XAÇGÜLÜ

сущ. бот. крестовник (травянистое растение из сем. сложноцветных)
XAÇÇİÇƏKLİLƏR
XAÇGÜLÜKİMİLƏR
OBASTAN VİKİ
Xaçgülü
Xaçgülü (lat. Senecio) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Adi xaçgülü
Adi xaçgülü (lat. Senecio vulgaris) - mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Dəstətük xaçgülü
Dəstətük xaçgülü - (lat. Tephroseris subfloccosa) - Tephroseris cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 40-120 sm olan, gövdəsi sadə, düzdayanan, hörümçəktoruvari tüklənmiş, qısa kökümsovlu bitkidir. Yarpaqları tünd yaşıl, qıraqları bütöv, yaxud diş-dişlidir. Kökyanı və aşağı gövdə yarpaqları yumurtavari-uzunsov, küt və ya ucu biz, saplaqları enlidir. Orta gövdə yarpaqları oturaq, lansetvari və ya dar uzunsov, küt və ya ucu bizdir. Səbətləri çiçəkləyən vaxt sıx çətir formalı çiçəkqurupunda yığılır. Səbətin ayaqcıqları müxtəlif uzunluqda, hörümçəktoruvari tüklüdür. Sarğısı 5–7 mm enində yarımkürəvari, daxili yarpaqları 4–5 mm uzunluqda ucu biz lansetvari, onlardan 2-3 dəfə kiçik olan xarici yarpaqları xətvaridir. Dilcik çiçəkləri sarı və ya narıncı rəngdədir.
Enliyarpaq xaçgülü
Poyarkova xaçgülü
Senecio pojarkovae Schischk. (Pojarkovia stenocephala (Boiss.) Asker., Senecio stenocephalus Boiss.) Hündürlüyü 80-200 sm, gövdəsi sıx yarpaqla örtülmüş, düz, şırımlı, yuxarı hissədə enli qalxanşəkilli süpürgəvari budaqlanmış demək olar ki, çılipaq çoxillik ot bitkidir. Dəstə halında olan bağşəkilli köklərin kökümsovu köndələndir. == Yarpaq == Yarpaqları saplaqlıdır, bərkdir, ensizneştərvari və yaxud ensiz-xətvaridir, sivriləşmişdir, uzunluğu 14-26 sm, eni 2-5 sm-dir, kənarları eyni ölçüdə qısa və itidişlidir, aşağı yarpaqları qısa saplaqlıdır, qalanları oturaqdır, qaidə hissəsinə doğru tədricən daralandır, kökətrafı yarpaqları tez saralandır. == Çiçək == Çiçək qrupunun oxu və səbətin saplağı bütünlüklə qısa tüklərlə örtülüdür. Səbətləri çoxsaylı, xırda, enli-qalxanşəkilli sıx süpürgədədir; səbətin saplağı çox nazikdir, uzunluğu səbətin uzunluğuna bərabərdir və ya ondan azacıq uzundur. Sarğı yarpağı ensiz slindik formadadır, uzunluğu 5 mm-ə yaxındır, çılpaqdır; onun daxili yarpaqcıqları 5 ədəddir, xətvari-kürəkşəkillidir, kənarları nazik pərdəvaridir, küt və ya sivritəhərdir, çılpaqdır. Çiçəklər səbətdə adətən 5 ədəd, nadir halda 4- 6 ədəd olur. Dilcikşəkilli çiçəkləri yoxdur. == Meyvə == Toxumlarının uzunluğu 4 mm, uzunsov, tin-tindir, çılpaqdır; kəkili ağ rəngdədir, ipək kimidir, toxumdan iki dəfə uzundur.
Rombyarpaq xaçgülü
Yastıyarpaq xaçgülü
Yastıyarpaq xaçgülü (lat. Senecio plathyphylloides) - xaçgülü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Çoxillik ot bitkisi olub, hündürlüyü 50-150 (250) sm, düzqalxan, budaqlanmayan, tək gövdəli və çoxşaxəli köklərdən ibarətdir. Kökətrafı və gövdə ətrafı yarpaqları uzunsaplaqlı, çox iri, üçbucaqvari-böyrəkşəkilli, dərin oyuqlu əsasa malik, kənarları bərabər olmayan dişcikli, sıx, yuxarı hissəsi çılpaq, tünd-yaşıl, alt tərəfdən açıq rəngli, orta və yuxarı yarpaqları tədricən kiçilən, yuxarı yarpaqları yumurtavari və ya yumurtavari-neştərşəkilli, demək