Azərbaycan dastanlarının leksikası

  • ÜY

    Oynaq, buğum. (“Koroğlu” dastanının lüğəti) Qoca Alı atın qabaq ayaqlarının üylərini bərk sıxdı, at nə diksindi, nə qırpındı

    Tam oxu »
  • ÜYİŞMƏK

    Siyirmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ÜYÜŞMƏK

    Toplaşmaq, yığışmaq. (“Koroğlu” dastanının lüğəti) Onlar aşıq Cünunu gördülər, başına üyüşdülər... (“Koroğlunun Türkmən səfəri”) (Hümmət Əlizadə)

    Tam oxu »
  • ÜZ

    Uzun, uzaq. (“Koroğlu” dastanının lüğəti) Dəli Həsən qabaqda, Koroğlu dalda az getdilər, üz getdilər, gəlib bir sıldırım qayanın dibinə çatdılar

    Tam oxu »
  • ÜZAR ƏRƏB

    Yanaq, üz. Həsrətiydim, üzarından doymazdım, Gündüzlər, gecələr ayrı uymazdım. Bir saat gözümdən yana qoymazdım, Heyif, işi indi ötürdüm, çoban

    Tam oxu »
  • ÜZBARI

    Üz-üzə, üzbəüz. (“Koroğlu” dastanının lüğəti) Aşıq Cünün, de üzbarı Dolandım dünyanı yarı, Qoç Koroğlunun Nigarı, Eyvaztək əri az gördüm

    Tam oxu »
  • ÜZƏNGİ

    Süvarinin ayağını dirəməsi üçün yəhərin iki tərəfindən asılı altı düz dəmir halqalardan hər biri. (“Koroğlu” dastanının lüğəti) Hər nə vaxt ki Toqata

    Tam oxu »
  • VAF-VAF

    İt hürməsi, ham-ham. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • VAĞYA ƏRƏB

    1. Yuxu. 2. Hadisə, əhvalat, macəra. Dastanlarda 1-ci mənada işlənir. Ustadlar deyirlər ki, İrvahım günbəzdə yatıb vağyada gördü ki, Heratda Fətəli xa

    Tam oxu »
  • VAQEƏ

    Bax: vaqiə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • VAQİƏ

    Bax: vağya.

    Tam oxu »
  • VAQİYƏ

    Bax: vağya.

    Tam oxu »
  • VAQTIN

    Vaxtında, zamanında. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • VALA

    Parça adı. (“Koroğlu” dastanının lüğəti) Çox sıx tor mənasında da işlənir. Sevgilim geyib valadan, Rəngi seçilməz laladan, İçib abi-zülaladan, Gözləri

    Tam oxu »
  • VANƏFSA

    Bax: vanəfsə.

    Tam oxu »
  • VANƏFSƏ ƏRƏB

    Fəryad, fəğan, şivən, qışqırıq. Bu zaman göy guruldadı, bir ildırım şığıyıb vəzirin evinin üstünə düşdü

    Tam oxu »
  • VARMAQ

    Getmək, yetişmək, çatmaq, gəlmək, gəlib çatmaq. (“Koroğlu” dastanının lüğəti) Əcəli qoydum börkümə, Büründüm çodar kürkünə, Gəl min Qıratın tərkinə, V

    Tam oxu »
  • VAYĞA

    Bax: vağya.

    Tam oxu »
  • VAYIS

    Pislik edən, araqarışdıran, sözgəzdirən. (“Koroğlu” dastanının lüğəti) – Ayə, vayıs oğlu vayıs, yolu niyə kəsifsən? (“Pərizad xanımın Çənlibelə gəlməy

    Tam oxu »
  • VAYQANLI

    Əsassız olaraq adı pisliyə çıxmış. (“Koroğlu” dastanının lüğəti) Yazıqsan. Sonra məni vayqanlı görmə

    Tam oxu »
  • VEC1

    Şey, mal. (“Koroğlu” dastanının lüğəti) Dəmirçioğlu düşməz gücdən, Qorxmaz müxənnətdən, bicdən, Bac allam nağdıdan, vecdən, Dəmirçioğlu mənəm, mənəm!

