Azərbaycan dastanlarının leksikası

  • DÖGMƏK

    Döymək, çalmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÖGÜŞMƏK

    Savaşmaq, mübahisə etmək, döyüş etmək, müharibə etmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÖKDÜRMƏK

    Tökdürmək, axıtmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÖKMƏK

    Tökmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÖL

    1. Rüşeym, maya. 2. Cins. (“Koroğlu” dastanının lüğəti) Ərəb paşanın xahişinə görə döl üçün Qıratı ilxıya qatdılar

    Tam oxu »
  • DÖLBƏND

    Çox incə və sıx toxunmuş pambıqlı qumaş, nazik batist, ağ incə bez çalma. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÖLƏK

    Gözəl cins. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÖLÜM

    Döl yeri. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÖRDƏM

    Dördayaq, dördnala, birnəfəsə, çaparaq. (“Koroğlu” dastanının lüğəti) Koroğlu işdən bixəbər qabaqda, Bolu bəy elə bir az Koroğludan aralancaq atı təzə

    Tam oxu »
  • DÖŞ

    Dağın, təpənin yamacı. (“Koroğlu” dastanının lüğəti) Baxdı ki, budur çoban-çoluq cahal-cumru sürünü, malı döşlərdən töküb obaya gətirirlər

    Tam oxu »
  • DÖŞLƏMƏK

    Döşü ilə itələmək, qabağına qatmaq. (“Koroğlu” dastanının lüğəti) Çənlibeldə ağır məclislər quran, Tunçular döşləyənöyəşlər qıran, Ayaqlarda əsən, baş

    Tam oxu »
  • DÖŞLƏTMƏK

    Bax: döşləmək. (“Koroğlu” dastanının lüğəti) Koroğluyam, haşa-haşa Girrəm xotkarla savaşa; Qırat döşlətməyə paşa, Özü tək gedə, tək gedə

    Tam oxu »
  • DÖŞÜRMƏK

    Toplamaq, yığmaq. Gülşən bağda bitər nərgiz, Onu döşürər gəlin, qız. Tərif söylədin ürəksiz, Beləmi öyülər gözəl

    Tam oxu »
  • DÖVLƏTLÜ

    1. Bəxtli, xeyirli. 2. Uca, ulu. 3. Ağıllı. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÖVLƏTSÜZ

    Uğursuz, xeyirsiz. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÖVŞÜRMƏK

    Bax: döşürmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÖYRAN ƏRƏB

    Dövran, dövr, vaxt, zaman. (“Koroğlu” dastanının lüğəti) Canım Qırat, gözüm Qırat, Bu döyranlar ərzənindi

    Tam oxu »
  • DU1

    Bax: dud. (“Koroğlu” dastanının lüğəti) Eyvaz xana al şərabı içirdim, Du deyibən, çox xocalar köçürdüm, Səksən oxu əyrimçədən keçirdim, Heç kamanda ar

    Tam oxu »
  • DUD

    Ah-nalə. (“Koroğlu” dastanının lüğəti)  Eyvaz xana al şərabı içirdim, Dud eləyib, çox xocalar köçürdüm, Səksən oxu əgrimcədən keçirdim, Heç kamanda a

    Tam oxu »
  • DUD ELƏMƏK

    Ah-nalə eləmək. (“Koroğlu” dastanının lüğəti)

    Tam oxu »
  • DUDİ-AH

    fars. dud – tüstü, duman Ahın tüstüsü. Dərin-dərin dəryaları boyladı, Xəncər alıb qara bağrım teylədi, Oğlu ölmüş Vəzir qəza eylədi, Getməz damağımdan

    Tam oxu »
  • DUDMAN FARS

    Xanədan, nəsil, sülalə, adlı-sanlı tanınmış ailə // ev, ocaq. (“Koroğlu” dastanının lüğəti) – Mən də Rum paşasının qızı Məhbub xanımam

    Tam oxu »
  • DURĞURMA

    Durquzma, qaldırma. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DURI

    Duru, aydın, bulanıq olmayan, şəffaf. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DURU GƏLMƏK

    Ayağa qalxmaq, dikəlmək, qiyam etmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DURUŞDURMAQ

    Üz-üzə qoymaq, haqq-hesab çəkmək (məhşərdə). (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DUŞ

    Yuxu, röya. Bilməm xiyalımdır, yoxsa duş kimi, Gəldi, keçdi boran kimi, qış kimi, Dərdli Kərəm yuvasında quş kimi, Tutdu, yolum-yolum yoldu dərd məni

    Tam oxu »
  • DUŞ

    Tuş, rast gəlmə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DUŞ

    Yuxu, röya. (“Koroğlu” dastanının lüğəti) Yatmışdım, aşkara gördüm duşumu, Əzəlindən mən bilirdim işimi, Çəkin, yəhərləyin çərləmişimi, Tutulubdu bir

    Tam oxu »
  • DUŞAQ

    Tuşaq, çidar; ayaq bağı, ata vurulan ayaq bağı, atların qabaq ayağına vurulan zəncir. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DUTA

    Bax: düta.

    Tam oxu »
  • DUVAXLU

    Duvaqlı. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DUVAQQAPMA

    Dastanların axırında, adətən, gəlini tərifləyən və ona nəsihət verən aşıq şeiri. (“Koroğlu” dastanının lüğəti) Götürdülər görək Koroğlu ilə Nigar xanı

    Tam oxu »
  • DUZAQ

    1. Tələ, cələ. 2. Məcazi mənada: hiylə, kələk, tələ. İraqdı yollarım, rahimdi uzaq, Canansız cahan mənim üçün duzaq

    Tam oxu »
  • DUZƏX FARS

    Cəhənnəm. Tahir deyər: işim ahü-zar oldu. Qaralandı gözüm yaşı, car oldu, Dağıldı dövlətim tarımar oldu

    Tam oxu »
  • DÜBARA

    Bax: dübarə. Bir qətrə yaş tökdün, bir də dübara, Əqiqdən, yaqutdan, yəməndən ayrı.                                                  (“Qurbani”)

    Tam oxu »
  • DÜBARA FARS

    İkincı dəfə, bir daha, yenidən, təkrar. (“Koroğlu” dastanının lüğəti) Yar deyib gəlmişəm bura, Ürəyimdə vardı yara, Qorxutma məni dübara, Gəlmişəm apa

    Tam oxu »
  • DÜBARƏ FARS

    İkincı dəfə, bir daha, yenidən, təkrar. Basdırmışam bu torpağa bir Sayat, Adın verib qoydum dübarə ayat

    Tam oxu »
  • DÜGMƏ

    Düymə, ilgək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÜGMƏK

    Düymək, bağlamaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÜGÜN

    Toy, şənlik, düyün. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÜKANDAR

    Dükan sahibi. Zöhrənin baxtı açıldı, Boyuna xələt biçildi. Bağlı dükanım açıldı, Gəl ol dükandarım, oğlan!                       (“Tahir və Zöhrə”)

    Tam oxu »
  • DÜKƏNMƏK

    Tükənmək, bitmək, qurtarmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÜLDÜL

    Həzrət Əlinin atının adı. Mərdi iyid mərd deyər mərd oğlu mərddən, Sərraf olan seçər ləli gövhərdən, Düldülün sahibi ya Şahi-mərdan, Ağa, məni dərdə s

    Tam oxu »
  • DÜM

    Bütün. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÜN

    Gecə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÜN BUCAĞI

    Axşamüstü. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÜNLƏ

    Gecə ikən, gecə vaxtı. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÜNLÜK

    Pəncərə, baca. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÜNÜN

    Gecə ikən. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »