HOLAVAR

сущ. фольк. холавар (одна из разновидностей трудовых песен в азербайджанском устном народном творчестве, исполняемая земледельцами во время пахоты). Holavar çəkmək петь холавар
HOL
HOLAVARLAMA
OBASTAN VİKİ
Holavar
Holavar — əmək nəğmələrinin sırasına daxil olan janrdır. == Haqqında == Ötən əsrdə aparılmış folklor araşdırmalarında əmək nəğmələri adı ilə təqdim olunan holavarlar əslində müəyyən bir mərasimlə və ya dünyagörüşlə bağlıdır. Füzuli Bayatın yazdığına görə, oturaq həyatın simvolu olan öküz və kotan haqqındakı nəğmələr ilk əkinə başlamaq münasibətilə oxunan ritual xarakterli mətnlərdir və təməlində bolluq, bərəkət anlayışları vardır. İlk işə başlamanın bayram edilməsini nəzərdə tutan bu mətnlər sonralar iş prosesinin tərkib hissəsinə çevrilmişdi. Məzmununa görə holavarlar üç qrupa ayrılır: Əkinçinin arzu və istəklərini tərənnüm edən holavarlar; İş heyvanlarını tərənnüm edən holavarlar; Cütçünü tərənnüm edən holavarlar.Əkinçinin arzu və istəklərini tərənnüm edən belə nəğmələrdə ağır əmək şəraiti, bol məhsul arzusu, xoş gün-güzəran istəyi ifadə olunur: Holavar cüt nəğməsi də adlanır. Holavarlar da çox vaxt bayatı kimi yeddi hecalı olsa da, nəğmənin misralarında təkrar olunan "qara kəlim", "qaşqa kəlim", "öküz", "qara öküz", "hodaq", "kotan", "mac", "cüt" və s. söz və ifadələr onu müəyyən etməyə imkan verir: Öküzlər qoşa getdi, Güc vurdu, daşa getdi. Cütün macı qırıldı, Zəhmətin boşa getdi.Qara öküz aranda, Çıxar gün qızaranda, Hodaq murada çatar, Torpaqdan bar alanda.

Digər lüğətlərdə

бли́нчик за моря́ зага́шник крупне́ть осади́ть поме́стьице со спины́ Тартю́ф ко́мом обесцве́ченный облаче́ние проскользну́ть росина́нт чего до́брого гамаза глей индус тарпан hapchance keyset unobserved weekend artist номенклатурный пояснительный семикратный