pulsuz proqram təminatı yazmaq üçün tərtibatçıların işə götürülməsi üçün istifadə olunurdu. 1990-cı illərin ortalarından axırlarına qədər pulsuz proqram təminatı bir çox şirkətlər və şəxslər tərəfindən yaradılmışdır, ona görə də Fondun əməkdaşları və könüllüləri əsasən azad proqram təminatı sahəsində hüquqi və təşkilati məsələlərlə məşğul olurlar. == Tarixi == Azad proqram təminatı fondu 1985-ci ildə ödənişsiz proqram təminatının işlənib hazırlanmasını dəstəkləyən qeyri-kommersiya korporasiyası kimi təsis edilmişdir. Bu, dərsliklərin və lentlərin satışı kimi mövcud GNU layihələrini davam etdirmiş, ödənişsiz proqram təminatı sisteminin tərtibatçılarını işə götürmüşdür. Azad proqram təminatı fondu o vaxtdan bəri bu fəaliyyətləri davam etdirir, həmçinin azad proqram təminatı hərəkatını müdafiə edir. APTF həmçinin, bir neçə ödənişsiz proqram lisenziyasının idarəedicisidir. Yəni, APTF dərc edir və lazım gəldikdə düzəlişlər etmək imkanına malikdir.2001-ci ilin sonunda o vaxtkı icraçı direktor Bredli Kun Moqlen, Devid Turner və Piter Braunun köməyi ilə bu səyləri APTF-nin GPL Uyğunluq Laboratoriyalarında rəsmiləşdirmişdir. 2002–2004-cü illərdə "Linksys" və "OpenTV"yə qarşı olanlar kimi yüksək profilli GPL icra işləri tez-tez baş vermişdir. GPL-nin tətbiqi və GPL uyğunluğu üzrə maarifləndirici kampaniyalar bu müddət ərzində APTF-nin səylərinin əsas diqqət mərkəzində olmuşdur.2003-cü ilin martında ŞƏT IBM-ə qarşı iddia qaldırmışdı ki, IBM-in müxtəlif ödənişsiz proqram təminatına, o cümlədən APTF-nin GNU-ya verdiyi töhfələr ŞƏT-in hüquqlarını pozur.
Azərbaycan Biznesinin İnkişafı Fondu
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (ing. Entrepreneurship Development Fund of the Republic of Azerbaijan) — sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və təşviq edilməsi istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond ölkədə sahibkarlığın inkişafına dəstək verməklə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü və idxalı əvəzedən məhsul istehsalının artırılmasına, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi ilə iqtisadiyyatda özəl sektorun payının daha da artırılmasına xidmət edir. == Tarixi == 12 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 269 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Əsasnamə"sinin təsdiq edilməsi ilə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyuldu.1993-cü ilin fevralından Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin xüsusi struktur bölməsi kimi yaradılan Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başlamışdır. 27 avqust 2002-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştli kreditlərin istifadəsində yaranmış problemlərin aradan qaldırılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Ümummilli lider Heydər Əliyevin 779 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin və ’’Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları’nın təsdiq edilməsi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmi yenidən qurulmuş və bununla da, Fond daha aktiv fəaliyyət fazasına daxil olmuşdur.31 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilmişdir.11 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayı Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir. == Əsas vəzifələri == Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş bir sıra vəzifələri həyata keçirir: Fondun vəsaiti hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək; Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitdən səmərəli və təyinatı üzrə istifadəni təmin etmək; Fonda təqdim olunan investisiya layihələrinin ekspertizasını həyata keçirmək; Sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək; Sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahəvi və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Fonda təqdim olunan investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək; Kreditlərdən öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydasını müəyyən etmək; Sahibkarlıq subyektlərinə zəruri hüquqi, iqtisadi və digər məlumatların toplanmasında və yayılmasında, bazar konyunkturunun öyrənilməsində, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında kömək etmək; İqtisadiyyatın sahələri üzrə beynəlxalq təcrübəni öyrənmək, müvafiq