Azərbaycan dastanlarının leksikası

  • GƏBİR FARS

    Atəşpərəst, Zərdüşt dinində olan. (“Koroğlu” dastanının lüğəti) Bolu bəyim, tanı məni, Gör necə bəbir, bəbirəm

    Tam oxu »
  • GƏC

    Bax: gəj. (“Koroğlu” dastanının lüğəti)

    Tam oxu »
  • GƏDA FARS

    1. Aşağı təbəqədən olan; nökər. 2. Məcazi mənada: görməmiş. 3. Fəqir, yazıq, binəva. (“Koroğlu” dastanının lüğəti) Al Koroğlu sədasını, Keç dəryalar

    Tam oxu »
  • GƏDƏ

    1. Bax: gəda. 2. Oğlan. (“Koroğlu” dastanının lüğəti) Gör indi iş nə yerə gəldi ki, keçəl gədənin birisi gəlib buradan at apardı

    Tam oxu »
  • GƏDİK

    Dağın beli, aşırım. Ərzurumun gədiyinə varanda, Onda gördüm burum-burum qar gəlir. Lələ dedi: gəl bu yoldan qayıdaq, Dedim: dönmək namusuma ar gəlir

    Tam oxu »
  • GƏDİK

    Dağın beli, aşırım, dağ keçidi. (“Koroğlu” dastanının lüğəti) Koroğluyam, gədikləri busaram, Qancırğadan qanlı başlar asaram, Bolu bəy, sənə bir qılın

    Tam oxu »
  • GƏJ FARS

    Suvaq işlərində istifadə olunan, gillə gipsin qarışığından istifadə olunmuş maddə. (“Koroğlu” dastanının lüğəti) Bir-birinin üzünə baxanda gördülər ki

    Tam oxu »
  • GƏLƏCİ

    Məcazi mənada: ağlı-başı. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • GƏLİNBACI

    Cavan gəlinlərə qohumları tərəfindən verilən ad. (“Koroğlu” dastanının lüğəti) Koroğlu dedi: – Yaxşı, gəlinbacı ol! Bundan sonra sənə gəlinbacı deyərə

    Tam oxu »
  • GƏLİNCÜK

    Gəlin (əzizləmə) – gəlinciyim; kiçik gəlin, sevgili gəlin. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • GƏLİŞMƏK

    Qarşılıqlı gedib-gəlmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • GƏMİŞDİRMƏK

    Alıcı quşlara şikar almağı öyrətmək, onları şikar üçün şirnikdirmək (ovçu alıcı quşu şikara buraxmazdan əvvəl acıqlandırır, buna “quş küsdürmək” deyir

    Tam oxu »
  • GƏNƏŞMƏK

    Məsləhət üçün müraciət etmək, məsləhətləşmək. (“Koroğlu” dastanının lüğəti) Halaypozan Koroğluya gənəşdi, Koroğlu buna da razılaşdı

    Tam oxu »
  • GƏR FARS

    Əgər. (“Koroğlu” dastanının lüğəti) Gər girişsəm çalhaçala, Quş gərəkdi qanad sala, Çəkib uçurdaram qala, Bəy, paşa, sultan başına

    Tam oxu »
  • GƏRDAN

    Bax: gərdən. Gözləyə-gözləyə qallam yolları, Yadıma düşübdü şirin dilləri. Baxış deyər, yarın siyah telləri, Düzülmüş gərdanda sərasər, hanı?        

    Tam oxu »
  • GƏRDAN FARS

    Boyunun ön tərəfi; boyun. (“Koroğlu” dastanının lüğəti)  Duruşu bənzər tərlana, Gözəl doğub gözəl ana, Töküb tellərin gərdana Məhbub xanım, Məhbub xan

    Tam oxu »
  • GƏRDƏK

    Toyda oğlan evində gəlin üçün pərdə ilə ayrılmış xüsusi yer. (“Koroğlu” dastanının lüğəti) Yeddi gün, yeddi gecə toy büsatı quruldu, yeddinci gecə qız

    Tam oxu »
  • GƏRDƏKXANA

    Təzə evlənənlər üçün ev. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • GƏRDƏN

    Bax: gərdan. (“Koroğlu” dastanının lüğəti) Mənə qara deyən gözəl Qaşların qara deyilmi? Tökülübdü dal gərdənə Saçların qara deyilmi?                  

