PSİXİKA

сущ. психика:
1. способность внутреннего отражения действительности в ощущениях, восприятиях, чувствах, а также в мышлении и воле
2. конкретное проявление этой способности у кого-л. Sağlam psixika здоровая психика, psixikasına təsir etmək kimin подействовать на психику кого, чью
PSİXİATRİYA
PSİXO…
OBASTAN VİKİ
Psixika
Psixika (qədim yunan dilində ψῡχικός "mənəvi, həyati") — psixologiyada və tibbdə bilik və elm sahələrindən asılı olaraq aşağıdakı kimi müəyyən edilən mürəkkəb bir anlayışdır: Düşüncə prosesləri və hadisələrinin məcmusu (hisslər, qavrayışlar, emosiyalar, yaddaş və s.); heyvanların və insanların ətraf mühitlə qarşılıqlı əlaqəsində həyatın spesifik aspekti; “Yüksək mütəşəkkil canlıların xarici aləmlə qarşılıqlı əlaqəsi prosesində yaranan və onların davranışında (fəaliyyətində) tənzimləyici funksiyanı yerinə yetirən obyektiv reallıq subyektinin aktiv nümayiş etdirmə forması”; Yüksək mütəşəkkil canlı materiyanın subyekt tərəfindən obyektiv aləmi aktiv şəkildə əks etdirməsindən, ondan ayrılmaz dünya mənzərəsinin qurulmasında və bu əsasda onun davranış və fəaliyyətinin tənzimlənməsindən ibarət olan sistemli xüsusiyyəti; İnsanın daxili aləmi.Psixika insanların və heyvanların subyektiv aləmi olub, subyektiv şəkildə yaşanan proseslərin və halların bütün kompleksini əhatə edir: qavrayış, yaddaş, təfəkkür, niyyət, yuxu və s. Psixika bütövlük, fəallıq, inkişaf, özünütənzimləmə, ünsiyyət, uyğunlaşma və s. kimi keyfiyyətlərlə xarakterizə olunur; somatik proseslərlə əlaqələndirilir. Bioloji təkamülün müəyyən mərhələsində meydana gəlmişdir. İ.P.Pavlov psixi fəaliyyəti ali sinir fəaliyyəti ilə əlaqədar olduğunu müəyyən etmişdir. Psixologiya elmi psixikanın öyrənilməsi ilə məşğul olur. 1970-ci illərdə psixologiya, nevrologiya və fiziologiyanın qovşağında psixi proseslərin beyin mexanizmlərini öyrənən psixologiyanın bir qolu olan neyropsixologiya inkişaf etmişdir. == Psixikanın təkamülü == Psixikanın əmələ gəlməsi materiyanın bioloji təşəkkülü ilə bağlıdır. Psixikanın filogenezdə inkişafı əksetdirmənin tropizm, instinktiv, intellektual və həyatda qazanılan davranış formalarında təzahür etmişdir. Elementar qıcıqlanma sadə, birhüceyrəli orqanizmlərdə belə özünü göstərir və onlar cavab reaksiyası verirlər.

Digər lüğətlərdə

буквое́дство добы́чливый излю́бленный опра́шиваться переста́ивать пища́лка поме́длить изощри́ть карми́новый кунжу́тный плюсова́ться пролифика́ция состра́чиваться cream horn Delphic dislocate dumb crambo gulp down pre-emption scimitar unworkable заинтересовать засеребриться нескладица передохнуть