təhlil və araşdırmalar aparmaq; Sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək. == Fəaliyyət istiqamətləri == Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi ilə Fondun aşağıdakı fəaliyyət istiqamətləri müəyyən edilmişdir: Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək; Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək; Sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək;Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq; Sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək. == Dəstək mexanizmləri == Sahibkarlığın inkişafı məqsədilə Fond maliyyələşdirmə, maarifləndirmə və məsləhət xidmətlərini həyata keçirir. Maliyyə dəstəyi mexanizmləri Güzəştli kredit mexanizmi — Fondun güzəştli kredit vəsaiti ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin aktları ilə, eləcə də Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet sahələr, xüsusilə qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
Azərbaycan Diasporuna Dəstək Fondu
Azərbaycan Diasporuna Dəstək Fondu — Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu fond. == Tarixi == Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli Fərmanı ilə yaradılmışdır. == Məqsədi == Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə, ölkənin mənafelərinin müdafiəsinə, milli-mənəvi dəyərləri dünya azərbaycanlılarının qorumasına, daha da inkişaf etdirilməsinə və tanıtmasına, onların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə, sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyi göstərməkdir. == İdarə olunması == Fond öz fəaliyyətində və idarəetmədə korporativ idarəetmə standartlarını tətbiq edir. Müşahidə Şurası və İcraçı direktor Fondun idarəetmə orqanlarıdır. === Müşahidə Şurası === Fonda ümumi rəhbərliyi və nəzarəti Fondun Müşahidə Şurası həyata keçirir. Şura onun sədri də daxil olmaqla üç üzvdən ibarətdir. Şuranın üzvlərini Komitənin sədri vəzifəyə təyin və vəzifədən azad edir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir. === İcraçı direktor === Fondun cari fəaliyyətinə İcraçı direktor rəhbərlik edir.
Azərbaycan Dövlət Film Fondu
Azərbaycan Respublikası Dövlət Film Fondu (ARDFF) — "Azərkinovideo" İstehsalat Birliyininin nəzdində Azərbaycan Nazirlər Kabinetinin 22 dekabr 1993-cü il tarixli sərəncamına əsasən yaradılmış, 1994-cü ildən fəaliyyət göstərən və Bakıda yerləşən film fondu. 1999-cu ildə Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) üzvü seçilmişdir. == Fəaliyyəti == Fond Beynəlxalq Kino Arxivləri Federasiyasının tövsiyələri əsasında beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərir. Federasiyanın Brüssel şəhərində yerləşən qərargahı ilə müntəzəm olaraq əlaqə saxlayan fond, onlardan müxtəlif adda kino ədəbiyyatları, dünya kinosunda arxiv işinin təşkili və bu sahənin inkişafındakı yeniliklər haqqında informasiyalar alır.Fondun fəaliyyəti özündə 5 əsas istiqaməti birləşdirir: Filmlərin bərpası və qorunması Milli və xarici kino sənətinin təbliği Arxiv material-faktlarının toplanması Elmi – tədqiqat və araşdırma işlərinin aparılması Beynəlxalq əlaqələr üzrə işlərin aparılması64.372 saxlanma vahidi həcmində film materialları, 20 minə yaxın müxtəlif fotosənədlər, 14 minə yaxın orijinal sənəd, eksponat və materiallar (filmlərin ədəbi və rejissor ssenariləri, montaj vərəqələri, diplom və prizlər və s.) Dövlət Film Fondunda qorunub saxlanılır. Eyni zamanda filmlər üzərində elmi əsaslı tədqiqat işləri də aparılır. 119 il bundan öncə çəkilmiş, Azərbaycan milli kinosunun əsasını təşkil edən ilk xronikal kadrların ("Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı", 1898-ci il) Fransanın kino arxivindən gətirilərək ARDFF-də saxlanılır. 2008-ci ildən başlayaraq ildə bir dəfə Film Fondunda qorunan ekran əsərlərindən bəhs edən "Kinobülleten" nəşr edilir, kitablar çap olunur. Bu kitablar, bülleten FİAF-ın xətti ilə təşkilatın üzvlərinə göndərilir.Dövlət Film Fondunun əsas istiqamətlərindən biri də milli və xarici filmlərin təbliğatıdır. Bununla bağlı hazırlanan tədbirlər proqamı əsasında kino xadimlərinin yaradıcılıq gecələri və yubileyləri keçirilir. Azərbaycan, rus və ingilis dillərində nəşr olunan, həmçinin elektron versiyası hazırlanan filmlərin kataloqu da təbliğat fəaliyyətinin bir parçasıdır.