    Tam oxu »
  • GƏRDƏN FARS

    Boyunun ön tərəfi; boyun. Nə yaxşıdı oban, elin, Yaraşır kəmərə belin. Tökülüb gərdənə telin, Könül sənə bənd olubdu

    Tam oxu »
  • GƏRDƏNBƏND FARS

    Boyunbağı. Gözəllər yığılıb hamısı kəndə, Sənəyin doldurub burdan ötən də, Şamaxı şəddəli gərdənbənd təndə, Əyrimcədən keçər beli qızların

    Tam oxu »
  • GƏRDƏNLİ

    Qəşəng, gözəl gərdəni olan // enlidöş (at haqqında) (“Koroğlu” dastanının lüğəti) Ərəb atın dastanını söylərəm, Üç yaşında hər nişanı bəlli olur

    Tam oxu »
  • GƏRDİŞ FARS

    1. Gəzinti, seyr. 2. Dövran, dövranetmə, dolanma. Ay ilə gün gərdiş eylər, ötüşər, İki sevgi peymanına bitişər, Ruzi müqərrərdi, gələr yetişər, Həzəra

    Tam oxu »
  • GƏRDİŞ FARS

    1. Gəzinti, seyr. 2. Dövran, dövran etmə, dolanma. (“Koroğlu” dastanının lüğəti) Ərəb pəhləvan meydana çıxdı, bir o başa gərdiş elədi, bir bu başa gər

    Tam oxu »
  • GƏRDİYAR

    Bax: girdiyar. Səni yaradıbdı Cəlilü Cabbar, Hüsnün kitabının adı gərdiyar...                                           (“Qurbani”)

    Tam oxu »
  • GƏRƏNAY FARS

    Nəfəslə çalınan uzun boru şəklində qədim musiqi aləti. (“Koroğlu” dastanının lüğəti) Carçılar çığrışır, gərənay bozlar, Ərəb atlar macal tapmaz qaçana

    Tam oxu »
  • GƏRİNMƏK

    Gərilmək, tarım çəkilmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • GƏŞT FARS

    Gəzmə, dolanma, seyr. Bağçalarda qurudulur barama, Naşı təbib məlhəm eylər yarama. Dedim: Pərim, zülflərini darama, Könül gəştə çıxar xallara doğru

    Tam oxu »
  • GƏTÜRMƏK

    1. Gətirmək. 2. Qaldırmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • GƏVƏZƏ

    Çoxdanışan, lağlağı, yanşaq, naqqal. (“Koroğlu” dastanının lüğəti) Sən demə bu yanşaq gəvəzənin biri imiş

    Tam oxu »
  • GƏVƏZLƏMƏK

    Kobud yemək; yanmış kömürdə bişirmək, odda bişirmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • GƏYSU

    fars. giysu Saç, hörük. Sinəyə, sima gərdənə tökülüb gəysuların, Bənzəyir dörd gecəlik göydə aya əbruların

    Tam oxu »
  • GƏZLƏMƏK

    Nişan almaq, oxu gəzinə qoymaq, oxu kərtiyində yerləşdirmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • GİCİMƏK

    Nəşələnmək, qızmaq. (“Koroğlu” dastanının lüğəti) Yenə günlərin bir günündə Düratın nadincliyi tutdu

    Tam oxu »
  • GİDİ

    Pis, alçaq, yaramaz, etibarsız. (“Koroğlu” dastanının lüğəti) Gidi xonkar, qıl başının çarəsin, Koroğlu üstünə dəllərlə gəlib

    Tam oxu »
  • GİLƏ

    Üzümün, narın və s. meyvələrin hər bir dənəsi. Dastanda plov giləsi ifadəsi də işlənir. Mən bir plov giləsi kimi onun buğuna yapışaram

    Tam oxu »
  • GİRDAB FARS

    1. Burulğan. 2. Məcazi mənada: həyatın keşməkeşi, çıxılmaz vəziyyət, ağır qorxulu hal. (“Koroğlu” dastanının lüğəti) İki dərya arasında gəmim var, Çıx

    Tam oxu »
  • GİRDİKAR

    Bax: girdiyar. Sığıl girdikara, tapginən qərar, Zülmə dözüb, səbir eləmək çağıdı.                             (“Dilsuz və Xəzangül”)

    Tam oxu »
  • GİRDİN-GİRDİN

    Qat-qat. (“Koroğlu” dastanının lüğəti) Boynunun əti girdin-girdin, bığlar kəl buynuzu kimi. (“Həmzənin Qıratı aparmağı”)

    Tam oxu »
  • GİRDİYAR ƏRƏB

    Allah, tanrı. Çox aşıq xəlq etdi qüdrət girdiyar, Olubdu sözləri tamam dildə car, Cəmi hicran çəkən nə ki aşıq var, Mənim kimi dərdə giriftar olmaz

    Tam oxu »
  • GİRƏLƏMƏK

    Girəvələmək, fürsət tapmaq, əlverişli vəziyyət axtarmaq. (“Koroğlu” dastanının lüğəti) Girələyib Eyvazın çiyin damarlarını saldı cənginə

    Tam oxu »
  • GİRƏVƏ

    1. Pusqu, marıq. 2. Əlverişli vəziyyət, fürsət. (“Koroğlu” dastanının lüğəti) Sənəmin də gözü Koroğluya düşmüşdü

    Tam oxu »
  • GİRİBAN FARS

    Yaxa. Su duran yerləri sonam göl eylər, Çeşmim yaşı giribandan sel eylər, Bəzirganlar üstümüzdən yol eylər, Onda mənim halım olar yaman, hey!        

    Tam oxu »
  • GİRİFTAR FARS

    Tutulmuş, düçar, mübtəla. Qurbaniyə gətir məzə! Dərd üstündə dərdim təzə. Dərd biləni dərd bilməzə, Giriftar eyləmək olmaz

    Tam oxu »
  • GİRVƏ1

    Bax: girəvə. (“Koroğlu” dastanının lüğəti) 1. Keçid. 2. Keçidlərdə, yollarda qar yığını. (“Koroğlu” dastanının lüğəti) Qollarına dəmir polad taxdıran,

    Tam oxu »
  • GİRYAN FARS

    Ağlayan, sızlayan, ağlar. Başına döndüyüm, qurvan olduğum, Məni axtarsan, o Kişmirə gəlginən! Yanıf, ataşına giryan olduğum, Məni axtarsan, o Kişmirə

    Tam oxu »
  • GİZİR

    Aşağı rütbəli inzibati işçi. (“Koroğlu” dastanının lüğəti) Dialektlərimizdə bu söz icraçı mənasında işlənməkdədir

    Tam oxu »
  • GİZLƏŞMƏK

    Gizləmək feilinin birgəlik növü. (“Koroğlu” dastanının lüğəti) Mərd igidlər bir-biriynən üzləşər, Müxənnətlər kol dibində gizləşər, Qılınc vurram, ya

    Tam oxu »
  • GİZLÜ

    Gizli. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • GORDA

    Xəncərşəkilli iri bıçaq. (“Koroğlu” dastanının lüğəti) Koroğluyam, bir ac qurdam, Çənlibeldə ağır yurdam, Qan çıxardar indi gordam, Tök malını, get, b

    Tam oxu »