    Tam oxu »
  • VECƏGƏLMƏZ

    Lazımsız, yararsız, dəyərsiz, xeyirsiz, işəgəlməz, bikara. (“Koroğlu” dastanının lüğəti) Koroğlu, mən çox vecəgəlməz adam imişəm

    Tam oxu »
  • VERƏK

    Dayaq, arxa. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • VƏBAL ƏRƏB

    Günah, məsuliyyət; babal. Qanlı fələk məni yardan alıbdı, Sürgün edib dağa-daşa salıbdı; Gözü yolda intizarlım qalıbdı, Batmışam vəbala, cana, ağlaram

    Tam oxu »
  • VƏCH ƏRƏB

    1. Üz, sifət, çöhrə. 2. Yol, üsul, vasitə. 3. Səbəb, münasibət. Vəchi nədi, nə eşitsən iradə? Yar yarın haqqına yetmək çağıdı

    Tam oxu »
  • VƏCHİ-QƏMƏR

    Ayüzlü. Qabağı vəchi-qəmər, Yanağı əhməridi bu?                           (“Alı xan”)

    Tam oxu »
  • VƏCHİLƏ

    Belə, şəkildə, surətdə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • VƏDƏ1 ƏRƏB

    Bir iş üçün təyin olunan vaxt, müddət. (“Koroğlu” dastanının lüğəti) İndi sabah yox, o birigün vədəsidir

    Tam oxu »
  • VƏLƏDDÜZZİNA

    Bax: vələdüzna. (“Koroğlu” dastanının lüğəti)

    Tam oxu »
  • VƏLƏDÜZNA

    ər. vələd – övlad + zina – qeyri-qanuni əlaqə Qeyri-rəsmi nikahdan olmuş övlad, bic. (“Koroğlu” dastanının lüğəti) Dilimizdə təhqir, söyüş mənasında i

    Tam oxu »
  • VƏRBƏVƏR

    Tədriclə, yavaş-yavaş. Vər “dərəcə, qat” mənasında işlənir. Mehriban geyərdi al ilə qara, Vücudum şəhrini vermişdim yara; Əgər gəlməsəydin bizim diyar

    Tam oxu »
  • VƏSF ƏRƏB

    1. Bir şəxsin və ya bir şeyin malik olduğu sifət, keyfiyyət, hal; səciyyə. 2. Tərif, mədh. (“Koroğlu” dastanının lüğəti) Xacə Yaqub camaatın arasına g

    Tam oxu »
  • VƏSFİ-HAL ƏRƏB

    Bir şəxs və ya bir şeyin hal və xüsusiyyətini söyləyərək təsvir etmə. Könül, sənə vəsfi-halım söyləyim, Yarəb, bu dünyada necolur könlüm, Hərdən dərvi

    Tam oxu »
  • VƏSMƏ ƏRƏB

    Qaşa çəkilən qara rəngli boya. Qaşlara vəsmə yaxıb, Sürmə ala gözdə durur.           (“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)                     * Vəsm

    Tam oxu »
  • VƏSVƏSƏ ƏRƏB

    Şübhə, tərəddüd, qorxu, səksəkə. (“Koroğlu” dastanının lüğəti) Aşıq Cünun Məhbub xanımın bu sual-cavabından bir az vəsvəsəyə düşdü

    Tam oxu »
  • VƏZİM

    Bax: vəzm.

    Tam oxu »
  • VƏZM

    Nəbz. Əvvəl-əvvəl napak qarı gəldi, Qurbaninin vəzmini əlinə alıb dedi: – Oy aman, bununku onnandı..

    Tam oxu »
  • VƏZN ƏRƏB

    Çəki, ağırlıq. (“Koroğlu” dastanının lüğəti) Dəlilər qiymətdə ağır, vəzndə yüngül nə vardısa, götürdülər

    Tam oxu »
  • VİLAYƏT ƏRƏB

    Dastanda ölkə, məmləkət, mahal, əyalət, ərazi mənasında işlənir. (“Koroğlu” dastanının lüğəti) Müasir dildə “böyük inzibati ərazi bölgüsü” mənasını ve

    Tam oxu »
  • YA PƏS

    Deməli, demək, bu halda, belə isə, indi. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • YAB-YAB

    Asta, yavaş-yavaş. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • YADIQ

    Yaraq, ləvazimat. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • YAĞMA ETMƏK

    Talan etmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • YAĞRIN

    Arxa, kürək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • YAXNI

    Ət qovurması. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • YAQA

    Yaxa. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • YAQIN

    Yaxın. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • YAQIŞMAQ

    Yaraşmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • YAQLANMAQ

    Yaxınlaşmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • YALAB-YALAB

    Par-par (parlamaq). (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »