QEYB

сущ.
1. исчезновение
2. неизвестность
3. отсутствие
◊ qeybdən xəbər verən вещатель, провидец, прорицатель; qeybdən xəbər vermək вещать; qeybə çəkilmək, qeyb olmaq исчезать, исчезнуть, пропадать, пропасть; elə bil qeybə çəkildi как рукой сняло (о боли); qeyb etmək прятать, спрятать
QEL
QEYBDAN
OBASTAN VİKİ
Qeyb Nyuell
Qeyb Nyuell (ing. Gabe Logan Newell; 3 noyabr 1962, Kolorado) — Valvenin qurucularından və idarə heyətinin sədri. == Həyatı == Qeyb Loqan Nyuell (Gabe Logan Newell) 1962-ci il noyabr ayının 3-də Amerika Birləşmiş Ştatları, Vaşinqtonda anadan olmuşdur. == Fəaliyyəti == Qeyb Harvard Universitetini tərk etdikdən sonra 13 il Microsoftda işləyib. Qeyb Nyuell Mike Harrington ilə birgə 1996-cı ildə Valveni qurmaq üçün Microsoftdan ayrıldılar. Bu vaxt ərzində onlar öz pullarını Half-Life video oyununu yaratmaq üçün Valve-yə yatırdılar. Nyuell Half-Life 2 nin hazırlanma mərhələsində Steam layihəsi üzərində də işlədi. Qeyb Nyuell evlidir və iki uşağı vardır. 2010-cu il "Forbes" jurnalına görə "Tanınması gərəkən adlardan biridir." Kompüter oyunları istehsal edən "Valve Corporation" şirkətinin banisi və baş direktoru Qeyb Loqan Nyuellin adı Forbes jurnalının 2011-ci ildə sizin tanımalı olduğunuz adlar (Names You Need To Know in 2011) siyahısına daxil edilib. == Mənbə == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Qeyb xan Ustaclı
Qeyb xan Ustaclı — Səfəvi imperiyasında fəaliyyət göstərmiş Qızılbaş hərbi dövlət xadimlərindən və sərkərdələrindən biri. Ustaclı tayfasına mənsub olmuşdur. == Həyatı == Qeyb xan Ustaclının fəaliyyəti barədə o qədər də məlumat yoxdur. Onun haqqında bəlli olan məlumatlar onun Səfəvi imperiyasının iki vilayətində hakimlik etməsi ilə bağlıdır. Beləki o, Səfəvi imperiyasının indiki İran ərazisinin qərbində yerləşən iki vilayətdə - Kürdüstan və Luristan vilayətlərində hakimlik etmişdir. Bu iki bölgədə əsasən Səfəvi şahlarına tabe olan yerli sülaləyə mənsub olan şəxslər hakimlik etdiyinə görə, Qeyb xan Ustaclının hakimliyi diqqət çəkən məqamdır. O, 1568-ci ildə Luristan vilayəti ilə birlikdə, Kürdüstan vilayətinin də hakimi təyin edilmişdir. Bir digər diqqət çəkən məqam isə Qeyb xan Ustaclının eyni zaman hər iki vilayətin hakimi təyin edilməsidir. Hər iki vilayətdə də onun hakimliyindən sonra yerli sülalədən olan şəxslər hakim təyin edilmişdirlər.Qeyb xan Ustaclı Səfəvi imperiyasını formalaşdıran və Qızılbaş tayfalarından olan Ustaclı tayfasına mənsub olmuşdur. == İstinadlar == == Mənbə == Willem Floor.
Arif Qeybiyev
Arif İsmayıl oğlu Qeybiyev (6 iyun 1997, Səncərədi, Astara rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Kros qaçışı üzrə üçqat Azərbaycan Çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Arif Qeybiyev 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində anadan olub. 2002-ci ildə E. Ağayev adına Səncəri kənd tam orta məktəbinə daxil olmuşdur. 2012-2016-cı illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb. === Şəxsi həyatı === Ailəli idi, Gülnur adında 1 qız övladı yadigar qaldı. == Karyerası == Arif Qeybiyev orta məktəb dövründə idmanın atletika növü ilə məşğul olub. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Bundan başqa atletika üzrə 50-dən çox diplomu var, onlardan 30-u birincilik üzrədir. 2015 Avropa Oyunlarının iştirakçısı olub. Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alovqoruyanların müşayəti ilə keçirilən məşəl yürüşündə Arif Qeybiyev də iştirak etmişdir.
Arzu Qeybullayeva
Arzu Qeybullayeva, Arzu Qeybulla (azərb. Qeybullayeva Arzu Qeybulla qızı‎; d. 1 avqust 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — jurnalist. Regional məsələlər üzrə təhlilçi, bloqçu və sosial media üzrə təlimçidir; Münaqişələrin Transformasiyası üzrə "Imagine" mərkəzinin həmsədrlərindən biri, münaqişələrin həllində xalq diplomatiyası məsələləri ilə məşğuldur. == Həyatı == Arzu Qeybullayeva 1 avqust 1983-cü ildə Bakıda anadan olub. 1999–2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşdur.Ankara Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb.. Türkiyə ermənilərinin İstanbulda nəşr etdirdikləri "Aqos" qəzetində yazar olaraq çalışmışdır.Müxtəlif vaxtlarda Milli Demokratiya İnstitutunda, Berlində yerləşən Avrasiya Stabillik Təşəbbüsü Mərkəzində çalışıb.İngilis, Azərbaycan, Türk və Rus dillərini bilir. == Ailəsi == Arzu Qeybullayeva professor Qeybulla Qeybullayevin qızıdır.
Elçin Qeybullayev
Elçin Qeybullayev - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. Elçin Qeybullayev 4 dekabr 1968-ci ildə Quba rayonunun Talabı-Qışlaq kəndində anadan olub. Bakı Baş Tikinti idarəsinin 20 №-li tikinti idarəsində fəhlə işləyib. Hərbi xidməti Əfqanıstanda keçirib. Yanvarın 19-da Elçin axşam təxminən saat 23-də evdən çıxıb, Salyan qazarmasının yanına gedib. Yanvarın 21-də qardaşı İlqar Qeybullayev onun meyidini mərkəzi ölüxanadan tapıb. Quba rayonunda dəfn edilib. == Ünvan == Ölümünə qədər Bakı Baş Tikinti idarəsinin yataqxanasında yaşamışdır. == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == İstinadlar == Qulu Kəngərli.
Klark Qeybl
Vilyam Klark Qeybl (ing. William Clark Gable; 1 fevral 1901 — 16 noyabr 1960) — ABŞ aktyoru, kino ulduzu və 1930-1940-cı illərin "Hollivud Kralı" adını daşıyan seks simvolu . "Oskar" mükafatı laureatı (1935).
Natəvan Qeybani
Natəvan Qeybani Azərbaycanlı aktrisa. “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalarından biridir. == Həyatı == Aktrisanın bir oğlu və bir qızı var. == Fəaliyyəti == Natəvan Qeybani “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalardan biridir. Teatrın səhnəsində qoyulan tamaşalarda bir çox rollarda çxış edib.Aktrisa həmçinin dublyaj sahəsində uğurlu fərdlərdən biridir. 10 ildən çoxdur ki, dublyajda fəaliyyət göstərir. == Teatr səhnəsindəki rolları == Sara (“Solğun çiçəklər”, C.Cabbarlı) Qızılgül (“Kiçik şahzadə”, A.Ekzüperi) Qaratoxmaq qadın (“At. Daş. Qadın”, T. Daimi) Uşaq (Mirzə Cəlilin “Lal” pantomiması əsasında “Meqapolis” tamaşası) Əmidostu (“Hop?
Natəvan Qeybullayeva
Natəvan Qeybani Azərbaycanlı aktrisa. “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalarından biridir. == Həyatı == Aktrisanın bir oğlu və bir qızı var. == Fəaliyyəti == Natəvan Qeybani “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalardan biridir. Teatrın səhnəsində qoyulan tamaşalarda bir çox rollarda çxış edib.Aktrisa həmçinin dublyaj sahəsində uğurlu fərdlərdən biridir. 10 ildən çoxdur ki, dublyajda fəaliyyət göstərir. == Teatr səhnəsindəki rolları == Sara (“Solğun çiçəklər”, C.Cabbarlı) Qızılgül (“Kiçik şahzadə”, A.Ekzüperi) Qaratoxmaq qadın (“At. Daş. Qadın”, T. Daimi) Uşaq (Mirzə Cəlilin “Lal” pantomiması əsasında “Meqapolis” tamaşası) Əmidostu (“Hop?
Qeybdən gələn səs (film, 2002)
== Məzmun == Film-tamaşa repressiya qurbanı olmuş dahi şairimiz Mikayıl Müşfiqin həyatının son aylarını əks etdirir.
Qeybulla Qeybullayev
Qeybulla Ramazan oğlu Qeybullayev (9 may 1945, Katex, Balakən rayonu – 2 mart 2012, Türkiyə) — professor, elm və ictimai xadim; Türkiyə Cumhuriyyəti Baş Baxanının Avrasiya məsələləri üzrə müşaviri. == Həyatı == Qeybulla Qeybullayev 9 may 1945-ci ildə Balakən rayonunun Katex kəndində dünyaya gəlmişdir. 1963-cü idə Katex kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1968-ci ildə Politexnik İnstitutunun İnşaat fakultəsini fərqlənmə ilə bitirmiş, sonra Dövlət Layihə İnstitutunda mühəndis-konstruktor vəzifəsində çalışmışdır. 1971-ci ildə Moskva İnşaat Fizikası İnstitutunun aspiranturasında dissertasiyasa müdafiə edərək texnika elmləri namizədi adı almışdır. 1974-cü ildə Azərbaycana qayıtmış, Azərbaycan Dövlət İnşaat və Memarlıq Komitəsində şöbə müdiri işləmişdir. 1980–1984-cü illərdə nazir müşaviri vəsifəsində çalışmışdır. 1984–1992-ci illərdə Azərbaycan Tikinti və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1989-cu ildə Azərbaycan EA-nın İqtisad İnstitutunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Eyni zamanda Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və kafedra müdiri vəzifələrində işləmişdir.
Qeybulla Rəsulov
Rəsulov Qeybulla İbadulla oğlu (18 mart 1922 – 11 sentyabr 1988) — dramaturq, Yazıçılar Birliyinin üzvü (1961). == Həyatı == 1922-ci il martın 18-də Azərbaycanın Qax rayonunun İlisu kəndində anadan olmuşdur. İbtidai təhsili kənddə almış, yeddiillik məktəbi Qaxda bitirmiş, sonra Şəki feldşerlik məktəbində oxumuşdur (1935-1939). Ordu sıralarına çağırılmış, İkinci dünya müharibəsi dövrü bir müddət Sovet Ordusu tərkibində İranda olmuş (1942), sonra 402 və 416-cı atıcı diviziyalarında Hərbi feldşer işləmişdir Mozdok şəhərinin azad edilməsi uğrunda döyüşlərdə yaralanmışdır Ordudan tərxis olunandan sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almışdır Sonra M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1953-1955). == Yaradıcılığı == Ədəbi fəaliyyətə "Qatar Bakıdan gəlir" birpərdəli pyeslə başlamış, xalq yaradıcılığı evi həmin pyesi ayrıca kitabça halında çap etmişdir (1955). Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində müxbir, redaktor (1955-1957), "Bakı" axşam qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1958-1965), M Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1965-ci ildən) Respublikada keçirilən ən yaxşı pyeslər müsabiqəsində dəfələrlə mükafata layiq görülmüşdür. "Əlvida, Hindistan", "Söz yarası", "Nəsillər", "Od parçası", "Gün aydın, əlahəzrət",, "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Molla Nəsrəddin zarafatı", "Dzerjinski koloniyası" pyesləri respublika dövlət dram teatrlarında səhnəyə qoyulmuşdur. Onun birpərdəli pyesləri, Habelə irihəcmli dramları özfəaliyyət dərnəklərində və xalq teatrlarında oynanmışdır. Eyni zamanda "Moskva", "Serebryannı bor", "Üç Gül", "Kranlar səslənir", "Büllur vaz", "Pırpız xanım", "Bir "Volqa" məhəbbət" adlı pyeslərinin televiziya tamaşaları göstərilmiş, "Sınaq", "Çağırış", "Ana və oğul", "Mayakovskinin Gözü ilə" və s. pyesləri isə radiola səslənmişdir.
Qeybəli (Sayınqala)
Qeybəli (fars. غيب علي‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 93 nəfər yaşayır (19 ailə).
Qeybət
İslamda qeybət müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş etmək hesab olunur, qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır. Qurani-Kərim qeybət etməyi müsəlman qardaşının ətini yeməyə bərabər hesab edir: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun."Qeybət etməyin pislənməsinə aid hədis və rəvayətlər çoxdur. Məhəmməd peyğəmbər(s.a.v.)buyurur: "Müsəlmanın dininin məhvində qeybətin təsiri xora xəstəliyinin insan bədənindəki təsirindən çoxdur". Rəvayət olunur ki, Allah Musa peyğəmbərə belə vəhy etdi: "Qeybət etməkdən tövbə edib dünyasını dəyişən şəxs hamıdan axırda behiştə daxil olacaq.
Qiyasəddin Qeybullayev
Qiyasəddin Qeybullayev (tam adı: Qeybullayev Qiyasəddin Əsgər oğlu; 13 mart 1934, Rustov, Quba rayonu – 13 dekabr 2002) — Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor. == Həyatı == Qiyasəddin Qeybullayev 13 mart 1934-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Baki şəhərində 9 nömrəli Peşə Texniki məktəbində oxuyub. 1952-ci ilin noyabrında "Buzovnaneft" və "Kirovneft" mədənlərində təmir ustasının köməkçisi işləyib. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində təhsil alıb, Cəlilabad rayonunun Sabirabad kənd orta məktəbində 2 il tarix muəllimi işləyib. 1960-cı ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstititutunun nəzdində Azərbaycan etnografiyası ixtisası üzrə aspiranturada oxuyub. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi (1964-1973), böyük elmi işçi (1973-1992),1992-ci ildən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnografiya sektorunun aparıcı elmi işçisi olmuşdur. 1966-cı ildə tarix elmləri namizədi, 1995-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1996-cı ildə ABŞ-də çap olunan "Türk dünyası" jurnalının redaksiya heyətini seçilmişdir. Q.Ə.Qeybullayev Azərbaycan Milli Məclisinin yanında Toponimiya Komissiyasının üzvü olmuşdur.
Qrin Qeyblz malikanəsinin qızı Anni (kitab)
Qrin Qeyblz malikanəsinin qızı Anni (ing. Anne of Green Gables) Lyusi Montqomeri tərəfindən yazılmış kitabdakı hadisələr 29-ci əsrin əvvəllərində Kanadada-Şahzadə Eduard adasında cərəyan edir.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, lakin ilk nəşr olunduğu vaxtdan klassik uşaq ədəbiyyatı nümunəsi kimi məhşurlaşmışdır.Anna Şirli 11 yaşlı yetim qızdır.Onu kiçik ucqar bir kənddə yaşayan ortayaşlı bacı-qardaş-Metyu və Marilla Karbertlər övladlığa götürür.Əslində, Karbertlərə ferma işlərində Metyuya kömək etmək üçün oğlan övladı gərək idi.Lakin Annanın cazibəsi və şirinliyi onları yoldan çıxarır və nəticədə onlar qızı öz övladları qədər sevirlər.Anna Şirlinin Avonlidəki həyat macəralarından bəhs edən kitab 50 milyon nüxsədən artıq satılıb və ən azı 36 dilə tərcümə olunub.Əsər dünyanın bir çox məktəblərinin ədəbiyyat dərslərində tədris edilməkdədir. == Arxa plan == Romanı yazarkən Montqomeri, istədikləri oğlan yerinə yanlışlıqla yetim bir qızı övladlığa götürüb daha sonra səhvə görə onu geri göndərən, ancaq daha sonra onu böyütmək qərarına gələn bacı-qardaş haqqında qeydlərindən ilham aldı.O, Kanadanın Şahzadə Eduard Adası kəndində yaşadığı uşaqlıq təcrübəsindən istifadə etdi. Montqomeri, New York Metropolitan Magazine -dən kəsərək yataq otağının divarına qoyduğu Evelyn Nesbitin fotoşəklindən Anna Şirli-nin siması üçün model və "gənclik idealizmi və mənəviyyatını" xatırlatmaq üçün istifadə etdi. Montqomeri, o dövrdə məşhur olan və adını əlavə bir "e" hərfi ilə yazaraq xarakterini fərqləndirən "formul Ann" yetim hekayələrindən ilham aldı.Gilbert Blit kimi digər personajları da qismən tanıdığı insanlara əsaslandırdı. Romanı günün alatoranlığında, pəncərəsində oturub Cavendish tarlalarına baxarkən yazdığını söylədi. == Personajlar == === Qrib Qeyblz ailəsi === Anna Şirli: 11 yaşında Metyu və Marilla Karbert ilə birlikdə yaşamağa gələn xəyali, danışan, qırmızı saçlı bir yetim. Anni çox həssasdır və saçlarının rəngini sevmir. Annanın kədərli erkən uşaqlığı, yetimxanadan himayə evlərdə kiçik uşaqlara qulluq etməklə keçirdi. Nəhayət Qrib Qeyblz -də həqiqi bir evə sahib olmaqdan həyəcanlanır.
Qrin Qeyblz malikanəsinin qızı Anni (roman)
Qrin Qeyblz malikanəsinin qızı Anni (ing. Anne of Green Gables) Lyusi Montqomeri tərəfindən yazılmış kitabdakı hadisələr 29-ci əsrin əvvəllərində Kanadada-Şahzadə Eduard adasında cərəyan edir.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, lakin ilk nəşr olunduğu vaxtdan klassik uşaq ədəbiyyatı nümunəsi kimi məhşurlaşmışdır.Anna Şirli 11 yaşlı yetim qızdır.Onu kiçik ucqar bir kənddə yaşayan ortayaşlı bacı-qardaş-Metyu və Marilla Karbertlər övladlığa götürür.Əslində, Karbertlərə ferma işlərində Metyuya kömək etmək üçün oğlan övladı gərək idi.Lakin Annanın cazibəsi və şirinliyi onları yoldan çıxarır və nəticədə onlar qızı öz övladları qədər sevirlər.Anna Şirlinin Avonlidəki həyat macəralarından bəhs edən kitab 50 milyon nüxsədən artıq satılıb və ən azı 36 dilə tərcümə olunub.Əsər dünyanın bir çox məktəblərinin ədəbiyyat dərslərində tədris edilməkdədir. == Arxa plan == Romanı yazarkən Montqomeri, istədikləri oğlan yerinə yanlışlıqla yetim bir qızı övladlığa götürüb daha sonra səhvə görə onu geri göndərən, ancaq daha sonra onu böyütmək qərarına gələn bacı-qardaş haqqında qeydlərindən ilham aldı.O, Kanadanın Şahzadə Eduard Adası kəndində yaşadığı uşaqlıq təcrübəsindən istifadə etdi. Montqomeri, New York Metropolitan Magazine -dən kəsərək yataq otağının divarına qoyduğu Evelyn Nesbitin fotoşəklindən Anna Şirli-nin siması üçün model və "gənclik idealizmi və mənəviyyatını" xatırlatmaq üçün istifadə etdi. Montqomeri, o dövrdə məşhur olan və adını əlavə bir "e" hərfi ilə yazaraq xarakterini fərqləndirən "formul Ann" yetim hekayələrindən ilham aldı.Gilbert Blit kimi digər personajları da qismən tanıdığı insanlara əsaslandırdı. Romanı günün alatoranlığında, pəncərəsində oturub Cavendish tarlalarına baxarkən yazdığını söylədi. == Personajlar == === Qrib Qeyblz ailəsi === Anna Şirli: 11 yaşında Metyu və Marilla Karbert ilə birlikdə yaşamağa gələn xəyali, danışan, qırmızı saçlı bir yetim. Anni çox həssasdır və saçlarının rəngini sevmir. Annanın kədərli erkən uşaqlığı, yetimxanadan himayə evlərdə kiçik uşaqlara qulluq etməklə keçirdi. Nəhayət Qrib Qeyblz -də həqiqi bir evə sahib olmaqdan həyəcanlanır.
Rəhilə Qeybullayeva
Qeybullayeva Rəhilə Məmməd qızı (30 yanvar 1961)— filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri. == Həyatı == Rəhilə Qeybullayeva 1966-cı ildə Zaqatala şəhər 1 № li orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. 1976–1981-ci illərdə M. F. Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı İnstitutunda rus dili və ədəbiyyatı ixtisası üzrə oxumuşdur. 1989-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Süjetdə dinamiklik və sabitlik" mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitututunda "Müqayisəli tipologiya və ədəbiyyat tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi əsərlərinin əsas mövzusu == milli ədəbiyyat konsepsiyası; ədəbiyyatda təhlil metodlari: ədəbiyyatda dominantlar nəzəriyyəsi, dixotomiyalar nəzəriyyəsi və sistem nəzəriyyəsi; ədəbiyyat kontekstkəri; ədəbiyyatda mədəni dəyərlər; == Təltif və üzvlüklər == UNESCO-nun "Müxtəlifliklərdə birlik: mədəniyyətlər arasında dialoq…" layihəsi üçün 15 yanvar-15 may 2003-cü illərdə qrant layihəsini udmuşdur. (London Universiteti: AHRB, Centre for SOAS and UCL) Azərbaycan Komparativ Ədəbiyyatşünaslıq Assosoasiyasının sədri, Kyoto Prize rəsmi nominatoru, Mədəniyyətlər Tarixi beynəlxalq cəmiyyətinin yaradıcılarından biri və üzvüdür. Belçika (International Society for Cultural History Founding member), SJI (Beynəlxalq Elmi Jurnal), Communication & Media seriyası üzrə redaksiya şurasının eksperti (ABŞ), (Scientific Journal International, Editorial Review Board, Communication & Media, Harvard CESS (Harvard Mərkəzi Avrasiya və Qafqaz Araşdırmaları, ABŞ), IAPL (Beynəlxalq filosoflar və ədəbiyyatşünaslar assosiasiyası, ABŞ) == Təşkilati işlər == UNESCO-nun "Qeyri-maddi dəyərlərin şah əsərləri və onlarin qorunmasi" layihəsi çərçivəsində "Azərbaycan muğamı" layihəsinin koordinatoru (2002) Harvard CESS illik confransi çərçəvəsində "Harvard universitetində "National and Cultural İdentity" adlı panel (2003, oktyabr) Bir sıra ingilis dilli elmi məgalələri azərbaycancaya tərcümə edilməsi və Bakıda nəşr etdirilməsi Ənənə və qloballaşma konfransı, April 2002, Baku, AMEA AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin "Ədəbi-nəzəri məcmuəsi"-nin illik məcmuəsinin həmredaktoru (prof. Tahirə Məmmədlə bərabər) 2002, 2005. Müqayisəli ədəbiyyat: Ədəbiyyat kontekstləri, 2006, Noyabr, AZCLA və Baki Slavyan universiteti 1-ci, 2-ci və 3-cü Beynəlxalq Tələbə konfransı, aprel 2006, aprel 2007, aprel 2008, Baki Slavyan universiteti == Azərbaycanla baglı bir sıra diskussiyalarda iştirak == J. F. Kennedi adina Harvard Dovlətçilik fakültəsində (aprel, 2002); Böyük Britaniyanın Lordlar Palatasında (Mart, 2003); London universitetinin SOAS və LSE fakültələrində (Yanvar-May, 2003) == 70-dan çox elmi əsərin müəllifi, o cumlədən == Динамическое и устойчивое в сюжете. – Баку: Эльм (Наука), 1993, 157 s.

Digər lüğətlərdə

промыва́ть протира́ться я́гельный бе́женка вши́веть жи́дкий окия́н разма́лывание рафина́дный созда́тельница унизи́тельно шку́ра шлёп напыщить blow-up Claudia clubwoman grouping hosepipe firing sugar-loaf-hat анаграмма воплотить муравей носовой потворщик