TOĞLU

Onaylıq (və ya birillik) qoyun balası.

Yaranmış insanda çoxdu avara,

Qandıra bilmirəm, gəlmişəm zara,

Var-yoxumu verib üç-dörd davara,

Toğluya tum deyib, qoçdan danışar.

                                                       (“İrvahım”)

TİRMƏ
TOXINC
OBASTAN VİKİ
Toğluca silsiləsi
Toğluca silsiləsi — Culfa rayonu ərazisində alçaqdağ silsiləsi. Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağına cavab verir sıldırınlı tirədir. Qaradərəçayın orta axınının sağ sahilindən başlayaraq şimal-qərb istiqamətində 5 km-dək uzanır. Ən yüksək zirvəsinin hünd. 1200,2 m-dir. Suayırıcısı və şimal-şərq yamacları Orta Eosenin Lütet mərtəbəsinin terrigen-çökmə, çənub-qərb yamacları isə Alt Eosenin terrigen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli eyniadlı maili antiklinalının şimal-şərq qanadında yerləşir.
Toğlugötürən
Toğlugötürən (lat. Gypaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Toğlugədik aşırımı
Toğlugədik aşırımı - Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 2684,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında gəzdək. Parağaçay qəsəbəsindən 3 km şərqdədir. Mehri-Ordubad batolitinin Üst Eosen yaşlı qabbro, qabbro-diorit, mansodiorit, qranosiyenit və monsoqranodioritlərindən təşkil olunmuş massivin denudasiyası nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında, Kilit-Ağrıdağ antiklinalının şimal-şərq qanadında yerləşir.
Toğluqaya
Toğluqaya dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2905,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Nursuçayın mənbə hissəsində, Nursu kəndindən 7 km şərq-cənub-şərqdədir. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş, yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Toğluqaya dağı
Toğluqaya dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2905,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Nursuçayın mənbə hissəsində, Nursu kəndindən 7 km şərq-cənub-şərqdədir. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş, yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Adi toğlugötürən
Adi toğlugötürən (lat. Gypaetus barbatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin toğlugötürən cinsinə aid heyvan növü. == Təsviri == Qartal boyda iri yırtıcıdır (5-6 kq). Qanadları ensiz uzundur. Quyruğu uzun və pazvaridir. Çənəsinin altında sərt qıl lələklərdən ibarət "saqqal" var. Bel tərəfi göyümtül-boz, qarın tərəfi isə kürən, başı və boynu açıq rənglidir. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda dağların alp və nival qurşaqlarında nəsil verir. Oturaq yaşayır.
Toğlugötürənlər
Toğlugötürənlər (lat. Gypaetinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarınfəsiləsi.

Digər lüğətlərdə

ни́зость оплодотворя́ться оскверне́ние прихожа́нка со́рго флибустье́р нава́лочный преде́льно стро́нуться убавля́ться бутола гон небогий пасмурный copy desk ecaudate hoop net Joe projection scantling sulpho-acid unequipped заледенеть обезуметь разлад