olar ki, oturaqdır. Səbətləri kiçik çoxsaylı, zirvəsində qalxanvari-yumurtavari çiçək qrupunda formalaşmışdır. Səbətcikdə yerləşən bütün çiçəkləri (10-15) boruşəkilli, ikicinsli, sarı tacabənzər olur. Toxumları kəkillidir. Kökləri çoxsaylı uzun, sürünən və gümüşü-qonur rənglidir. Gövdəsi düz şaxəli, yarpaqları iri, növbəli, üçbucaq-böyrəkşəkillı, uzunluğu 30 sm-dir. İyun-iyul aylarında çiçəkləyir, iyul-sentyabr aylarında isə meyvələri yetişir.Pöhrəliklərdə, 1600-2800m yüksəkliklərdə yüksək dağlıq meşələrdə, orta setrək meşələrdə, otluq və subalp çəmənliklərdə rast gəlinir.
Yaz xaçgülü
Yaz xaçgülü (lat. Senecio vernalis) — xaçgülü cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, cavan vaxtı torvari-tüklü və ya yunvari, aşağı hissəyə doğru demək olar ki, çılpaq bitkidir. Kökümsovu milşəkilli, açıq qəhvəyi rənglidir. Gövdəsi (2) 15-60 (80) sm hündürlükdə, düz, çox vaxt tək, boş qalxanvari budaqlanandır. Gövdəətrafı yarpaqlar saplağa daralan, belvari və ya uzunsov-belvari, kənarları seyrək dişli; aşağı gövdə yarpaqları qısa saplaqlı, lələkvaribölümlü, hissələri uzunsov seyrək dişlidir; orta yarpaqlar oturaq, yuxarı yarpaqlar dar hissələrə lələkvari bölünmüşdür. Səbət boş qalxanvari-süpürgəvari çiçəkqrupundadır (nadir hallarda tək çiçək). Sarğı silindrvarizəngvari, 4-7 mm enində, solğun. Dilcikşəkilli çiçəklər qızılı-sarı, sarğıdan 2 dəfə uzundur. Toxumcaları silindrvari, 3 mm uzunluqda; kəkili ağ, toxumcadan 2 dəfə uzundur.
Acı-qovuqyarpaq xaçgülü
Senecio taraxacifolius (lat. Senecio taraxacifolius) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, açıq-yaşıl, xırda vəzili-tüklü bitkidir. Kökümsovu qısa, çəpdir. Gövdəsi 20- 50 sm hündürlükdə, düz, yuxarı hissədə qalxanvari-budaqlanandır. Aşağı yarpaqlar saplaqlı, 1-3 kənar hissəli, ürəkvariyumurtavari; orta və yuxarı kök yarpaqları saplaqlı və ya oturaqdır. Səbət 2-6 sayda, qalxanvari çiçəkqrupu, uzun ayaqcıqdadır. Sarğı yarımkürəvari, 12–15 mm uzunluqda; xarici yarpaqcıqlar az saydadır. Dilcikşəkilli çiçəklər narıncı-sarı rənglidir. Toxumcaları 5 mm uzunluqda, 1 mm enində, xətvari, şırımlı, çılpaq; kəkili açıq qəhvəyi rəngli, demək olar ki, toxumca ilə eynidir və ya bir az ondan uzundur.
Xaçgülü cinsinin növləri
Xaçgülü cinsinə aid aşağıdakı növlər var: Senecio abadianus DC. Senecio abbreviatus S.Moore Senecio aberrans Greenm. Senecio abrotanifolius Gouan Senecio abruptus Thunb. Senecio acanthifolius Hombr. & Jacquinot ex Decne. Senecio acarinus Cabrera Senecio acaulis (L.f.) Sch.Bip. Senecio acetosaefolius Baker Senecio acetosifolius Baker Senecio achalensis Cabrera Senecio achilleifolius DC. Senecio acroleucus Merxm. Senecio actinella Greene Senecio actinotus Hand.-Mazz. Senecio acutangulus (Bertol.) Hemsl. Senecio acutifolius DC. Senecio acutipinnus Hand.-Mazz. Senecio adamantinus Bong.

Digər lüğətlərdə

дифира́мб помутне́ть произво́дственный расплыва́ться ты́рло угото́вить гепати́т года́ми заступа́ние ливр наподо́бие подро́бничать разболе́ться си́нтез нарва black cattle bowshot flood tide midship frame pancake ice spirillum коленчатый небрежный обезличить припухнуть