Azərbaycan dilinin dialektoloji lüğəti.

  • AVA

    I (Hamamlı) ipdən toxunan gödək geyim. – Nənəm maηa ava toxuyur II (Çənbərək) bax aba I

    Tam oxu »
  • A:VA

    (Qax) gicgah. – Senin a:vasına elə yumrux çallam gözünnən çirə atılar

    Tam oxu »
  • AVA-QAVA

    (Mingəçevir, Şəki) forma, görünüş

    Tam oxu »
  • AVAD

    (Göyçay) quru kol-kos

    Tam oxu »
  • AVADANNIĞ

    (Kürdəmir) məhsuldar yer. – Nar kolpalarının yeri avadannığdı deyni, biyil yaxşı boy atıblar

    Tam oxu »
  • AVAL

    I (Qax) məhəllə II (Göyçay, Qazax) əngəl, bəla, çətinlik. – Bu comuş aval oldu bizə, ot yemer; – Ə, sən də maηa aval olduη (Qazax); – Tülkü toyuxlara

    Tam oxu »
  • AVAR

    (Bakı, Gədəbəy, Salyan, Zəngilan) 1. qamış növü adı (Salyan) 2. quru ot, küləş, çırpı (Bakı, Gədəbəy, Zəngilan)

    Tam oxu »
  • AVARAKAR

    (Ordubad) işsiz. – Həsən, niyə avarakar gəzirsən?

    Tam oxu »
  • AVARAQULİ

    (Bakı) boş-boş gəzən, işsiz. – Əlpaşa avaraqulinin biridü

    Tam oxu »
  • AVARÇI

    (İmişli) avara. – Sə:n oğlun yap avaraçı uşağdı

    Tam oxu »
  • AVAZIMAĞ

    (Bakı, Kürdəmir, Şamaxı) rəngi qaçmaq, solmaq, soluxmaq

    Tam oxu »
  • AVAZIMAX

    I (Gədəbəy, Gəncə, Qazax) bax avazımağ. – Bir bax, gör irəngi nejə avazıyıfdı (Gəncə) II (Çənbərək) taxılın biçin vaxtını keçirmək

    Tam oxu »
  • AVC

    avc eləməx’: (Meğri) inkişaf etmək. – Yeri peyinniy olduğunna soğan yaxşı avc eliyir

    Tam oxu »
  • AVDAL

    (Gəncə, Şəki, Şəmkir) axmaq, sərsəri. – Avdalın biridi, u:n sözünə inamma (Şəki); – Özünü itirif, laf avdal kökünə düşüf (Şəmkir)

    Tam oxu »
  • AVDALQAJI

    (İmişli) başdansovdu. – Avdalqajı işin xeyiri olmaz adama

    Tam oxu »
  • AVECƏ

    avecə olmax: (Meğri) qoşqu heyvanlarını növbə ilə işlətmək. – Avdıllaynan mən, Şəxsıvarınan da sən avecə ollux

    Tam oxu »
  • AVXARRAMAX

    (Cəbrayıl) itiləmək. – Usda baltamızı yaxşı avxarrıyıb

    Tam oxu »
  • AVIC

    (Böyük Qarakilsə) 400 qramlıq ölçü qabı

    Tam oxu »
  • AVIR

    (Gədəbəy) məc. geyim, paltar. – Bi:l qoyune:dənnən avır qalme:f məndə; – Avrımız da olmadı, mərəkə: çıxax irəli əyamlar

    Tam oxu »
  • AVIRFMALI

    (Kəlbəcər) içli. – Avırfmalı kömbə bişirdik

    Tam oxu »
  • AVIRIX

    (Cəbrayıl) əmanət. – Tərəkəmələr çubuğu avırıx verillər

    Tam oxu »
  • AVIRRATMAX

    (Gəncə) məc. üst-başını düzəltmək, təzə paltar geydirmək. – Büyün bizim gedəni apardım bazara, avırratdım

    Tam oxu »
  • AVIRTDAX

    (Cəbrayıl, Qarakilsə, Meğri) kök, dolu (adam). – Uşax vaxdı Əhməd avırtdağıdı (Cəbrayıl)

    Tam oxu »
  • AVIRTDAXLAMAX

    (Qarakilsə) kökəlmək

    Tam oxu »
  • AVIRTMAC

    (Qubadlı) xörək adı. – Avırtmaca bizi qonağ elə

    Tam oxu »
  • AVLAMA

    (Füzuli, Cəbrayıl) məhsulu başdansovdu, ordan-burdan yığma. – Təzə açmış pambığı avlama yığıllar (Cəbrayıl)

