FUK

сущ. фук, фука (в шашечной игре: шашка, которую снимает партнер за недосмотр в игре)
FUFAYKA
FUKS
OBASTAN VİKİ
Li Fuk Man
Li Fuk Man (11 oktyabr 1952) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Li Fuk Man Honq Konqu 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Artemisia fukudo
Artemisia fukudo (lat. Artemisia fukudo) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Bulbophyllum fukuyamae
Bulbophyllum fukuyamae (lat. Bulbophyllum fukuyamae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Erigeron fukuyamae
Erigeron fukuyamae (lat. Erigeron fukuyamae) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Frensis Fukuyama
Frensis Fukuyama (/ˌfuːkuːˈjɑːmə, -kəˈ-/ , 27 oktyabr 1952[…]) — Yapon əsilli yazıçı və siyasi iqtisadçı. Stenfordda Demokratiya, inkişaf və qanunun aliliyi mərkəzinin böyük elmi işçisi. Bundan əvvəl o, Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində professor və Beynəlxalq İnkişaf Proqramının direktoru olub. 2012-ci ilin fevral ayından Stanford Universitetində Freeman Spogli Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisidir. 1992-ci ildə yazdığı "Dünyanın sonu və Son insan" əsəri ilə məşhurluq qazanıb. Burada o, liberal demokratiyanın bütün dünyada yayılmasının bəşəriyyətin sosial-mədəni təkamülünün son nöqtəsinə olacağını və insan hakimiyyətinin son formasına çevrilə biləcəyini elan etdi. Onun əsəri 20-dən çox dilə tərcümə olunaraq elmi ictimaiyyətdə və mediada ən geniş əks-sədaya səbəb olmuşdur. Kitabın nəşrindən bəri çoxsaylı hadisələr onun irəli sürdüyü ideyanın doğruluğunu şübhə altına almasına baxmayaraq, Fukuyama hələ də "tarixin sonu" konsepsiyasına sadiq qalır. Bununla belə, onun bəzi siyasi baxışları əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır: beləliklə, o, yeni minilliyin əvvəlində karyerasının başlanğıcında tərəfdarı olduğu Amerika siyasətindəki neokonservativ hərəkatdan ayrılmışdır. == Həyatı == Frensis Fukuyama Çikaqo şəhətinin Hayd park rayonuda anadan olub.
Fuka Naqano
Fuka Naqano (d. 9 mart 1999) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Fukan meteoriti
Fukan meteoriti (çin. 福康) — 2000-ci ildə Çində, Fukan dağının yaxınlığında tapılmış meteorit. Siderolit tipi olub pallasit sinfinə daxildir, olivin kristallarına malikdir. Yaşının 4,5 milyard il olduğu təxmin edilir. == Tarixi == 2000-ci ildə Çinin Fukan şəhəri yaxınlığında bir çinli alverçi kütləsi 1.003 kq olan meteorit tapmışdır. O, əsas kütlədən 20 kiloqram ayırmışdır. 2005-ci ilin fevralında meteorit Tukson Cavahirat və Mineral Sərgisinə aparılmış və orada Arizona Universitetindən Dante Lauretta tərəfindən nəzərdən keçirilmişdir. Sonda meteorit ABŞ-nin Arizona ştatının Tukson şəhərində yerləşən Arizona Universitetinin Ay və Planet Laboratoriyasında və Cənub-Qərbi Meteorit Mərkəzində alimlər — D.S. Lauretta, D. Hill, M. Killqor, D. Della-Cuistina və Y. Qoreva tərəfindən öyrənilmişdir. == Təsnifatı və tərkibi == Fukan meteoriti pallasitlər sinfinə daxil olub nikel-dəmir matrisində böyük, parlaq olivin və ya hrizolitdən ibarətdir. Olivinlərin forması girdədən kələ-kötürə qədər dəyişir, çoxu çatlayıb, ölçüləri 5 millimetrdən bir neçə santimetrə qədər dəyişir.
Fukaqava
Utaşinai (yap. 深川市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Fukaşi qəsri
Matsumoto qəsri (松本城, Matsumoto-co) və ya digər adı ilə Fukaşi qəsri – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən qəsr. Qara rəngli fasadına görə Qarğa qəsri (烏城, Karasu-co) kimi də tanınır. Matsumoto daymyosunun iqamətgahı olmuşdur. XVI əsrdə tikilmişdir. Matsumoto qəsri Yaponiyanın milli xəzinələrindən biridir və Yaponiyadakı 12 orijinal tenşudan birinə ev sahibliyi edir. Düzənlikdə tikildiyi üçün hiraciro tipli qəsr hesab olunur. == Tarixi == Qəsr Senqoku dövründə tikilmişdir və əsası 1504-cü ildə Şinano əyalətindəki sərhəd bölgəsində Oqasavara klanı tərəfindən tikilmişdir. Həmin dövrdəki bu kiçik sərhəd postu Fukaşi qəsri adlanırdı. 1550-ci ildəki Fukaşi mühasirəsindən sonra Takeda klanı tərəfindən ələ keçirilmişdir. Takeda Şinqen qəsri Baba Nobuharunun ixtiyarını vermişdir və qəsr Takedanın Matsumoto işğalı üçün qərargah rolunu oynamışdır.
Fukidid
Fukidid (q.yun. Θουκυδίδης; E.ə. 460 – E.ə. 400) — qədim yunan tarixçisi. == Fəaliyyəti == Peloponnes müharibəsi vaxtı e.ə. 424-ci ildə strateq kimi Frakiya sahillərindəki Afina donanmasına başçılıq edirdi. Spartalılara qarşı uğursuz hərəkətlərinə görə (onların Amfiopolu almasına əngəl ola bilmədi) Afinadan 20 illik sürgün olunmuşdur. Afinaya ancaq e.ə. 404-cü ildə qayıtmışdır. Fukididin əsəri də Heredotun əsəri kimi adlandırılıb, 8 kitabdan ibarətdir.
Fukivare şəlalələri
Fukivare şəlalələri (吹割の滝) – Yaponiyanın Qunma prefekturasının Numata şəhəri yaxınlığında yerləşən şəlalə. Bəzən "Şərqin Niaqarası" da adlandırılır. Şəlalə mənzərəli görünüşünə görə tanınır və turist axınına məruz qalır. Şəlalənin 4 kilometr yaxınlığında Oyqami onseni yerləşir.Kataşina çayı Hiraqava və Kurihara çayları ilə birlikdə Fukivare yarğanını əmələ gətirir. Çayın sağ sahilində Şoci qayası yerləşir. Fukivare şəlalələri ilə Niqura qayası arasındakı 1,5 kilometrlik məsafədə bir çox çuxur yerləşir. Yarğan ətrafındakı cığır 1991-ci ildə tamamlanmışdır.Şəlalənin eni 30 metr, hündürlüyü 7 metrdir. Şəlalə suyun eroziyasından yaranmışdır. Yaxınlığında Masutobi adlı digər şəlalə yerləşir. Şəlalənin yaxınlığında Hannya, Byobu və Şişi qayaları da yerləşir.
Fuko rəqqası
Yerin öz oxu ətrafında fırlanmasını sübut etmək üçün cihazdır. 1851-ci ildə Paris Panteonunda L.Fuko bu təcrübəni göstərmişdir. Leninqradda İsaakiyevski soborun tavanından 98 m uzunluğunda belə bir rəqqas asılmışdır. Rəqqas hərəkətə gətirildikdən bir neçə dəqiqə sonra onun yelləndiyi müstəvi Yerin fırlandığı istiqamətin əks tərəfinə xeyli meyl edir ki, bu da Yerin fırlanmasını sübut edir.
Fuks səhləbi
Fukubukuro
Fukubukuro (福袋, azərb. uğurlu çanta‎) – Yaponiyada yeni il ərəfəsində tətbiq olunan ənənə. Bu ənənəyə görə satıcılar içərisində alıcıya naməlum olan məhsullardan ibarət sürpriz hədiyyə paketi almağı təklif edirlər. Paketin qiyməti onun içindəki məhsulların qiymətindən 50 % ucuz olur. Fukubukuro xüsusilə tələbat olmayan malları satmaq üçün şirkətlər üçün ən yaxşı yoldur.Fukubukuro ilk dəfə Meyci dövründə Matsuya alış-veriş mərkəzində peyda olub və daha sonra bütün Yaponiyaya yayılıb. Hazırda hətta ABŞ-də da bəzən bu konsepsiyadan istifadə olunur.Paketlərin içərisində adətən paltarlar, aksesuarlar, elektronika məhsulları və s. olur. Kiçik uşaqları olan ailələr üçün ayrıca fukubukurolar olur. Fukubukurolar adətən yanvar ayının 2-sində və 3-ündə satışa çıxarırlar. Yaponların çoxu bu paketləri əyləncə xətrinə alırlar.
Fukui
Fukui (yap. 福井市) — Yaponiyanın Çubu adasında və eyni adlı regionda yerləşən Fukui prefekturasının paytaxtı.
Fukui mağarası
Fukui mağarası (福井洞窟, Fukui dokutsu) – Yaponiyanın Naqasaki prefekturasının Sasebo şəhəri yaxınlığında yerləşən mağara. Mağara arxeoloji tapıntılarına görə tanınır. == Kəşfi == Fukui mağarası 1935-ci ildə Fukui İnari məbədinin rekonstruksiyası zamanı kəşf edilmişdir. Rekonstruksiya zamanı yerli tarixçilər burada ox ucluqları və saxsılar aşkar etmişdir. 1960-cı ildə arxeoloqlar Serizava Çosuke və Kamaki Yoşimasanın başçılığı altında mağarada geniş qazıntı işləri başlamışdır. == Tapıntılar == 1960-cı ildən bəri mağaranın qazılmış 16 təbəqəsinin 7-sində (1, 2, 3, 4, 7, 9 və 15) tapılmış tapıntılar burada insan məskunlaşmasını göstərir. 15-ci təbəqədən tapılmış daş alətlərin radiokarbon testi ilə müəyyən edilmiş yaşı 31.900 ildir. Bu, Yaponiyada paleolitik dövrdə insanların yaşadığını və alətlər hazırladığını göstərir.3-cü təbəqədə gildən hazırlanan və səthi zolaqlarla bəzədilmiş dulusçuluq məmulatı tapılmışdır. Bu dulusçuluq məmulatının yaşının 12.700 ± 500 il olduğu və dünyada tapılmış ən qədim dulusçuluq məmulatı olduğu müəyyənləşdirilmişdir. 2-ci təbəqədə yaşı 12.400 ± 350 il olan, üzərində yarıdairəvi təsvirlər olan dulusçuluq məmulatı tapılmışdır.
Fukui prefekturası
Fukui prefekturası — Yaponiyanın Çubu regionunda prefektura. Ərazisi 4 189 kvadrat kilometr, əhalisi 805 000 nəfərdir. Mərkəzi Fukui şəhəridir.
Fukuok adası
Fukuok adası (vyet. Phú Quốc) — Cənubi Çin dənizinə daxil olan, Siam körfəzində yerləşən ada və Vyetnamın Kenzyanq vilayətinə aid qəza. == Coğrafiyası == Fukuok adası Vyetnamın ən böyük adasıdır. Yaxınlığında yerləşən 22 ada arasında da ən böyük ada sayılır. Adanın ahəsi 574 km²-dir. Uzunluğu təqribi 50 km, eni isə 27 km-dir (ən enli hissədə). Relyefi əsasən dağlıqdır. Fukuok adasını 99 dağ adasaı adlandırırlar. Burada həqiqətəndə 99 dağ vardır. Relyefi şimaldan cənuba doğru alçalır.
Fukuoka
Fukuoka (福岡市, Fukuoka-shi) — Yaponiyanın cənub-qərbində yerləşən liman-şəhər. Mühüm sənaye mərkəzi. Şəhər, Nakaqava çayı ilə iki hissəyə bölünür: Hakata (ticari rayon) və Fukuoka (inzibati və biznes mərkəzi).
Fukuoka (şəhər)
Fukuoka (福岡市, Fukuoka-shi) — Yaponiyanın cənub-qərbində yerləşən liman-şəhər. Mühüm sənaye mərkəzi. Şəhər, Nakaqava çayı ilə iki hissəyə bölünür: Hakata (ticari rayon) və Fukuoka (inzibati və biznes mərkəzi).
Fukuoka prefekturası
Fukuoka prefekturası — Yaponiyanın Kyuşu adasında prefektura. Ərazisi 4 977 kvadrat-kilometr, əhalisi 5 069 000 nəfərdir. Mərkəzi Fukuoka şəhəridir.
Fukus
Fukus (lat. Fucus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinə aid xromist cinsi.
Fukusaburo Harada
Fukusaburo Harada — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Fukusima
Fukuşima prefekturası — Yaponiyanın Tohoku regionunda prefektura. Ərazisi 11 636 kvadrat-kilometr, əhalisi 1 088 000 nəfərdir. Mərkəzi Fukuşima şəhəridir.
Fukusima-1 AES
Martın 11-də Yaponiyada baş verən zəlzələdən sonra zədələnən "Fukusima-1" Atom Elektrik Stansiyasında partlayış olub. Partlayış nəticəsində nüvə reaktorunun bloklarından birinin çöl divarı dağılıb, ətrafda radiasiya fonu sürətlə artıb. Radiasiyanın səviyyəsi 20 dəfədən çox yüksəlib. Ətraf ərazilərdən bir neçə min adam evakuasiya olunub. Yaponiyanın baş naziri keçirdiyi mətbuat konfransında daha çox radiasiya sızması olacağı ilə bağlı xəbərdarlıq edib. O, "Fukusima Dayiçi" stansiyasından 30 km radiusda yaşayan adamları örtülü yerlərə sığınmağa çağırıb. BMT-nin Atom Enerjisi üzrə Agentliyi isə 2011-ci il martın 14-də bildirib ki, Yaponiya zədələnmiş atom stansiyasının zərərsizləşdirilməsi üçün onlardan yardım xahiş edib.Hal-hazırda söz gedən yerdə zərərsizləşdirmə işləri aparılır.Buna bənzər digər qəza Çernobıl qəzasıdır. Atom ətrafında olan hər şey atomlardan ibarətdir.
Fukusima-1 Atom Elektrik Stansiyası
Martın 11-də Yaponiyada baş verən zəlzələdən sonra zədələnən "Fukusima-1" Atom Elektrik Stansiyasında partlayış olub. Partlayış nəticəsində nüvə reaktorunun bloklarından birinin çöl divarı dağılıb, ətrafda radiasiya fonu sürətlə artıb. Radiasiyanın səviyyəsi 20 dəfədən çox yüksəlib. Ətraf ərazilərdən bir neçə min adam evakuasiya olunub. Yaponiyanın baş naziri keçirdiyi mətbuat konfransında daha çox radiasiya sızması olacağı ilə bağlı xəbərdarlıq edib. O, "Fukusima Dayiçi" stansiyasından 30 km radiusda yaşayan adamları örtülü yerlərə sığınmağa çağırıb. BMT-nin Atom Enerjisi üzrə Agentliyi isə 2011-ci il martın 14-də bildirib ki, Yaponiya zədələnmiş atom stansiyasının zərərsizləşdirilməsi üçün onlardan yardım xahiş edib.Hal-hazırda söz gedən yerdə zərərsizləşdirmə işləri aparılır.Buna bənzər digər qəza Çernobıl qəzasıdır. Atom ətrafında olan hər şey atomlardan ibarətdir.

Digər lüğətlərdə

алма́зно беззасте́нчивость звездоно́сный камерали́стика разбитно́й уре́зываться вздо́рщица золо́вушка неприве́тливый плебе́й рефера́тный своево́лец стесне́ние Alfa Anglo-Catholicism car-top coup de théâtre inductive Morecambe and Heysham morphine post area rachis лисица равнинный сватать