Azərbaycan Dövlət Neft Fondu
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) — neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur. Fond Prezident Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə yaradılıb. Hazırda rəhbəri İsrafil Məmmədovdur. == Tarix == ARDNF Azərbaycan Respublikası Prezidenti, Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir. ARDNF-nin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. ARDNF əməli fəaliyyətə 2001-ci ilin iyun ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başlamışdır. ARDNF-nin yaradılması Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Neft Strategiyasının ayrılmaz hissəsidir. == Missiya == ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. == Məqsəd və vəzifələr == ARDNF-nin yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. ARDNF-nin təsis edilməsinin əsas məqsədi ölkəmizin neft sərvətlərinin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaratmaqdan ibarətdir.
Azərbaycan Gənclər Fondu
Azərbaycan Respublikasının Gənclər Fondu- 7 mart 2018-ci il tarixində yenidən yaradılan, Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur. == Tarixi == Azərbaycan Respublikasının Gənclər Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 fevral 2011-ci il tarixli 826 nömrəli fərmanı ilə təsis olunmuşdur. Fond Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planın 6.1.4-cü bəndinə əsasən yaradılmışdır. Fond daha öncə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərmişdir. 2018-ci ilin mart ayının 7-sində isə adı Azərbaycan Respublikasının Gənclər Fondu olaraq dəyişdirildi. == Fəaliyyəti == Əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; gənclər siyasəti sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək; gənclərin, gənclər təşkilatlarının, eləcə də gənclər siyasətinin həyata keçirilməsində iştirak edən dövlət və yerli özünüidarəetmə orqanlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsi ilə bağlı innovativ ideyalarını dəstəkləmək; gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxından iştirakını təmin etmək, onların təşəbbüskarlığının stimullaşdırılması və artırılması istiqamətində tədbirlər görmək. Fondun fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edir; Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun olaraq, gənclər siyasəti sahəsində layihələrin həyata keçirilməsini və qrant maliyyələşdirilməsini təşkil edir.Fond 2020-ci ildə BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə "Daha yaxşı dünya üçün" Beynəlxalq Gənclər konfransı, BP şirkətinin birgə təşkilatçılığı ilə "2020-ci il Enactus Azərbaycan Virtual Milli Yarışı", "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilatçılığı ilə COVİD19 mövzusunda keçirilən "I Respublika Virtual Debat Çempionatı" baş tutub. Həmçinin, 14 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə "Ermənistanın Azərbaycana hərbi təcavüzü və erməni təxribatı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu" mövzusunda onlayn forum baş tutub. Gənclər Fondu 2020-ci ildə "İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi" keçirmişdir. 10 aprel 2020-ci il Azərbaycan Respublikasının Gənclər Fondu və UNICEF-in Azərbaycan Nümayəndəliyi arasındakı əməkdaşlıq çərçivəsində, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə gənclər üçün koronavirusla bağlı ictimai maarifləndirmə kampaniyasına start verilmişdir.
Azərbaycan Mədəniyyət Fondu
Azərbaycan Mədəniyyətinin Dostları Fondu (AMDF) — qeyri-hökumət xeyriyyə fondudur. == Tarixi == Fond 1995-ci ildə yaradılmışdır. Təşkilatın rəhbəri birinci vitse-prezident, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevadır. == Fondun əsas məqsədi == Milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası, yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsindən ibarətdir. Fondun işi 3 istiqamətdədir — mədəni tədbirlər, xeyriyyə aksiyaları, naşirlik fondun əsas məqasədidir. Fond Azərbərbaycanın görkəmli incəsənət xadimlərinin yubiley gecələrini təşkil etmiş, "Azərbaycan-İrs" jurnalının xüsusi nömrələrini çap etdirmiş, müxtəlif sənətkarların mahni albomlarının diskini buraxdırmışdır. Fəaliyyət dövrü ərzində Fondun Azərbərbaycanda keçirdiyi xarici ölkə incəsənət xadimlərinin konsertləri, teatr tamaşaları, təqdimat mərasimləri, sərgilər, festivallar, mədəniyyət günləri və s. tədbirlər beynəlxalq miqyaslı hadisələr olmuşdur. Dünya şöhrətli incəsənət xadimlərinin — Bakıdakı çıxışları bu qəbildəndir. Bu istiqamətdə təşkil olunan tədbirlər arasında "Musiqinin Böyük İpək Yolu" Beynəlxalq Klassik Musiqi festivalı və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (AKMMA) ilə birgə keçirilən Koreya Mədəniyyəti Günləri xüsusi qeyd olunmalıdır.
