PLANETAR

прил. планетарный. Planetar dumanlılıq астр. планетарная туманность
PLANET
PLANETARİ
OBASTAN VİKİ
Planetar dumanlıq
Planetar dumanlıq — ionlaşmış qaz örtüyündən və mərkəzi ulduzdan ibarət olan astronomik obyekt. == Xarici keçidlər == Ulduzlararası mühit və dumanlıqlar, Scientific.ru (rus.) Astroqalaktika saytı (rus.) Dumanlıqlar.
Planetar geologiya
Planetar geologiya və ya astrogeologiya, ekzogeologiya —planetologiyanın planetlər və onların peykləri, asteroidlər, kometlər və meteorlar kimi göy cisimlərinin geologiyasını öyrənən bölməsidir. Geo- sözönü ümumiyyətlə Yeri və ya əlaqəli mövzularını göstərsə də, planetar geologiya tarixi və rahatlıq səbəbi ilə belə adlandırılmışdır. Planetar geologiya Yerə əsaslanan geologiya ilə sıx bağlıdır. Planetar geologiyaya bərk planetlərin daxili quruluşunu müəyyənləşdirmək, həmçinin planetar vulkanizm və zərbə kraterləri, fluvial və eol prosesləri kimi yerüstü proseslər daxildir. Günəş sisteminin asteroidlər, Koyper qurşağı və kometlər kimi kiçik cisimləri ilə birlikdə nəhəng planetlərin quruluşları və onların peykləri də araşdırılır. == Tarixi == 1960-cı illərin əvvəllərində Yugin Şumeykerə geologiya prinsiplərini planetar xəritələrə tətbiq etmək və planetologiyanın yeni qolunu yaratmaq etibar edilir. O planetologiya sahəsinə və zərbə kraterlərinin, peyklərin, astroid və kometlərin öyrənilməsinə əhəmiyyətli töhfələr vermişdir.Bu gün bir çox qurum planetar elmlərin və planetar geologiyanın öyrənilməsi ilə maraqlanır. Arizona yaxınlığındakı Arizona kraterindəki Ziyarət Mərkəzinə planetar geologiya muzeyi də daxildir. Bundan əlavə Montana Dövlət Universiteti, Braun Universiteti, Arizona Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Kolorado Universiteti, Qərbi Miçiqan Universiteti, Massaçusets Texnologiya İnstitutu və Sent Luis Vaşinqton Universiteti kimi bir sıra universitetlər geniş planetar tədqiqatlar aparırlar. == Alətlər == Planetar geologiyada bir neçə vasitə, o cümlədən çəkic, kürək, fırça və s.
Planetar ötürmə
Planetar dişli çarx ötürməsi- bir mərkəzi ulduz çarxının oxu ətrafında fırlanan bir neçə dişli çarxdan ibarət olan mexaniki sistemdir (şəkil 1). Dişli çarxlar aparıcı bəndlə (1) birlikdə saxlanılır. İlişmədə mütəhərrik oxlu dişli çarx satellit adlanır (2). Aparıcı çarxın oxuna əsas ox deyilir. Satellitlərlə təmasda olan, əsas oxla tuşoxlu olan dişli çarxlara mərkəzi dişli çarxlar deyilir (1, 3). Əsas oxla üst-üstə düşən, yükü qəbul edən bənd əsas bənd adlanır. Əsas bəndlərdən hər üçü 2, 3 və 4 ilişmədə iştirak edərsə, belə ötürmə diferensialdır. Adətən planetar ötürmədə iştirak edən dişli çarxlar radial qüvvəni kompensasiya etmək məqsədilə xarici səth boyunca bərabər paylanır. Bu ötürməni quraşdırmaq üçün mərkəzi çarxların dişlərinin cəminin satellitin sayına nisbəti tam ədəd olmalıdır. Planetar ötürmədə dişlərin yüklənməsi adi silindrik dişli çarxlarda olduğu kimi hesablanır.
Typhlodromalus planetarius
Planetarium
Planetarium — səma sferasını ulduzlar, planetlər və peyklərlə, meteorlarla nümayiş etdirən elm və təhsil müəssisəsi; həmçinin günəş və ay tutulmaları, Ay, Mars, Veneranın panoramaları və yer kürəsinin iqlim zonaları da daxildir. == Ümumi məlumat == Planetariumlarda nümayiş xüsusi “Planetarium” qurğusundan istifadə etməklə həyata keçirilir. Adətən nümayiş astronomiya, astronavtika və yer elmləri üzrə mühazirələr ilə müşayiət olunur. Planetariumun yaradılması ilk dəfə 1919-cu ildə Münhendəki Alman Muzeyinin yaradıcısı O.Miller tərəfindən təklif edilmişdir. 1923-cü ilə qədər, ilk proyeksiya aparatı Yenadakı Zeiss fabrikində quruldu, oktyabr ayında Deutsches muzeyinin illik iclasında nümayiş etdirildi və dekabrın sonunda ictimaiyyət üçün quraşdırıldı. 1925-ci ilin mayında həmin Alman Muzeyində planetarium açıldı. Elə həmin il Yenada ikinci aparat quraşdırılıb. İlk proyeksiya cihazları müəyyən coğrafi enlik üçün nəzərdə tutulmuşdur. Ulduzlu səmanın istənilən enliyə malik bir nöqtə üzərində nümayişi 1925-ci ildə V.Bauersfeld tərəfindən dünya şöhrəti qazanmış böyük Zeiss aparatının yaradılmasından sonra mümkün olmuşdur. Qərb yarımkürəsində ilk planetarium (Adler Planetarium və Astronomiya Muzeyi, Çikaqo, ABŞ) 1930-cu ildə yaranmışdır.

Digər lüğətlərdə

бо́йлер генера́л-губерна́тор испаску́диться лы́чки насчи́тывать перекра́сить поле́нообразный пооде́ться преиму́щественный разнообра́зие бойфре́нд вы́писаться корректи́ровать нея́ркость океано́лог официа́льно эндоско́пный mariner polliniferous вымаливать импорт малодушный насорить неприкаянный пехотинец