    Tam oxu »
  • AVLAMAX

    (Cəbrayıl, Qarakilsə) məhsulu başdansovdu, ordan-burdan yığmaq. – Bırdan-ordan avlayın, çıxsın gessin (Qarakilsə)

    Tam oxu »
  • AVMA

    (Ağcabədi) ərinmiş yağla pendirin qarışığı. – Ay bajı, ma: avma ver

    Tam oxu »
  • AVRUĞ

    (Füzuli) çay qırağında olan qamışlıq. – Avruğa getmişdix’

    Tam oxu »
  • AVSAR

    (Füzuli) dəvənin noxtası. – Dəvənin başına vurulana avsar, atın başına vurulana çılav deərix’

    Tam oxu »
  • AVSARRAMAX

    (Füzuli) dəvəni noxtalamaq. – Dəvəni avsarradım

    Tam oxu »
  • AVŞALA

    (Qax) çömçə. – İrəlilərdə avşala diyərdıx, hindi çömçə

    Tam oxu »
  • AVŞAR

    I (Füzuli) südü çox olan (qoyun). – Avşar qoyundu II (Qarakilsə) balaca xəncər. – O, həmişə özüynən avşar gəzdirərdi

    Tam oxu »
  • AVŞARRAMAX

    (Ağcabədi, Füzuli) 1. sağmaq (Füzuli). – Qoyunu avşarradıx 2. südün hamısını sağmaq üçün heyvanın yelinini ovuşdurmaq, sıxmaq (Ağcabədi)

    Tam oxu »
  • AVŞATMAX

    (Qax) qəlbini sındırmaq, qırmaq. – Menin ürəgini avşatıp

    Tam oxu »
  • AY-ILDIZ

    (Bərdə, Füzuli) qiymətli parça adı. – Mə:m qızıma bir dəs ay-ıldızdan paltar veriη (Füzuli)

    Tam oxu »
  • AYAĞALTI

    (Biləsuvar, Kürdəmir, Laçın, Salyan) pilləkən. – Ayağaltı qayıtdırmağa taxda almışam (Biləsuvar)

    Tam oxu »
  • AYAĞAŞMA

    (Bərdə) valideynin ərə gedən qızının evinə ilk gedişi. – Qızı ərə verənnən so:ra ayağaşmıye:dirix’

    Tam oxu »
  • AYAĞÇİ

    I (Lənkəran) qapı-qapı gəzib mal alıb-satan, xırdavatçı, çərçi II (Lənkəran, Salyan) 1. xeyirdə və şərdə xidmət edən adam (Lənkəran) 2

    Tam oxu »
  • AYAĞÜSTÜ

    (Quba) məclisdə qonaqlara xidmət edən adam

    Tam oxu »
  • AYAX

    (Naxçıvan) uzaq, kənar. – Naxçıvan mərkəzdən ayaxdı

    Tam oxu »
  • AYAXLI

    (Qazax) yuxayayan. – Ayaxlıda xamır yayıler

    Tam oxu »
  • AYALĞA

    (Bərdə, İmişli, Şəmkir) ləqəb. – Onun ayalğası Çəpərdələndi (Şəmkir); – Çaqqal Cəfərin ayalğasıdı (Bərdə)

    Tam oxu »
  • AYALMASI

    (Oğuz) cır alma. – Ha bizim tərəflərin hamısında ayalması olur

    Tam oxu »
  • AYAMA

    (Culfa, Naxçıvan, Ordubad, Şahbuz, Şərur) ləqəb. – Bu kənddə hamının ayaması var (Şərur)

    Tam oxu »
  • AYAMAĞ

    (Kürdəmir) axtarmaq, yada salmaq. – Ötən günüyü ayason yaxşıdı; – Heç bizi ayamırsan

    Tam oxu »
  • AYANAT

    (Culfa, Kürdəmir, Sabirabad, Şərur) kömək. – Hökmət mənə ayanat eliyir (Culfa)

    Tam oxu »
  • AYANDA-SAYANDA

    (Meğri) hərdənbir, ayda-ildə. – Haspulat ayanda-sayanda gəler Əldəriyə, Bakıda oler

    Tam oxu »
  • AYAR

    I (Borçalı) ürəyiaçıq, gülərüzlü. – Mənim ayar adama xoşum var II (Cəbrayıl, Oğuz) tez seçən, müəyyənləşdirən

    Tam oxu »
  • AYARBAZ

    (Bərdə, Qarakilsə) zarafatcıl. – Ayarbaz adam adamı güldürər (Bərdə)

    Tam oxu »