Azərbaycan Mədəniyyətinin Dostları Fondu

Azərbaycan Ordusuna Yardım Fondu
Azərbaycan Ordusuna Yardım Fondu - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə təşkil edilən qurum. Fond Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 08 dekabr tarixli 1204 nömrəli Fərmanı ilə Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ləğv edilib. Silahlı Qüvvələrə Yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsait Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülüb. == Haqqında == Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır. === Vəzifəsi === Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. == Fəaliyyəti == === İanələr === 2020-ci il sentyabrın 27-si İkinci Qarabağ müharibəsi başladıqdan sonra fonda bir çox şirkətlər vəsait köçürmüşdülər. Təkcə müharibə dövründə Fonda hüquqi şəxslər tərəfindən 47 milyon 670 min 193 manat məbləğində vəsaitin köçürülməsi qeydə alınmışdır. ==== Toplanan vəsait ==== Müdafiə Nazirliyinin rəsmi internet saytında mütəmadi olaraq hər ayın əvvəli fonda toplanan vəsait barədə məlumatlar verilir.
Azərbaycan Respublikası Dövlət Film Fondu
Azərbaycan Respublikası Dövlət Film Fondu (ARDFF) — "Azərkinovideo" İstehsalat Birliyininin nəzdində Azərbaycan Nazirlər Kabinetinin 22 dekabr 1993-cü il tarixli sərəncamına əsasən yaradılmış, 1994-cü ildən fəaliyyət göstərən və Bakıda yerləşən film fondu. 1999-cu ildə Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) üzvü seçilmişdir. == Fəaliyyəti == Fond Beynəlxalq Kino Arxivləri Federasiyasının tövsiyələri əsasında beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərir. Federasiyanın Brüssel şəhərində yerləşən qərargahı ilə müntəzəm olaraq əlaqə saxlayan fond, onlardan müxtəlif adda kino ədəbiyyatları, dünya kinosunda arxiv işinin təşkili və bu sahənin inkişafındakı yeniliklər haqqında informasiyalar alır.Fondun fəaliyyəti özündə 5 əsas istiqaməti birləşdirir: Filmlərin bərpası və qorunması Milli və xarici kino sənətinin təbliği Arxiv material-faktlarının toplanması Elmi – tədqiqat və araşdırma işlərinin aparılması Beynəlxalq əlaqələr üzrə işlərin aparılması64.372 saxlanma vahidi həcmində film materialları, 20 minə yaxın müxtəlif fotosənədlər, 14 minə yaxın orijinal sənəd, eksponat və materiallar (filmlərin ədəbi və rejissor ssenariləri, montaj vərəqələri, diplom və prizlər və s.) Dövlət Film Fondunda qorunub saxlanılır. Eyni zamanda filmlər üzərində elmi əsaslı tədqiqat işləri də aparılır. 119 il bundan öncə çəkilmiş, Azərbaycan milli kinosunun əsasını təşkil edən ilk xronikal kadrların ("Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı", 1898-ci il) Fransanın kino arxivindən gətirilərək ARDFF-də saxlanılır. 2008-ci ildən başlayaraq ildə bir dəfə Film Fondunda qorunan ekran əsərlərindən bəhs edən "Kinobülleten" nəşr edilir, kitablar çap olunur. Bu kitablar, bülleten FİAF-ın xətti ilə təşkilatın üzvlərinə göndərilir.Dövlət Film Fondunun əsas istiqamətlərindən biri də milli və xarici filmlərin təbliğatıdır. Bununla bağlı hazırlanan tədbirlər proqamı əsasında kino xadimlərinin yaradıcılıq gecələri və yubileyləri keçirilir. Azərbaycan, rus və ingilis dillərində nəşr olunan, həmçinin elektron versiyası hazırlanan filmlərin kataloqu da təbliğat fəaliyyətinin bir parçasıdır.
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) — neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur. Fond Prezident Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə yaradılıb. Hazırda rəhbəri İsrafil Məmmədovdur. == Tarix == ARDNF Azərbaycan Respublikası Prezidenti, Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir. ARDNF-nin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. ARDNF əməli fəaliyyətə 2001-ci ilin iyun ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başlamışdır. ARDNF-nin yaradılması Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Neft Strategiyasının ayrılmaz hissəsidir. == Missiya == ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. == Məqsəd və vəzifələr == ARDNF-nin yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. ARDNF-nin təsis edilməsinin əsas məqsədi ölkəmizin neft sərvətlərinin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaratmaqdan ibarətdir.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu
Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. == Tarixi == Azərbaycan xalqının öz dövlət müstəqilliyini bərpa etməsi haqqında Konstitusiya aktı elan edildikdən sonra respublikanın dövlət təsisatlarının təşkilinə başlandı. Sığorta üzvlük haqlarının vaxtında yığılması, pensiya və müavinətlərin ödənilməsinin maliyyələşdirilməsi sistemini təkmilləşdirmək və bu vəsaitin düzgün xərclənməsi üzərində təsirli nəzarəti həyata keçirmək məqsədilə “Azərbaycan Respublikası Pensiya Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 16 dekabr tarixli 503 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Pensiya Fondu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 31 dekabr tarixli 436 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının Pensiya Fondu haqqında Əsasnamə” təsdiq edilmişdir. 1992-ci il 16 oktyabr tarixinədək qüvvədə olmuş Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının Pensiya Fondu sərbəst maliyyə-bank sistemi olmaqla dövlət pensiya təminatı xərclərini maliyyələşdirirdi və kommersiya fəaliyyətindən əldə etdiyi mənfəət üzrə vergidən, habelə bütün növ rüsum, gömrük və digər tədiyələri ödəməkdən azad idi. "Sosial Sığortaya və Məşğulluq Fonduna normativ ayırmalar haqqında" Azərbaycan Respublikasının 31 dekabr 1991-ci il tarixli Qanununun bəzi maddələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə 1 iyun 1992-ci il tarixindən sosial sığorta üzrə ayırmaların əməyin ödənişi fondunun 40%-ni təşkil etdiyi müəyyən olundu. Qeyd olunan məbləğin 85%-nin respublika Pensiya Fonduna, 15%-nin isə Sosial Sığorta Fonduna daxil olması nəzərdə tutuldu. 2004-cü il 1 iyun tarixinədək qüvvədə olmuş “Sosial sığortaya və məşğulluq fonduna ayırmaların normativləri haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq, 1992-ci ildə pensiya fonduna vətəndaşların məcburi haqlarının əmək haqqının 1%-ni təşkil etdiyi müəyyən edilmişdi. Müəssisə və təşkilatların sosial sığortaya ayırmalarına və onların məqsədyönlü xərclənməsinə nəzarəti gücləndirmək, eləcə də əhalinin sosial müdafiəsi sahəsində olan paralelçiliyi ləğv etmək məqsədilə "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 30 sentyabr tarixli 233 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu yaradılmışdı.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu — Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli dövlət qurumu. Fond Bakı şəhərində yerləşir. İcraçı direktoru Oktay Səmədovdur.2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla bilik fondu ləğv olunub. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır. == Vəzifələri == Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək; Azərbaycan Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq; azərbaycançılıq məfkurəsinin mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etmək; şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədi ilə lazımi tədbirlər həyata keçirmək; gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərmək; sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək; Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil etmək; Azərbaycan Respublikasının dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparmaq, beynəlxalq, regional və ölkədaxili ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənmək və ictimaiyyətə çatdırmaq; Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyəti ilə bağlı dövlət maraqlarına uyğun dövri mətbuatda materiallar hazırlayıb yaymaq, elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etmək; Fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək, kitablar, broşürlər, analitik materiallar hazırlamaq və onların yayılmasını təmin etmək; Bu Nizamnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu
Azərbaycan Respublikasının Gənclər Fondu- 7 mart 2018-ci il tarixində yenidən yaradılan, Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur. == Tarixi == Azərbaycan Respublikasının Gənclər Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 fevral 2011-ci il tarixli 826 nömrəli fərmanı ilə təsis olunmuşdur. Fond Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planın 6.1.4-cü bəndinə əsasən yaradılmışdır. Fond daha öncə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərmişdir. 2018-ci ilin mart ayının 7-sində isə adı Azərbaycan Respublikasının Gənclər Fondu olaraq dəyişdirildi. == Fəaliyyəti == Əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; gənclər siyasəti sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək; gənclərin, gənclər təşkilatlarının, eləcə də gənclər siyasətinin həyata keçirilməsində iştirak edən dövlət və yerli özünüidarəetmə orqanlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsi ilə bağlı innovativ ideyalarını dəstəkləmək; gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxından iştirakını təmin etmək, onların təşəbbüskarlığının stimullaşdırılması və artırılması istiqamətində tədbirlər görmək. Fondun fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edir; Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun olaraq, gənclər siyasəti sahəsində layihələrin həyata keçirilməsini və qrant maliyyələşdirilməsini təşkil edir.Fond 2020-ci ildə BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə "Daha yaxşı dünya üçün" Beynəlxalq Gənclər konfransı, BP şirkətinin birgə təşkilatçılığı ilə "2020-ci il Enactus Azərbaycan Virtual Milli Yarışı", "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilatçılığı ilə COVİD19 mövzusunda keçirilən "I Respublika Virtual Debat Çempionatı" baş tutub. Həmçinin, 14 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə "Ermənistanın Azərbaycana hərbi təcavüzü və erməni təxribatı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu" mövzusunda onlayn forum baş tutub. Gənclər Fondu 2020-ci ildə "İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi" keçirmişdir. 10 aprel 2020-ci il Azərbaycan Respublikasının Gənclər Fondu və UNICEF-in Azərbaycan Nümayəndəliyi arasındakı əməkdaşlıq çərçivəsində, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə gənclər üçün koronavirusla bağlı ictimai maarifləndirmə kampaniyasına start verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ― Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır. == Haqqında == Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. === Fəaliyyət istiqamətləri === Müvafiq sahənin inkişafını təmin etmək;Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nİzamnaməsi" ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (ing. Entrepreneurship Development Fund of the Republic of Azerbaijan) — sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və təşviq edilməsi istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond ölkədə sahibkarlığın inkişafına dəstək verməklə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü və idxalı əvəzedən məhsul istehsalının artırılmasına, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi ilə iqtisadiyyatda özəl sektorun payının daha da artırılmasına xidmət edir. == Tarixi == 12 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 269 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Əsasnamə"sinin təsdiq edilməsi ilə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyuldu.1993-cü ilin fevralından Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin xüsusi struktur bölməsi kimi yaradılan Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başlamışdır. 27 avqust 2002-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştli kreditlərin istifadəsində yaranmış problemlərin aradan qaldırılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Ümummilli lider Heydər Əliyevin 779 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin və ’’Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları’nın təsdiq edilməsi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmi yenidən qurulmuş və bununla da, Fond daha aktiv fəaliyyət fazasına daxil olmuşdur.31 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilmişdir.11 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayı Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir. == Əsas vəzifələri == Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş bir sıra vəzifələri həyata keçirir: Fondun vəsaiti hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək; Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitdən səmərəli və təyinatı üzrə istifadəni təmin etmək; Fonda təqdim olunan investisiya layihələrinin ekspertizasını həyata keçirmək; Sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək; Sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahəvi və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Fonda təqdim olunan investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək; Kreditlərdən öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydasını müəyyən etmək; Sahibkarlıq subyektlərinə zəruri hüquqi, iqtisadi və digər məlumatların toplanmasında və yayılmasında, bazar konyunkturunun öyrənilməsində, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında kömək etmək; İqtisadiyyatın sahələri üzrə beynəlxalq təcrübəni öyrənmək, müvafiq təhlil və araşdırmalar aparmaq; Sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək. == Fəaliyyət istiqamətləri == Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi ilə Fondun aşağıdakı fəaliyyət istiqamətləri müəyyən edilmişdir: Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək; Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək; Sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək;Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq; Sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək. == Dəstək mexanizmləri == Sahibkarlığın inkişafı məqsədilə Fond maliyyələşdirmə, maarifləndirmə və məsləhət xidmətlərini həyata keçirir. Maliyyə dəstəyi mexanizmləri Güzəştli kredit mexanizmi — Fondun güzəştli kredit vəsaiti ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin aktları ilə, eləcə də Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet sahələr, xüsusilə qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
Azərbaycan Respublkası Prezidenti yanında Bilik Fondu
Azərbaycan Yaradıcılıq Fondu
Azərbaycan Yaradıcılıq Fondu — Azərbaycan Respublikasında fəaliyyət göstərən fondlardan biri. Rəhbəri Kamal Abdulladır. == Tarixi == Azərbaycan Yaradıcılıq Fondu 1987-ci ildə Sovet Mədəniyyət Fondunun filialı kimi təsis edilmişdir. Fondun ilk fəxri sədri akademik Bəkir Nəbiyev, professor Kamal Abdulla isə sədrin birinci müavini olmuşdur. 1991-ci ildə keçirilmiş Fondun 2-ci Konfransında fondun 1987-1991-ci illər arasındakı fəaliyyəti bağlı məruzə ilə çıxış edən professor Kamal Abdulla yeni sədr seçilmişdir. Həmin konfransda yeni sədr belə bir fikir səsləndirir ki, "Sovet Mədəniyyət Fondunun adı dəyişərək Rusiya Beynəlxalq Mədəniyyət Fondu kimi təsdiq olunub, bizim Fondumuz həmin təşkilata üzvlük təklifini qəbul etməmiş, müstəqil qurum kimi fəaliyyət göstərmək qərarına gəlmişdir." Beləliklə, SSRİ-nin dağılmasından sonra bu qurum 2008-ci ilə qədər Azərbaycan Mədəniyyət Fondu adı altında fəaliyyətini davam etdirmişdir. 2008-ci ildən bəri Azərbaycan Yaradıcılıq Fondu adlanır. == Təsisçiləri == Fondun bir sıra təsisçiləri var ki, onlardan bəziləri bunlardır: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycan Yazıçılar İttifaqı Azərbaycan Teatr Xadimləri İttifaqı Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Milli Elmlər Akademiyası M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Müəllif Hüquqlarını Müdafiə Cəmiyyəti == Fəaliyyəti == Fondun beynəlxalq əlaqələr üzrə gördüyü işlər, həm çətin, qarışıq, həm də sabitlik illərində çox ciddi və əhəmiyyətli əməkdaşlıqlara vəsilə olub. Məsələn, Fondda Almaniyadakı "Avropa Türk-İslam Kültür Birliyinin" nümayəndəliyi açılıb və həmin birliklə əməkdaşlıq qısa zamanda səmərəli nəticələr verib. 1992-ci ildə həmin kültür birliyi Fonda 25 min alman markı məbləğində tibb preparatları və islam tarixi haqqında kitablar bağışlamışdır.
Azərbaycan İpoteka Fondu
Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirilmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədilə "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanına əsasən, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" ASC yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə Cəmiyyətin Nizamnaməsi təsdiq edilib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb. == İKZF-in tarixində mühüm hadisələr == 16 sentyabr 2005-ci il – Azərbaycan İpoteka Fondunun yaradılması 22 dekabr 2005-ci il – Azərbaycan İpoteka Fondunun Əsasnaməsinin təsdiq edilməsi 1 mart 2006-cı il – İlk ipoteka kreditlərinin verilməsinə başlanılması 31 mart 2006-cı il – ilk ipoteka kreditinin verilməsi 16 may 2006-cı il — İlk yenidən maliyyələşdirmə əməliyyatının aparılması 16 iyun 2006-cı il — Regionda İlk ipoteka kreditinin verilməsi 20 noyabr 2006-cı il — İKZF-in kotirovka dərəcəsi 2% səviyyəsində təyin olunması 7 fevral 2007-ci il — 100-cü ipoteka kreditinin verilməsi 20 aprel 2007-ci il — İlk güzəştli ipoteka kreditinin verilməsi 4 may 2007-ci il — 1000-ci ipoteka kreditinin verilməsi 29 iyun 2007-ci il — İKZF-in Naxçıvan filialının rəsmi açılışı.

Digər lüğətlərdə

взобра́ться заку́поренный залы́синка наспиртова́ть де́ться метео́р преа́мбула ре́тушь спосо́бный сса́дина сумасше́дший чухо́нцы general secretary hanging-committee liken агрокультура амплуа бух драпри израильтянин материальный накостный объективизация письменный ростбиф